onlara tabe olmaq lazımdır. İnsan gərək mənasız, iyrənc, küt,
ağılsız zərurətə qarşı mübarizə aparsın (məsələn, ölümün qa-
çılmazlığına qarşı). İnsan zərurətə, o cümlədən əxlaq qanunlan-
nın zəruriliyinə qarşı dini inam yaranana qədər mübarizə
aparmalıdır. Beləliklə, o inandırmağa çalışırdı ki, biz etik
normalardan daha çox dini prinsiplərlə yaşamalıyıq. İnsan
yalnız Allah qarşısında cavabdehdir. Heç bir insan varlığı bu
münasibətə müdaxilə edərək onu dəyişdirə bilməz. Kyerkeqora
görə din insan qəlbinin dərinliyindən gəldiyi üçün ekzistensial
təfəkkür məsələsidir. O, inamı ağıldan ayınr və göstərirdi ki,
Allahın mövcudluğunu ekzistensial yolla anlamaq olar.
Kyerkeqorun ümumiyyətlə bütün fəlsəfəsi imkan uğrunda
inadkar, dönməz mübarizədir. Əgər Allah varsa, deməli elə bir
dünyanın yaranması imkanı var ki, orada Sokrat zəhər qədəhini
içməzdi, İsanı çarmıxa çəkməzdilər, hər bir insan öz taleyini
müəyyənləşdirə bilərdi.
2.
Artur Şopenhauerin fəlsəfəsi
Alman filosofu A.Şopenhauerin (1788-1860) əsas əsəri
«Dünya iradə (volya) və təsəvvür kimi» adlanır.
Şopenhauer hesab edirdi ki, fəlsəfə praktiki məsələlər ilə
məşğul ola bilməz. «Mənim fikrimcə hər bir fəlsəfə həmişə
nəzəridir, ona görə ki, onun bilavasitə öyrəndiyi predmetin
necəliyindən asılı olmayaraq, öz mahiyyətinə görə fəlsəfə
düşünür və tədqiq edir, lakin göstəriş vermir. Praktiki olmaq,
davranışa rəhbərlik etmək, xarakteri yenidən tərbiyələndirmək
onun köhnə iddialandır ki, öz görüşlərində yetkinləşərək indi
nəhayət ondan imtina etməlidir».'®“
Şopenhauer fəlsəfəsinin spesifik xüsusiyyəti onun volyunta-
rizmidir. Volya (iradə) varlığın mütləq başlanğıcıdır. Onun
fikrincə elm - idrak fəaliyyətindən daha çox iradəyə qulluq
etməyə yönəlmiş fəaliyyətdir. Dünya hadisələri yalnız təsəvvür
edilən dünyadır. Ona görə də dünyada hansısa qeyri-real bir şey
var. Dünya bizdən əsl mahiyyəti gizlədən bir örtükdür, biz onu
ÄHTOJiorHfl MHpoBOH ({)HJioco4)HH.
T.3, M., 1971,
c.694.
152
mahiyyət kimi qəbul edəndə yamlınq. Volya idrakdan
yüksəkdir, o həmişə nəyi isə istəyir və öz mahiyyətinə görə heç
vaxt istəyinə axıracan çata bilmir. Şopenhauer inandırmağa
çalışır ki, volya hətta öz məqsədinə çatan kimi yenidən öz-özünü
yaradır. Bizim başa düşdüyümüz volyanın təzahürü - mütləq
aradan götürülə bilməyən mərhəmət hissi ilə bağlıdır.
Şopenhauerə görə insan gerçək dünyanın gətirdiyi qayğılar,
məşğuliyyətlər və həyəcanlarla məhdudlaşmayaraq özü üçün
xəyali dünya yaradır: iblislər, allahlar və müqəddəslər dünyası.
Həqiqətdə isə insan həmişə özü öz himayəsində olub. Şo-
penhauerin həyata baxışlan çox bədbindir. O, həyatın
mənasızlığı fikrini əsaslandırmağa çalışmışdır. Şopenhauer
inanırdı ki, insan intihar etməklə xilas ola bilməz; həyatın özünü
və ölüm qorxusunu doğuran, həyata can atan ölməz İradəni
(Vol- yanı) məhv etmək lazımdır. «...İntihar etmək. Qətiyyən
vo- lyanm (iradənin) inkarı olmayan intihar, əksinə, onu
təsdiqləyən qüdrətli fenomendir. Çünki, inkarın mahiyyəti
ondadır ki, insan həyatın incəliklərini deyil, zövqü inkar edir.
