Cəbr mahiyyətcə görülən işləri insandan uzaqlaşdırmaq və
onları hər şeydən uca Yaradana aid etməkdir. Cəbrilər qruplara
bölünür: «həqiqi cəbrilər» insanın sərbəst fəaliyyət göstərmək
qabiliyyətini tamamilə inkar edənlərə deyilir. «Mötədil
cəbrilər» insanın qabiliyyəti olduğunu qəbul edir, lakin bu
qabiliyyət heç nə yarada bilmir».^^
Mötdzildr (ərəbcə - «itazala» - uzaqlaşma, kənarlaşma
deməkdir) islam tarixində birinci olaraq ilahiyyatda rasionalist
(ağıla əsaslanan) cərəyanın yaradıcdan hesab edilir. Bu
məktəbin baniləri Vasil ibn Əta (öl. 749) və Əmir ibn Übeyd (öl.
762) sayılırlar.
Mötəzilər göstərirdilər ki, din məntiqi mühakimələrin
cəminə əsaslanır. İlahiyyatçılar isə, əksinə, təsdiq edirdilər ki,
belə fikir din üçün deyil, fəlsəfə üçün məqbuldur. Din vicdan
işidir, o elmi nəzəriyyəyə oxşamır, buna heç ehtiyac da yoxdur.
İlahiyyatçılar hesab edirlər ki, mötəzilərin fəlsəfəsi təfəkkürü
yüksəldir, ruhu isə zəiflədir.
Mötəzilərin sufilərdən fərqi odur ki, onlar ağılın qüdrətinə,
sufilər isə hissiyyata və inama istinad edirlər.
Əş-Şəhristaninin (1075/86-1153) yazdığına görə, mötəzilər
arasında bəzi fikir ayrılıqları olubdur. Lakin «onlar bir məsələdə
həmrəy idilər; insan müstəqil hərəkət etməyə qabildir, öz
əməllərinin - həm yaxşı, həm də pisinin yaradıcısıdır, gördüyü
işlərə uyğun olaraq axirət dünyasında mükafat və ya cəzaya
layiqdir».^*
Batinilik (ərəbcə «batin» - sirli, bağlı, gizli) tərəfdarlannm
fikrincə Quranın özünəməxsus gizli mənalan var. Bu cərəyan
zahirlik (ərəbcə - aşkar, görünən), yəni hərfi dəqiqlik
cərəyanına qarşı qoyulurdu.
Batinilik təliminə görə həqiqi dindarlar günahdan azaddırlar;
şeylərin görünən tərəfi əsas deyil, ona görə ki, həqiqət
görünməz və gizlidir, hiss üzvləri vasitəsilə qavranıla bilməz;
ağıl biliyin qaynağı ola bilməz, çünki məntiqi mühakimələr
bir-birinə ziddir; ağıllı adamların fikirləri çox hallarda bir-
birinə uyğun gəlmir.
Аш-Шахрнстани. Книга о религиях и сектах. М., 1984. с.83.
Yenə
orada, s.55.
100
2. Əl-Qəzalinin fəlsəfəsi
Əl-Qəzali ibn Həmid (1058-1111) məşhur müsəlman
ilahiyyat alimi, sufi-fılosof olmuşdur. O, Şərq peripatetizminin
(aristotelçiliyin) görkəmli nümayəndələri olan əl-Fərabi, İbn
Sina və başqalan ilə dünyanın əbədiliyi, səbəbiyyət nəzəriyyəsi
və b. problemlər ətrafında mükalimə (polemika) apanr və on-
lan tənqid edirdi. ƏI-Qəzali ənənəvi islam ehkamlannı sufizm
ideallan ilə birləşdirməyə çalışırdı.
Əl-Qəzaliyə görə filosoflar dünyanın əbədiliyini üç
fundamental aksioma ilə əsaslandırmağa cəhd göstərirdilər: 1)
heç nədən heç nə yaranmır və yarana da bilməz; 2) müəyyən
səbəb yarananda zəruri olaraq dərhal nəticə də meydana gəlir;
3)
səbəbin təbiəti tamam başqadır və nəticəyə münasibətdə xarici
qüvvədir.
