göstərir. Bir halda ki, ilahi sözdə heç bir yanlışlıq ola bilməz,
ziddiyyətlərin aşkarlanmasından nəticə çıxır ki, din yox - ağıl,
ilahiyyat yox - fəlsəfə yanılır.
Akvinatm dediyinə görə varlıq beş yolla dərk edilə bilər.
Birinci yol hərəkət anlayışıdır. Burada özü heç nə ilə hərəkətə
gətirilməyən ilk təkana (Allaha) müraciət etmək zəruridir.
İkinci yol yaradıcı səbəb anlayışıdır (Allah). Üçüncü yol imkan
və zərurət anlayışlandır. Bu da Allahdır. Dördüncü yol şeylərdə
özünü göstərən müxtəlif mərhələlərdən başlayır. Şeylərin
arasında bu və ya digər dərəcədə mükəmməl olanını və
həqiqilərini tapmaq olar. Lakin elə mahiyyət (əsas) var ki, bütün
başqa əsaslar üçün xoşbəxtliyin və hər cür kamilliyin səbəbidir.
Bu da Allahdır. Beşinci yol təbiətdə baş verənlərin hamısını
müəyyənləşdirən şüurlu varlıqdır. Bu da Allahdır. Deməli,
T.Akvinata görə, varlığın mövcudluğunu sübut edən beş yolun
hamısı Allah tərəfindən müəyyənləşdirilir.^^
T.Akvinat «Teologiyanın cəmi» əsərində yazırdı: «...Bir
halda ki, Allahda öz varlığından əlavə heç nə yoxdur..., özgə
mahiyyət yoxdur, deməli. Onun mahiyyəti (lat. «essentia»)
Onun varlığıdır (lat. «esse»)».^'*
T.Akvinat hesab edirdi ki, ictimai nizam İlahi nizamın
təzahürüdür. O, hüququn ilk növü kimi daimi hüqüq anlayışını
irəli sürür. Daimi hüquq dedikdə o, dünyanın Allah tərəfindən
idarə edilməsi üsullarının tam cəmini nəzərdə tuturdu. Daimi
hüququn xüsusi təzahürü kimi təbii hüquq mövcuddur. Təbii
hüququn konkretləşmiş formasına insan hüququ deyilir.
Sxolastikanın nümayəndələrindən biri də Duns Skot (təxm.
1265-1308) olmuşdur. Öz sələfləri kimi o da daha çox
ilahiyyatın fəlsəfəyə münasibəti məsələsi ilə məşğul olmuşdur.
O, deyirdi ki, ilahiyyatın predmeti - Allah, fəlsəfəninki (meta-
fızikanınkı) - varlıqdır. Allahı dərk etmək üçün fəlsəfənin
imkanları məhduddur.
Bax: Антология мировой философии. В 4-х тт.. Т. I, 4.2. М., 1969, с.828-831. Вах: Жури.
«Вопросы философии». № 1. 2001. с.16.5.
97
XIII
əsrdə Avropada sxolastikanın görkəmli sistemçilərin-
dən başqa həm də böyük alimlər yetişmişdir. Onlardan ən
görkəmlisi
Rocer Bekondur {iQxm. 1214-1292).
Elmdə, elmin məntiqində R.Bekon yenilikçi olsa da,
fəlsəfədə başqalarından irəli getməmişdir.
Özünün siyasi proqramını hazırlayarkən R.Bekon həmin
dövrdəki kilsənin vəziyyətini, onun ilkin xristianlığın kasıblıq
və sadəlik ideallarından uzaqlaşmasını kəskin tənqid edirdi. O,
deyirdi ki, Roma papası öz simasında ruhani və dünyəvi
hakimiyyəti birləşdirir (teokratiya). Xristian monarxiyasına
(irsən keçən təkhakimiyyətlilik) başçılıq edən papa eyni
zamanda bütün bəşəriyyətə rəhbərlik etməlidir.
