Aristotelə görə hər bir ayrı, tək şey - materiya ilə formanın
vəhdətidir. Forma qeyri-maddidir, lakin o kənardan, o dünyadan
materiyaya daxil olmuş bir mahiyyətdir.
Aristotel qədim yunan filosofları içərisində birinci olaraq
məntiqi görüşləri sistemləşdirib yeni bilik sahəsi yaratmışdı. O,
məntiqi - sübutlar, həmçinin təfəkkürün formalan haqqında elm
hesab edirdi. O, tək məntiq elminin deyil, həm də psixi fəaliyyət
haqqında elmin də yaradıcısıdır.
Aristotel etikanı fəlsəfənin xüsusi, həm də ən vacib problemi
kimi aynca tədqiq edirdi. Onun fikrinə görə etikanın əsas
anlayışı - ortalıq fikridir. Burada o, ən uyğun, düzgün hərəkət
qaydasını seçmək üçün düzgün istiqamət götürmək qabiliyyətini
nəzərdə tuturdu. Xeyirxahlıq israfçılıq ilə çatışmazlıq arasında
orta mövqeni seçir.
«Politika» («Siyasət») əsərində Aristotel mahiyyətcə
cəmiyyət və dövlət anlayışlanni bir-birindən fərqləndirmirdi. O,
insanı «siyasi heyvan» hesab edirdi. Aristotelin əsərlərində
dövlət insanlann təbii və zəruri yaşayış üsulu kimi çıxış edir.
«İnsan-cəmiyyət-dövlət» sisteminin təhlilini Aristotel hər bir
canlı varlığın, o cümlədən insanın əsas hissələrini
aydınlaşdırmaqdan başlayır. O, deyirdi: «Canlı varlıq hər
şeydən əvvəl ruh və bədəndən ibarətdİD>.” Elə buradaca bu
hissələrin funksional xüsusiyyətlərini göstərir: «Onlardan biri
öz təbiətinə görə hakimiyyətdə olan başlanğıc, o birisi tabe olan
başlanğıcdır».'* Onun fikrincə, tabe olmaq iki formada həyata
keçirilir: hökmranlıq və siyasi idarəçilik. Aristotel yazırdı:
«Bizim fıkri- mizcə, hər bir canlı varlıqda hər şeydən əvvəl
hökmdarlıq və siyasi hakimiyyət olduğunu görmək olar. Ruh
bədən üzərində ağa kimi bizim hərəkətlərimiz üzərində
hökmranlıq edir».'’
Platon və Aristotel fəlsəfədə unikal mövqeyə malikdirlər.
«...Onların fəlsəfəni zənginləşdirməsi əvvəl və sonra gələn
mütəfəkkirlərdən ola bilsin ki, daha əhəmiyyətlidir. Elə bir
fəlsəfi problem tapılmaz ki, onlar bu barədə nəsə qiymətli fikir
söyləməsinlər və bizim dövrdə də kim özünü orijinal göstərmək
” Аристотель. Сочинения. В 4-,\ тт.. Т.4, M.. 1983. с.382. '* Yenə
orada, s.383.
” Yenə orada.
91
üçün Afina fəlsəfəsinə etinasızlıq göstərirsə o, özünü təhlükə
qarşısında qoyan risqə gedİD>.^®
12. Epikurun fəlsəfəsi
Epikumn (b.e.ə. 341-270) fəlsəfəsi qədim )ninan atomiz-
minin ən yüksək mərhələsidir. O, Demokritin atomlar
nəzəriyyəsini yenidən işləmişdir. Əgər Demokritə görə
atomların boşluqda hərəkəti mexaniki xarici zərurətdən
yaranırsa, Epikurun fikrincə isə atomların hərəkəti onlann daxili
xassələri ilə şərtləndirilir. Bu fikir atomistikada yeni nailiyyət
kimi qəbul edilir.
Epikura görə fəlsəfənin əsas vəzifəsi xoşbəxtliyə aparan
davranış haqqında təlim - etika yaratmaqdır. O, göstərirdi ki,
xoşbəxtlik heç nə ilə pozulmayan zövqdür. Xoşbəxtlik ruhun
soyuqqanlı və təmkinli olmasıdır (yun. «ataraxia» - təmkinli
olmaq). Belə vəziyyətə uzun sürən təlim və məşq (yun.
