4. Eleylilərin təlimi
Yunan fəlsəfəsinin Sokrataqədərki dövrdə inkişafının əsas
mərkəzlərindən biri Böyük Yunanıstan adlanan bölgənin qərb
hissəsi - Cənubi İtaliyadakı Eley şəhəri idi. Eley məktəbinin əsas
nümayəndələri - eley məktəbinin yaradıcısı Parmenid (b.e.ə.
təxm. 540-470), Ksenofan (b.e.ə. təxm. 570-478) və Zenon
(b.e.ə. təxm. 490-430) olmuşlar.
Miletlilər kimi Ksenofan da dünyanın maddiliyi ideyasını
qəbul edir, lakin onlardan fərqli olaraq dünyanın həmişə eyni,
dəyişməz olduğunu göstərir. O, vahid substansiyanın olduğunu
göstərir, bütövlükdə dünyanı Allah hesab edirdi.
Parmenidə görə varlığı hiss üzvləri vasitəsilə deyil, yalnız
ağıl ilə dərk etmək olar. Onun dediyinə görə, yalnız dəyişgən,
müvəqqəti, keçici olanlar hissi qavrayışla qəbul edilir,
dəyişməyən, əbədi olanlar isə yalnız təfəkkür vasitəsilə dərk
edilə bilər.
Zenon «aporiya» adlanan üç paradoksal müddəa irəli
sürmüşdür (yun. «aporia» - «çətinlik», «çıxılmaz vəziyyət»
deməkdir). Onların köməkliyi ilə filosof sübut etməyə çalışırdı
ki, hərəkətin mövcudluğu qəbul edilərsə, bir sıra həlledilməz
ziddiyyətlər meydana çıxar.
Hegel deyirdi ki, fəlsəfə eleylilərdən başlayır, çünki məhz
onlar ideya səviyyəsində ilk başlanğıcı müəyyənləşdiriblər.
5.
Empedokl və Anaksaqorun fəlsəfəsi
/
Empedokl (b.e.ə. təxm. 490-430) bir ilk materiya əvəzinə,
bütün varlığın kökü olan dörd başlanğıc prinsip irəli sürürdü.
Onun dörd ünsür (torpaq, su, hava, od) nəzəriyyəsi sonralar
yunan fəlsəfəsində daha da inkişaf etdirilmişdi.
Empedokl göstərirdi ki, iki hərəkətverici qüvvə var ki, onlar
göstərilən dörd ünsürün yerlərini dəyişdirmək yolu ilə xarici
aləmdə bütün müxtəlifliyin meydana gəlməsinə səbəb olur. Bu
qüvvə - məhəbbət və düşmənçilikdir. Empedoklun fikrincə
Kosmosda inkişaf prosesi bu dörd mərhələdən keçir, bəzən
məhəbbət, bəzən də düşmənçilik üstün gəlir.
85
Eleylilərdən fərqli olaraq Empedokl hissi idrakın müəyyən-
edici rol oynadığını göstərirdi.
Yunan fəlsəfəsində plüralizm (lat. «pluralis» — bir çox
mahiyyətin olduğunu göstərən) ideyasını ilk dəfə Anaksaqor
(b.e.ə. təxm. 500-428) irəli sürmüşdür. O, hesab edirdi ki,
dünyanın maddi əsasını təşkil edən şeylərin toxumu ətalətli və
başlanğıcda hərəkətsizdir. Onları hərəkətə gətirən səbəbi və
eyni zamanda bütün şeylərin səbəbini Anaksaqor «nus» (ağıl)
adlandınrdı.
Anaksaqorun maddi dünya haqqmda görüşləri sonralar Lev-
kipp və Demokritin atomizm nəzəriyyəsinin yaranması üçün
zəmin hazırladı.
6.
Heraklitin fəlsəfəsi
Heraklitin (b.e.ə. 530-470) dünya haqqında təliminin
başlanğıc nöqtəsini bütün mövcudatın keçici, dəyişgən xarakter
daşıması haqqında təsəvvürlər təşkil edir.
