3.
Şərq peripatetizmi. Aristotelçilik
Şərq peripatetizminə (aristotelçiliyə) yol açan ilk ərəb
filosofu əl-Kindi (təxm. 800-870) olmuşdur. O, Ptolemeyin və
Evklidin əsərlərini yaxşı bilir, onların və Aristotelin fəlsəfi
işlərini təhlil edərək, qeydlər yazırdı. O, Aristotelin belə bir fikri
ilə razı idi ki, fəlsəfə «hər şey haqqında bilikdin>. Əl- Kindinin
fikrinə görə, bu bilik insanın öz qabiliyyətinə görə şeylərin
həqiqi təbiəti haqqındadır. Bundan başqa, insan ruhu hiss və
ağıldan ibarət olduğu üçün fəlsəfə də iki hissəyə bölünür: ağıl
əsasında əldə edilən bilik və hisslərsiz mümkün olmayan bilik.
Bununla yanaşı əl-Kindi Allah kəlamını fəlsəfənin zirvəsi hesab
edirdi. O, inandırırdı ki, heç bir filosof Həzrət Məhəmmədin
sözlərində olduğu kimi yığcam, aydın, sadə və tam cavablar
verə bilməz. İlahi sözlər (Quran) hər hansı insan məntiqindən
yüksəkdir.
Göstərmək lazımdır ki. Şərq peripatetizmi yeni platonçuluq,
xüsusən müsəlman ilahiyyatçılığı ilə sıx bağlıdır. B.Rasselin
obrazlı şəkildə dediyi kimi «...ərəblərin Aristoteli yeni
platonçuluq paltarını daşıyın).^“*
Əl-Kindidən başqa Şərq peripatetizminin ən görkəmli nü-
m^əndələri əl-Fərabi, əl-Biruni, İbn Sina, İbn Rüşd olmuşlar.
/"Böyük filosof, ensiklopedik alim, riyaziyyatçı və həkimf^/-
Fərabi (870-950) Aristotel fəlsəfəsinin dərin bilicisi olmuş,
onun fəlsəfi və elmi-təbii əsərlərinə geniş təfsir və izahlar
yazmışdır. Onun fikrinə görə, dünya dərkediləndir və idrakın üç
qaynağı var: hiss üzvləri, intellekt (zəka) və mühakin^ Hiss
üzvləri və intellekt bilavasitə bilik verir, mühakimənin köməyi
ilə şeylərin mahiyyəti dərk edilir. «İnsanı bütün heyvanlardan
fərqləndirən xüsusiyyət onda olan ruhdur ki, bədən üzvləri
vasitəsilə fəaliyyət göstərən güc ondan meydana gəlir; bundan
başqa onda elə qüvvə var ki, bədən üzvlərindən asılı olmayaraq
fəaliyyət göstərir; bu qüvvə ağıldır».^®
Б.Рассел. История западной философии. Новосибирск. 1997, с.396. Ал-Фараби.
Естественно-научные трактаты. Алма-Ата, 1987, с.247.
103
Əl-Fərabinin varlıq haqqında fikirləri əsasən Aristotelin
görüşlərinə uyğun gəlir: «Biz deyirik ki, varlıq iki növ olur. Bir
növ varlığa elə şeylər aiddir ki, onlann mövcudluğu öz
mahiyyətindən doğmur. Belə növ şeylər «mümkün varlıq»
adlanır. Başqa növə isə elə şeylər aiddir ki, onların mövcudluğu
öz mahiyyətindən doğur. Belə növ şeylər «zəruri varlıq» adla
nır»
36
İctimai-siyasi həyat haqqında təlim əl-Fərabinin elmi irsində
mühüm yer tutur. Bütün bəşəriyyəti filosof üç yerə bölür:
böyük, orta və kiçik cəmiyyətlər. Böyük cəmiyyət Yer üzərində
yaşayan bütün insanların, xalqlann birliyidir; orta cəmiyyət hər
hansı ayrı xalqın birliyidir; kiçik cəmiyyət bir şəhər ilə təmsil
olunan cəmiyyətdir^ Əl-Fərabi özünün nümunəvi cəmiyyət
təlimini yaradarkən Şərqin sosial-siyasi ideyalanndan
bəhrələnməklə yanaşı yunan fılosoflanmn, ilk növbədə Platon
və Aristotelin siyasi və etik görüşlərinə əsaslanmışdır.
