Qramşi proletariat diktaturası şəraitində ali hakimiyyət
orqanlarının, 0 cümlədən partiya bürokratiyasının təhlilinə
böyük diqqət yetirirdi. O, totalitar rejimin yaradılması
təhlükəsini göstərmişdi.
Lüi Altüsser (1918-1990) Fransada marksist fəlsəfənin ən
məşhur təmsilçilərindən biri olmuşdur. O, ilk növbədə marksist
fəlsəfənin idrak nəzəriyyəsi problemlərini ön plana çəkir,
strukturalizm ideyalanna yaxın mövqedən Marksın «Kapital»
əsərini təhlil edirdi. Altüsser elm və ideologiyanı bir-biri ilə
uzlaşmayan sahələr kimi qarşı-qarşıya qoyurdu.
Özünün son əsərlərində Altüsser sinfi mübarizəni
marksizmin «əsas hissəsi» hesab edir, kapitalizmdən sosializmə
keçid dövründə proletariat diktaturasım zəruri sayırdı.
1967-ci ildən sonra Altüsser idrakın fəlsəfi nəzəriyyəsindən
imtina etməyi təklif edir. Onun fikrincə əgər əvvəllər idrakı
filosoflar tədqiq edirdisə, indi bu işlə konkret elmlər məşğul
olmalıdır. Materialist fəlsəfənin vəzifəsi isə idrak anlayışında
idealizm ilə mübarizə aparmaqdır.
Altüsser marksizmdə «humanist» və hegelçilik hərəkatına
qarşı çıxış edərək, sübut etməyə çalışırdı ki, Marksın yetkin
əsərləri, xüsusən «işçi qüvvəsi», sinfi ziddiyyətləri vurğulayan
«Kapital» əsəri Qalileyin və yaxud Darvinin nəzəriyyələri kimi
dəyərləndirilməlidir («Lenin və fəlsəfə»). «Marksizm uğrunda»
və E.Balibar ilə birgə yazdığı «Kapital»! oxuyarkən»
əsərlərində Altüsser Marksın yetkin fəlsəfəsində Hegelin ya-
bançılaşma konsepsiyasının iştirak etməsini təsdiqləyən fikirləri
rədd edirdi. Ö, Marksın gənclik dövründə yazdığı fəlsəfi
(ideoloji) əsərləri ilə onun sonralar yaratdığı elmi nəzəriyyəsi
arasında ciddi epistemoloji (qnoseoloji) uyğunsuzluq olduğunu
əsaslandırmağa çalışırdı.
XX
əsrin ortalarında Avropada antimarksizm və sol
ekstremizmin güclənməsində keçmiş kommunist alman filosofu
və sosioloqu Herbert Markuzenin (1898-1979) rolu böyük
olmuşdur. Onun maraq dairəsi çox geniş olmuş və dövrünün
demək olar ki, bütün əsas cari problemlərini əhatə etmişdi:
incəsənət və inqilab, fenomenologiya, ekzistensializm və
klassik
173
alman fəlsəfəsi, texnoloji dəyişikliklərin xarakteri, kapitalist
istehsal üsulunun keyfiyyətcə yeniləşməsi, psixoanaliz, fərdin
təbiəti və sosializmin tənqidi. O, göstərirdi ki. Sovet İttifaqında
marksizm özünün inqilabi ideologiya funksiyasını itirib və
mövcud vəziyyətin (status-kvo) ideoloji dayağına çevrilib.
Yeni kommunizm (neokommunizm). XX əsrin 20-ci illərində
Qərbin sosial-fəlsəfi fikrində yeni cərəyan - neokommunizm
meydana gəlir. 1960-cı illərdə bu cərəyan özünün yüksək
zirvəsinə qalxır («yeni sollar» hərəkatı). Neokommu- nizmin
tərəfdarları üçün mənəvi mədəniyyətə biganəlik, siyasi
ekstremizm, kapitalist sivilizasiyasının fatalizm konsepsiyası
daha xarakterikdir. Elə buna görə də neomarksist nəzəriyyəçilər
(məsələn, K.Korş) «Qərb sivilizasiyası» tərəfindən müflis-
ləşdirilmiş, sosial həyatın dibinə atılmış adamlar arasında sosial
baza axtarırdılar. XX əsrin 70-ci illərində neomarksizmə
əsaslanan «yeni sollan> hərəkatı iflasa uğrasa da, sol ekstremizm
və terrorizm zəifləsə də hələ də yaşayır.
