başqalan ilə əməkdaşlığı zəruridir, əməkdaşlıq üçün isə qanun və
ədalətin olması lazımdır; qanun və ədalət üçün onlan yaradan və
təmin edən adam lazımdır. Belə adam isə yalnız peyğəmbər ola
bilə^/
İbn Sinanın siyasi görüşləri insanlann təbii bərabərsizliyi
ideyası üzərində qurulub. Bu bərabərsizliyi o, belə əsaslandu*-
mağa çalışırdı ki, bütün mövcudat öz təbii varlığını necə var, elə
də saxlamağa can atır.
İspaniyalı böyük ərəb filosofu, hüquqşünası və həkimi İbn
Rüşd (lat. Averroes) (1126-1198) Şərq peripatetizminin son
təmsilçisi hesab edilir. O, Avropada və Şərqdə çox geniş
yayılmış həqiqətin ikiliyi təliminin banisidir. Bu təlimə görə,
fəlsəfi həqiqət ilə dini həqiqət bir-birinə zidd deyil, çünki onlar
müxtəlif məzmuna malikdirlər: din insana necə hərəkət etməyi,
yaşamağı öyrədir, fəlsəfə isə mütləq həqiqəti dərk edir.
İbn Rüşd ağılı aktiv və passiv kimi iki qismə bölürdü. Passiv
ağıl insanın fərdi hissi təsəvvürləri ilə bağlıdır, aktiv ağıl isə
əbədi olan ümumi intellekt xarakteri daşıyır. Yalnız bəşəriyyətin
ümumi ağılı əbədidir.
Platonun «Dövlət» əsərinə yazdığı təfsirdə İbn Rüşd
göstərirdi ki, ən yaxşı quruluş elə dövlət hesab edilməlidir ki,
onun əsasında etik dəyərlər ilə praktiki fəaliyyətin təbii əlaqəsi
dayanır. Praktiki fəaliyyət və əxlaqi dəyərlər ali xeyirxahlığın
(fədail) əsasıdır. İbn Rüşd hər şeydən əvvəl ictimai sferanın şəxsi
həyat qarşısında üstünlüyünü xüsusi qeyd edir.
İbn Rüşd özünün «Təkzibin təkzibi» əsərində dini «zəruri
siyasi sənət» kimi dəyərləndirirdi. Ruhanilərin tiraniyasını o,
pozulmaqda olan dövlətlərin zəruri variantı hesab edirdi. Onun
sosial-siyasi görüşləri Platonun «Dövlət» kitabına yazdığı
təfsirdə və başqa əsərlərində ifadə olunur.
İbn Rüşd yaxşı işləyən qanunçuluğa əsaslanan hökmdar
haqqında düşünürdü. Qanunlar müdrik adamlar tərəfindən
yaradılarsa, onlar həqiqətə uyğun olarlar. O, yazırdı: «Nəyinsə
həqiqi olması şərti onun hamı tərəfindən qəbul edilməsi deyil.
Ümumi tərəfindən qəbul edilmək hamıya məlum olmaq
deməkdir. Məlumdur ki, nəyinsə ümumi tərəfindən qəbul edil-
106
məsi heç də onun öz-özlüyündə həqiqi olması demək deyil».^’
Son nəticədə həqiqilik elə həmin müdriklər tərəfindən
müəyyənləşdirilir.
İbn Rüşd belə nəticəyə gəlir ki, bir adamın və yaxud bir neçə
adamın hakimiyyəti çoxluğun hakimiyyətindən daha yaxşıdır.
Başqa sözlə, monarxiya və yaxud aristokratiya demokratiyadan
yaxşıdır.
4.
«Saflıq qardaşları»nın təlimi
IX əsrin ikinci yarısında Bəsrə şəhərində «Saflıq qardaşla- n»
adlı dini-fəlsəfi cəmiyyət yaranmışdı. Bu cəmiyyət 890-cı ildə
din və müxtəlif bilik sahələrinə həsr edilmiş 52 traktat çap
olunandan sonra çox məşhurlaşmışdı.
Bu təlim sinkretik^® xarakter daşıyırdı. Məntiq və fizikada
«Saflıq qardaşlan» əsasən Aristotelə, təbabət və psixologiyada
Qalenə, ümumi fəlsəfi məsələlərdə isə sufizmə əsaslanaraq bu
mövqedən çıxış edirdilər.
«Saflıq qardaşlan» göstərirdilər ki, idrakın üç mərhələsi var:
hissi, rasional və intuitiv idrak.
