1947-ci ildə fəlsəfə diskussiyalan vaxtı Kommunist
partiyasının Mərkəzi Komitəsinin katibi A.A.Jdanov fəlsəfənin
predmeti haqqında elə fikirlər irəli sürmüşdü ki, onlar İ.Sta-
linin bəzi müddəaları ilə ziddiyyət təşkil etmişdi. Məsələn,
Jdanov deyirdi ki, fəlsəfə elmlərin elmi deyil, idrak alətidir,
təbiət və cəmiyyət haqqında elmlərə nüfuz etmiş metoddur,
dialektik materializm başqa elmlərin fovqündə durmamalıdır;
Engels və Leninin dediyi kimi marksist fəlsəfəyə əvvəlki
fəlsəfədən yalnız təfəkkür və onun qanunlan haqqında təlim -
məntiq və dialektika miras qalıbdır.
Bir çox sovet fılosoflan İ.Stalinin əsərlərini təbliğ etmək adı
altında ümumiyyətlə marksist fəlsəfəni inkişaf etdirirdilər.
Rəhbər partiya orqanları fəlsəfəni sovet sosial sisteminin
tərkib hissəsinə çevirmək, onu məhz bu keyfiyyətdə
qanuniləşdirmək, onun üzərində çox ciddi partiya və dövlət
nəzarəti yaratmaq, marksist-leninçi fəlsəfənin nəinki partiya,
hətta dövlət fəlsəfəsi statusunu möhkəmləndirmək yolunda səy
göstərirdilər. Nəticədə, marksist-leninçi fəlsəfə Ölkənin ali
məktəblərində və aspiranturada, partiya təhsili sistemində
öyrənilən yeganə fəlsəfə oldu.
Ədalət naminə demək lazımdır ki, 60-80-ci illərdə marksist
fəlsəfənin sahəsi — xüsusən elmin fəlsəfi problemlərinin tədqiq
edilməsi, həmçinin məntiq, idrak nəzəriyyəsi, fəlsəfə tarixinin
bəzi problemlərinin araşdıniması sayəsində xeyli genişlənmişdi.
6.
«Üçüncü dünya» ölkələrində marksizm
İnkişaf etməkdə olan Asiya, Afrika və Latın Amerikası
ölkələrindəki marksizm əsasən aşağıdakıları tədqiq etməyə
çalışırdı:
metropoliya
və
müstəmləkə
münasibətləri,
müstəmləkə olmayan ölkələrdəki kapitalizmin fərqləndirici
cəhətləri; milli müəyyənlik və «sosializmin nailiyyətləri»
arasındakı münasibət; sosializm qurmaq işində kəndlilərin rolu
və bu prosesin siyasi nəticələri.
Problemlərin diqqətlə öyrənilməsi göstərdi ki, sosializmin
müxtəlif Avropa növləri həmin problemləri həll etmək üçün
176
yaramır. Buna görə də «Üçüncü dünya» ölkələrində marksizm
ilə əlaqədar çoxsaylı nəzəri və siyasi tədqiqatlar meydana gəldi.
Məsələn, Hindistanda — imperializmin hökmranlığı altında
olan ölkələrdə müstəmləkəçiliyin təbiəti və orada kapitalizmin
xüsusiyyətləri; Çində — maoizmin nəzəriyyə və siyasəti; varlı
və güclü dövlətlərin hökmranlıq etdiyi bir sıra ölkələrdə —
yoxsulluğun daha da artması; stabil şəraitin olmamasının
iqtisadi, sosial və siyasi səbəbləri; Latın Amerikasında — uzun
müddətli
partizan müharibəsində
kəndlilərin
inqilabi
fəaliyyətinin siyasi praktikası haqqında (kastroizm); Afrikada
— 50-60- cı illərdə müstəqillik uğrunda aparılan mübarizə
şəraitində ənənəvi kooperativ və icmalann əsasında sosializm
qurmağın mümkünlüyü və burada kapitalizmin həddən artıq zəif
olması haqqında çoxsaylı nəzəri fikirlər söylənmişdi. Onu da
qeyd etmək lazımdır ki, «üçüncü dünya»da da əsasən öz
ölkələrində populyar olan və öz cəmiyyətlərinə təsir göstərən
marksist nəzəriyyəçilər çoxdur.
177
XIV.
XIX-XX əsrlərdə dialektika nəzəriyyəsi
(Hegel. Marksizm)
1.
Dialektika anlayışı, onun mənası haqqında
Fəlsəfə tarixində dialektika nəzəriyyəsinin ən görkəmli
təmsilçiləri Hegel və Marks olmuşlar. Bütün görkəmli filosoflar
bu və ya digər dərəcədə dialektika məsələlərinə toxunmuşlar.
Heraklit dəyişiklik ideyasını əsaslandırırdı («hər şey axır və
dəyişir»). Sabit, dəyişməyən yeganə şey maddə və substansiya
deyil, dəyişmə qanunudur.
Aristotelə görə hər bir mümkün təbii hadisədə zəruri olaraq
iki əsas ünsürü görmək lazımdır: nə isə dəyişməyən və
həqiqətən dəyişən keyfiyyətlər.
«Dialektika» sözünün ilkin mənası sərbəst dialoq vasitəsilə
inandırmaq metodologiyasıdır, söhbət aparmaq sənətidir.
Sokrat sual verə bilən və ona cavab tapan adamı dialektik
adlandınrdı.
«Dialektika» terminini Hegel Platondan qəbul etmiş, lakin ona
daha geniş məna vermişdir. Platona görə dialektika məntiq qi
prosesin bir növüdür, məntiqi terminlərdən istifadə edərək sübut
etmək metodudur. Bu metod hər hansı başqa tərəfdən informasiya
almaq üçün istifadə edilir. Əks tərəfdə informasiya olsa da, onun
bundan xəbəri yoxdur.
Hegelin «dialektika» anlayışı Platonun bu anlayışa verdiyi
məna ilə xeyli dərəcədə üst-üstə düşür. Bu elə məntiqi prosesdir
ki, tezisdən başlayır, antitezisdən keçir, hər iki tərəfi özündə
birləşdirən sintezdə başa çatır. Lakin dialektika deyəndə, Hegel
verbal (şifahi) arqument (dəlil) mənasında sadəcə məntiqi
prosesdən daha geniş bir şeyi nəzərdə tuturdu. Onun fikrincə
dialektika dünya hadisələrinin ardıcıl olaraq baş verdiyi
prosesdir. Bütün dəyişikliklər, xüsusən tarixi hadisələr, dialek-
tikanın qanunlarına uyğun olaraq həyata keçir: əvvəlcə tezis
meydana gəlir, sonra o öz əksini (antitezisi) yaradır; bundan
sonra onlar arasında münaqişə başlayır və bu münaqişə tezis və
antitezisi özündə birləşdirən sintez vasitəsilə həll edilir. Belə
mübarizə nəticəsində daha yüksək səviyyədə olan yeni
178