mühakimə, ağıl - ideyalara gedib çatan əqli nəticə çıxarmaq
qabiliyyətidir. İdeya bütün təzahürlərin qeyd-şərtsiz birliyi
haqqında ağıldır.
(Kantın fikrincə reallığın iki səviyyəsi var: elmə uyğun gələn
fenomenal“ və etikaya uyğun gələn noumenal“ səviyyələr.
Fenomenal qayda insan ağılı ilə yaradılır. Noumenal qayda
insan ağılına münasibətdə transsendentaldır; o mənəvi reallığa
uyğun gəlir, insanın etika və dini həyatı məhz bu reallığa
söykənij/
Davranış qanununu Kant şərtsiz göstəriş (qəti imperativ)
kimi başa düşürdü. Bu qanun tələb edir ki, hər bir fərd elə
hərəkət etməlidir ki, onun şəxsi rəftarı hamı üçün ümumi qayda
ola bilsin.
Kant özünün «Praktik əqlin tənqidi» əsərində əxlaq ilə insan
əməllərinin leqallığı (qanuniliyi) arasındakı fərqi müəyyən edir.
Əgər şəxsin davranışı obyektiv olaraq əxlaq qanununun
tələblərini pozmursa, hər hansı bir niyyət (cəza almaq qorxusu,
acgözlük, şöhrətpərəstlik, xoşbəxtliyə can atmaq və s.) ilə
həyata keçirilirsə bu halda davranış leqal hesab edilir.
Kant hesab edirdi ki, hüququn vəzifəsi ayrı-ayrı şəxslərin elə
hərəkətlərinə icazə verməkdir ki, bu hərəkətlər zahirən obyektiv
olaraq əxlaq qanununun tələbləri ilə birgə olsun. Hüquq öz
tələblərini həyata keçirmək, onların pozulmasının qarşısını
almaq, pozulmuşsa bərpa etmək üçün məcburetmə qüvvəsinə
malik olmalıdır.
Kant
sosial-siyasi
görüşlərində
ictimai
müqavilə
nəzəriyyəsinə də xüsusi yer verir. İctimai müqavilə Kanta görə
hazırda mövcud olan siyasi rejimləri əxlaqi cəhətdən tanımaq
şərtləri haqqında sazişdir. Yalnız «hüquqi dövlət» idealına
doğru istiqamət götürmüş siyasi rejimlər fərdlər tərəfindən açıq
müdafiə edilirlər.
Fenomen (yun. «phainomenon» - təzahür edən) təcrübədə bizə verilən və
hissiyyat ilə dərk edilən təzahürlər haqqında anlayışdır. Kant bu anlayışı
özünəməxsus izah edir.
Noumcn (yun. «noimcnon»; «nou.s»-ağıl) fenomenin əksinə olan və mahiyyətin yalnız ağılla
dərk edilə bilməsini göstərən termindir. Burada da Kant özünəməxsus izahat verir.
140
Bəşəriyyətin gələcəyi məsələsi də Kantı narahat edirdi. 0,
«əbədi sülh» layihəsini irəli sürürdü. Kant inanırdı ki, «əbədi
sülh»ə
respublika
formasında
yaradılan
müstəqil,
bərabərhüquqlu dövlətlərin geniş federasiyasını qurmaq yolu ilə
uzaq gələcəkdə nail olmaq olar. Filosofun əqidəsinə görə belə
kosmopolit*^ ittifaqın yaranması mütləq baş verəcək. Bu isə
xalqların maariflənməsi və tərbiyəsi yolu ilə mümkündür.
2.
İohan Qotlib Fixtenin fəlsəfəsi
(Alman klassik idealizminin görkəmli nümayəndəsi Fixte
(1762-1814) özünün nəzəri fəlsəfəsini «elm təlimi» adlandı-
nrdı. Onun fikrinə görə hər bir xüsusi elm elə prinsipə söykənir
ki, bu prinsip həmin elmin daxilində əsaslandırılmır; bu vəzifəni
elm haqqında fəlsəfi təlim yerinə yetirə bilər.
Fixtenin fəlsəfəsini Kantın dualizminə qarşı irəli sürülən
«Mən» haqqında təlim təşkil edir. «Mən» fəal və müstəqildir.
