Göstərmək lazımdır ki, marksizmin yaranmasında Marks ilə
yanaşı Fridrix Engelsin (1820-1895) bilavasitə iştirakı
olmuşdur. Onun «Anti-Dürinq», «Təbiətin dialektikası» və
başqa əsərləri dialektik materializm fəlsəfəsinin tam
formalaşmasında böyük rol oynamışdır.
2.
Marksist fəlsəfənin
əsas əlamətləri və
strukturu
Marksistlərə görə marksist fəlsəfənin əsas əlamətləri
aşağıdakılar hesab edilir: (1) .tarixin materialist anlayışı; 2) dia-
lektika ilə vəhdətdə olan ardıcıl materializm; 3) marksist
fəlsəfənin inqilabi xarakteri. «Filosoflar dünyanı yalnız müxtəlif
şəkillərdə izah edirdilər, lakin iş onu dəyişdirməkdir» (K.Marks);
4) fəlsəfə dini əvəz edərək kütlələrin mənəvi silahına çevrilir; 5)
fəlsəfənin partiyalılığı; 6) marksist fəlsəfənin yaradıcı xarakter
daşıması. F.Engels deyirdi ki, onların fəlsəfəsi ehkam (doqma)
deyil, hərəkət üçün rəhbərlikdir.
Marksist fəlsəfənin strukturu: 1) obyektiv dialektika; 2)
idrak nəzəriyyəsi və yaxud qnoseologiya; 3) dialektik materialist
məntiq; 4) dialektik materialist metodologiya.
Marksist fəlsəfənin bu dörd hissəsi bir yerdə dialektik
materializm adlanır.
Az adam tapılar ki, Marksın və Engelsin yüksək zehni
qabiliyyətinə şübhə etsinlər. Onların fəlsəfəsində müsbət
cəhətlər çoxdur. Ancaq məsələ burasındadır ki, yalnız
marksizmin təlimatları ilə yaşamaq mümkündürmü? Əlbəttə
yox. Marks kapitalizmin sosializmə çevrilməsinin universal
yolunun zəruri olaraq barışmaz sinfi mübarizədən, proletar
inqilabından və proletariat diktaturasından keçdiyini göstərərkən
səhv etmişdi. Marksın formasiya nəzəriyyəsi də qüsurlu
olduğunu göstərdi. Başqa səhvlər də olmuşdur. Bundan başqa
marksizmin bir çox müddəaları onun davamçıları tərəfindən
təhrif edilmişdir.
Göstənnək lazımdır ki, davamçılarının çoxundan fərqli olaraq
Marks həmişə yeniliyi nəzərə alaraq öz nəzəriyyəsinə
dəyişikliklər etməyə hazır olduğunu bildirmişdir, j,
170
3.
Rusiyada marksizm. G.V.Plexanov. V.İ.Lenin
Filosof və marksizmin təbliğatçısı olan Georgi Valentinoviç
Plexanov (1856-1918) artıq 1880-ci ildən mühacirətdə
olmuşdur. 1883-cü ildə G.V.Plexanov tərəfindən İsveçrədə
yaradılan «Əməyin azad edilməsi» marksist qrupu Rusiyada
marksizmin yayılmasında böyük rol oynamışdır.
Plexanov bir çox məsələlərdə V.İ.Lenin başda olmaqla
bolşeviklər ilə razılaşmırdı. 1917-ci il Oktyabr inqilabına o,
mənfi münasibət bəsləmişdi. Bununla yanaşı Plexanov ömrünün
axırına qədər marksizmə sadiq olmuşdur. O, marksizmi
fəlsəfədə yeni mərhələ hesab etmiş, onun əvvəlki fəlsəfi
təlimlərdən fərqini açmağa çalışmış, tarixə materialist baxışın
tərəfdan olmuşdur. Plexanov marksist estetikanın, ədəbi
tənqidin əsasını qoyanlardan biri olmuşdur.
V.LLenin (1870-1924) hələ özünün ilk əsərlərində rus
xalqçılanmn idealist görüşünü tənqid edərkən marksizmin sosial
fəlsəfənin əsas müddəalanm müdafiə edirdi.
