Sxolastikadan fərqli olaraq İntibah fəlsəfəsi real həyat
hadisələri və humanist mədəniyyətin çox tərəfləri ilə sıx
qarşılıqlı təsir halında idi.
2.
Nikolay Kuzanlının fəlsəfəsi
İntibah dövrünün istedadlı filosoflanndan biri N.Kuzanlıdır
(1401-1464). Onun fəlsəfi fikirlərini ilahiyyat təlimlərindən
ayırmaq çətindir. Bu mənada o hələ orta əsr ənənələrini ifadə
edir və fəlsəfə ilə ilahiyyatı bir-birindən ayırmırdı.
Allahı təbiətə yaxınlaşdıran N.Kuzanlı, təbiətə ilahi sifətlər
verir, birinci növbədə onun məkanda sonsuz olduğunu
göstərirdi. İlahiyyatçı-sxolastik dünyagörüşündə isə kainatın
sonlu olduğu göstərilirdi.
N.Kuzanlının fikrincə idrak prosesi insan biliyinin sonsuz
olaraq təkmilləşdirilməsi deməkdir. O, idrakın müxtəlif
mərhələlərini fərqləndirirdi. Birinci mərhələ duyğulardır;
burada əşyaların duyulan obrazı yaranır. Yüksək mərhələ isə
düşüncədir.
Sokratm «özünü dərk et!» kəlamı ilə razılaşan N.Kuzanlı
yazırdı: «Hər şey ilə ən çox maraqlanan insan üçün ən
mükəmməl idrak öz biliksizliyi haqqında ən yüksək biliyə malik
olmasıdır; öz biliksizliyini görən hər kəs daha bilikli
O
1
UD
>.^®
Onun fikrincə insan ağılı həqiqəti tamamilə dərk edə bilməz:
«Beləliklə, həqiqət haqqında biz dəqiq yalnız onu bilirik ki, o
əlçatmazdır: bizim ağlımız həqiqətə necə olduğundan nə çox, nə
də az ola bilməyən mütləq zərurətə çatmaq imkanı kimi
yanaşır».^'
3.
İntibah dövründə
sosial-siyasi və fəlsəfi
fikir
Yeni dövr cəmiyyətin mahiyyəti, insanın təbiəti haqqında
yeni təsəvvürlər yaratdı.
Н.Кузаиский. Сочинения. В 2-х тт.. T.I. М.. «Мысль». 1979, с.51.
Yeno orada, s.53.
121
>/XV əsrin birinci rübündə humanistcəsinə fikirləşən Avropa
ziyalıları arasında Niderland mütəfəkkiri Eraztn Rotterdamlı
(1469-1536) xüsusi yer tutur. O, əsaslandırmağa çalışırdı ki,
Müqəddəs kitab - Bibliya - tarixi mənşəyə malikdir, yəni sadə
deyimlə insan tərəfindən yaradılıbdır. Erazm hesab edirdi ki,
insanın günahdan azad edilməsi ümumiyyətlə Allahdan asılıdır,
lakin onun bu dünyadakı əməlləri özünə məxsusdur və bu işlərə
görə insan şəxsən məsuliyyət daşıyır.
Rotterdamlı göstərirdi ki, əsl alicənablıq insana ailədən,
ictimai mənşədən gəlmir. Alicənablıq mənəvi kateqoriya olsa da
anadangəlmə hadisə deyil, çox gərgin əxlaqi və intellektual
zəhmət hesabına qazanılır. Müəyyən səbəblərə görə pis tərbiyə
olunmuş və nəfsin qulu olan insan heyvandan da aşağıdır. Erazm
yazırdı: «Beləliklə, insan qəribə heyvan kimi iki və yaxud üç
olduqca müxtəlif hissələrdən ibarətdir: nə isə ilahi (numen)
mənşəli ruh (anima) və dilsiz heyvan kimi bədən. Bədənimiz ilə
biz başqa növdən olan heyvanlardan nəinki üstün deyilik, hətta
bütün cəhətlərdən onlardan xeyli aşağıyıq. Ruhumuz isə İlahiyə o
qədər yaxındır ki, biz mələklərin yaxınlığından uçub keçərək
Allaha qovuşa bilərik».^^
İntibah dövründə siyasi ideoloqların ən görkəmlisi floren-
siyalı Nikkolo Makiavellidir (1469-1527). O, öz əsərlərində
sübut etməyə çalışırdı ki, insan fəaliyyətinin əsas sövqedici
motivi eqoizm və maddi maraqdır. O, deyirdi ki, insanlar Öz
atasının ölümünü daha tez unudur, nəinki əmlakdan məhrum
olmağı.
