Son nəticədə Leybnis hər şeyi Allahdan asılı edir: «Allahda
hər şeyin mənbəyi olan qüdrət, sonra ideyaların bütün
müxtəlifliyini özündə birləşdirən bilik, və nəhayət, dəyişdirən
və yaxud ən yaxşı başlanğıca uyğun olaraq yaradan iradə
(volya) var».*®
Leybnis Nyütondan asılı olmayaraq, demək olar ki, onunla
eyni vaxtda differensial və inteqral hesablamaları kəşf etmişdir.
O, analitik-riyazi tədqiqat metodunun yaradıcılarından biridir.
Yeno orada, s.421.
133
r
!j
VIII. XVIII əsrdə fransız fəlsəfəsi
1.
Maarifçiliyin əsas xüsusiyyətləri.
P.Beyl, J.Melye, Ş.L.Monteskye
Avropada maarifçilik elmi idrakın inkişafı ilə əlaqədar
meydana gəlmişdir. Əvvəllər çox şeylər Aristotelin və kilsənin
nüfuzuna istinad edilərək sübutsuz doğru hesab edilirdi.
Böyük fransız inqilabının ideya mənbəyi XVIII əsrin ikinci
yansmda yüksək inkişaf etmiş maarifçilik cərəyanı olmuşdur.
Fransız maarifçiliyi dövrünün xarakter xüsusiyyətləri
bunlardır; 1) bərabərlik ideyası; 2) ağılın qələbəsi və 3) tarixi
optimizm. Maarifçilik geniş və qüdrətli hərəkat kimi fransız
ziya- lılannın müstəqil fikirləşən bütün nümayəndələrini
birləşdirirdi. Bu cərəyanın tərəfdarları ağılın rolunu yüksək
qiymətləndirir, sərbəst elmi, fəlsəfi, bədii yaradıcılığın
zəruriliyini göstərirdilər; materialistlər isə eyni zamanda dinə
qarşı çıxır və ateizmi müdafiə edirdilər.
Fransız burjuaziyasının məşhur ideoloqlarından biri filosof
və publisist ^er Beyl {}6A1 Al06) olmuşdur. Din və inam Beylin
diqqət mərkəzində olmuşdu. O, dini dözümlülüyün tə- rəfdan
idi, əxlaqı dindən ayınrdı, inam ilə ağılın uyğunlaşa bilməsini
göstərirdi. Beyl axırda inamın ağıldan üstün olmasını qəbul
edirdi.
Dinə və kilsəyə münasibətdə daha radikal mövqe tutan və
fikirlər söyləyən Jan Melye (1664-1729) olmuşdur. O, dini
inamı inkar edir və ağılın gücünə inanırdı. Onun əsas yeganə
əsəri «Mənim vəsiyyətim» külliyyatıdır.
XVIII əsrin birinci yansmda Fransada sosial fəlsəfi
təfəkkürün görkəmli nümayəndəsi ^arl Lui Monteskye (1689-
1755) olmuşdur. O, cəmiyyətin yaranması və inkişafını təbii
faktorlann əsasında izah etməyə çalışırdı. Onun əsas əsəri
«Qanunun ruhu haqqında» (1748) adlanır. Monteskye qanunları
insanın təbii mahiyyətindən doğan təbii və qanunvericilər
tərəfindən qurulan pozitiv qanunlar kimi iki qrupa bölürdü.
Monteskyenin fikrincə ictimai harmoniya (ahəngdarlıq) və
ağıllı qayda o zaman yaranır ki, dövlət tərəfindən formalaşdırı-
134
lan qanunlar xalqın ruhu, davranış qaydaları və adətləri ilə
uzlaşır. O, yazırdı: «Qanunvericilər xalqın ruhu ilə
uyğunlaşmalıdır, çünki bu ruh idarəçilik prinsiplərinə zidd deyil.
Belə ki, biz azad və özümüzün təbii zəkamıza uyğun gələn işləri
daha yaxşı həyata keçiririk».*'
Mövcud dövlət idarə formalarını Monteskye üç qrupa
bölürdü: respublika, monarxiya, despotiya. Başqa idarə
formalan ilə müqayisədə demokratik respublika millətin böyük
əksəriyyəti üçün azadlıq və bərabərliyi daha çox təmin edir.
Monteskyenin bütün siyasi-hüquqi nəzəriyyəsinin baş
mövzusu və burada əsaslandırılan başlıca dəyər azadlıqdır.
