Alim və yazıçı Nikolay Qavriloviç Çermşevski (1828-1889)
inqilabi demokratiyanın ən yaxın vəzifəsini təhkimçilik
hüququnun ləğv edilməsi və aqrar məsələnin həllində görürdü.
Onun son məqsədi sosializm idi. Çemışevskinin sosializm
nəzəriyyəsi bütövlükdə utopik xarakter daşımışdır. O da
Gertsen kimi kənd icmalarını gələcək sosializm üçün başlanğıc
hesab edir, sosializm idealının müvəffəqiyyət qazanması üçün
bütün ümidini kəndlərə bağlayırdı.
1840-cı illərin inqilabçı demokratlan üçün dialektika
nəzəriyyəsinə diqqət üstünlük təşkil edirdi. Feyerbaxa gəldikdə
isə, onun sistemindən Hegelin idealizminə qarşı istifadə edilirdi.
Çermşevski isə bu sahədə onlardan xeyli fərqlənirdi. O,
Feyerbaxa daha çox arxalanırdı. Məlumdur ki, Feyerbax insanın
mahiyyətini və onun şüurunu izah edərkən antropoloji prinsipə
əsaslanırdı. Lakin Çemışevskinin fəlsəfəsi Feyerbaxın
sistemindən xeyli fərqlənirdi. Çemışevski antropologizmi
dialektika ilə tamamlayırdı. O, deyirdi ki, materializm elmi
məlumat- lann özündən yaranır, materiyanı şüura münasibətdə
birinci sayırdı, dünyanı göründüyü kimi qəbul edirdi.
Çemışevski dünyanın vəhdətini bütövlükdə təbiət və onun
ayn-ayn hissələri üçün universal əhəmiyyəti olan ümumi
qanunauyğımluğun mövcudluğu ilə izah edirdi.
2.
Rus dini-idealist fəlsəfəsi (XIX
əsrin ikinci - XX əsrin birinci yarısı)
2.1.
Rus dini fəlsəfəsinin inkişafında əsas dövrlər
Rus dini fəlsəfəsinin inkişafını dörd dövrə bölmək olar.
Birinci dövr XIX yüzilliyin 30-50-ci illərini əhatə edir. Bu dövr
alman idealizminin ms fikrinə ciddi təsiri ilə xarakterizə olunur
və daha çox A.Xomyakov və İ.Kireyevskinin adı ilə bağlıdır.
İkinci dövr əsasən XIX əsrin axınncı rübünə təsadüf edir. Dini
fəlsəfənin əsas nümayəndələri V.Solovyov, F.M.Dostoyevski,
L.
N.Tolstoy, K.Leontyev, N.Fyodorov və başqalan
olmuşlar. Üçüncü dövr XIX əsrin axın - XX əsrin əvvəllərini
əhatə edir
161
və aşağıdakılann adı ilə bağlıdır: S.N.Trubetskoy və Y.N.Tru-
betskoy qardaşları, V.V.Rozanov, V.İvanov, S.N.Bulqakov,
N.A.Berdyayev, P.B.Struve, N.O.Losski, P.A.Florenski və b.
Dördüncü dövr 1917-ci il inqilabından sonra başlayan
mühacirət dövrüdür. Bir çox dini mütəfəkkirlər vətəndaş
müharibəsi dövründə və yaxud ondan bir qədər sonra Rusiyanı
tərk etmişlər: P.B..Struve, S.N.Trubetskoy, L.İ.Şestov, və b. Bir
hissəsi isə 1922-ci ildə sovet rejiminə ideoloji cəhətdən yabançı
ünsürlər kimi Rusiyadan sürgün olunmuşlar. Bunların arasında
N.A.Berdyayev,
S.L.Frank,
N.O.Losski,
S.N.Bulqakov,
İ.A.İlin, və b. din xadimləri var idi. Beləliklə çox az istisna ilə
(P.A.Florenski və V.A.Tamavtsev Sovet Rusiyasında repressiya
qurbanlan olmuşlar) rus dini fəlsəfəsinin ən görkəmli
nümayəndələri mühacirətdə yaşayıb fəaliyyət göstərmişlər.
Rus idealist-dini fəlsəfəsinin bir neçə ən görkəmli
təmsilçiləri haqqında qısa məlumat veririk.
