3.
Materialistlər: J.O.Lametri, D.Didro,
K.A.Helvesi, P.A.Holbax
XVIII
əsr fransız materialistlərinin görüşləri materializm
tarixində yeni mərhələ hesab olunur; çünki bu materializm
əvvəlki materialist təlimlərdən mahiyyətcə fərqlənir.
Filosof və həkim Lametrinin (1709-1751) fikrincə əbədi,
məhvedilməz, daim hərəkətdə olan materiya dünyadakı bütün
müxtəlifliyi yaratmaq qabiliyyətinə malikdir.
Lametriyə görə duyğular idrakın qaynağıdır. Lakin yalnız
təfəkkür duyğuların məlumatını ümumiləşdirərək əşyaların,
təzahürlərin bütün mənzərəsini yenidən canlandıra bilir və
onların mahiyyətinə nüfuz edir.
İnsan orqanizminə orijinal maşın kimi baxan və mexanika-
nın prinsiplərini bu işə cəlb edən Lametri təsdiq edirdi ki, insan
orqanizminin həyat
fəaliyyətini tənzimləyən mexanika
prinsiplərinin • pozulması, bu pozulmanın bərpa olunmazlığı
maşını sıradan çıxarır. Bu isə maşını bütövlükdə əhatə edən
ölüm deməkdir, yəni insanın həm bədəninin, həm də ruhunun
ölməsidir.
Didro (1713-1784) filosof, yazıçı və ideoloq olaraq iyirmi
ildən çox vaxtını «Elm, incəsənət və peşə ensiklopediyası»nın
yaradılmasına sərf etmişdir. «Ensiklopediya»nın yazılmasında
XVIII əsr fransız maarifçiliyinin ən görkəmli nümayəndələri
iştirak etmişdir. Didro
«Ensiklopediya»nı
yaratmağa
başlayanda artıq materialist və ateist mövqedən çıxış edirdi.
Onun materializmi mexanist xarakter daşıyırdı.
Didroya görə materiya şüurdan kənarda və ondan asılı
olmayaraq mövcuddur. Bizim duyğularımız, təsəvvür və
anlayışlarımız obyektiv mövcud olan predmet və hadisələrin
əks olunmasıdır. O, sensualist idi, yəni duyğulan idrakın yeganə
qaynağı hesab edirdi.
Didro dinə qarşı çıxır, ona barışmaz münasibət bəsləyir,
həqiqətin ikiliyi təlimini inkar edirdi. Onun fikrincə, dini inam
nəinki ağılın əksinədir, o ağılı tamamilə sıxışdırıb məhv etmək
istəyir.
137
Ensiklopedist filosof Helvesi (1715-1771) hissi başlanğıcın
fəal müdafiəçisi idi. O, duyğulan yeni, həyati, realist fəlsəfənin
yaradılması üçün əsas şərt hesab edirdi. XVIII əsrin bütün
materialistləri kimi Helvesi də biliyin meydana gəlməsi faktının
təcrübədən, hissi idrakdan yaranmasını qəbul edirdi.
Hər bir «əsl, həqiqi fəlsəfənin» başlanğıc prinsipi kimi
Helvesi təbiətin yaradılması, sonsuzluğu və əbədiliyi fikrini əsas
götürürdü. İnsan da həmin təbiətin bir hissəsidir.
Didro təsdiq edirdi ki, materiya heç vaxt yaradılmır, məhv
edilmir, yalnız özünün mövcudluq formasını dəyişir. Materiyanı
yeganə substansiya hesab edən Didrodan fərqli olaraq Helvesi
təbiəti konkret hiss edilən cisimlərin birliyi hesab edirdi.
Helvesi ateist görüşlərin tərəfdan idi. O, dini əxlaqı tənqid
edir və hesab edirdi ki, bu əxlaq insanın yaxşı həyata can atmaq
cəhdlərini məhv edir.
XVIII
əsr
fransız
materializminin
görkəmli
nümayəndələrindən biri də Holbaxdır (1723-1789). Bütün
dünya hadisələrinin əsasında duran ümumi başlanğıcları tapıb
müəyyənləşdirməyi filosof öz tədqiqatlannın məqsədi sayırdı.
