4. Georq Vilhelm Fridrix Hegeiin fəlsəfəsi
^Älman klassik fəlsəfəsinin böyük nümayəndələrindən biri
də Hegel (1770-1831) olmuşdur. Onun fəlsəfəsində dialektik
dünyagörüşü və buna müvafiq olaraq dialektik tədqiqat metodu
sistemli şəkildə şərh edilir.
Hegeiin fəlsəfi sisteminin çıxış nöqtəsi varlıq və təfəkkürün
eyniləşdirilməsidir. Önun fəlsəfi sistemi üç hissədən ibarətdir:
məntiq, təbiətin fəlsəfəsi və ruhun fəlsəfəsi. Hüququn fəlsəfəsi,
tarixin fəlsəfəsi, estetika, dinin fəlsəfəsi, fəlsəfə tarixi bilavasitə
ruhun fəlsəfəsinə aiddir,
Məntiq Hegel fəlsəfəsinin əhəmiyyətli hissəsini təşkil edir.
Düzgün təfəkkür haqqında elm kimi formal məntiqin
zəruriliyini inkar etməyən Hegel, məntiq elmi qarşısında idrakın
inkişafının ən ümumi qanunauyğunluğunu tədqiq etmək vəzifəsi
qoyur. O, elmi təfəkkürün əsas, ən ümumi anlayışlan,
kateqoriyalan arasında qarşılıqlı əlaqə olduğunu xüsusi qeyd
edir. İnkişafın məntiqi prosesi Hegel fəlsəfəsində «mütləq
ideya» anlayışı ilə nəticələnir. Mütləq ideya özünü dərk edərək
dünyanı yaradır (praktika). Hegelə görə materiya mütləq
ideyanın hissi qavrayışla qəbul edilən təzahürün aşkar
edilməsidir.
Hegeiin təbiət fəlsəfəsi kosmik miqyasa malikdir. Onun
sistemində mürəkkəblik dərəcəsinin getdikcə artması
əvvəlcədən nəzərə alınıb; təbiətin məqsədi özünün mənəvi
başlanğıcını nəticədə özü tərəfindən realizə etməsidir. Təbiətin
tarixi əvvəlcədən müəyyən edilmiş vəzifəni - insanın, yəni
özü-özünü dərk edən Ruhun yaranmasını həyata keçirir.
Hegeiin fəlsəfə sisteminin üçüncü hissəsi - ruhun fəlsəfəsi -
mütləq ideyanın inkişafının yekun mərhələsinə həsr edilib.
Hegel özünün fəlsəfə sistemini insan biliyinin zirvəsi hesab
edirdi. Mütləq ideya məntiq fəlsəfəsi, təbiətin fəlsəfəsi və ruhun
fəlsəfəsi mərhələlərini keçərək özünün intellektual gücünü
tamamilə, axıra qədər sərf edir. Beləliklə, onun yalnız bir imkanı
qalır - əvvəlki inkişaf mərhələlərində zənginləşərək özünün
başlanğıc nöqtəsinə, yəni məntiqə qayıtmaq.
143
özünün fəlsəfi və siyasi-hüquqi tədqiqatlarının sintezi olan
"Hüquq fəlsəfəsi" əsərində Hegel azadlıq anlayışının izahından
başlayır, çünki, onun fikrincə, hüquq və mülkiyyət "mücərrəd
hüquq"un əsas kateqoriyaları kimi azadlığın həyata keçirilməsi
üçün zəruridir. O, hesab edirdi ki, azadlıq mücərrəd kateqoriya
olaraq birinci növbədə hüquqda təzahür edir. Deməli, hüquq
azadlığın varlığını şərtləndirir.
/Hegelin dediyinə görə azadlıq özbaşınalıq deyil, o məlum
şəVtlərlə məhdudlaşdırılır. Azad olmaq insan üçün öz
elədiklərinin sərhəddini və zəruriliyini anlamaq deməkdiıy
Yalnız fikirləşən intellekt (zəka) əsl azad iradəyə malikdif.
İnsanın öz azadlığını dərk etməsi xüsusilə əhəmiyyətlidir. Qul
ona görə quldur ki, o, öz azadlığı haqqında fikirləşmir, onu dərk
etmir, əgər dərk etsə azad ola bilər.
