tiyacı yoxdur. Özünün gizli mahiyyəti ilə Allah irrasional və
ağılüstüdür.
Berdyayevin fikrincə fəlsəfə elm deyil, təlimdir, özünün
idrak obyekti yoxdur. Obyektiv, maddi dünyanı tədqiq etmək
fəlsəfənin vəzifəsinə daxil deyil, o yalnız insan ruhunun
öyrənilməsi ilə məşğul olmalıdır. O, göstərirdi ki, fəlsəfə eyni
zamanda incəsənətdir, çünki fəlsəfə yaradıcılıqdır, yuxarıdan
gələn vergi və istedaddır. Burada yaradıcının şəxsiyyəti özünü
poeziyada və rəssamlıqda olduğundan az göstərmir. Lakin
fəlsəfə hər halda xüsusi sənətdir, poeziyadan, musiqidən və
rəssamlıqdan prinsipcə fərqlənən idrak sənətidir. Fəlsəfə
incəsənətdən fərqli olaraq obrazları deyil, varlıq ideyalarını
yaradır.
Allaha həddən artıq bağlı olduğunu göstərən Berdyayev
yazmışdı: «Mən həddən artıq varlı oluram, çünki Allah var.
Əgər tək özüm yaşayıramsa və məndən yüksək, məndən böyük
heç nə yoxdursa mən çox kasıb oluram».'“^ Berdyayev üçün
mövcudat ierarxiyasında yaradılanların ən ali varlığı bütün
gerçəkliyin meyarı olan insandır. Allahın özünə oxşar şəkildə
yaratdığı insan öz yaradıcısına uyğun olaraq özü də yaradıcıdır.
Berdyayev belə nəticəyə gəlirdi ki, insana yalnız bir təskinlik
verilib: zərurət pərdəsini cırıb yeni dünyaya - İlahi dünyaya
çatmaq imkanına inam. O, rus xalqının dindarlığını xüsusi qeyd
edir və göstərirdi ki, ruslar «materialist kommunizmə etiqad
edəndə də dindardın>.
Bəşəriyyətin tarixi taleyini Berdyayev dörd dövrə və yaxud
dörd vəziyyətə ayırırdı: barbarlıq, mədəniyyət, sivilizasiya və
din. «Bu dörd vəziyyəti yalnız vaxt ardıcıllığında götürmək
olmaz; onlar yanaşı yaşaya bilərlər, bu insan ruhunun müxtəlif
istiqamətləridir. Lakin bu vəziyyətlərdən biri bu və ya başqa
dövrlərdə üstün olur»."^
Pavel Aleksandroviç Florenski (1882-1943) rus dini
filosofu, ilahiyyatçı olmuşdur. O, həm də fizika və riyaziyyatla
da məşğul olurdu. Florenski hələ XX əsrin əvvəllərində artıq ila-
Мир философии. Ч.П, M., 1991, с.56.
H.A.Бердяев. Смысл истории. М.. 1990. с. 173.
167
hiyyatçı filosof kimi yetişirdi. O, V.S.Solovyovun rasional
üsullarla fəlsəfə və din, deməli həm də ağıl ilə inam arasında
ahəngdar bir əlaqə yaratmaq təşəbbüsünü tənqid edirdi. Onun
fikrinə görə həqiqəti müəyyənləşdirməkdə heç bir plüralizm ola
bilməz. Florenski hesab edirdi ki, fəlsəfə, elm, sənətşünas- lıq
sahəsindəki araşdırmalar dinə nəinki zidd deyil, əksinə, dini
müddəaların doğruluğunu təsdiq edən material verir. İnsan
mədəniyyətinin bütün təzahürləri yalnız o zaman qiymətli olur
ki, onları «xristian ruhuna uyğun dəyişdirmək» mümkün olur.
O, özünün elmi fəaliyyətini ikinci dərəcəli hesab edirdi. Flo-
renskiyə görə bütöv həqiqət yalnız «orada, göydə» mümkündür,
«bizdə isə çoxlu həqiqət, Həqiqətin parçalan van>. Bir sözlə,
elmin həqiqətləri tam Həqiqətdən çıxır.
