3.
Pozitivizm; Oqüst Kont. Herbert Spenser
Fransız alimi Oqüst Kont (1798-1857) pozitivizmin
yaradıcılarından biridir. O, hesab edirdi ki, dünyanı ideyalar
idarə edir, cəmiyyətin tərəqqisi birinci növbədə ağılın
tərəqqisidir.
D.
Yum kimi O.Kont da göstərirdi ki, insan zəkası
yalnız təzahürləri dərk edə bilər. Deməli, o, aqnostisizm
mövqeyində dururdu. Kont səbəbiyyət anlayışını inkar edir və
onu təzahürlərin daimi ardıcıllığı fikri ilə əvəz edirdi. O.Kontun
fəlsəfi sistemi onun təfəkkür və idrakın üç inkişaf mərhələsi
haqqında təlimində əsaslandınlmışdı: 1) teoloji mərhələ (burada
ilk başlanğıc Allahdır; 2) metafizik mərhələ (ilk başlanğıc
təbiətdir); 3) idrakın və ümumiyyətlə cəmiyyətin ali, axınncı və
yaxud elmi, yəni pozitiv mərhələsi. Bu mərhələ üçün
teologiyadan və metafizikadan imtina edib müsbət (pozitiv)
bilik əsasında ictimai həyatı yenidən dəyişmək fikri
xarakterikdir.
O.Kont fəlsəfəyə «altruizm» (lat. «alten>-başqa) terminini
gətirmişdir. Bu elə əxlaqi prinsipdir ki, insandan təmənnasız
olaraq başqasına xidmət göstərməyi, onların rifahı üçün öz şəxsi
mənafeyini qurban verməyi tələb edir. Altruizm eqoiz- min (lat.
«ego»-mən),
hedonizmin
(yun.
«hedone»-zövq)
və
fərdiyyətçiliyin əksidir. O.Kontun «insanlıq dini»ndə başqa
insanların mənafeyi başlanğıc nöqtəsi kimi götürülür.
İngilis filosofu və sosioloqu Herbert Spenser (1820-1903)
fəlsəfəsinin əsas məqsədi aqnostisizm zəminində inam ilə biliyi,
din ilə elmi birləşdirməkdir. Onun fikrincə nə din, nə də elmin
varlığın əsas sualına cavab vermək iqtidannda olmadığının başa
düşülməsi onlar arasındakı münaqişəni aradan götürməyə imkan
verir. Spenserə görə fəlsəfə elmdən fərqli olaraq birləşmiş bilik,
ali nəzəri sintezdir.
Fəlsəfi və elmi qanunlar arasında keçilməz sədd yoxdur.
Həm elm, həm də əsl fəlsəfə, Spenserin fikrincə, dünyanı eyni
metodlar - müşahidə və induksiya vasitəsilə dərk etməyə
çalışırlar,
ancaq
fəlsəfə
özünün
tədqiqat
sahəsini
məhdudlaşdırmır. O, hesab edirdi ki, dünyanın həqiqi mahiyyəti
həm elm, həm də fəlsəfə üçün dərkedilməzdir. Bizim idrakımız
həmişə nisbidir, təcrübə ilə məhdudlaşır.
155
özünün təkamül qanununa əsaslanan Spenser hesab edirdi ki,
həyat özünün bütün ali, daha mürəkkəb psixoloji və sosial
təzahürlərində nəticə etibari ilə təbii qanunlar ilə idarə olunur.
Amerika sosioloqu və filosofu T.Parsons (1902-1979)
yazırdı: «Spenserin Allahı, bəzən tərəqqi də adlandırdığı tə-
kamüldÜD). «...O, inanırdı ki, insan əsrlərin dərinliyindən,
ibtidai insanın yarandığı zamandan başlayan xətti prosesin
zirvəsinə doğru fasiləsiz və dönmədən yaxınlaşır. Spenser hətta
inanırdı ki, ona müasir olan Qərbi Avropadakı industrial
cəmiyyət artıq həmin ən yüksək nöqtəyə yaxınlaşır. O və
həmfikirləri əmin idilər ki, bu proses sonsuz olaraq davam
edəcəkdİD>.‘°‘*
Spenserin bütün sosial-fəlsəfi nəticələri onun hələ Çariz
Darvindən (1809-1882) çox əvvəl müstəqil olaraq işləyib
hazırladığı təkamül nəzəriyyəsinə əsaslanır. Cəmiyyətin
təkamül nəzəriyyəsi təbiət fəlsəfəsinin tərkib hissəsidir, çünki
sosial təkamül bütün Kainatın tabe olduğu böyük prosesin bir
hissəsidir.
4.
