Nitsşe hesab edirdi ki, insan idealsız yaşaya bilməz, lakin
ideal praktiki həyatdan çıxarılırsa orada inkar ola bilməz. O,
yazırdı: «İdeal fanatiki o vaxta qədər əsl fanatik olur ki, o, hələ
inkar edir və buna görə də qorxuludur; o inkarı özü qədər yaxşı
bilir, belə sadə səbəbə görə ki, o, oradan çıxıb, onun evi oradadır
və o, gizlində bir də oraya qayıtmaqdan daim qorxur; o məhz
inkar yolu ilə oraya qayıtmağı özü üçün qeyri-mümkün etmək
istəyir».
Nitsşe hesab edirdi ki, insana yuxanya, elə bir dünyaya can
atmaq lazımdır ki, o, varlıq əzabından daha yüksəyə qalxa
bilsin. Beləliklə, insan - insan olaraq qalmamalıdır, ona
fovqəlin- san olmaq qisməti verilib. Fövqəlinsan həyatda yalan,
əzab- əziyyət, düşmənçilik gətirən nə varsa hamısını məhv
etməlidir. Avropanın çoxəsrlik ənənəsi kimi xristianlığın tənqid
edilməsi və zərdüştlüyün tərif edilməsi bu əsas müddəa ilə
bağlıdır. Nitsşe hesab edirdi ki, məhz xristianlıq əsrlər boyu
insanın qəbul etdiyi bütün həqiqəti alt-üst etdi və bu həqiqətin
yerinə tamamilə uydurma fikirlər gətirdi: Allah, əxlaqa
əsaslanan dünya qaydaları, ölümsüzlük, günah, şəfqət,
bağışlama. Həm xristian, həm də sosialist əxlaqı həddən artıq
ictimai olduğu üçün insanda fərdi başlanğıcı zəiflədir.
Nitsşe əsərlərinin bəzilərini, o cümlədən «Zərdüşt belə
demişdir» kitabını şerlə yazdığı üçün onun filosofdan daha çox
şair olduğunu iddia edənlər də var (məsələn B.Rassel).
Bir sıra görkəmli filosoflar Nitsşenin fövqəlinsan
konsepsiyasının Hitlerin nasional-sosializmi ilə uyğun gəldiyini
sübut etməyə çalışırlar. A.Kamyü yazırdı: «Nitsşeyə və
nasional- sosializmə qədər belə bir nümunə olmamışdır ki,
tamamilə alicənablıq ilə işıqlandırılan, öz-özlüyündə tək olan
ruha əzab verən fikir dünyaya yalan paradı və həbs
düşərgələrindəki dəhşətli meyit yığmı ilə təqdim edilsin.
İnsanlığa yad olanların müntəzəm olaraq istehsalına gştirən
fövqəlinsanlığın təbliğ edilməsi bir faktdır ki, onu ifşa etmək
lazımdır, həm də onun izahı da tələb olunur».'®’
Ф.Ницшс. Собрание сочинений. В 6-ти тт.. Т.З, 1901. с. 150.
А.Камю. Бунтующий человек. М., 1990, с. 176.
158
XII. XIX əsr - XX əsrin birinci yarısında rus fəlsəfəsi
1.
XIX əsrin 30-50-ci illərində rus fəlsəfəsi
Slavyanofillər və qərbçilər. XIX əsrdə Rusiyada müstəqil
fəlsəfi fikrin başlanğıcı slavyanofillər və qərbçilərin adı ilə
bağlıdır.
Xüsusi konsepsiya kimi bu cərəyanlar XIX əsrin 30-cu
illərinin ikinci yarısında formalaşmışdır. Bu elə bir dövr idi ki,
rus zadəgan gəncliyinin demək olar hamısı alman idealist
fəlsəfəsinə aludə olmuşdular.
Rus yazıçı-mütəfəkkirlərindən olan P.Y»Çaadayev (1794-
1856) qərbçilik ideologiyasının təşəkkül tapmasına daha çox
təsir göstərmişdir. Qərb dünyasını Rusiya üçün nümunə elan
edən mütəfəkkir kimi o, qərbçiliyin əsas istiqamətini
müəyyənləşdirmişdi.
Qərbi
Avropa
sivilizasiyasının
nailiyyətlərini Çaadayev katolisizm ilə bağlayırdı.
Çaadayev üçün fəlsəfi sistem yaratmağın əsas ideyası din və
fəlsəfənin vəhdəti fikri olmuşdur. O, dünyada İlahi qanunun
aliliyini əsaslandırırdı.