Duyğular dünyası isə «Mən»in şüursuz proyeksiyasıdır. Fixte
onu «qeyri-Mən» adlandırır. 'Proyeksiyanın şüursuz olduğunu
nəzərə alaraq deyirik ki, biz onu xarici aləm kimi qəbul edərək
yanlışlığa düçar oluruq.
Fəlsəfənin praktiki və nəzəri tərəfləri arasında əlaqələndirici
vasitə Fixteyə görə azadlıq prinsipi olur. O, belə bir fikrə gəlir
ki, xarici aləmdə mövcud olan əşyaların obyektivliyini qəbul
etmək insan azadlığı ilə bir araya sığışmır.
/Fixte də Kant kimi Russonun təbii hüquq təliminə qarşı
çıxırdı. O, Russodan fərqli olaraq «təbii hüquq» və «təbii
vəziyyət» anlayışlarını eyniləşdirmir.'Digər tərəfdən, hüquqi
qanun əxlaq qanunundan da çıxarıla bilməz; hüquqi qanun
təbiət qanunları ilə azadlıq qanunları arasında xüsusi yer tutur.
Fixte qanun və əxlaqı bir-birindən ayırmağa cəhd göstərirdi. O,
hesab edirdi ki, hüququn təbiət və əxlaqdan fərqli öz xüsusi
sahəsi var.
Kosmopolitizm (yun. «kosmopolitcs» - -dünya vətondaşı) bütün insan nəslinin birliyi
naminə milli ənənələrdən imtina etməyə çağıran nəzəriyyədir.
141
Fixte ideal quruluşa çatmaq üçün dövləti bir vasitə hesab
edirdi. Bu ideal cəmiyyətdə insanlar elmi nailiyyətlərə yiyələnir
və texnikadan maksimum istifadə edərək çox qüvvə və vaxt
itirmədən həyat üçün lazım olan praktiki məsələləri həll edir;
onlar öz mənəviyyatları ilə məşğul olmaq üçün kifayət qədər
imkan qazanırlar.
3.
Fridrix Vilhelm Şellinqin fəlsəfəsi ir-‘
Alman klassik idealizminin digər nümayəndəsi Şellinqin
(1775-1854) fəlsəfi fikri elm fəlsəfəsindən naturfəlsəfəyə doğru
hərəkət etmişdi. Şellinqin naturfəlsəfəsi təbiətin ideal, mənəvi
mahiyyəti olduğunu təsdiq edir^
Təbiəti başa düşmək üçün Şellinq dialektikanı aşkarlämağa
cəhd göstərirdi. Şellinqə görə təbiətin inkişafı əksliklərin mü-
b^izəsi nəticəsində baş verir.
( Şellinqin «transsendental idealizm sistemi» adlanan təlimi
(nəzəri fəlsəfə, praktiki fəlsəfə, təbii məqsədlər fəlsəfəsi,
incəsənət fəlsəfəsi) Kantın «tənqidi fəlsəfə»sinin strukturuna
uyğun gəlir.
Şellinq dərk edən subyekt ilə dərk olunan obyekti
eyniləşdirirdi. O, yazırdı: «Hər bir bilik obyekt ilə subyektin
uyğun olmasına əsaslanır. Belə ki, yalnız həqiqət bilikdir;
həqiqət isə təsəvvürlərin müvafiq predmetlərə uyğun olması
deməkdİD>.“ Şellinqin fəlsəfi fikri həmçinin «eynilik
fəlsəfəsi»'ndən «ilahi kəlam fəlsəfəsi»nə doğru hərəkət etmişdi.
«Eynilik fəl- səfəsi»nin mahiyyəti ondan ibarətdir ki, burada
mövcud əksliklər və fərqlər mütləq (absolyut) varlıqda son
dərəcə sıx birləşdiyi üçün aradan götürülür və tamamilə
eyniləşir. Dünyanın yaradıcı fəaliyyətinin daxili hərəkətverici
qüvvəsini Allahda axtaran Şellinq Onu heç nə ilə
eyniləşdirmirdi. O, İlahi yaradıcılıq konsepsiyasını yaratmağa
çalışmışdı.
86
Ф.Шеллинг. Сочинения. В 2-х тт.. T.I, М., «Мысль», 1987, с.232.
142
Dostları ilə paylaş: |