• Makiavelli dünyəvi dövlətin zəruriliyini əsaslandırır, dövlət
hakimiyyətinin teoloji olmasına qarşı hüquqi dünyagörüşünü
qoyur, hüquq qaydalarını dinin tələblərindən ayırır, axırıncılara
əsasən əxlaqi məna verirdi.
Makiavelli təsdiq edirdi ki, dövlət öz məqsədlərini həyata
keçirmək üçün hər cür vasitədən istifadə edə bilər. Məsələn, din
və yaxud əxlaq yalnız o zaman dəyərli olur ki, onlar dövlət
hakimiyyətinə kömək edir. Əks halda onlar ümumiyyətlə lazım
deyil. Öz hakimiyyətini qurmaq və möhkəmləndirmək
*’■ Э.Роттердамский. Философские произведения. M.. «Наука», 1986, c.l 11.
122
üçün hökmdar hətta zidd vasitələrdən də istifadə edə bilər
(immoralizm). Çünki məqsəd vasitəyə haqq qazandırır.
Vasitəyə haqq qazandıran məqsədlər Makiavelliyə görə
bunlardır: xaricilərin hökmranlığından azad olmaq, sabitlik və
yaxud qanunun hakimiyyəti, tərəqqi, şöhrət. Xeyirxahlıq sözün
həqiqi mənasında həmin məqsədə çatmaq üçün zəruri və
əlverişli olan adətlərin cəmidir. Məhz həmin məqsədlər, bizim
hərəkətlərimizi xeyirxah edir. Bu məqsədlərə çatmağa kömək
edən nə varsa, hamısı insan üçün gözəl nemətdir. Belə məqsəd
bütün vasitələri məqbul sayır. Xeyirxahlıq vətəndaş
ləyaqətindən, vətənpərvərlikdən, hamının birgə eqoizmindən
başqa bir şey deyil.
Göstərmək lazımdır ki, Makiavellidə ziddiyyətli fikirlər
çoxdur. Məsələn, o deyirdi: «...Xeyirxah olmaq və dönmədən
ona əməl etmək zəruridir, lakin xeyirxah kimi görünmək
faydalıdır. Başqa sözlə, özgələrinin gözündə müstəqil, sözünə
düz, şəfqətli, səmimi, imanlı kimi görünmək lazımdır və
həqiqətən belə olmalısan».^^ Başqa yerdə isə o qətiyyətlə deyir
ki, hökmdar üçün xeyirxah olmaq zərərlidir.
Avropa ölkələrinin xalq kütlələri - kəndlilər və sənətkarlar da
öz ideoloqlannı irəli sürmüşlər. Onlardan biri və ən məşhuru
Almaniyada «xalq reformasiyası»nın böyük təmsilçisi Tomas
Miintserdir (1490-1525). Onun siyasi proqramı xüsusi
mülkiyyətin ləğvini, əmlakın ümumiləşdirilməsini, zümrə
fərqlərinin, xalqa yad dövlət hakimiyyətinin dəyişdirilməsini,
ümumi bərabərliyin tətbiq edilməsini nəzərdə tuturdu.
Cəmiyyətin yenidən qurulmasının daha dərin prinsiplərini
ingilis humanisti Tomas Mor (1478-1535) «Utopiya» kitabında
əsaslandırmışdır. O, utopik sosializmin ilk təmsilçisi idi. Krala
qarşı çıxdığı üçün onu edam etmişlər.
T.Mor xüsusi mülkiyyəti xalqın bütün bəlalarının və
ümumiyyətlə bütün şər işlərin səbəbi hesab edirdi. «Utopiya»da
təsvir edilən ictimai quruluşun əsas əlaməti xüsusi mülkiyyətin
olmamasıdır. Bu xəyali adada cəmiyyətin bütün üzvlərinin hər
birinin öz vəzifəsi var. Dövlət istehsal olunan bütün məh-
H.MaKiıaBenj'iıı. H36paKiibic coHHKcmtH. M.. 1982. c.352.
123
Dostları ilə paylaş: |