İşrakizm təliminə görə insan ruhu İlahi işıqdan törəyən
işıqdır. İnsanın bütün fəaliyyəti onun daxilində mövcud olan
İlahi işığın sayəsində mümkün olur. İdarə edən işıq ilə bədən
arasındakı əlaqə müvəqqəti və keçicidir. Bədən ölüb yox
olandan sonra bu işıq (ruh) yaşamaqda davam edir. Bədəndən
azad olan ruh yüksək İlahi işığa qədər yüksəlir, işıqlar işığına
(nur- əl-ənvərə) doğru hərəkət edir, lakin hələlik ona qovuşa
bilmir, onun ali gözəlliyini seyr edə bilir və səadətə çatır.
Beləliklə, Sührəvərdi fəlsəfəsinin əsas məqsədi insan
ruhunun öz əzəli başlanğıcına doğru gedən yolu göstərməkdir.
Bu fəlsəfə islam fikir tarixində mistisizm ilə rasional fəlsəfəni
yaxınlaşdırmaq yolunda ilk ciddi təşəbbüsdür.
5.
Mütəfəkkir şair Nizami Gəncəvi
Nizaminin (1141-1209) poeziyası fəlsəfi fikirlər ilə
zəngindir. Onun «İqbalnamə» əsərində İsgəndərin ətrafında
Fales, Sokrat, Platon, Aristotel və başqa yunan fılosoflan, hind
müdrikləri kimi adamlar var. İsgəndərin yeddi müdriklərlə gizli
söhbəti geniş mövzulan əhatə edir. Hökmdar müdriklərlə
dünyanın yaranması, onun başlanğıcı və sonu haqqında fikir
mübadiləsi aparır.
Yeni platonçuluğun da Nizamiyə müəyyən təsiri olmuşdu. O,
ruhun başlanğıcı olan İlahi işığı bütün dünyaya işıq saçan çıraq
hesab edirdi. Şairin dünyagörüşündə sufizm (təsəvvüf) xüsusi
yer tuturdu.
«İqbalnamə»də səyahət zamanı İsgəndər dünyada mövcud
olmayan xəyali xoşbəxtlər ölkəsinə gəlib çıxır. Bu yolla Nizami
ədalətli dövlət haqqında öz fikirlərini şərh etməyə çalış- mışdir.
Bu ölkədə ədalət hökm sürür, bütün insanlar yüksək mənəvi
keyfiyyətə malikdirlər. Nizami inanırdı ki, ideal dövlət
qurulacaq, ağıl və ədalət qalib gələcək, şər və zorakılıq aradan
qaldınlacaqdır.
Nizami təxəyyülündə Allah İsgəndəri peyğəmbərliyə layiq
bilir və mələk vasitəsi ilə ona vəhy göndərir:
118
«Xalqı pis yollardan et haqqa dəvət.
Onlar da Allaha etsin itaət.
Təzələ kökündən köhnə binanı,
Təmizlə qəflətdən bütün dünyanı».
«Bütün yatmışları yuxudan oyat,
Əqlin üzündəki o niqabi at!
Allah tərəfindən yoxsullara sən
Verilmiş məhəbbət xəzinəsisən».
İsgəndər isə cavab verir:
«Məşriqdən Məğribə hücum çəkərək
Xalqlan yuxudan oyadam gərək».
Nizaminin etikasında^’ ağıl insan ləyaqətinin əsas meyan
kimi çıxış edir. İnsanın bütün varlıqlardan üstün olması onun
ağıla malik olmasıdır. İnsan ən ali, kamil və dəyərli varlıqdır.
İnsan şər üçün deyil, xeyirxahlıq üçün yaradılıb. Nizaminin
fikrincə, insanın mənəvi kamilliyə çatması üçün əməyin rolu
böyükdür. Əmək insanları avara və tüfeylilərdən qoruyur, onları
başqalanna əl açmaq kimi alçaldıcı hərəkətdən xilas edir.
Nizaminin insan konsepsiyası haqqında aşağıdakı ümumi-
ləşdirici fikri çox maraqlıdır: «İslamın fəlsəfəsi, mənəvi, etik
müddəaları, onun insan haqqında təlimi Nizami üçün
metodoloji başlanğıc olmuşdu. Bununla yanaşı Nizamidə bir
Renessans şairi kimi həyata dini münasibətlə yanaşı estetik
münasibət də vacib yer tutur. Nizaminin insan konsepsiyası
məhz bu iki fundamental təlimin kəsişmə nöqtəsində
formalaşın).*®
Nizami Goncəvi. İsgəndəmamə. Bakı, 1982, s.504.
Bax: Дж.Мустафаев. Философские и этические воззрения Низами. Баку, 1962. M.Q.Qocaycv.
Nizaminin insan fəlsəfəsi. Bakı, «Mütərcim», 1997, s.5.
119
VI.
Avropada İntibah dövrü fəlsəfəsi
1.
İntibah mədəniyyətinin əsas cəhətləri
İntibah (frans. Renessans) dövrü mədəniyyəti hər şeydən
əvvəl erkən burjua cəmiyyətinin mədəniyyəti olaraq XIV əsrdə
İtaliyada meydana gəlmiş və XV əsrdə orada çiçəklənmişdir.
XVI əsrdə İntibah mədəniyyəti ümumavropa hadisəsi
olmuşdur.
İntibah mədəniyyətinin mərkəzində getdikcə gərginləşən
şəhər həyatı şəraitində yaşayan insan dururdu.|Bu insanın
mahiyyətini başa düşmək üçün o dövrdəki orta əsr
mədəniyyətinin verdiyi bilik kifayət etmirdi, bunun üçün antik
mədəniyyətin daha dərindən öyrənilməsi tələb olunurdu. Elə
buna görə də Avropa mədəniyyətinin inkişafının bu dövrü məhz
intibah (dirçəliş) adlanır, yəni antik mədəniyyətin yenidən
dirçəlişi dövrü.
İtalyanların şüurunda dirçəliş - alman tayfaları qotlar və
vandallar, türk mənşəli hunlar tərəfindən dağıdılan Romanın
əvvəlki əzəmətini bərpa etmək ideyası ilə sıx əlaqədar
olmuşdur. «İtaliya İntibahının böyük nailiyyətləri Qərb
ölkələrində dərin təəssürat yaratmışdır. Mədəni dirçəlişi arzu
edən maarif- lənmiş insanlar antik müdrikliyi və incəsənəti
yenidən kəşf edən İtali-yaya getməyə can atırdılan>.^’
«Renessans»
(«Dirçəliş»)
termini
Yeni
dövr
mütəfəkkirlərinin dəyər haqqında təliminin ifadəsi kimi
meydana gəlir. Bu bir tərəfdən özünü şüurlu olaraq teologiya və
sxolastika fəlsəfəsinin hökmranlıq etdiyi orta əsrlərə qarşı
qoymaq, başqa tərəfdən Ağıl və Harmoniyaya pərəstiş etməyə
çağıran antik mədəniyyət dəyərlərinə qayıtmaqdır.
İntibah dövrünün fəlsəfi məzmununu o vaxtkı humanizm
hərəkatından ayırmaq olmaz; bu hərəkatın əsas mərkəzi Flo-
rensiya oldu, çünki bu şəhər italyan İntibahının paytaxtı idi.
5*»
3.foM6pnx.
HcTopHfl HCKyccTBa.
M., 1998, c.34I.
120
Dostları ilə paylaş: |