Rusiyada 1905-1907-ci il inqilabının məğlubiyyətindən
sonra Lenin materialist fəlsəfəni müdafiə edən «Materializm və
empi- riokritisizm» kitabını yazır.
Birinci Dünya müharibəsi illərində Lenin «Fəlsəfə dəftər-
ləri»ni yazır. Burada o, Heraklitin, Aristotelin, Hegelin
əsərlərini təhlil edir, dialektikanı və onun «nüvəsi»ni
(əksliklərin vəhdəti və mübarizəsi qanununu), dialektikanın
kateqoriya və qanunlarını şərh edirdi. İdrak prosesinin
dialektikası, təfəkkür məsələsi Leninin diqqət mərkəzində
olmuşdur.
Birinci Dünya müharibəsi illərində Lenin eyni zamanda
sosial fəlsəfənin bir çox məsələləri ilə də məşğul olmuşdur;
imperializmin inkişafının son perspektivləri, sosialist inqilabı,
sinfi mübarizə məsələləri, dövlət haqqında təlim və s. Lenin
sosializmin bir qrup ölkədə, hətta ayrıca götürülmüş bir ölkədə
qələbəsini mümkün hesab edirdi.
Oktyabr inqilabından sonra Lenin Sovet İttifaqında sosialist
quruculuğunun və dünyada inqilabi prosesin perspektivi
problemlərini tədqiq etmişdi. Məhz həmin dövrdə onun
baxışlarında bir sıra dəyişikliklər baş verir. Bu barədə Leninin
özü də eti-
171
raf etmişdi. 0, faktiki olaraq özünün əvvəlki müddəalarının
bəzilərindən imtina edir, sosialist quruculuğu, dövlət və inqilab
haqqında yeni fikirlər söyləyir. Tarix Leninin kapitalizm, «dünya
inqilabı», sosializm və kommunizm haqqında bir çox
mühakimələrinin əsassız olduğunu göstərdi.
Sonralar Sovet İttifaqında leninizmin ehkamçı (doqmatik)
şərhi ağır nəticələrə - repressiya və özbaşınalığa, hətta Leninin
bəzi fikirlərinin təhrif olunmasına səbəb oldu.
4.
Qərbi Avropada marksizm
Macar marksisti, filosof və ədəbi tənqidçisi Dyerd Lukaçın
(1885-1971) dünyagörüşünün formalaşmasında alman klassik
fəlsəfəsinin böyük rolu olmuşdur. Onun fikirləri heç də həmişə
ardıcıl olmamış, hətta bəzi məsələlərdə sovet marksizminə uyğun
gəlməmişdir.
Lukaç Moskvada yaşadığı illərdə (1930-1945) daha çox
Marks və Engelsin estetik irsini, klassik realizmin araşdırılması
ilə məşğul olmuşdur. 1945-ci ildə yenidən Macanstana qayıdan
Lukaç mədəniyyət sahəsində fəaliyyət göstərir, marksist
estetikanı sistemli olaraq şərh edirdi. 60-cı illərdə Lukaç eyni
zamanda insanların maddi və mənəvi mədəniyyətində əməyin
rolu məsələsini tədqiq etmişdi.
Antonio Qramşi (1891-1937) İtaliya Kommunist partiyasının
yaradıcısı, marksist nəzəriyyəçi olmuşdur. Onun elmi marağı
çoxsahəlidir. Qramşi fəlsəfə, tarix, ədəbiyyatşünaslıq, estetika,
sosiologiya, siyasi iqtisad məsələləri ilə məşğul olmuşdur. Öz
fəlsəfi əsərlərində o, sosial fəlsəfəyə xüsusi fikir verirdi.
Qramşi göstərirdi ki, əsl demokratiya əmək adamlannı fəal
siyasi və sosial həyata cəlb etmədən mümkün deyil; demokratiya
həqiqi demokratik rejimlərin ayrılmaz əlaməti olan siyasi və
vətəndaş azadlığı ilə birləşmədən, əhalinin əksəriyyətinin sosial
və iqtisadi maraqlarını nəzərə almadan möhkəm ola bilməz.
Qramşi deyirdi ki, modernləşmənin ağırlığını, hakimiyyət
strukturlarının səhvlərini əhalinin böyük əksəriyyətinin üstünə
yükləmək olmaz.
172
Dostları ilə paylaş: |