Özünün fəlsəfi mühakimələrini Florenski S.N.Trubetskoy-
dan mənimsədiyi ifadə ilə «konkret idealizm» adlandınrdı. O,
deyirdi ki, rasionalizm və mistisizmin ifratçılığını aradan
götürməyə çalışır. «Konkret idealizm»in ən ali təzahürü «canlı
dini təcrübədir».
Florenskinin fikrincə idrakda əsas məsələ «ağılın varlığa və
varlığın ağıla aidiyyətini qəbul etməkdir. Əgər belədirsə, idrak
aktı tək qnoseoloji deyil, həm də ontoloji, tək ideal deyil, həm də
real aktdır. İdrak... dərk edənlə dərk edilənin real birliyidir»."*
Florenski həqiqəti Allaha məhəbbətdə axtanrdı. O, yazırdı:
«Açıq həqiqət məhəbbət deməkdir. Mənim öz məhəbbətim -
Allahın məndə, mənim Allahda fəaliyyətimdİD>; «bu mənim
həyata və Allahın varlığına, yəni zəruri məhəbbətə
qovuşmağımın başlanğıcı olur, belə ki, Allahın qeyri-şərti
həqiqiliyi məhz məhəbbətdə özünü göstərir»."’ «...Həqiqətin
formal quraşdınl- ması, onun ağılla qaydaya salınması məsələsi
qanunidir, onun məzmunu isə həqiqətin özüdÜD>, yəni Allah
Həqiqətdir."®
P.A.Florenski sovet repressiyasına məruz qalmış və siyasi
dustaqların düşərgəsində ölmüşdü.
* Хрестоматия по философии. M..
«Проспект», 1997, с.304. Yenə
orada, s.305-306.
Yenə orada, s.307.
168
XIIL Marksist fəlsəfə
1.
Marksizmin meydana gəlməsinin
tarixi şəraiti və onun nəzəri
qaynaqları
Marksizm Qərbi Avropada sənayenin yüksək inkişaf etdiyi,
kapitalizmin daha da möhkəmləndiyi, eyni zamanda fəhlələrin
öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq uğrunda mübarizəsi
şəraitində meydana gəlmişdir. Proletariatın (fəhlə sinfinin)
vəzifələri və proletariat diktaturası haqqında təlim marksizmin
əsasını təşkil edir. Marksizmə görə fəhlə hərəkatı zəruri olaraq
sosialist inqilabına və sosializmin qələbəsi üçün labüd şərt olan
proletariat diktaturasının qurulmasına gətirib çıxarır.
Marksizmin nəzəri qaynaqlan aşağıdakılardır: 1) alman
klassik fəlsəfəsi, xüsusən Hegelin idealist dialektikası və Fe-
yerbaxın antropoloji materializmi; 2) ingilis klassik siyasi
iqtisadı, xüsusən A.Smit və D.Rikardonun təlimi; 3) XIX əsrin
əvvəllərindəki utopik sosializm təlimi, xüsusən S.Simon və
Ş.Furyenin görüşləri.
Kari Marks 0818-1883) əvvəllər gənc hegelçilər adlanan
fəlsəfi məktəbin üzvü olmuşdur. Gənc hegelçilər inanırdılar ki,
Hegelin simasında fəlsəfə başa çatmışdır və indi, fəlsəfənin axırı
olduğu dövrdə reallığın izah edilməsinin heç bir mənası yoxdur,
bu reallığı dəyişdirmək lazımdır. Sonralar məlum oldu ki, bunun
real tarix üçün ağır nəticələri oldu.
Feyerbax fəlsəfəsinin təsiri altında Marks materializm
mövqeyinə keçir və nəticədə özünün müstəqil fəlsəfi təlimini -
dialektik materializmi yaradır. Marks XIX əsrin elə mütə-
fəkkirlərindəndir ki, onun təlimi XX əsrdə insanların taleyinə
böyük təsir göstərmişdir.
Marks yazırdı ki, obyektiv qanunlar mövcuddur; bu
qanunları üzə çıxarmaq və istifadə etmək yolu ilə cəmiyyətin
inkişafını istiqamətləndirmək, sürətləndirmək və ləngitmək olar.
Bu zəmində Marksın bütün dünyada kommunizmin labüd
qələbəsi haqqında utopik ideyaları meydana çıxdı.
169
Dostları ilə paylaş: |