Bu təlimin tərəfdarları hesab edirdilər ki, din və şəriət öz ilkin
təmizliyini itirib. Odur ki, dini çirkabdan təmizləmək lazımdır.
Cəmiyyət pis işlərlə dolub, əxlaq pozulub. Yalnız fəlsəfə
cəmiyyəti dağılmaqdan xilas edə bilər.
5.
Sufizm (təsəvvüf)
VIII-IX əsrlərdə meydana gələn sufizm müsəlman Şərqində
ən çox yayılmış dini-fəlsəfi, mistik dünyagörüşüdür. Tə-
səvvüfün həm Şərq, həm də Qərb tədqiqatçılarının çoxu bu
fikirdədir ki, bu təlim islam dini zəminində meydana gəlib və
onun iki əsas mənbəyi var: Quran və sünnət. Başqa kənar
təsirlərin o qədər də əhəmiyyəti yoxdur.
Аверроэс. Опровержение опровержения, с. 13.
Sinkretizm (yun. «synkretismos» - qovuşma) ■
fikirlərin, təlimlərin birləşdirilməsi deməkdir.
müxtəlif elementlərin,
107
Sufizm təmsilçiləri hesab edirdilər ki, şəxsi ruhi-psixoloji
təcrübə vasitəsilə insanın Allah ilə bilavasitə mənəvi ünsiyyəti,
heç olmasa hələlik kənardan seyr etməsi, sonra isə tamamilə
qovuşması mümkündür. Bu ünsiyyət ürəyində dərin ilahi
məhəbbət olan insanın ehtiraslı vəcd (ekstaz) və mənəvi
işıqlanma vasitəsilə yaranır. Orta əsrlərdə belə cərəyanlar nadir
hadisə deyildi. Mistika bəşəriyyətdə mövcud olan bütün böyük
dini sistemlərdə (buddizmdə, hinduizmdə, iudaizmdə,
xristianlıqda) müəyyən yer tutur. Lakin təsəwüf özəllikləri ilə
onlardan kəskin surətdə fərqlənir. Amerika tədqiqatçısı
Annemari Şimmel yazır: «Mistisizmə Mütləqə məhəbbət kimi
tərif vermək olar, belə ki, əsl mistisizmi asketizmdən
fərqləndirən qüvvə məhəbbətdir. İlahi məhəbbət sınaq və qəlbin
təmizlənməsi üçün göndərilən çətinliklərə dözmək və hətta buna
sevinmək qabiliyyətini axtaranlara güc verir».“*'
Sufilərə görə həqiqi bilik ilahi nurlanma yolu ilə, mistik
məhəbbətlə, Allaha yaxınlaşmaq və nəhayət. Ona qovuşmaqla
əldə edilir. Ona görə də sufilər intuitiv idraka can atırlar. Onlar
hesab edirlər ki, Allah yeganə substansiyadır və dünya bu
yeganə, bütöv substansiyanın təzahürləridir; bütün cisimlər,
təbiət hadisələri müvəqqəti olaraq öz başlanğıcından aynlırlar,
danxır- lar, qayıtmaq istəyirlər və nəhayət, qayıdırlar
(vəhdəti-vücud).
Dünyanın
vəhdəti,
insanın
Allaha
qovuşmasının yalnız bir yolu var - məhəbbət. Burada ağıl
gücsüzdür.
Sufizmin üç mərhələdən keçdiyini daha çox qeyd edirlər: 1)
şə-riət - islamın bütün hüquq qaydalanmn yerinə yetirilməsi; 2)
təriqət - hörmətli, tanınmış şeyxin, pirin yanında şagirdlik
(müridlik) dövrü; arası kəsilməyən dualar və gərgin düşüncələr,
rəqslə müşayiət edilən dini ayinlər vasitəsilə şəxsi iradəni məhv
etmək; 3) mərifət - Allahı ağılla yox, qəlblə dərk etmək; həqiqət
- m\sX\\a üsullarla mərifətlə həqiqəti Allahda tapmaq.
Yeni platonçuluq ilə təsəwüf arasındakı əsas fərq ondan
ibarətdir ki, təsəwüf hər şeydən əvvəl dini mistisizmdir, yeni
platonçuluq isə fəlsəfi mistisizmdir; yeni platonçuluğun əsa-
А.Шиммель. Мир исламского мистицизма. M., «Алетейя», «Энигма», 1999. с. 14.
108
Dostları ilə paylaş: |