Fyodor Mixayloviç Dostoyevski (1821-1881) yaşadığı
dövrdəki rus cəmiyyətinin fikir tərzinə çox güclü təsir
göstərmişdir. O, özünün «Yazıq adamlan>, «Karamazov
qardaşları», «Səfeh» («İdiot») və b. əsərlərində insanın şəxsi və
ictimai həyatının bir çox ciddi məsələlərini təhlil edirdi. Lakin
Dostoyevski hər şeydən əvvəl özünün bütün diqqətini insan
problemi üzərində cəmləşdirmişdi.
Dostoyevski dini - xalqın ən qədim dünyagörüşü hesab
edirdi, ona görə də belə məntiqi nəticə çıxanrdı ki, insan
dözümlü və itaətkar olmalıdır. O, hətta işgəncəni də tərənnüm
edirdi. Bütün sosial bəlalan Dostoyevski Allaha inamın itməsi
ilə izah edirdi.
Bir mütəfəkkir kimi Dostoyevskinin diqqət mərkəzində
etika, din, estetika, fəlsəfə, tarix, xüsusən humanizm məsələləri
dururdu. O, hesab edirdi ki, şəxsi mənəvi kamilləşmə yolu
cəmiyyətin əxlaq qaydalarının dəyişməsinə gətirir və əsas təy-
inedici qüvvə kimi çıxış edir. Əxlaqın əsası, onun fikrinə görə,
inam və Allahdan asılıdır. Dostoyevskinin etik proqramının əsas
tələbi belədir: hər bir insan əsl insan olmalı və başqalarına da
insan kimi hörmət etməlidir.
162
Slavyanofıllər kimi Dostoyevski də xristianlığın ən yaxşı
ifadəsi kimi pravoslav dinini tanıyırdı, elə buna görə də ruslan
əsl dindar xalq hesab edirdi. Onun dediyinə görə Rusiya bu
yolla gedərsə həm özünü, həm də Qərbi sosializm dəhşətindən
xilas etmiş olar. Rus xalqının tarixi vəzifəsini yazıçı bir də
bunda görürdü.
Dostoyevski belə bir fikir irəli sürürdü ki, insan heç də
xoşbəxtliyə can atan ağıllı varlıq deyil, insan əzab-əziyyətə
ehtiyacı olan irrasional varlıqdır, inkar şüurun meydana
gəlməsinin yeganə səbəbidir. Əzab çəkmək günahı yuyur.
İnsanın ən yüksək ləyaqəti sayılan azadlıq özbaşınalığa keçir.
Bu halda azadlıqdan imtina etmək iztirabı azalda bilər. Lakin
azadlıqdan imtina etmək insana inamsızlıq deməkdir. Azadlığı
inkar etmək Allah əleyhinə (antixrist) ruhdur. İsanın çarmıxa
çəkilməsi sirri - azadlığın sirri deməkdir. Çarmıxa çəkilən Allah
könüllü olaraq məhəbbət obyekti seçilir. Dostoyevskiyə görə
azadlıq aristokra- tikdir, milyonlar üçün güc çatmayan yükdür.
Dostoyevskinin fikrincə şər, pislik lap əzəldən insana xasdır
və adi dünyəvi vasitələrlə insanın təbiətini dəyişdirmək
mümkün deyil. Nəticə: dini dayaq olmayan yerdə əxlaq da
yoxdur. Dünya ədalətsizlik, pislik, işgəncə ilə doludur. Allah
dünyanın yaradıcısıdır, o ən ali və kamil varlıqdır. Xilas olmağa
- yalnız itaətə, məhəbbətə, dözümə çağıran dində çatmaq olar.
Lev Nikolayeviç Tolstoy (1828-1910) böyük yazıçı olmaqla
yanaşı, həm də böyük mütəfəkkir, dünya, insan, həyatın mənası,
cəmiyyəti yenidən qurmaq haqqında dini-etik təlimin yaradıcısı
olmuşdur.
«Hərb və sülh» və «Anna Karenina» romanlarını yazandan
sonra Tolstoy bilavasitə özünün yeni dinini yaratmaq işinə
başlayır və bu məqsədlə çox böyük səylə fəlsəfəni, elmi,
müxtəlif dini təlimləri öyrənir. O, daha çox Şərqin dini və fəlsəfi
sistemlərinə müraciət edirdi. Xristianlığı isə xüsusi olaraq
özünəməxsus şəkildə təhlil edirdi.
Tolstoyun fikrincə ictimai tərəqqi din sayəsində mümkündür.
O, yazırdı: «Əgər bəşəriyyətdə proqress, yəni irəliyə hərəkət
163
Dostları ilə paylaş: |