Dekart deyirdi ki, insanlar bilmirlər ki, Allah dünyanı nə
məqsədlə yaradıb, onlar Allahın məramını heç vaxt bilməzlər.
Buradan filosof qəti nəticə çıxarır: «Biz son məqsəd axtarmağı
öz fəlsəfəmizdən tamamilə çıxanb atmalıyıq».
Dekart həqiqət haqqında danışarkən deyirdi ki, «...biz
həqiqətin təbiətini dərk etməyə kömək edəcək heç bir məntiqi
tərif verə bilmərik».®^
Dekartm dediyinə görə, ağıl səhv etmir. Bəs onda
yanılmağın səbəbi nədir? O, yazırdı: «Ağıl nəyi başa düşürsə,
onu düzgün anlayır və ola bilməz ki, o səhv etsin. Onda mənim
yanılmağım haradan yaranır? Yəqin yalnız ona görə ki, ağıldan
daha geniş olan iradə (volya) öz sərhədlərində çox qala bilmir
və mənim əlim çatmayan şeylərə də çatır. Öz-özlüyündə onlara
biganə qalan iradə çox asanlıqla yanlışlığa düçar olur və həqiqət
yerinə yalanı, xeyir yerinə şəri seçir; ona görə də mən səhv və
günah edirəm».
Dekart belə nəticəyə gəlir ki, insan hər şeyi dərk edə bilməz,
çünki həqiqəti tamamilə bilən yalnız Allahdır. O, yazırdı:
«Həqiqətdə bir Allah tamamilə müdrikdir, belə ki, yalnız ona
hər şeyi bilmək xasdır. Lakin insanların da ən vacib predmetlər
haqqında nə qədər çox və yaxud az bilmələrinə uyğun olaraq bu
və ya digər dərəcədə müdrik olmalarını demək olar. Mən hesab
edirəm ki, bütün hazırlıqlı adamlar bununla razıdırlaD>.‘^’
3.
Tomas Hobbsun fəlsəfəsi
XVII əsrin böyük ingilis filosoflarından biri də TMobbsdur
(1588-1679).
Hobbs qeyd edirdi ki, «fəlsəfə teologiyanı, yəni əbədi,
yaradılmayan, ağılçatmayan Allahın təbiəti və atributlan
haqqında təlimi kənarlaşdırır». O, teologiyanı inkar etmirdi, onu
fəlsəfədən ayırırdı.
Р.Декарт. Сочинения. В 2-х
IT
.,
T.I. M„ 1989. c.604.
“ Р.Декарт. Избранные произведения. M., 1950, с.376-377.
Р.Декарт. Сочинения. В 2-х тт.. Т. 1. с.302.
127
Hobbs sensualizmin*^* əsas prinsipini qəbul edirdi. Duyğu
olmasa nə təsəvvür, nə yaddaş, nə də ki, insan şüurunun başqa
komponentləri (tərkib hissələri) ola bilməz. Onun fikrincə
təcrübi-induktiv və deduktiv-rasionalist metodlar eyni dərəcədə
əhəmiyyətlidir.
Filosof deizm*^’ mövqeyindən panteist təsəvvürlərin
əleyhinə çıxış edirdi. Aristotelin hərəkətdə olmayan başçı kimi
Allah ideyasını o, «əbədi hərəkətdə olan nə isə» kimi təsəvvür
edirdi.
Hobbsun fikrinə görə, insan başqa təbiət cisimləri arasında
sadə bir cisim deyil, ağıllı varlıqdır. İnsan əxlaqın və eyni
zamanda siyasətin subyektidir. Makiavelli və başqa İntibah əx-
laqçıları kimi Hobbs da insanın eqoist təbiətini qeyd edirdi.
Hobbsa görə azadlıq anlayışı zərurət anlayışına zidd deyil.
Filosof özünün «Vətəndaş haqqında» və «Leviofan»’®
əsərlərində
insan
cəmiyyətinin,
ağıl
tərəfindən
müəyyənləşdirildiyini əsaslandırmağa çalışırdı.
