baş verirsə, mütləq bu hərəkətin göstəricisi olmalıdır. Belə
göstərən həmişə din olmuşdun)."®
Tolstoy kilsə xristianlığını inkar etsə də xristianlıqdakı
ümumbəşəri dəyərləri qəbul edirdi. Tolstoy dini təşkilatlan,
ayinləri, hətta ümumi sayılan ehkamları (doqmaları) da qəbul
etmirdi, o, xristianlığın yalnız əxlaqi normalanm lazımlı hesab
edirdi.
Tolstoy Qərbi Avropa mütəfəkkirlərindən daha çox Rus-
soya, Şopenhauerə və Berqsona yaxın idi. Lakin onlann
yazıçıya böyük təsiri olsa da o, öz yolu ilə gedirdi.
Tolstoya görə bütün dinlər özündə iki hissəni birləşdirir: in-
sanlann həyatı haqqında təlim olan etikanı və əsas dini doqma-
ları (ehkamları) əhatə edən metafizikanı. Kilsə etikanı
metafizika itə nə qədər əvəz etsə də, insanlar, xüsusən sadə xalq
dinin əxlaqi mahiyyətini bütün təmizliyi ilə saxlayıb. Ona görə
də Tolstoy əsl dini sadə xalqdan öyrənməyi məsləhət görürdü.
Allahın mahiyyətini yazıçı daha çox əxlaqi planda izah
edirdi. Tolstoy tez-tez təkrar edirdi ki, «Allah məhəbbət
deməkdir», insanın «Mən»liyini təşkil edən «kamil
xoşbəxtlikdir». O, bəzən Allahı ruh anlayışı ilə eyniləşdirməyə
meyil göstərirdi. İnsanın ölümündən sonra onun ruhu ilahi
varlığa qovuşur. Burada Qərb neoplatonizminin və Şərq
müsəlman sufizminin təsiri açıq görünür.
Tolstoyun fikrincə cəmiyyəti daha yaxşı təşkil etmək üçün
yalnız bir yol var - bütün insanları olduqlanndan daha yaxşı
etmək lazımdır. Lakin bundan ötrü hər adam özü-özünü
yaxşılaşdırmalıdır. Bu məqsədin həyata keçirilməsi vasitəsini o,
bir prinsipdə görürdü: «şərə güclə müqavimət göstərməmək».
Tolstoy deyirdi ki, «od odu söndürə bilmədiyi kimi, yaman da
yamanı söndürə bilməz. Yalnız xeyir şərlə qarşılaşıb ona
yoluxmasa qalib gəlİD)."'
Tolstoyun inqilabçılara özünəməxsus münasibəti olmuşdur.
Bu səbəbdən də onlarla mübarizənin xüsusi vasitələrini təklif
edirdi. Yazıçı deyirdi ki, inqilabçıları öldürmək, məhv etmək
11
0
I I I
JI.H.T
OJICTOH
.
nCC,
T.60.
M.. 1949. c.247.
JI.H.T
OJICTOH
.
nCC. T.23. c.334.
164
yolu ilə mübarizə aparmaq olmaz. Onların sayı deyil, fikirləri
əsasdır. Onlarla mübarizə üsulu «mənəvi mübarizə» olmalıdır.
İnqilabçıların idealı ümumi rifah, bərabərlik, azadlıqdır.
«Onlarla mübarizə aparmaq üçün, onlara qarşı elə ideal irəli
sürmək lazımdır ki, onların idealından yüksək olsun, onların
idealını özündə birləşdirsin»."^ Belə ideal kimi o, «məhəbbət
idealını», «pisliyi bağışlayıb, əvəzinə yaxşılıq etmək» prinsipini
irəli sürürdü.
Vladimir Sergeyeviç Solovyov (1853-1900) «bütöv bilik»
adlanan sistem yaratmış, bəşəriyyətin əqli inkişafının ali
məqsədi və nəticəsi kimi elmin, fəlsəfənin və dinin sintezini irəli
sürmüşdür. Bu sistemdə ontologiya (varlıq haqqında təlim)
dünyanın vəhdətini ilahi birlikdə görür, qnoseologiya (idrak
haqqında təlim) irrasional biliyi əsaslandırır, sosiologiya isə
cəmiyyətin ali idealını ümumdünya teokratik"^ xristian monar-
xiyasında""* axtarırdı.