Heraklit öz təlimində ona istinad edirdi ki, hər şey mütləq
olaraq dəyişgəndir. O, göstərirdi ki, «hər şey axın> («panta
rei»). Heraklit dünyanı axar çaya oxşadır və deyirdi ki, «eyni
çaya həm daxil oluruq, həm də daxil olmuruq».
Heraklitin təlimində elmlərin əsası hesab edilən loqos
anlayışı böyük yer tutur. Hərfi mənada «loqos» «söz» deməkdir.
Lakin hər söz yox, ağıllı söz Loqosdur. Bu qayda və ölçü
prinsipidir. Loqos ilə yüklənən od həm ağıllıdır, həm də ilahi
mahiyyət daşıyır.
7.
Demokritin fəlsəfəsi
Qədim yunan atomizminin banisi Levkippdir (b.e.ə. 500-
440). Onun ən məşhur davamçısı böyük filosof Demokrit (b.e.ə.
təxm. 460-370) olmuşdur.
Atomistlərin əsas müddəası atomlann (varlıq) və boşluğun
(qeyri varlıq) mövcud olması fikrinə əsaslanır. Varlıq boşluğun
antipodudur.
86
Atomlar (hərfi olaraq «bölünməyən») cismin tamamilə sıx,
heç nə keçirməyən, içərisində heç bir boşluğu olmayan,
ölçüsünə görə hissiyyat ilə qavranmayan, müstəqil, bölünməyən
hissəciyidir. Atom - xarici forma, nizam, tutduğu yerdən başqa
həm də boşluqda çevik olmaq xüsusiyyətinə malikdir.
Demokritin atomları tamamilə sonsuzdur, hər hansı hissetmə
qabiliyyətindən, rəngdən, qoxudan, səsdən və s. məhrumdur.
8.
Sofistlər
Sofıstlər b.e.ə. V əsrin ikinci yarısında Yunanıstanda
yaşamışlar. Ritorika - gözəl danışmaq ustalığı bütün sənətlərin
şahı hesab edilirdi. Ona görə də «fikirləşmək, iş görmək»
sənətini öyrədən müəllimlər - sofistlər yaranmışdır.
«Sofistes» (yun. «sophistes») sözü çox bilən, usta, müdrik
mənasını verir. Sofistlər mübahisə vaxtı rəqibə qalib gəlmək
sənətini öyrədirdilər. Söz həmişə onların diqqət mərkəzində
olurdu. Deməli sofistlər söz haqqında elm yaratmışlar. Onlar
hesab edirdilər ki, dünya dərkedilməzdir.
Sofistlərə görə xeyir və şərin obyektiv meyarı yoxdur, kimə
nə əlverişlidirsə elə o da yaxşıdır. Ona görə də sonralar «so-
fıst» sözü yalnız bir mənada işlədilirdi - qondarma əqli nəticələr
quraşdıran və belə yalan dəlillərlə fayda axtaran adam.
9.
Sokratın fəlsəfəsi
Fəlsəfənin inkişafına böyük təsir göstərən filosoflardan biri
də Sokratdır (b.e.ə. təxm. 470-399).
Afina quldarlıq demokratiyasına qarşı çıxış etdiyinə görə
Sokratı həbs edirlər. O, öz şagirdlərinə deyirdi ki, ölümdən
qorxmur, çünki özünün fəlsəfi görüşləri və bütün həyat tərzi ilə
buna hazırdır. Sokrat şagirdlərinin yanında qüvvətli bitki zəhəri
içərək ölür. Onlardan biri olan Platonun dediyinə görə Sokrat
üçün bədənin ölməsi ruhun sağalması deməkdir.
Sokrat öz təlimini, meydana çıxan məsələləri mübahisə və
yaxud söhbət formasında şərh edirdi.
87
Dostları ilə paylaş: |