5. Con Lokkun fəlsəfəsi
Yeni
dövr
ingilis
fəlsəfəsinin
ən
görkəmli
nümayəndələrindən biri də Con Lokk (1632-1704) olmuşdur.
O, materialist sensualizm prinsipini əsaslandırmağa çalışmışdı.
Bütün ideyaların yeganə qaynağı təcrübə ola bilər. Lokkun
fikrincə, duyğu ideyası bizim bütün ideyalann əsas fondudur, bu
ideyalar görmək, eşitmək və b. duyğular vasitəsilə yaradılır.
Refleksiya ideyası bizim içərimizdə meydana gəlir. Məsələn,
emosiya, istək və b. ideyalar bu qəbildəndir. Duyğu ideyalarının
köməyi ilə biz əşyaların keyfiyyətini qavrayırıq. Bu ideyalan
Lokk iki qrupa bölürdü: 1) birinci keyfiyyətlər ideyası və 2)
ikinci keyfiyyətlər ideyası. Birinci keyfiyyətlər cisimdən
ayrılmazdır və cismin bütün dəyişmələrində onun tərkibində
qalır. Əşyaların içində olmayan keyfiyyəti Lokk ikinci
keyfiyyət adlandırırdı. Məsələn, rəng, səs, dad və b. ideyaları.
Sosial-siyasi görüşlərində Lokk təbii və vətəndaş vəziyyəti
anlayışlarından geniş istifadə edirdi. O, təbii vəziyyətdə
insanları «azad, bərabər, müstəqil varlıq» kimi təsvir edir və
xüsusi mülkiyyətin əhəmiyyətini ayrıca qeyd edirdi.
Dövlətin meydana gəlməsi Lokka görə, prinsip etibarilə
ictimai müqavilədən asılıdır. Təbii vəziyyətdə insanlara xas
olan azadlıq və insan şəxsiyyətindən ayrı olmayan mülkiyyət
vətəndaş şəraitində də saxlanmalıdır. Siyasi fikir tarixində ilk
dəfə hakimiyyətin bölünməsi ideyasını sistem şəklində C.Lokk
irəli sürmüşdü. Onun fikrincə, yalnız bu şəraitdə şəxsiyyətin
qanuni hüquqları qoruna bilər.
6.
Corc Berkli və Devid Yumun fəlsəfəsi
Materialist və mexanist təlimlərin yayılmasını müşahidə
edən ingilis filosofu C,Berkli (1685-1753) onların bütün
növlərinə qarşı mübarizə aparmaq qərarına gəlir. O, təsdiq
edirdi ki, materiyanın dərk olunması mümkün deyil. Biz yalnız
ayrı- ayrı əşyaları qavrayırıq və bu qavrayışın hər biri ayrı-ayrı
duyğuların cəmidir. Bütün ideyalar, Berkliyə görə, yalnız ruhda
mövcuddur, onlar xarici əşyaların surəti ola bilməz.
130
Berkli fəlsəfəsinin təməl tezisi odur ki, nəyinsə mövcud olması
və onun hiss üzvləri ilə qavranması eyni şeylərdir. Mövcud
olmaq elə hissi qavrayış deməkdir. Berkli yazırdı: «Mən hiss və
düşüncə ilə dərk edilən hər hansı bir şeyin mövcud olmasını
inkar etmirəm. O şeylər ki, mən onları öz gözlərim ilə görürəm,
əllərim ilə toxunuram - onlar mövcuddur, real olaraq
mövcuddur,
buna mənim heç bir şübhəm yoxdur.
Mövcudluğunu inkar etdiyimiz yalnız bir şey var k\, filosofların
materiya və yaxud cismani substansiya adlandırdıqları
materiyadır».^^
Berkli inandırmağa çalışırdı ki, ideya yalnız ideyadan doğa
bilər, onun maddi qaynağı yoxdur: «Siz deyəcəksiniz ki,
ideyalar ağıldan kənarda düşünməyən substansiyada mövcud
olan şeylərin surəti və yaxud əksi ola bilər. Mən cavab verirəm
ki, ideya ideyadan başqa heç nəyə oxşaya bilməz...».’'*
Başqa ingilis filosofu Devid Yum (1711-1176) skeptik, aq-
nostik’^ idi. Təcrübəni varlıq haqqında mühakimənin qaynağı
hesab edən Yum göstərirdi ki, təcrübə tərəfindən qurulan
münasibətlər öz əsası kimi səbəbiyyətə bağlıdır. Əvvəlki
təcrübə yalnız keçmişə aid olan obyektlər və zaman haqqında
birbaşa və həqiqi məlumat verə bilir. Yum deyirdi ki, səbə-
biyyət əlaqəsi mövcuddur, lakin onu müəyyən etmək mümkün
deyil.