Əl-Qəzali kəskin şəkildə inamı elmə və fəlsəfəyə qarşı
qoyurdu. «Filosoflann təkzibi» əsərində o, göstərirdi ki,
aristotelçiliyin elmə və fəlsəfəyə təsiri çox ziyanlı və gərəksiz
işdir. Fəlsəfə dinə kömək etməlidir. Əl-Qəzali skeptik olmuş,
bütün elmi nəticələrə şübhə ilə yanaşmışdı. Onun fikrincə,
yalnız intuitiv bilik həqiqət hesab edilə bilər.
Əl-Qəzalinin dediyinə görə «həqiqət axtaranlan> dörd
kateqoriyaya bölünür: mütəkəlamlar, batinilər, filosoflar,
sufilər. O, bu kateqoriyaların təhlilini kəlam elmindən
başlayaraq yazır: «Mütəkəlamların təlimini başa çatdırandan
sonra mən fəlsəfə elmini öyrənməyə başladım».^^ O, göstərirdi:
«Fəlsəfə elmləri də altı hissəyə bölünür: riyaziyyat, məntiq,
fizika, me- xanika, siyasət və etika».^* «Fəlsəfə elmini
tamamlayandan sonra onu yekunlaşdırdım, izah etdim,
uydurmanın üstünü açdım, ifşa etdim və mənə aydın oldu ki,
məqsədə tamamilə çatmaq üçün bu kifayət deyil, yalnız ağılın
köməkliyi ilə həlli tələb olunan məsələləri əhatə etmək mümkün
deyil, ağıl bütün
' Ал-Газали. Избавляющий от заблуждения. Приложение к кн.
Опровержение опровержения. Киев-СПб, 1999. с..‘>38.
'* Yenə orada, s. 541.
Аверроэс.
101
problemlərin üstündən pərdəni götürməyə qadir deyil».^’ Sonra
əl-Qəzali təlimçilərin fikirlərini öyrənir. «Təlimçiləri də
öyrənəndən sonra onlan da kənara atdım».^® «Bu elmləri
tamamlayandan sonra mən öz diqqətimi sufilərin yoluna
yönəltdim» və «sufilərin nəzəriyyəsi mənim üçün onun
praktikasından daha asan oldu».^' «Mənə aydın oldu ki, axirət
həyatında xoşbəxtliyə yalnız o adam ümid edə bilər ki, o mömin
həyat tərzi keçirir və maddi dünyanın şimikdirici cazibəsindən
kənara çəkilir...».^^
İlahiyyatı, batiniliyi, fəlsəfəni, məntiqi əvvəlcə mükəmməl
öyrənib sonra onlann hamısını atan əl-Qəzali, özünün dediyi
kimi, axırıncı ümidini sufizmə bağlayır. O, belə bir fikri əsas-
landınrdı ki, Allahı insan təfəkkürü vasitəsilə dərk etmək olmaz,
çünki Allah insan zəkasından kənarda mövcud olan ali
Həqiqətdir. Allaha yalnız inam və sufi məhəbbəti ilə qovuşmaq
olar. O, yazırdı: «...İnsanın digər yaradılanlardan üstün olmasını
saxlayan şərəf, fəzilət və Allahü Tealanı mərifətlə anlamaq
istedadıdır. Dünyadakı zinət, kamal və şərəfi bu mərifət
sayəsində olduğu kimi. Axirət üçün azuqəsi də həmin mərifətə
bağlıdır. Ən yüksək mərtəbə olan bu mərifətə digər bədən üzvləri
ilə deyil, ancaq qəlb ilə sahib ola bilir. Allahı tanıyan, Allaha
yaxınlaşan, Allah üçün çalışan, Allaha doğru can atan və nəhayət
Allah tərəfdə olanlan kəşf edən yenə həmin qəlbdir. Başqa üzvlər
qəlbə tabe və onun xidmətindədir. Onlar qəlbin işlətdiyi alət və
vasitələrdir».'^^
Əl-Qəzalinin dünyagörüşü təkcə orta əsr müsəlman fikrinin
deyil, həm də orta əsr Avropa fəlsəfəsinin inkişafına böyük təsir
göstərmişdi.
Yenə orada, s.552.
Yenə orada, s.561.
Yenə orada, s.562.
” Yenə orada, s.563.
” İmam Qazaİi. İhyau Ulumid-Din. Cilt 3, İstanbul, 1974, s.7.
102
Dostları ilə paylaş: |