Hegelin dediyinə görə "hüquq ideyası azadlıq deməkdir,
onun əsl mahiyyəti o zaman başa düşülür ki, o öz anlayışında və
bu anlayışın hazırda mövcud olan varlığında dərk edilir".* *^
"Hüquq ümumiyyətlə ideya kimi azadlıqdır".**
"Hüquq fəlsəfəsi" əsərinin “Əxlaq" adlanan ikinci hissəsində
Hegel göstərirdi ki, əxlaq insanın daxili inamıdır, ona görə əxlaq
sahəsində zorakılıq olmamalıdır/
Hegelin fikrincə ruhun mahiyyəti - fəaliyyətdir; ruh həm
subyekt, həm də obyektdir; subyekt kimi o özünə obyekt
yaradır, obyekt kimi özü-özünü dərk edir. Özünü dərk edən vaxt
o özünə qayıdır, özündə olan vaxt o azad ruhdur. Deməli, tarix
azadlıq anlayışının inkişafı deməkdir.
Göründüyü kimi Hegelin fəlsəfəsini sadələşdirmək, hamının
anlayacağı tərzdə izah etmək mümkün deyil. İngilis filosofu
B.Rassel haqlı olaraq yazmışdı: "Hegelin fəlsəfəsi çox çətindir.
Mən deməliyəm ki, o, bütün böyük filosofların ən çətin başa
düşülənidir".*’
Гегель. Философия права. M., 1990,
c.59.
*1“ Yenə orada, s.89.
Б.Рассел. История западной философии,
с.671.
144
5. Lüdviq Feyerbaxın fəlsəfəsi
LSeyerbax (1804-1872) alman klassik fəlsəfəsinin son
nümayəndəsi hesab olunur. O, Hegelin tələbəsi kimi fəaliyyətə
başlamış, lakin az sonra onun görüşlərində köklü dəyişikliklər
baş vermiş və filosof tamamilə materialist mövqeyə keçmişdir.
Feyerbaxın «Hegel fəlsəfəsinin tənqidinə dain> məqaləsi (1839)
idealizm ilə bütün əlaqələrin kəsilməsi deməkdi. Göstərmək
lazımdır ki, Hegelin idealizmini tənqid edən Fe- yerbax, eyni
zamanda onun dialektik təlimini də inkar etmişdi.
«Xristianlığın mahiyyəti» (1841), «Gələcəyin fəlsəfəsi»
(1843) və başqa əsərləri Feyerbaxa böyük şöhrət
qazandırmışdı/O, göstərirdi ki, təbiət və insandan kənarda heç
nə yoxdur, bizim dini fantaziyamızın yaratdığı ali varlıqlar
yalnız bizim öz mahiyyətimizin fantastik əks olunmasıdır.
Antropoloji materializm mövqeyindən çıxış edən Feyerbax
hesab edirdi ki, Hegelin Mütləq ideyası yerinə insan mahiyyəti
qoyulmalıdır. Onun fikrincə insan öz mahiyyətini özündən
kənarda axtanr və onu başqa mahiyyət sifətində
obyektivləşdirir. Feyerbaxa görə dinlər insan nəslinin
mahiyyətini izah etməyə cəhd göstərirlər. O, qeyd edirdi ki,
«insanın mahiyyəti... dinin nəinki əsasım, həm də predmetini
təşkil edir».**® O, belə nəticəyə gəlirdi ki, «insan özündə inkar
etdiyi şeyi Allaha aid edir». Transsendent Allaha inanmağı
Feyerbax ziyan gətirən qüvvə sayırdı.
Feyerbax xristian dinini «yeni fəlsəfə» ilə əvəz etməyi tələb
edirdi. Bu fəlsəfə «...dinin mahiyyətini özünə daxil edir, onun
özü həqiqətən dindir».®' Feyerbaxın «yeni fəlsəfəsi» praktiki
səpkidə «məhəbbət etikası» kimi çıxış edirdi. «İnsan insanın
allahıdır», «insana məhəbbət insanın ali və ilkin qanunu
olmalıdır».’^
^ Л.Фсйербах. Избранные философские
произведения. T.l. M. ” Yenə orada, s.204.
Yenə orada, T.2, s.308-309.
1965, C.31.
145
Dostları ilə paylaş: |