Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə50/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   46   47   48   49   50   51   52   53   ...   164

Əfqani elm və dini bir-birinə qarşı qoyanlan cahil və nadan 

adlandınrdı.  O,  qətiyyətlə  deyirdi:  «Dünyanın  sultanı  həmişə 

elm olmuş, elmdir və elm olaraq qalacaqdır...».’'*' 

Əfqaninin  fikrincə  ağıl  dinin  dayağıdır,  din  isə  kor-koranə 

inamın əleyhinədir. Ağılın təntənəsi üçün xalqın maariflənməsi 

tələb  olunur.  Xalqa  müəllim  və  məktəb  lazımdır.  İslam  elmi 

nəinki  inkar  etmir,  əksinə,  onun  inkişafına  hər  cür  yardım 

göstərir. 

Əfqani  materialist  dünyagörüşünə  qarşı  kəskin  çıxış  edirdi. 

O, yazırdı ki, bir çox tədqiqatçılar islam dünyasının süqutu və 

onun  dağılmasının  əsas  səbəbini  səlib  (xaç)  yürüşlərində 

axtarırlar. Lakin daha doğrusu odur ki, islam dünyasının süqutu 

«din  pərdəsi  altında  müsəlmanlar  arasında  müxtəlif  yalan 

inanclar  və  birinci  növbədə  materialist  dünyagörüşü  yayıldığı 

dövrdən»’^  başlayır.  Ona  görə  də  dini  zəruri  olaraq  belə 

fikirlərdən azad etmək lazımdır. 

'Əfqani  hesab  edirdi  ki.  Quranın  rasional  təfsiri  ideal 

cəmiyyətin və siyasi quruluşun əsaslanni başa düşmək imkanı 

yaradır.  Ona  görə  də  müsəlmanların  mənəvi  birliyini  onların 

siyasi birliyindən üstün hesab edirdL 

C.Əfqani sübut edirdi ki. Quran tamamilə azadlıq, bərabərlik 

və  ədalət  prinsipinə  əsaslanır,  bütün  müsəlmanlan  tərəqqiyə 

çağınr.’ Quranın mahiyyətini düzgün başa düşmək və ona riayət 

etmək islam dünyasının nicat yoludur. O, 18 dekabr 1891-ci ildə 

İngiltərənin  «Mançestr  qardian»  qəzetinə  müsahibəsində 

demişdi:  «Quranın  həqiqi  ruhu  azadgahdır  və  həm  də  müasir 

fikirlərə  uyğun  gəlir.  İndiki  nizam-intizamsızlığın  islam 

qanunlarına  qətiyyən  dəxli  yoxdur.  Bunlar  nadan  və  cahil 

təfsirçilərin  islama  etdikləri  əlavələrdir.  Tarixi  təkamül  və 

inkişaf onlann bu səhvini islah edəcək. Demək, bir müsəlman 

ziyalısı və alimi Avropa demokratik məfkurəsinə tamam aşinə 

olsa, o, Quranın təlimlərinə əsaslanaraq xalqı müasir mütərəqqi 

demokratik məfkurələrlə tanış edə bilər».’*’ C.Əfqani təəssüflə 

qeyd edirdi 



Sitat götürülüb: Ş.Qurbanov. Cəmaləddin Əfqani və türk dünyası. Bakı, 

1997, S.18.



 

Afqani Seyyid Ccmaleddin. Tabiatçılığı red. Ankara, 1956, s.84. 

Ş.Qurbanov. Göstərilən əsər, s.206. 

149 


ki,  islam  dünyası  hələ  də  təhrif  olunmuş  və  pozulmuş  dini 

məfkurədən  xilas  olmayıb.  Lakin  o,  inanırdı  ki,  müsəlmanlar 

cəhalətdən  mütləq  azad  olacaq  və  tərəqqi  yoluna  çıxacaqdır. 

C.Əfqani  yazırdı:  «Amma  müsəlman  aləmi  hələ  də  dini  qəy- 

yumluqdan  qurtarmamışdır.  Bununla  bərabər  xristianlığın 

müsəlmanlığa nisbətən yüz illər ərzində irəli getdiyini düşünərək, 

müsəlman aləminin bir gün bu qəyyumluq bağlarını qoparacağı 

və mədəniyyət yolunda Qərb aləmi tərzində irəliləyəcəyi ümidimi 

itirməmişəm. Qərb aləmi üçün xristian əqidəsi bütün şiddətinə və 

mühafizəkarlığına  baxmayaraq  heç  bir  zaman  yenilməz  bir 

əngələ çevrilməmişdİD>.’’ 

Əfqaninin  fikrincə  güclü  və  ədalətli  hökmdarın  hakimiyyəti 

dövlətin  idarə  edilməsi  işində  xalqın  iştirakını  təmin  edən 

konstitusiya və parlament kimi təsisatlar ilə tənzimlənməlidir. 