Maddi nə varsa, hamısını Yum hissi qavrayışa aid edir:
«Mövcud olmaq ideyası bizim mövcud olan kimi təsəvvür
etdiyimiz ideya ilə eynidir».’^’ «Biz güman etmirik ki, xarici
obyektlər qavrayışlardan xüsusi olaraq fərqlənir, biz yalnız
onlara başqa münasibət və əlaqələr və başqa ölçü əlavə
edirik».’’^
Yum iki növ fəlsəfə olduğunu göstərirdi: «dayaz» və «dərin»
fəlsəfə. Birinci - hissiyyata, ikinci - ağıla (metafizika) təsir edir.
Dayaz fəlsəfə illüstrativdir (əyanidir) və dünya
Дж.Беркли. Сочинения. M., «Мысль», 1978, с. 186.
Yeno orada, .s. 174.
Aqnoslisizm (yun. «a»-inkar. «gnosis»-bilik) dünyanın dork edilmə imkanını tamamilə və
yaxud qi.smən inkar edən fəlsəfi (əlimdir.
^ Мир философии. Ч.1, M., 1991, c.216.
” Yenə orada, s.217.
131
haqqında müxtəlif görüşlər verir. Bu fəlsəfə metafizikanın in-
tuisiyası ilə qidalanır.
Yum ictimai müqavilə nəzəriyyəsini tənqid edərkən ona
əsaslanırdı ki, heç vaxt dövlət yarada bilən belə müqavilə
olmayıb və olmayacaq.
7.
Qotfrid Vilhelm Leybnisin fəlsəfəsi
Alman riyaziyyatçısı, fiziki və idealist filosofu Leybnis
(1646-1716) varlıq haqqında görüşlərini substansiya haqqında
təlim formasında inkişaf etdirmişdi. Nə Dekartın substansiya
dualizmi, nə də Spinozanın vahid substansiyası Leybnisi təmin
etmirdi. Onun dediyinə görə hər şey substansiyadır, deməli,
onun sayı sonsuzdur. Hər bir substansiya və ya qüvvə varlığın
vahididir; bu vahid «monada» (yun. «monos»-tək, bir) adlanır.
Monada varlığın maddi deyil, mənəvi vahididir, bir növ mənəvi
atomdur. Hər bir ayn monada həm ruh, həm də bədəndir.
Leybnisə görə, ruh bədənin məqsədidir. Lakin elə daxili
məqsəddir ki, bədənin özü ona doğru can atır. Həmin daxili
məqsədə münasibətdə bədən ruhun vasitəsi, alətidir.
Leybnis təsdiq edirdi ki, təbiətdə hər şey inkişaf edir. O,
inkişafı sadəcə olaraq sonsuz kiçik dəyişmələrdən keçən
başlanğıc formasının dəyişməsi hesab edirdi.
Leybnisin idealizmi onun «subyekt obyektdən daha zəngin-
din) əqidəsi ilə bağlıdır. O, hesab edirdi ki, insan ruhu xarici
prosesləri daxili proseslər vasitəsilə qavrayır. Odur ki, Leybnis
deyirdi ki, obyektin xassəsi subyektdən çıxanimalıdır. «Özümüz
haqqında düşünərkən, biz həm də varlıq, substansiya, sadə və
mürəkkəb, qeyri-maddi və Allahın özü haqqında düşünürük».’*
Leybnis təfəkkürü əşyalaşdınr, lakin bu əşya maddi deyil. O,
yazırdı: «Həqiqətən də təfəkkür əşyadır: 1) bilavasitə anlamaq;
belə ki, qəlb özünü düşünən bir şey kimi anlayanda bilavasitə
özünə məxsus olur; 2) təfəkkür hissələri nəzərə almadan başa
düşülən əşyadır. Bu təcrübədən aydın olur. Belə ki, təfəkkür ələ
keçməyən elə bir şeydir ki, biz özümüzü düşünən bir şey kimi
başa düşəndə onu da anlayınq (sentimus)».’’
Г.В.Лейбннц. Сочинения. В 4-х тт., Т.1, М.. 1982. с.418. Yenə
orada, s.83.
132
Dostları ilə paylaş: |