Solovyov etikanı dini əsasda yaradırdı. İnsan o zaman əxlaqlı
sayılır ki, o öz iradəsini «mütləq xeyİD>ə, yəni Allaha qulluq
etməyə tabe edir. «Dini əxlaq qaydası bizdən tələb edir ki, öz
iradəmizi Allahın iradəsi ilə birləşdirək. Lakin Allahın iradəsi
hər şeyi əhatə edir və onunla birləşərək və yaxud onunla həqiqi
razılığa gələrək, biz bu yolla qəti və ümumi hərəkət qaydası əldə
edirik»."^
Şərtsiz, mütləq, varlıqüstü, yəni Allah — Solovyova görə əsl
biliyin predmetini təşkil edir. Buraya yalnız mistik və ya dini
qavrayış aid edilə bilər, çünki bu qavrayışdan bizim məntiqi
təfəkkürümüz ağıl, təcrübəmiz isə reallıq alır. O, qətiyyətlə
deyirdi ki, hər şey dini inamda və hansısa mistik görüşdə həll
edilir.
"■ Yenə orada, T.63, s.52.
"^Tcokratiya (yun. «theos»-Allah, «kratos»-hakimiyyət) elə idarə formasıdır ki, orada dövlət
başçısı eyni zamanda dini rəhbərdir.
"■* Monarxiya (yun. «mono» - bir və «kratos» - hakimiyyət) elə dövlət formasıdır ki, orada
dövlət başçısı təkbaşına hökmranlıq edən monarxdır (kral, şah, imperator və s.) və hakimiyyət
irsən keçir.
Вл.Соловьев. Сочинения. В 2-х n.. T.l. M.. «Мысль». 1990, с.259.
165
Solovyova görə iqtisadi qaydalann əsas prinsipi fayda, siyasi
qaydalannmkı ədalət, kilsə qaydalannınkı isə məhəbbətdir.
Onla- n müvafiq olaraq «maddi», «formal» və «mütləq»
başlanğıc kimi şərh etmək olar.
Təbiəti Allahın əsəri hesab edən xristian görüşü ilə razılaşan
Solovyov eyni zamanda bu dünyanı kamil hesab etmir və
göstərirdi ki, məhz insan onu təkmilləşdirməlidir.
Solovyova görə həqiqət bizim mühakimə və nəticələrimiz
deyil, ümumi birliyin özünə aid olan mütləq dəyərdir. Həqiqəti
qəbul etmək - subyektiv təfəkkür çərçivəsindən kənara çıxmaq,
dünyada nə mövcuddursa onların hamısının birliyinə, yəni
mütləqə daxil olmaqdır.
Ümumiyyətlə zorakılıq və inqilaba qarşı çıxan Solovyov eyni
zamanda göstərirdi ki, müəyyən şəraitdə zorakılıq əxlaqi
baxımdan sadəcə olaraq zəruridir.
Nikolay Aleksandroviç Berdyayev (1874-1948) fılosof-
ekzistensialist «yeni xristianlıq» təliminin yaradıcısıdır. Onun
fəlsəfi görüşləri xristian personalizmi və yaxud ekzistensializm
formasında yalnız mühacirət dövründə yaranmışdı. Lakin onun
fəlsəfi görüşləri hələ mühacirətə qədər artıq Rusiyada
formalaşmağa
başlamışdı.
Berdyayev
slavyanofilləri,
F.Dostoyevski- ni, V.Solovyovu özünün rus sələfləri hesab
edirdi.
Əgər Berdyayevin dini və sosial-siyasi görüşləri rus idealist
fəlsəfəsi ilə sıx bağlıdırsa, onun kulturoloji və estetik ideyaları
tam məntiqi olaraq irrasionalizmin Qərbi Avropa ənənələrinə
uyğun gəlir.
Berdyayev XIX əsrdə rus ictimai fıkrindəki inqilabi-
demokratik və materialist istiqamətləri tənqid edirdi. Filosof
kommunizmi inkar edir, onu mənəvi köləlik, şəxsiyyəti
kollektivə tabe edən eybəcərləşdirilmiş din hesab edirdi. O,
materializmi insanı mənəvi azadlıqdan məhrum edən kollektivin
təhrif olunmuş dini kimi ifadə edirdi.
Berdyayevə görə Allah ruhdur, O real olaraq müqəddəslərin,
mistiklərin, yüksək mənəviyyatlı adamların həyatında və
insanın yaradıcılıq fəaliyyətində iştirak edir. Mənəvi təcrübəsi
olan adamın Allahın varlığını məntiqi yolla sübut etməyə eh-
166
Dostları ilə paylaş: |