Əfqani elm və dini bir-birinə qarşı qoyanlan cahil və nadan
adlandınrdı. O, qətiyyətlə deyirdi: «Dünyanın sultanı həmişə
elm olmuş, elmdir və elm olaraq qalacaqdır...».’'*'
Əfqaninin fikrincə ağıl dinin dayağıdır, din isə kor-koranə
inamın əleyhinədir. Ağılın təntənəsi üçün xalqın maariflənməsi
tələb olunur. Xalqa müəllim və məktəb lazımdır. İslam elmi
nəinki inkar etmir, əksinə, onun inkişafına hər cür yardım
göstərir.
Əfqani materialist dünyagörüşünə qarşı kəskin çıxış edirdi.
O, yazırdı ki, bir çox tədqiqatçılar islam dünyasının süqutu və
onun dağılmasının əsas səbəbini səlib (xaç) yürüşlərində
axtarırlar. Lakin daha doğrusu odur ki, islam dünyasının süqutu
«din pərdəsi altında müsəlmanlar arasında müxtəlif yalan
inanclar və birinci növbədə materialist dünyagörüşü yayıldığı
dövrdən»’^ başlayır. Ona görə də dini zəruri olaraq belə
fikirlərdən azad etmək lazımdır.
'Əfqani hesab edirdi ki. Quranın rasional təfsiri ideal
cəmiyyətin və siyasi quruluşun əsaslanni başa düşmək imkanı
yaradır. Ona görə də müsəlmanların mənəvi birliyini onların
siyasi birliyindən üstün hesab edirdL
C.Əfqani sübut edirdi ki. Quran tamamilə azadlıq, bərabərlik
və ədalət prinsipinə əsaslanır, bütün müsəlmanlan tərəqqiyə
çağınr.’ Quranın mahiyyətini düzgün başa düşmək və ona riayət
etmək islam dünyasının nicat yoludur. O, 18 dekabr 1891-ci ildə
İngiltərənin «Mançestr qardian» qəzetinə müsahibəsində
demişdi: «Quranın həqiqi ruhu azadgahdır və həm də müasir
fikirlərə uyğun gəlir. İndiki nizam-intizamsızlığın islam
qanunlarına qətiyyən dəxli yoxdur. Bunlar nadan və cahil
təfsirçilərin islama etdikləri əlavələrdir. Tarixi təkamül və
inkişaf onlann bu səhvini islah edəcək. Demək, bir müsəlman
ziyalısı və alimi Avropa demokratik məfkurəsinə tamam aşinə
olsa, o, Quranın təlimlərinə əsaslanaraq xalqı müasir mütərəqqi
demokratik məfkurələrlə tanış edə bilər».’*’ C.Əfqani təəssüflə
qeyd edirdi
Sitat götürülüb: Ş.Qurbanov. Cəmaləddin Əfqani və türk dünyası. Bakı,
1997, S.18.
Afqani Seyyid Ccmaleddin. Tabiatçılığı red. Ankara, 1956, s.84.
Ş.Qurbanov. Göstərilən əsər, s.206.
149
ki, islam dünyası hələ də təhrif olunmuş və pozulmuş dini
məfkurədən xilas olmayıb. Lakin o, inanırdı ki, müsəlmanlar
cəhalətdən mütləq azad olacaq və tərəqqi yoluna çıxacaqdır.
C.Əfqani yazırdı: «Amma müsəlman aləmi hələ də dini qəy-
yumluqdan qurtarmamışdır. Bununla bərabər xristianlığın
müsəlmanlığa nisbətən yüz illər ərzində irəli getdiyini düşünərək,
müsəlman aləminin bir gün bu qəyyumluq bağlarını qoparacağı
və mədəniyyət yolunda Qərb aləmi tərzində irəliləyəcəyi ümidimi
itirməmişəm. Qərb aləmi üçün xristian əqidəsi bütün şiddətinə və
mühafizəkarlığına baxmayaraq heç bir zaman yenilməz bir
əngələ çevrilməmişdİD>.’’
Əfqaninin fikrincə güclü və ədalətli hökmdarın hakimiyyəti
dövlətin idarə edilməsi işində xalqın iştirakını təmin edən
konstitusiya və parlament kimi təsisatlar ilə tənzimlənməlidir.