«askesis» - məşq) yolu ilə çatmaq olar. Lakin Epikurun
«askesa»sı ağıllı, əxlaqlı və xoş həyat keçirən insanın
tərbiyəsidir. Ataraksiyaya nail olmaq isə ölüm qarşısında qorxu
hissindən azad olmağı tələb edir. Epikur inanırdı ki, ruh ölür,
çünki o atomlardan ibarətdir. Ona görə xoşbəxtliyə burada, bu
dünyada çatmaq olar. Epikura görə fəlsəfə xoşbəxtlik yolunu
axtanb tapmaqdır.
Epikurun atomist təliminin ən böyük təhlilçisi Qədim Roma
filosofu Lukresi Kar (b.e.ə. təxm. 99-55) olmuşdur.
13.
Neoplatonizm
Neoplatonizm (yeni platonçuluq) Roma imperiyasının süqut
etdiyi dövrdə (b.e. III-VI əsrlər) geniş yayılmış fəlsəfi
cərəyandır. Bu fəlsəfə Şərq və Qərb dinlərinin mövcud olduğu
İs- gəndərij^ədə meydana gəlmişdir. Yeni platonçuluğun
yaradıcısı sayılan Plotin (təxm. 204-270) Misirdə anadan
olmuş, İsgəndəriyyədə təhsil almış və 243-cü ilə qədər orada
yaşamışdır. İmperator III Qordlanı İrana qarşı yürüşdə müşayiət
Б. Рассел. Мудрость Запада, c.94-95.
92
etmişdir. Gənc imperator öldürüldükdən sonra Plotin 244-cü
ildə Mesopotamiyam tərk edir və Romaya gəlir və ömrünün
axınna qədər orada fəlsəfəni tədris edir. Platonun ideyalar
haqqındakı fəlsəfi təlimi neoplatonizmdə maddi dünyanın ilk
mənəvi başlanğıcdan mistik emanasiyası (lat. «emanatio» -
şüalanma, axma) haqqında təlim formasını alır.
Plotin göstərirdi ki, dünya prosesi ağlasığmayan, dərk
edilməyən, sözlə deyilə bilməyən tək və ilkin ilahi başlanğıcdan
qaynaqlanır - əvvəlcə dünya şüuru kimi, sonra dünya ruhu kimi,
daha sonra ayrı-ayrı tək ruhlar kimi qeyri-varlığa, yəni
materiyaya qədər davam edir. Həyatın məqsədi insan ruhunun
əzəli və vahid Allaha qədər yüksəlməsindən ibarətdir, yəni ruh
Allaha qovuşmalıdır. Yalnız ən yüksək mərhələdə, ekstaz
vəziyyətində (vəcdə gəlmə, cuşa gəlmə) ruh Allahla birləşir.
Plotinin fikrincə ruh hissələrə parçalanmır və bölünməz tam
kimi yaşayır, o xüsusi məna daşıyan substansiyadır. Ruhu psixi
vəziyyətin çoxluğu kimi təsəvvür etmək olmaz. Heç bir fərdi ruh
bütün başqa ruhlardan ayrı müstəqil mövcud ola bilməz. Bütün
fərdi ruhlar «Dünya ruhu»nda birləşirlər. Aristoteli tənqid edən
Plotin deyirdi ki, ruh nəyinsə forması olduğu üçün deyil,
bilavasitə varlıqdır və öz varlığını hansısa bədəndə olduğu üçün
qazanmır. Ruh hələ bədənə daxil olmadan mövcuddur.
Neoplatonizmi panteizm ilə eyniləşdirənləri haqlı olaraq
tənqid edən B.Rassel demişdir: «Allahı ətraf dünya ilə
eyniləşdirən stoiklərdən fərqli olaraq Plotinin təlimi panteizmi
inkar edİD>.^'
Б.Рассел. Мудрость Запада, с. 187.
93