Əl-Biruni (973 - təxm. 1050) Orta Asiyanın ensiklopedik
alimi olmuşdur. Dini görüşlərlə yanaşı apardığı elmi-təbii
araşdırmalar Biruni üçün təbiəti dərk etməyin əsas vasitələri idi.
Onun fikrincə, elm birinci növbədə təcrübə və müşahidəyə
əsaslanmalıdır. Təbiət daim dəyişir və inkişaf edir. Bütün
Kainat Allahın iradəsi ilə idarə olunur.
Orta əsr müsəlman Şərqinin ən böyük alim və filosoflarından
biri dahi İbn Sinadır (lat. Avitsena) (təxm. 980-1037). O
dövrdə elə bir elm sahəsi olmamışdır ki, alim onunla məşğul
olmasın. Lakin onun dühası daha çox təbabət və fəlsəfə
sahəsində parlamışdı. İbn Sinanın təbabətə aid əsəri - «Tibb
elminin qanunu» - təbabətin əsl ensiklopediyası idi. Beş əsrdən
çox bir dövrdə bu əsər həm Şərqdə, həm də orta əsr
Avropasında həkimlərin stolüstü kitabı olmuşdur.
İbn Sinanın fəlsəfə elmindəki xidmətləri heç də təbabət sa-
həsindəkindən az olmamışdır. Fəlsəfə, onun sözlərinə görə,
varlıq haqqında elmdir, onun predmeti varlığın bu və ya digər
təzahürləri yox, bütövlükdə varlığın özüdür. İbn Sina fəlsəfəni
Yenə orada, s.231.
104
üç hissəyə bölürdü: fizika (təbiət haqqında təlim), məntiq
(təbiəti və insanı dərk etmək yollan haqqında təlim) və
metafizika (bütövlükdə varlığı dərk etmək haqqında təlim).
İbn Sina məntiqi idrakın zəruri mərhələsi hesab edirdi. O,
yazırdı: «Elə yol var ki, onunla mütləq dərk olunmayandan dərk
olunana doğru getmək lazımdır ki, onu dərk edə biləsən. Məntiq
məhz elə elmdir ki, burada məlum olur: idrak vasitəsilə dərk
olunmayan necə dərk edilir, həqiqət nədir, həqiqətə yaxın olan
nədir, nə yalandır və bunlann hər birinin neçə növü var.
Məntiq ölçü elmidir, başqa elmlər isə fayda və ziyan
haqqındadın).^”'
İbn Sina dünyanı İlahi ağılın əsəri hesab edirdi: Aristoteldə
olduğu kimi, onun da fikrincə, Allah özü hərəkət etməyən
təkanverici qüvvədir, bütün formaların formasıdır, əbədi
yaradıcı şərtdir.
İbn Sina özünün materiyanın və formanın vəhdəti
konsepsiyasında Aristotelə nisbətən daha ardıcıldır. O, Platonun
ideyalar dünyasını, materiya və formanın ayrılığı fikrini daha
ciddiyyətlə tənqid edirdi.
ibn Sina ontologiyasının əsası - zəruri və mümkün varlıq
təlimidir. O, hesab edirdi ki, ali səbəb və yaxud səbəblər səbəbi -
zəruri varlıq olan Allahdır. Yerdə qalanlar isə mümkün
varlıqlardır. «Varlıq tərifsiz və təsvir edilmədən ağıl ilə dərk
edilir, çünki varlığın tərifi yoxdur, onun nə cinsi, nə görkəmi
var; belə ki, ondan daha ümumi heç nə yoxdur; onu təsvir etmək
mümkün deyil, belə ki, ondan daha məşhur heç nə yoxdun).^*
ibn Sinaya görə vahid, qeyri-cismani, əbədi, müstəqil, mütləq,
zəruri varlıq - Allah - kənar müdaxilə olmadan ümumi ağıl
yaradır, bu ağıl da həm özünü, həm də öz yaradıcısını dərk edir.
Bu ümumi ağıldan da ardıcıl olaraq göy cisimləri və onlann
ruhlan yaranıblar. Təmizlənmə yolu ilə insan - fəal ağıl
dərəcəsinə, peyğəmbər, hətta mələk dərəcəsinə qədər yüksələ
bilər.
'İbn Sinanın fikrincə, insanlar öz həyatlarının təminatı üçün
cəmiyyət halında birləşməlidirlər; insanın yaşaması üçün onun
Ибн Сина. Избранные философские произведения. М., 1980, с.62. Yenə
orada, s. 106.
105
Dostları ilə paylaş: |