Özünü öldürən adam həyatı istəyir və yalnız ona verilən həyat
şəraitindən narazıdır. Ona görə də o, heç də yaşamaq
iradəsindən (volyasmdan) deyil, həyatın ayn-ayrı təzahürlərini
dağıdaraq ondan imtina edir».‘“‘
Şopenhauerə görə bütün həyat başdan-başa ümidsizlik və
əzab-əziyyətdir, insan iradənin təsiri altında həmişə nə isə arzu
edir - rahatlıq, sağlamlıq, uzun ömür. Buna isə gündəlik gərgin
əmək, ehtiyac ilə daimi mübarizə sayəsində nail olmaq olar.
Lakin arzu heç vaxt təmin olunmur, əgər təmin olunursa, onda
özü ilə biganəlik və darıxdırıcı süstlük gətirir. Gələcəkdə
öləcəyimizi bilsək də, biz həyatı saxlamağa çalışınq.
Şopenhauer təsdiq edirdi ki, əzab volyanın (iradənin)
mahiyyətindən ayrılmazdır, dünyadakı bədbəxtlikləri yalnız o
halda məhv etmək olar ki, onların dərin kökləri, yəni volyanın
özü kəsilsin. Deməli, əzabdan qurtarmağın yalnız bir yolu var -
heçliyə çəkilmək. Lakin yerdəki həyatı dayandırmaqla qurtu-
Yenə orada, s.702.
153
luşa nail olmaq mümkün deyil, çünki fərdi volya məhvedilməz
«şey özündə»dir və həmin an özünün yeni təzahür formasını
yaradır. Metempsixoz'®^ intiharı ağılsızlığa çevirir. Məhvetmə
volyanın obyektivləşməsinə yönəldilməlidir, volya aradan
götürülməlidir, bundan sonra zəruri olaraq əzab da qurtanr.
Allaha çatmaq səadəti volyanın hər cür yaşayış formasının
mütləq məhv edilməsidir. Lakin volyanın mütləq məhvi, eyni
zamanda həm də onun ümumi təzahür formasını da məhv edərdi
ki, bu da dünyanın sonu olardı. Bununla əlaqədar Şopenhauer
deyirdi ki, təzahürlər dünyasında belə məhvetmə mümkün
deyil. Volya o qədər də axmaq deyil ki, özünü məhvetmə
istiqamətində işləsin. Lakin təzahürlər dünyası çərçivəsində də
Şopenhauer volyanın bütövlükdə deyil, bəzi tərəflərinin məhv
edilməsinin mümkünlüyünü göstərir. Şopenhauerin fikrincə
ümumiyyətlə intellekt volyanın təzahürüdür və volya tərəfindən
müəyyənləşdirilir. Praktik ağılın birinciliyi prinsipinə uyğun
olaraq təfəkkürə can atmağın əsası volyadır. Lakin intellektin
volyadan azad olmaq imkanı var. Harada intellekt məqsədsiz
olaraq seyr edir və düşünür, orada bir an olsa da bədbəxt, ağılsız
volya susur, orada sadə müşahidə vaxtı intellektual zövq baş
verir. Şopenhauer hesab edirdi ki, məqsədsiz seyr etmək təbiət
və incəsənət vasitəsilə estetik zövq yaradır, məqsədsiz təfəkkür
isə elmi meydana gətirir. Şeylərə estetik və elmi münasibət
vaxtı intellekt volyadan azad olur. O, təsdiq edirdi ki,
intellektual zövq - ağıllı şüurun dünyanın qaranlıq, ağılsız
əsasından qopardığı çox qiymətli azadlıqdır.
«Beləliklə, Şopenhauer fəlsəfəsinin sonunda dialektik
ziddiyyət prinsipi özünü aydın şəkildə göstərir: ağılsız volya
ağıllı şüuru meydana gətirir, axırıncının vəzifəsi isə volyanı
aradan qaldırmaqdır. Volya ilə intellekt arasındakı bu ixtilaf
Şopenhauer fəlsəfəsinin əsas məzmununu təşkil edir».*®^
'°* Metempsixoz (yun. metempsyohos - ruhun köçməsi) - bədənin ölümündən
sonra ruhun başqa bir canlı varlığın - bitkinin, heyvanın, insanın beyninə
keçməsi haqqında təsəvvürdür.
В.Видельбанд. От Канта до Ницше. М., «КАНОН-Пресс», «Кучково
поле», 1998, с.369.
154
Dostları ilə paylaş: |