Ədalətli qanunlar və dövlətçiliyin düzgün təşkil edilməsi bu
azadlığı təmin edən ilkin şərtlərdəndir. Monteskye söz, mətbuat
və vicdan azadlığını müdafiə edirdi. O, deyirdi: «Azadlıq
qanunun icazə verdiyi dairədə hərəkət etmək hüququdur». /
İdarəçiliyin əsası Monteskyeyə görə qanun olmalıdır. O,
qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölünməsi
nəzəriyyəsini əsaslandırırdı. Onun fikrincə hakimiyyət
bölgüsünün əsas məqsədi hakimiyyətdən sui-istifadə etməyin
qarşısını almaqdır.
2.
Maarifçilər: Voiter, Jan Jak Russo
Fransız maarifçiliyinin ən görkəmli nümayəndələrindən biri
də Volter (1694-1778) olmuşdur. Ruhanilər əleyhinə çıxış onun
bütün yaradıcılığına xas olan xüsusiyyətdir. Lakin o, dini inkar
etmirdi, yalnız dini azadlıq tələb edirdi.
Volter təcrübənin idrak prosesində əhəmiyyəti və təcrübənin
nəzəri təfəkkürə münasibəti problemlərini həll etməyə çalışırdı.
Özünün fəlsəfi əsərlərində Volter yüksəlməkdə olan
burjuaziyanın əsas tələblərindən biri olan insanların bərabərliyi
məsələsini irəli sürürdü. Lakin o, bərabərlik deyəndə adamların
siyasi bərabərliyini, qanun və hüquq qarşısında bərabərliyini
nəzərdə tuturdu. O, hesab edirdi ki, sosial və əmlak bəra-
LU.MoHTecKbe. HsöpaHHwe npoHseefleHHH. M.. 1955, c.412.
135
bərsizliyi ictimai tarazlıq və cəmiyyətin normal inkişafı üçün
əsas şərtdir. Volterin yaradıcılığında insan, onun siyasi azadlığı,
iradə azadlığı, cəmiyyətin sosial-siyasi cəhətdƏn təşkili və s.
məsələlər geniş müzakirə edilirdi.
J,J,Russonun (1712-1778) yaradıcılığı çox zəngin olmuş,
elm və sivilizasiya, sosial-siyasi problemlər, dövlət və hüquq
məsələləri, bədii yaradıcılıq kimi sahələri əhatə etmişdir. .
Russo belə bir müddəanı müdafiə edirdi ki, elmin inkişafı heç
vaxt əxlaqın təkmilləşdirilməsinə xidmət etmir. Elm və
mədəniyyət bəşəriyyətə yaxşı heç nə gətirməyib. Lakin bu
fikirlər o demək deyil ki, Russo elm və mədəniyyəti
ümumiyyətlə rədd edirdi. O, deyirdi ki, «elmə hücum etmirəm,
ancaq xeyirxahlığı müdafiə edirəm».
İnsan cəmiyyətinin təbii vəziyyəti Russoya görə o deməkdir
ki, insan həm istehsalçı, həm də istehlakçı kimi başqalarından
asılı olmur. Belə cəmiyyəti mütəfəkkir ideal hesab edirdi. Russo
demişdir: «Cəmiyyətin əsasını tədqiq edən filosofların hamısı
təbii vəziyyətə 3diksəlmək zərurətini hiss edirdilər; lakin
onların heç biri buna nail ola bilmədilər».*^ Ona görə ki, insan
Russoya görə təbii vəziyyətdə hələ insan deyil, onun insanlığı
və rasionallığı uzun proses gedişində əldə edilib, onlar təbiət
tərəfindən deyil, tarixi proses ilə şərtlənir.
«İctimai müqavilə» əsasında meydana gələn cəmiyyətin
suvereni və yeganə idarə edəni, Russonun fikrincə «birləşmiş
xalq» olmalıdır. «Birləşmiş xalq»ın ali hakimiyyətinin heç bir
təminata (qaranta) ehtiyacı yoxdur. Çünki xalqın yüksək iradəsi
heç vaxt yanılmır, hər zaman doğru yoldadır. Elə buna görə də
qanun çoxluğun səsi ilə qəbul edilir.
Ümumi iradənin ifadəsi kimi qanun və qanunverici haki-
mİ5^ətin xalq suverenliyinin müstəsna hüququ olması haqqında
təlimi, ictimai müqavilə və dövlət quruculuğunun prinsipləri
haqqında konsepsiyası ilə Russo siyasi-hüquqi fikrin və siyasi
praktikanın sonrakı inkişafına böyük təsir göstərmişdi.
Ж.Ж.Руссо. Об общественном договоре. Трактаты. М., КАНОН-
Пресс-Ц, 1999, с.71.
136
Dostları ilə paylaş: |