sulun insanlar arasında bölünməsinin hesabını aparır, istehsalın
təşkili ilə yerli icmalar məşğul olurlar.
Nəzəri utopik sosializmin başqa görkəmli nümayəndəsi
Tomazo Kompanella (1568-1639) olmuşdur. O, 1605-ci ildə
özünün əsas əsərini - «Günəş şəhəri» kitabını yazır. «Utopi-
ya»da olduğu kimi burada da xüsusi mülkiyyət yoxdur, insanlar
icmalar şəklində yaşayır; əmək icma üzvlərinin nəinki vəzifəsi,
həm də tələbatıdır, çünki əməyə hörmət uşaq vaxtından
öyrədilir.
B.Rassel haqlı olaraq deyirdi: «İtaliya İntibahı fəlsəfə
sahəsində bütövlükdə əhəmiyyətli əsərlər yaratmadı. Bu böyük
fəlsəfi düşüncələrdən daha çox qədim qaynaqları yenidən üzə
çıxarmaq dövrü idi. O cümlədən katolik məktəblərində Aristotel
davamçılarına cavab vermək üçün Platonu yenidən öyrənməyə
başlayırlar».^ Onun fikrincə təbii-elmi biliklər, incəsənət və
arxitektura sahəsində nailiyyətlər daha çox olmuşdur.
4.
İntibah dövrü fəlsəfəsində təbii-elmi fikir
İntibah dövründə təbii-elmi biliklərin böyük artımı bir sıra
kəşflərdə öz ifadəsini tapmışdır. Riyaziyyat və mexanika daha
çox uğur qazanmış, eksperimental təbiətşünaslığın meydana
gəlməsinin fövqəladə əhəmiyyəti olmuşdur. Bu dövrdə
astronomiyada
da
böyük
kəşflər
edilmişdir.
Elmi
astronomiyanın əsasını qoymuş böyük polyak alimi Nikolay
Kopernikm (1473- 1543) heliosentrik sistem nəzəriyyəsinin
elmin inkişafında olduqca böyük əhəmiyyəti olmuşdur.
intibah dövrünün mütəfəkkirləri arasında böyük italiyalı
filosof və şair Cordano Bruno (1548-1600) şərəfli yer tutur.
Özünün dünyagörüşü ilə o, katolik kilsəsi ilə münaqişəyə
girdiyi üçün nəticədə Romada kilsə tərəfindən tonqalda
yandınlmışdır.
Brunonun dünyagörüşü formaca panteizmə uyğun gəlir. O,
daha ardıcıl olaraq Allahı təbiət ilə eyniləşdirirdi. Dəyişən və
inkişaf edən dünyanın başqa izahını tapmayan Bruno Platonun
dünya ruhu haqqında təliminə qoşulur. Kainatdakı dünya ruhu
B.Pacce;ı. My/ıpocTu 3ana;ia. c.268.
124
və onun hissələri olan ayrı-ayrı planetlərin ruhu, Brunoya görə,
bu hərəkəti tamamilə izah edir.
Dahi rəssamlar, heykəltəraşlar və alimlər arasında özünün
çoxtərəfliliyi və dərin biliyi ilə seçilən italyan Leonardo da
Vinçi (1452-1519) olmuşdur. O, müasir təbiətşünaslığın
yaradıcılarından biridir, təbiətin eksperimental-riyazi metodla
tədqiq edilməsini qabaqcadan görmüşdür. Elmi fəaliyyətin
mənasını dahi alim bu fəaliyyətin insana gətirdiyi praktiki
faydada görürdü.
İntibah dövrünün bədii estetik fikrinin inkişafında Leonardo
da Vinçinin xidməti əvəzsizdir. Bədii dilin yeni üsullannm
hazırlanmasını nəzəri ümumiləşdirmələrlə uzlaşdıran rəssam
dövrün humanist ideallarına cavab verən insan obrazı
yaratmışdır (Qadın gözəlliyinin humanist idealı olan Mona
Lizanın portreti və yaxud «Cokonda» və b. buna bir misaldır.).
Təbiətin tədqiq edilməsinin eksperimental-riyazi metodunun
yaradıcısı böyük italyan alimi Qalileo Qaliley (1564-1642)
olmuşdur (Leonardo da Vinçi bu metodun yalnız layihəsini
hazırlamışdı). O, eyni zamanda dinamikanın - cisimlərin
hərəkəti haqqında təlimin də yaradıcısıdır.
İbn Rüşdün həqiqətin ikiliyi haqqında təlimininə əsaslanaraq
Qaliley elm və dini bir-birindən ayırırdı.
125
VII. XVII-XVIII əsrlərdə Avropa fəlsəfəsi
1. Frensis Bekonun fəlsəfəsi
İngiltərədə gərgin fəlsəfi inkişaf Frensis Bekonun (1561-
1626) yaradıcılığı ilə başlanır.
Bekonun öz fəlsəfi sistemi qarşısına qoyduğu vəzifə mənasına
görə 0 dövrdə məlum bilik dairəsini dəyişdirməkdən ibarətdir. Bu
yolda əsas məqsədlərdən biri bu biliklərin təsnifatı idi. Bu
təsnifatın əsasını, o dövrdə hesab edildiyi kimi, insan ruhunun üç
əsas qabiliyyəti tutmalı idi: yaddaş, təxəyyül (fantaziya) və ağıl.
Yaddaşa tarix, təxəyyülə poeziya, ağıla isə fəlsəfə uyğun gəlir.
Bekon göstərirdi ki, o vaxt istifadə edilən üsullarla idrak təbiət
sahəsində çox şeyə nail ola bilməzdi. O, özünün induktiv
metodunu işləyib hazırladı. Bekona görə induksiyanın mahiyyəti
xüsusi faktlardan daha ümumi müddəalara keçmək yolu ilə
fasiləsiz və tədrici ümumiləşdirmədən ibarətdir.
2.
Rene Dekartın fəlsəfəsi
Yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri fransız
alimi Rene Dekart (1596-1650) olmuşdur. O, böyük riyaziyyatçı,
mexanikanın yaradıcılanndan biri, fizioloq, psixoloq idi. Fizik
kimi Dekart yeni dövrdə birinci dəfə kosmoqoniya (yun.
«kosmogonia» - astronomiyanın kosmik cisimləri öyrənən
hissəsi) problemini qaldırmışdı. Elmlərin vəhdətini o, fəlsəfə ilə
eyniləşdirirdi. Təcrübə və riyaziyyatı biliyin, xüsusən elmi-təbii
biliyin əsas hərəkətvericiləri sayırdı.
Dekarta görə, yalnız o şeyi həqiqət kimi qəbul etmək olar ki, o
tamamilə şübhəsiz və aydın dərk edilir. Bu fikir Dekart rasio-
nalizminin əsas prinsipidir. O skeptisizmə (şübhəçiliyə) qarşı
geniş mübarizə aparırdı. Hər şeyə şübhələnmək olar, yalnız bu
şübhənin mövcudluğundan başqa. Dekarta görə şübhə edən
həmişə, hətta yuxuda da fikirləşir; əgər fikirləşirsə, deməli
mövcuddur. Buradan da onun məşhur sözləri yaranıb: «Mən
düşünürəm, deməli, mən mövcudam» («Cogito ergo sum»).
126