Əfqani Şərq ölkələrində Qərbin demokratik dəyərlərinin tətbiq
edilməsi vaxtının çatdığını göstərirdi. O, öz davamçılarına
yazdığı məktubda israrla məsləhət görürdü: «Yenilik seli artıq
Şərqə doğru axmaqdadır. Mütləqiyyət hakimiyyətinin bünövrəsi
məhvə məhkumdur. Bacardığınız qədər bu hakimiyyətin
bünövrəsini dağıtmağa səy edin...». «Elə edin ki, sizinlə başqa
xalqlar arasında mövcud olan maneələri aradan qaldırasınız.
Mövhumatçılara uymayın».’*
Fransanın məşhur Sarbonna universitetində mühazirə oxumaq
üçün Parisə dəvət olunan C.Əfqani orada məşhur şərqşünas və
din tarixçisi E.Renan ilə tanış olmuşdu. Renan yazırdı: «Təqribən
iki ay əvvəl tanış olduğum Şeyx Cəmaləddin şəxsən məni öz
təsiri altına almışdı. Onunla mən hər dəfə söhbət edəndə mənə elə
gəlir ki, İbn Sina, İbn Rüşd və yaxud insanları əsarət zəncirindən
qurtarmaq üçün çalışmış başqa Şərq dahilərindən biri ilə üzbəüz
oturub söhbət edirəm». «...İslam dininin fəlsəfi və elmi
mahiyyətini mənə ən yaxşı izah edən Cəmaləddin Əfqani
olmuşdur».”
Yenə orada, s.209.
Yenə orada, s.2l5.
Yenə orada, s.53.
150
XI. XIX əsrdə Avropa fəlsəfəsi
1.
Seren Kyerkeqorun fəlsəfəsi
Danimarka filosofu, ekzistensializmin sələfi S.Kyerkeqor
(1813-1855) müasirləri tərəfindən demək olar ki, qəbul
edilməmişdi. O, yalnız ölümündən sonra çox məşhurlaşdı.
Kyerkeqora görə əsl fəlsəfə yalnız ekzistensial ola bilər, yəni
əsl fəlsəfə ciddi olaraq fərdi xarakter daşımalıdır. İnsana
«ekzistensiya» (mövcudluq) kimi baxan filosof onun varlığını -
«ontoloji strukturunu» təhlil edir və sonralar ekzistensialist- lər
tərəfindən inkişaf etdirilən «qorxu», «ümidsizlik», «qə-
tiyyətlilik» və s. belə anlayışlann fəlsəfi izahını verməyə
çalışmışdı. Kyerkeqor fərdin üç inkişaf mərhələsindən keçdiyini
göstərir: estetik, etik və dini mərhələlər. Estetik həyat bilavasitə
həyatdır. Burada insan özünün yaşamasının mənası haqqında,
sonrakı nəticələr haqqında fikirləşmədən indiki ilə yanaşı, hər
şeydən əvvəl hissiyyatın verdiyi zövq ilə məhdudlaşır. Yalançı
qayğısızlıq, həyatdan yalançı razılıq daha çox heyvani
vəziyyətə, bəlkə də uşaqlıq vəziyyətinə oxşayır. İnsanların
əksəriyyəti, Kyerkeqorun dediyinə görə, bütün həyatı boyu
uşaqlıq və yaxud gənclik vəziyyətindən çıxa bilmir.
Kyerkeqor hesab edirdi ki, insan iki vəziyyətdən birini
seçməlidir: ya hazırkı ağılsız vəziyyətdə qalıb imkan tapdıqca
həyatdan estetik zövq almalı, ya da özünün şəxsi təbiətini
müəyyənləşdirərək əxlaqlı insan olmalır. Yaşamağın bu ikinci
mərhələsinə yol ümidsizlikdən keçir. Ümidsizlik təskinlik
vasitəsi deyil, ruhun bütün qüvvəsinin böyük gərginliyini tələb
edən mənəvi aktdır. Məhz o dünya üzərində qələbəni təmin edir.
Ümidsizliyin dadını bilməyən adam həyatın əsl mənasını anlaya
bilməz. Kyerkeqor məsləhət görürdü ki, ümidsizliyə qapıl, onda
sən ətrafdakılan aldatmayacaqsan, dünyanın lazımsız məxluqu
olmayacaqsan. Ümidsizlik insanın daxili mənəvi təbiətinin üzə
çıxmasıdır. Lakin ümidsizlikdən keçən insanın etik varlığı
filosofun fikrincə insanın yüksək inkişaf mərhələsi deyil.
Əxlaqlı insan hesab edir ki, dünyada zərurət, borc hökmranlıq
edir və
151
Dostları ilə paylaş: |