Hobbs qeyd edirdi ki, hər bir xalq öz həyatında iki mərhələdən
keçir: 1) dövlətə qədərki təbii vəziyyət (status natura- lis); 2)
dövlət və vətəndaş vəziyyəti (status sivilis). Təbii vəziyyəti 0,
qədim Roma atalar misalı İlə ifadə edir: «İnsan insanın
canavarıdır»; təbii vəziyyət «hər kəsin hər kəsə müharibəsi
deməkdir». Belə müharibə bəşəriyyətin öz-özünü məhv etməsinə
gətirib çıxara bilər. Odur ki, bütün insanlar üçün təbii vəziyyəti
vətəndaş və dövlət vəziyyəti ilə əvəz etmək zərurəti meydana
gəlir. Belə vəziyyətin əsas qanuni əlaməti qüvvətli mərkəzi
hakimiyyətin mövcudluğu ola bilər. Bu hakimiyyət bütün
fərdlərin iştirak etdiyi ictimai müqavilə yolu ilə yaradılır.
Sensualizm (lat. «scnsus»-hiss, duyğu) - duyğulan idrakın osas qaynağı hesab edən təlimdir.
Deizm (lat. «deus» - Allah) - Allahı dünyanın ilk səbəbi kimi qəbul edən təlimdir; lakin
sonradan Allah dünyanın işinə qarışmır, dünya öz-özünə mövcud olur. Bibliyada Lcviofan
nəhəng dəniz əjdahasıdır.
128
4. Benedikt (Barux) Spinozanın fəlsəfəsi
XVII əsrin ən görkəmli filosoflardan biri hollandiyalı
Benedikt (Barux) Spinozadır
Biliyin izahı Spinoza fəlsəfəsində böyük yer tutur. Hisslərə
əsaslanan ideya - həmişə qaranlıq, insan ruhunun və ya ağılın
ideyası - həmişə aydın olur. Ağılın ideyası olmadan nümunəsini
riyaziyyat verən heç bir düzgün bilik də ola bilməz. Spinozanın
rasionalist metodologiyası əhəmiyyətli dərəcədə elə bu iki
ideyanın müxtəlif növlərini fərqləndirməkdən ibarətdir.
F.Bekon və xüsusən də Dekart kimi Spinoza da skeptisiz- mə
qarşı kəskin mənfi münasibət bəsləyirdi. O, belə hesab edirdi ki,
skeptisizmin dəlillərini yalnız həqiqi bilik inkar edə bilər.
Spinozanın fikrincə bütün maddi mövcudatın səbəbi kimi
Allah aktual sonsuz substansiyadır. Allahı, təbiətdəki tək-tək
şeylərin cəmi ilə eyniləşdirən Spinozanın naturalist panteizmi
materializmə meyl göstərirdi. Spinoza onu ateizmdə
günahlandıran çoxsaylı ittihamları inkar edirdi.
Spinoza sübut edirdi ki, heç bir cəmiyyət dövlət və hüquq
olmasa yaşaya bilməz. O, yazırdı: «Heç bir cəmiyyət haki-
miyyətsiz və qüvvəsiz, deməli insanların ehtirasını və aşıb-
daşan istəyini məhdudlaşdıran və saxlayan qanunlar olmasa
yaşaya bilməz. Lakin insan təbiəti onu qeyri-məhdud olaraq
məcbur etməyə dözmür».’’ Qanun o vaxt müsbət nəticə verir ki,
o insanın istək və arzusuna uyğun gəlir.
Özünün fəlsəfi fikirlərinə əsaslanan Spinoza, siyasi-hüquqi
görüşlərini ümumiləşdirərək belə nəticəyə gəlmişdi ki, dövlətin
əsas məqsədi vətəndaşların azadlığını təmin etməkdir. «Azad
dövlətdə hər kəs istədiyi kimi fikirləşə, fikirləşdiyi kimi danışa
bilər».’^ Deməli dövlətdə həm fikir, həm də söz azadlığı təmin
olunur. Spinozanın fikrincə, azadlıq qanun daxilində
hüdudludur, azad insan qanunlara mütləq əməl etməlidir. O,
azadlığı - dərk edilmiş zərurət adlandırırdı.
Б.Сшиюза. Богословско-политический трактат. Минск. «Литература», 1998. с.133. Ycno
orada, s.389.
129
Dostları ilə paylaş: |