T.N.Qranovski, K.D.Kavelin, N.V.Stankeviç, P.V.Annen-
kov, A.İ.Turgenyev, İ.S.Turgenyev qərbçiliyin görkəmli
nümayəndələri idilər.
1862-ci ildə liberal və qərbçi İ.S.Turgenyev A.İ.Gertsenə
yazmışdı: «Biz ruslar həm dilimizə, həm də soyumuza görə
Avropa ailəsinə mənsubuq... və deməli, fiziologiyanın ən
dəyişməz qanunlarına görə bu yolla getməliyik».'®*
Slavyanofillər XIX əsrin 40-50-ci illərində rus ictimai və
fəlsəfi fikrinin əsas nümayəndələri idilər. Onlar hesab edirdilər
ki, ruslar və başqa slavyan xalqları yalnız özünəməxsus yol ilə
inkişaf edə bilərlər.
Slavyanofillərin fəlsəfi görüşləri bu cərəyanın əsasını
qoymuş
A.S.Xomyakov
(1804-1860),
İ.V.Kireyevski
(1806-1856), sonralar Y.F.Samarin (1819-1876) tərəfindən
işlənib hazırlanmışdı. Slavyanoçilik xüsusi seçilən dini-fəlsəfi
təlim idi.
H.C.TyprcHCB. nCC. B
30-Tiı
TT
. fİHCbMa.
T.5, M., 1988. c. 126.
159
Məsələn, A.S.Xomyakov deyirdi ki, təmiz qaynaqdan - Şərq
kilsəsindən Rusiyaya gələn əsl inam rus xalqının xüsusi tarixi
vəzifələrini şərtləndirir.
Aleksandr İvanoviç Gertsen (1812-1870) bu dövrün rus
fəlsəfi fikrini təmsil edən nümayəndələrindən biridir. Hegel dia-
lektikasını inqilabın cəbri (aigebrası) hesab edən A.İ.Gertsen bu
təlimi mənimsəmiş, onun vasitəsilə inqilabi mübarizəni nəzəri
cəhətdən əsaslandırmağa çalışmış, dialektikanı Hegelin özünə
qarşı çevirmişdi. Gertsen materialist idi. 1844-1845-ci illərdə o,
özünün əsas fəlsəfi əsərini - «Təbiəti öyrənmək haqqında
məktublaD) kitabını yazır. Gertsenə görə əvvəlki materializmin
əsas səhvi inkişaf ideyasını qəbul etməməsi olmuşdur. Onun
fikrincə bütün həqiqi biliklər idrak prosesində hissi və məntiqi
idrakın dialektik vəhdətinin nəticəsidir.
Ədəbi-tənqidçi və filosof-materialist Vissarion Qriqoryeviç
Belinski (1811-1848) xalqın gələcəyi haqqında danışarkən
sosializmi nəzərdə tuturdu. O, sosializmi inam və biliyin alfa və
ome- qası'®’ hesab edirdi. Sosializm, Belinskiyə görə xüsusi
mülkiyyətin və insanın insan tərəfindən istisman olmayan
cəmiyyətdir. Bu cəmiyyətdə insanlar arasında əsl bərabərlik
olmalıdır.
Hegel fəlsəfəsinə tənqidi yanaşma nöqteyi-nəzərindən
Belinski belə nəticəyə gəlmişdi ki, bu fəlsəfə bəşəriyyətin əqli
inkişafında əhəmiyyətli bir hadisə olsa da, öz-özlüyündə mütləq
(absolyut) olmaq iddiasında olduğu üçün onun nəticələri heç nəyə
yaramır. O, Hegeli azadlıq və ağılın cəlladı, des- potizmin və
cəhalətin müdafiəçisi hesab edirdi.
Belinski özünü materialist sensualizmin tərəfdan elan etmişdi.
Onun fikrincə idrak ona görə sonsuzdur ki, təbiət də sonsuzdur.
Belinski xüsusi fəlsəfi əsərlər yazmayıb, özünün fəlsəfi
görüşlərini qısa və qırıq-qırıq söyləmişdir. Onun əsl məşğuliyyəti
ədəbiyyatşünaslıq və estetika idi. Məhz bu sahədə Belinski daha
aydın, qüvvətli və ardıcıl olaraq özünün fəlsəfi görüşlərini
əsaslandırırdı.
Alfa və omeqa yunan əlifbasının birinci və sonuncu hərfləridir.
160
Dostları ilə paylaş: |