XIV
əsrdə Avropada fəlsəfə və elm sahəsində nominaliz-
min yüksəlişi müşahidə edilir. Bu cərəyanın ən görkəmli
nümayəndəsi ingilis sxolast-fılosofu Uilyam Okkam (təxm.
1300-1350) idi. U.Okkam təkcə siyasətə deyil ilahiyyata və
fəlsəfəyə aid xeyli tədqiqat işləri aparmış, Aristotelin məntiqinə
və fizikasına xüsusi əsərlər həsr etmişdir. O, öz sələflərinin işini
davam etdirərək Allahın varlığını fəlsəfi yolla sübut etmək
cəhdinin tənqidini vermişdir. U.Okkam göstərirdi ki, Allahın
varlığı dini inamın predmetidir, fəlsəfə isə məntiqi
mühakimələrə əsaslanır.
U.Okkam hesab edirdi ki, şüurdan və ruhdan kənarda olan
hər bir şey təkdir. «Universalis» əşyalann özünə aid deyil, o
həmişə əşyadan sonra və yalnız şüurda mövcuddur.
98
IV. Orta əsrlərdə Yaxın və Orta Şərq
ölkələrində fəlsəfə
X-XIV əsrlərdə Şərq və qədim yunan fəlsəfəsini öyrənmək
əsasında ərəbdilli fəlsəfə özünün yüksək mərhələsinə çatır. Bu
dövrdə İlahiyyata bağlı islam din fəlsəfəsi, vəhdəti-vücud təlimi,
xüsusən sufizm (təsəvvüf), yunan fılosoflannm, birinci növbədə
Platon və Aristotelin fəlsəfəsi zəminində yaranan, sonralar
orijinal təlimə çevrilən Şərq peripatetizmi daha geniş
yayılmışdı.
Panteizm (yun. «pan» - hər şey, «theos» - Allah, yəni hər şey
Allahdır) Allahı təbiətdə yerləşdirir, dünya ilə eyniləşdirir.
Vəhdəti-vücud və təsəvvüf fəlsəfəsinə görə isə, Allah təbiətə
yerləşə bilməz, o məkana və zamana sığışa bilməz, bütün maddi
dünya Allah atributlarının (aynimaz özəlliklərinin) təzahürüdür
və Allahın hər bir əlaməti özünü ayn-ayn əşyalarda göstərir.
Allah, vahid və mütləq Varlıq kimi bütün mövcudatın əsasıdır.
İslam təliminə görə dünyanın mahiyyəti qətiyyən Allahın
mahiyyətinə daxil edilə bilməz, əksinə onun mövcudluğu Allah
sayəsində mümkündür.
1.
Müsəlman din fəlsəfəsi
Qədərilər insanın iradə azadlığının tərəfdarları olmuşlar.
«Qədər» Allahın böyüklüyü, hər şeyi öncədən müəyyənləşdir-
məsi deməkdir. İslamın ilk illərində insan taleyini öncədən
müəyyənləşdirmək (alın yazısı) fikrinin tərəfdarlanna qədərilər
deyirdilər. Bir tərəfdən Allahın hər şeyə qadir olduğu təsdiq
edilir,
0 biri tərəfdən elan edilir ki, insan İlahi göstərişlərə əməl
edib etməməkdə tamamilə sərbəstdir və hər kəs əməllərinə görə
şəxsən məsuliyyət daşıyır.
Alın yazısı fikrini müdafiə edən və iradə azadlığını rədd
edənləri cəbrilər adlandırırdılar. Onların dediyinə görə Allah
insanları öz imkanları və gələcək əməlləri ilə birgə yaradıb, ona
görə də onlar öz əməllərinin sahibi deyil, insanı bu hərəkətləri
etməyə Allah məcbur (cəbr) edir. Ona görə də bu fikir cərəyanı
cəbrilik adlanır.
99
Dostları ilə paylaş: |