Fridrix Nitsşenin fəlsəfəsi
Alman fiXosofvL F.Nitsşenin (1844-1900) fəlsəfi təlimi
qeyri-ardıcıl və ziddiyyətlidir. Lakin o, öz ruhuna, meyl və
məqsədinə görə bütövdür.
Nitsşe fəlsəfəsinin əsasında skeptisizm və bioloji volyunta-
rizm durur. Lakin bütövlükdə Nitsşe fəlsəfəsinin mərkəzi
anlayışı həyatdır. Bu anlayış filosofon «həyat fəlsəfəsi»ndə o
qədər də aydın deyil. Burada həyat və onun daşıyıcısı olan
orqanizm nə maddi, nə də ideal olmayan hansısa «üçüncü
reallıq» hesab edilir.
Nitsşenin bütün əsərlərində belə bir fikir var ki, həyat və
fəlsəfənin yaxın ittifaqından hər iki tərəf udmalıdır. Fəlsəfə
həyatda öz bədənini, həyat isə fəlsəfədə öz ruhunu tapır.
Nitsşeyə görə həyatın əsası iradədir (volyadır). Həyat
iradənin təzahürüdür, lakin Şopenhauerin fəlsəfəsindəki kimi
mücərrəd deyil, müəyyən iradənin - hakimiyyətə can atmaq
iradəsinin təzahürüdür.
Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект» 2000,
C.44.
156
Nitsşe təsdiq edirdi ki, elmdə həqiqət adlanan şey yanılma-
nın sadəcə olaraq bioloji cəhətdən faydalı növüdür, yəni əslində
həqiqət deyil, yalandır. Yalan zəruridir və həyat şəraitini təşkil
edir. O, bunu belə əsaslandırırdı ki, insanın Yerdə yaşaması,
Yerin öz mövcudluğu kimi mənasızdır. Ona görə də
«həyat^mənasız dünyada» təmin etmək üçün illüziya və özü-
nüaldatma lazımdır.
Nitsşe «daimi qayıdış» ideyasına müstəsna əhəmiyyət
verirdi. İndi baş verənlər əvvəllər dəfələrlə baş verib, gələcəkdə
də baş verəcək. Nitsşenin fikrincə bu hal həyatın mənasızlığı və
ümumi sabitsizlik fikrindən xilas olmağın yeganə vasitəsidir.
Bununla belə zəhlətökən ölüm fikrindən, həm də fərdlər- də
yaşamaq iradəsini saxlayan fikirdən tamamilə azad olmaq
mümkün deyil. Yaşamaq iradəsi nə qədər güclüdürsə, ölüm
qorxusu da o qədər dəhşətlidir.
Nitsşenin qüvvətli insan haqqında fikirləri də diqqətəlayiqdir.
Qüvvətli 0 adamdır ki, hakimiyyətə can atır. Hətta qəddar,
cinayətkar da qüvvətli adamdır, ona görə də onu vicdan
əzabından xilas etmək lazımdır.
Nitsşe «Zərdüşt belə demişdin> kitabında öz idealını
«fovqəl- insan» obrazında həyata keçirmişdi. Fövqəlinsan
sifətində o, hər şeydən əvvəl Zərdüştün özünü təsvir edirdi.
Nitsşe ona ən yüksək qəhrəmanlıq və yetkinlik sifəti verirdi.
Zərdüşt obrazında 0, özünün kamil dostunu yaradaraq, onun dili
ilə özünün ali məqsədini deyirdi. Nitsşe yazırdı: «Sizin
aranızdakı ən müdrik adam da bitki ilə kabusun (xəyalın) yalnız
pozğun qanşiğıdır. Məgər mən imkan verərəm ki, siz kabus və
yaxud bitki olasınız?». «Fövqəlinsan yerin mənasıdır. Qoy sizin
iradəniz (volya- nız) desin; fövqəlinsan yerin mənası olsun».“*^
Nitsşenin dediyinə görə fövqəlinsan üçün gələcək rifah və
xoşbəxtlik vəd etməklə insanı arxayınlaşdıran əxlaq deyil,
xüsusi zadəgan əxlaqı lazımdır. İnsan ümumiyyətlə xoşbəxt
olmamalıdır. Nitsşenin dediyinə görə yalnız «inəklər, qadınlar,
uşaqlar və sosial-demokratlar» xoşbəxtliyə can atırlar. Azad
insan döyüşçüdür. Dünyada xoşbəxtlik deyil, rahatlıq və volya
(iradə) var.
105
Ф.Ницше. Сочинения. В 2-х тт., Т.2, М., «Мысль», 1990, с.8.
157
Dostları ilə paylaş: |