X. XIX əsrdə Azərbaycan fəlsəfəsi
1.
Abbasqulu ağa Bakıxanovun dünyagörüşü
A.Bakıxanov (1794-1847) görkəmli tarixçi, filoloq, şair,
filosof, kosmoqraf olmuşdur.' Ədəbi fəaliyyətinin başlanğıcında
0, əsasən bədii yaradıcılıq və fıloloji araşdırmalar ilə məşğul
olmuşdur. 1830-cu illərin əvvəllərindən başlayaraq Bakıxanov
daha çox e1mi və fəlsəfi əsərlər yazır^
Tarixi və siyasi görüşləriıjdinx sahəsində uzun illər
araşdırmanın nəticəsi olan, Şirvan və Dağıstan tarixinə həsr
olunmuş əsər - «Gülüstan-e İrem» Bakıxanovun yaradıcılığında
xüsusi yer tutı^ O, tarixi prosesin əsas məzmununu, tarix
elminin predmetinı siyasi hadisələrdə - hökmdarlann,
sərkərdələrin, inqilabçılann əməllərində görürdü. Bakıxanovun
tarixi görüşlərinin əsasını cəmiyyət haqqında idealist anlayış
təşkil edin Bakıxanov maariflənmiş monarxiya tərəfdarı idi.
Onun fikrincə irsən keçən sülalə hakimiyyəti tamamilə
qanunidir və ona hörmət edilməlidir. Təbəələr hökmdara itaət
etməlidir, çünki hökmdar qayda və qanunlann qoruyucusudur.
Bakıxanov hesab edirdi ki, Rus imperiyası yerli xalqlan
itaətdə saxlamaq üçün zorakılıq etməməlidir. Cənubi Qafqazı öz
tərkibində saxlamaq üçün imperiya buradakı xalqlan
maarifləndirməlidir. O, çarizmin bölgədəki müstəmləkəçilik
siyasətinin mahiyyətini düzgün qiymətləndirmirdi.
Fəlsəfi görüşləri Hələ uşaqlıq yaşlarından dini ədəbiyyatın
böyük təsiri altında olan Bakıxanov bir sıra dini-fəlsəfi təlimləri
mənimsəmişdir. Onun fəlsəfi görüşləri islam ehkamçılığı ilə sıx
əlaqədə idi. Bakıxanov bu ehkamları yalnız Allahın göstərişləri
kimi izah etməklə kifayətlənməyərək, onlara dərin fəlsəfi məna
verirdi.
I Fəlsəfə məsələlərində mütəfəkkir sufi konsepsiya olan
vbhdəti-vücud tərəfdarı idi. Sufizmə uyğun olaraq Bakıxanov
təsdiq edirdi ki, İlahi məhəbbət dünya qaydalarının daxili
məqsədəuyğunluğunu müəyyən edir. Dünyanın nizamı və
ahəngdarlığı İlahi məhəbbət əsasında qurulur, məhəbbətsiz heç
bir şey yaşaya bilməz, heç nə baş verə bilməz,/
146
Göstərmək lazımdır ki, islam ehkamlarını müdafiə edən
Bakıxanov eyni zamanda idrak prosesində elmin roluna böyük
qiymət verirdi. O, hesab edirdi ki, elm və din bir-biri ilə
uyğunlaşa bilər; elm də son nəticədə dinin dediklərini
təsdiqləyir.
Etika, Bakıxanov əxlaqi davranışları təkcə irsən keçən adət
hesab etmir, həm də tərbiyənin və mühitin məhsulu kimi
qiymətləndirirdi. Onun fikrincə insanların əxlaq və davranışları
onların öz həi'əkətlərini ağıl vasitəsilə tənzimləməsindən
asılıdır; dünyada hər şey xeyir üçün yaradılıb, şər gerçək varlığa
malik deyil. /
[Bakıxanov da müsəlman aristotelçiləri kimi məntiqi
düzgün təfəkkür hesab edirdi. O, yazırdı ki, məntiq idrakın
silahı, danışıqda mümkün səhvlərdən azad olmaq vasitəsidir.