Bir çox görkəmli Avropa alimləri faktiki olaraq marksizmdən
uzaq olsalar da bəzən ciddi şərtlərlə özlərini bu təlimin
tərəfdarları hesab edirlər. Məsələn, ekzistensialist filosof
J.P.Sartr (1905-1980) yazırdı: «Marksizmə rəğmən deyil,
onunla yanaşı inkişaf edən eksiztensializm də var. Biz özümüzü
buna aid edirik...».’^' Lakin onun fikrincə «marksizm dayandı,
məhz ona görə dayandı ki, bu fəlsəfə dünyanı dəyişdirmək istəyir
və «fəlsəfə dünyasının yaranmasına» doğru yönəlib; ona görə ki,
praktikidir və belə də olmaq istəyir, onda əsl parçalanma baş
verdi, bir tərəfdə nəzəriyyə, o biri tərəfdə praktika durdu».
Sartr neomarksist R.Qorodiyə məktubunda yazırdı:
«Marksizm adı altında mən tarixin daxili dialektikası haqqında
danışan tarixi materializmi nəzərdə tuturam. Yoxsa metafizikanı
fikirdə saxlayan dialektik materializmi nəzərdə tutmuram; bu
fəlsəfə guya təbiətin dialektikasını kəşf edibdir. Bu dialektika hə-
XpecTOMaTHJi no (j)HJioco(j)iın,
c.210. Yenə orada, s.213.
174
qiqətən də mövcud ola bilər, lakin biz etiraf etməliyik ki, bizdə onun
sübutu qətiyyən yoxdun>.‘^^
İnqilabi nəzəriyyə kimi marksizmin əsas çatışmazlığını Sartr
sərt determinizmdə, fəaliyyətdə olan əsas tarixi qüvvə kimi
şəxsiyyəti və onun azadlığını lazımınca qiymətləndir- məməkdə
görürdü.
5.
Sovet İttifaqında marksist fəlsəfə
Sovet İttifaqında marksist dünyagörüşü hökmran mövqe
tuturdu və hamı üçün məcburi «dövlət dini» dərəcəsinə
qaldırılmışdı. Burada marksistlər bütün fəlsəfə tarixini iki dövrə
bölürdülər; Marksa qədərki və marksizm fəlsəfəsi. Marksizm
donmuş, ehkamçı (doqmatik) bir təlimə çevrilmişdi. Lakin bu
təlimin yaradıcıları başqa fikirdə idilər. Engels yazmışdı:
«Marksın dünya haqqında bütün anlayışı doktrin deyil,
metoddur. O hazır doqmalar deyil, sonrakı tədqiqat üçün
başlanğıc nöqtəsini və bu tədqiqat üçün metod verir».
Bütövlükdə fəlsəfə marksist biçimdə Sovet İttifaqında
hökmran mövqe qazanmağa başlayır. Tarixən «panfəlsəfəçilik»
XX əsrin 30-cu illərində sovet fəlsəfəsində və ümumiyyətlə
Sovet ideologiyasında tamamilə bərqərar oldu. Bu prosesdə
İosif Stalinin «Dialektik və tarixi materializm haqqında» əsəri
həlledici rol oynamışdı. Lakin məntiqi olaraq «panfəlsəfəçilik»
G.V.Plexanovun fəlsəfəsindən və 1920-ci illərdə A.M.Debori-
nin başçılığı ilə onu daha da irəli aparan «dialektiklər»in
(«menşeviklik edən idealistlərin») fəaliyyətindən başlayır.
Dialektik materializm faktiki olaraq praqmatik partiyalılıq
funksiyasını yerinə yetirirdi: partiyalılıq (subyektivizm), doq-
matizm (ehkamçılıq), repressiv funksiya, yəni hər cür özgəfı-
kirliyi, azad təfəkkürü, yaradıcı təşəbbüsü məhv etmək
funksiyası. Sovet filosofları elm və texnikanın böyük
nəticələrini, nəhəng sosial dəyişiklikləri və XX əsrdə fəlsəfi
fikrin inkişafının zəngin təcrübəsini əsasən sözdə nəzərə
alırdılar.
Ж.П.Сартр. Бытне и ничто. M.. «Республика», 2000. с. 17.
К.Маркс и Ф.Эигельс. Сочиисиия. Т. 1. с.381.
175
Dostları ilə paylaş: |