Bütöv halda, dünya, onun mövcudluğunun və dəyişməsinin
qanunlan onun fikrincə fəlsəfənin predmetini təşkil edir.
Holbaxa görə materiya və onun ən ümumi xassələri tam və
vahiddir. Materiya yeganə substansiyadır. Əşyalann xassələri
onların özlərindən əvvəl gələ bilməz, deməli, şüur da
materiyadan əvvəl mövcud ola bilməz.
Holbaxın fikrincə materiya zaman etibarilə daimi, məkanda
isə sonsuzdur. Məkan və zaman materiyanın varlıq formasıdır.
Materiya və hərəkət aynimazdır. O, hesab edirdi ki, hərəkət
əsasən mexanikidir, yəni cisimlərin məkan daxilində
dəyişməsidir.
Başqa fransız materialistləri kimi Holbax da ateist idi. Dinə
qarşı mübarizədə, filosof maarifçiliyin geniş yayılmasını zəruri
hesab edirdi.
0
138
IX. XVin əsrdə alman klassik fəlsəfəsi
1. İmmanuil Kantın fəlsəfəsi
İ.Kant (1724-1804) alman klassik fəlsəfəsinin banisidir.
Fəlsəfi və təbii-elmi fənlərin geniş kompleksindən yaradıcılıqla
istifadə edən Kant ensiklopedik bilikli orijinal mütəfəkkirdir.
Kantın fəlsəfi inkişafı iki dövrə bölünür. Birinci dövr -
«tənqidə qədərki dövn> adlanır (l770-ci illərin əvvəllərinə
qədərj^Kant fəlsəfi problemləri həll etmək üçün belə bir inama
əsaslanırdı ki, fəlsəfə nəzəri, mücərrəd elm kimi, yəni
təcrübənin məlumatına müraciət etmədən araşdınla və əsas-
landınla biləij^ Bu dövrdə Kantın əsərlərində fəlsəfi məsələlər
ilə yanaşı təbiətşünaslığa həsr edilmiş tədqiqatlar da əsas yer
tuturdu (məsələn. Günəş sisteminin qurulma prinsipləri və b.).
Dünyanın inkişaf prosesinin sonsuzluğunu qəbul edən Kant
bununla yanaşı hesab edirdi ki, bu prosesin başlanğıcı var.
Dünyanın səbəbi filosofa görə Allahdır.
Kant fəlsəfəsinin ikinci - «tənqidi dövrü» 1770-ci illərin
əvvəllərində formalaşdı. Bu təlim onun «Təmiz ağılın tənqidi»,
«Praktik ağılın tənqidi» və «Mühakimə qabiliyyətinin tənqidi»
əsərlərində şərh edilir. Bu əsərlərin birincisində Kant özünün
idrak, ikincidə etika, üçüncüdə estetika haqqında görüşlərini və
təbiətdə məqsədəuyğunluq təlimini izah edirdy
Kant təzahürü öz-özünə mövcud olan əşyadan - «şey~ozün-
də»dən ayırmağa çalışırdı; axırıncı təcrübədə verilə bilməz.
Əşyalar özlüyündə dərkedilməzdir, biz yalnız təzahürləri dərk
edirik (aqnostisizm). Son nəticədə «şey özündə» transsendent,
yəni zaman və məkandan kənarda, o dünyada mövcud olur.
Kantın fikrincə ümumi və zəruri əhəmiyyət kəsb edən biliyin
qaynağı nə təcrübə, nə də ağıl ola bilər. Kantın fəlsəfəsinə görə
belə həqiqi bilik mövcuddur, onun qaynağı təcrübədən asılı
olmayan və ondan əvvəl mövcud olan (apriori) hissiyyat və
düşüncə formalarıdır.
Kant üç əsas idrak qabiliyyəti haqqında danışır: hissiyyat,
düşüncə və ağıl. Hissiyyat - duymaq, düşüncə - anlayış və
139
Dostları ilə paylaş: |