2,
Mirzə Fətəli Axundovun fəlsəfəsi
/ Materialist filosof və yazıçı M.F,Axundovun (1812-1878)
fəlsəfi yaradıcılığı dünyanın ictimai və fəlsəfi fikrini
mənimsəyib, yenidən nəzərdən keçirib və inkişaf etdiribdir.
Onun fəlsəfi görüşlərinin bilavasitə nəzəri qaynaqlan Şərq, rus,
Avropa mədəniyyəti və fəlsəfəsi olmuşdur./Hərtərəfli biliyə
malik olan Axundov 1863-1866-cı illərdə «fİindistan şahzadəsi
Kəmalüddövlə- nin İran şahzadəsi Cəmalüddövləyə yazdığı üç
məktub və Cə- malüddövlənin ona göndərdiyi cavab» adlı
fəlsəfi əsərini yazır.
Axundovun fəlsəfi irsində dinin tənqidi mərkəzi yer tuturdu.
O, elm və dini bir-birinə qarşı qoyur, onların bir araya
sığışmadığını sübut etməyə çalışırdı. Axundov dini tərəqqi
yolunda ən böyük maneə hesab edirdi./O, yazırdı: «...İslam dini
meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin
durğunluğu- nun, dəhşətli despolizmin əmələ gəlməsinin
səbəblərini və ümumiyyətlə, asiyalılann mədəniyyət və tərəqqi
işlərinə qarşı laqeydlik və etinasızlığının səbəblərini heç kəs
başa düşməmiş- d^Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq
təşkil edir və o, öz dühası ilə, həqiqətən kəşf edə bilmişdi ki.
Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər
və onların insan həyatına uyğunlaşmayan mənfur dinidİD>,®y^'
9İ
M.F.Axundov. Əsərləri, II cild, Bakı, 1988, s.310.
147
Axundov öz sosial-siyasi idealının həyata keçirilməsində
insan ağlına böyük ümid bəsləyir və göstərirdi ki, elm, maarif
tərəqqinin əsas amilidir.
Axundova görə dünyanın əsası maddidir, təbiətin müxtəlif
predmet və prosesləri vahid və hər şeyi əhatə edən əbədi və
sonsuz maddi substansiyanın təzahürü, öz-özünün səbəbidir,
mövcud olması üçün heç bir təbiətüstü varlığa ehtiyacı yoxdur.
İdrak məsələsində Axundov materialist sensualizm mövqeyində
dayanır və hissi idrakın rolunu həlledici hesab edirdi.
Axundov ədəbiyyat və incəsənəti həyat həqiqətinin bədii
üsullarla əksedilməsi kimi qiymətləndirirdi. O, eyni zamanda
bədii yaradıcılıqla da məşğul olmuş, beş komediya, povest,
şerlər və s. yazmışdı.
Axundovun elmi yaradıcılığında sosial-siyasi problemlər
böyük yer tutur. O, feodal qayda-qanunlarını və despotik dövlət
quruluşunu tənqid edir, ictimai həyatın ədalət əsasında yenidən
qurulmasını tələb edirdi.; 1850-ci illərdə Axundov
maarifpərvər, ədalətli hökmdara ümid bağlayırdı. 60-cı illərdə
isə 0, konstitusiyalı monarxiya fikrini irəli sürürdü.
Axundov hesab edirdi ki, azadlıq insanın təbii hüququdur,
insanın inkişaf etməsinin zəruri şərtidir. Odur ki, hər bir fərd öz
fikirlərini azad surətdə söyləmək, azad şəkildə təbliğ etmək,
yaşamaq hüququna malikdir. Axundov insan azadlığı
problemini insan hüquqlarının tam təmin edilməsi ilə
əlaqələndirir və insan hüququnu tapdalayan quruluşun məhvi
məsələsini qəti şəkildə qoyurdu.
3.
Cəmaləddin Əfqaninin dünyagörüşü
XIX
əsrin 70-90-cı illərində müsəlman ölkələrində böyük
hörmət sahibi olan Azərbaycan mənşəli mütəfəkkir C. Əfqani
(1839-1897) islamın yenidən dirçəlməsi, sonralar ona əlavə
edilən və onun mahiyyətini təhrif edən, beləliklə də
müsəlmanların geri qalmasına səbəb olan «yeniliklər»dən xilas
etmək uğrunda mübarizə aparırdı.
148
Dostları ilə paylaş: |