Əfqani Şərq ölkələrində Qərbin demokratik dəyərlərinin tətbiq 

edilməsi  vaxtının  çatdığını  göstərirdi.  O,  öz  davamçılarına 

yazdığı  məktubda  israrla  məsləhət  görürdü:  «Yenilik  seli  artıq 

Şərqə doğru axmaqdadır. Mütləqiyyət hakimiyyətinin bünövrəsi 

məhvə  məhkumdur.  Bacardığınız  qədər  bu  hakimiyyətin 

bünövrəsini  dağıtmağa  səy  edin...».  «Elə  edin  ki,  sizinlə  başqa 

xalqlar  arasında  mövcud  olan  maneələri  aradan  qaldırasınız. 

Mövhumatçılara uymayın».’* 

Fransanın məşhur Sarbonna universitetində mühazirə oxumaq 

üçün  Parisə  dəvət  olunan  C.Əfqani  orada  məşhur  şərqşünas  və 

din tarixçisi E.Renan ilə tanış olmuşdu. Renan yazırdı: «Təqribən 

iki  ay  əvvəl  tanış  olduğum  Şeyx  Cəmaləddin  şəxsən  məni  öz 

təsiri altına almışdı. Onunla mən hər dəfə söhbət edəndə mənə elə 

gəlir ki, İbn Sina, İbn Rüşd və yaxud insanları əsarət zəncirindən 

qurtarmaq üçün çalışmış başqa Şərq dahilərindən biri ilə üzbəüz 

oturub  söhbət  edirəm».  «...İslam  dininin  fəlsəfi  və  elmi 

mahiyyətini  mənə  ən  yaxşı  izah  edən  Cəmaləddin  Əfqani 

olmuşdur».” 



Yenə orada, s.209. 

Yenə orada, s.2l5. 

Yenə orada, s.53. 

150 


XI. XIX əsrdə Avropa fəlsəfəsi 

1.

 

Seren Kyerkeqorun fəlsəfəsi 

Danimarka  filosofu,  ekzistensializmin  sələfi  S.Kyerkeqor 

(1813-1855)  müasirləri  tərəfindən  demək  olar  ki,  qəbul 

edilməmişdi. O, yalnız ölümündən sonra çox məşhurlaşdı. 

Kyerkeqora görə əsl fəlsəfə yalnız ekzistensial ola bilər, yəni 

əsl  fəlsəfə  ciddi  olaraq  fərdi  xarakter  daşımalıdır.  İnsana 

«ekzistensiya» (mövcudluq) kimi baxan filosof onun varlığını - 

«ontoloji strukturunu» təhlil edir və sonralar ekzistensialist- lər 

tərəfindən  inkişaf  etdirilən  «qorxu»,  «ümidsizlik»,  «qə- 

tiyyətlilik»  və  s.  belə  anlayışlann  fəlsəfi  izahını  verməyə 

çalışmışdı. Kyerkeqor fərdin üç inkişaf mərhələsindən keçdiyini 

göstərir: estetik, etik və dini mərhələlər. Estetik həyat bilavasitə 

həyatdır.  Burada  insan  özünün  yaşamasının  mənası  haqqında, 

sonrakı nəticələr haqqında fikirləşmədən indiki ilə yanaşı, hər 

şeydən əvvəl hissiyyatın verdiyi zövq ilə məhdudlaşır. Yalançı 

qayğısızlıq,  həyatdan  yalançı  razılıq  daha  çox  heyvani 

vəziyyətə,  bəlkə  də  uşaqlıq  vəziyyətinə  oxşayır.  İnsanların 

əksəriyyəti,  Kyerkeqorun  dediyinə  görə,  bütün  həyatı  boyu 

uşaqlıq və yaxud gənclik vəziyyətindən çıxa bilmir. 

Kyerkeqor  hesab  edirdi  ki,  insan  iki  vəziyyətdən  birini 

seçməlidir: ya hazırkı ağılsız vəziyyətdə qalıb imkan tapdıqca 

həyatdan  estetik  zövq  almalı,  ya  da  özünün  şəxsi  təbiətini 

müəyyənləşdirərək əxlaqlı insan olmalır. Yaşamağın bu ikinci 

mərhələsinə  yol  ümidsizlikdən  keçir.  Ümidsizlik  təskinlik 

vasitəsi deyil, ruhun bütün qüvvəsinin böyük gərginliyini tələb 

edən mənəvi aktdır. Məhz o dünya üzərində qələbəni təmin edir. 

Ümidsizliyin dadını bilməyən adam həyatın əsl mənasını anlaya 

bilməz. Kyerkeqor məsləhət görürdü ki, ümidsizliyə qapıl, onda 

sən ətrafdakılan aldatmayacaqsan, dünyanın lazımsız məxluqu 

olmayacaqsan. Ümidsizlik insanın daxili mənəvi təbiətinin üzə 

çıxmasıdır.  Lakin  ümidsizlikdən  keçən  insanın  etik  varlığı 

filosofun  fikrincə  insanın  yüksək  inkişaf  mərhələsi  deyil. 

Əxlaqlı insan hesab edir ki, dünyada zərurət, borc hökmranlıq 

edir və 


151 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə