(Brahmana) qovuşması deməkdir. Buddist fəlsəfədə isə nirvana
deyəndə ilahinin elə dərkedilməz vəziyyəti başa düşülür ki,
burada fərdin mövcudluğunu şərtləndirən bütün varlıq faktorları
tamamilə aradan götürülür.
Buddizmin banisi Siddxartxa Qautama (b.e.ə. təxm. 623-
544) olmuşdur. Budda adı ona sonradan verilib. «Budda»
sanskritcə açıq, aydın, ali həqiqətə çatan deməkdir. •
Buddanın ölümündən sonra onun təlimində iki istiqamət
yaranmışdı: 1. Xinayana (kiçik nəqliyyat, kiçik gəmi) qədim
buddist təlimini ifadə edir. Burada əsasən fərdin taleyi və onun
nəfsdən azad olmaq yollarından bəhs edilir. 2. Maxayanada isə
(böyük nəqliyyat, böyük gəmi) fərdin taleyindən deyil, bütün
bəşəriyyətin rifahı haqqında danışılır.
Yeni buddizm empirik dünyanın reallığını qeyd-şərtsiz inkar
etmir,
0 yalnız göstərir ki, empirik reallıq — son reallıq deyil.
Deməli, yeni buddizmə görə iki reallıq mövcuddur: biri üzdə
görünən, biri də dərinlikdəki görünməyən reallıq. Birinci —
reallığın xəyali aspekti, ikinci isə — son, mütləq mənada
reallıqdır. Belə iki reallıq və yaxud «iki həqiqət» yeni
buddizmin aparıcı ideyasıdır.
Buddanın öz dediklərindən bir neçə misal gətirək. Onun
fikrincə asketizm (tərkdünyalılıq) - xoşbəxtliyə aparan yoldur.
«İnsan o vaxt əsl mənada azad olur ki, onun ruhunu xarici
aləmə, təbiətə bağlayan bütün zəncirləri, buxovlan atır; əgər o,
bu bağlardan xilas olursa, onda özünü azad hiss edir».^
Budda öyrədirdi ki, əgər insan pis əməllərinə görə
təəssüflənirsə, yaxşı adam ola bilər. O, deyirdi: «Əgər insan öz
əməllərinə görə peşman olursa, o, başa düşür ki, pis iş görüb;
əgər insan başa düşür ki, xeyirxah iş görüb və buna görə peşman
olmağa ehtiyac yoxdur, onda o, sevinc və məmnunluqla anlayır
ki, onun işi başqalarına xeyir gətirəcək».^
Hindistanda ən qədim materialist fəlsəfi cərəyan lokayata
(çarvak) təlimi olmuşdur. Belə hesab edilir ki, bu cərəyanın
" Будда. Минск, «Современное слово», 1998, с. 19. ^
Yenə orada, s.73.
73
əsası b.e.ə. I minilliyin ortalannda müdrik aqil Brixaspati
tərəfindən qoyulmuşdur. Lokayata maddi dünyadan başqa hər
hansı başqa aləmin mövcudluğunu inkar edir.
Yeni eranın əvvəllərindən başlayaraq Hindistanda yaşayan
müxtəlif etnik qrupların mədəniyyətlərinin uzun tarixi
təkamüldən sonra tədricən birləşməsi hinduizmin yaranmasına
gətirib çıxartdı. Bu dini təlim daha çox vedizm, xüsusən
brahma- nizm ideyalarının bilavasitə təsiri nəticəsində
yaranmışdı.
Hinduizmin fəlsəfi cəhətdən əsaslandırılması aşağıda adları
çəkilən altı sistemdə baş verir, bu sistemlərin də hər birində
xeyli məktəblər var.
Sankxya. Əsası Kapila tərəfindən hələ b.e.ə. qoyulmuş bu
sistem b.e. təxminən III əsrində artıq müstəqil bir təlim kimi
fəaliyyət göstərməyə başlayır. Bu təlimə görə «dünyanın əsa-
sı»nı nə isə şüurlu olmayan bir şey təşkil edir. Sankxya
öyrədirdi ki, dünyanın ilk səbəbi olan maddi başlanğıc - prakrit
(materiya, təbiət) mövcuddur.
Yoq(L B.e. II əsrində Patancali tərəfindən yaradılan Yoqa
fəlsəfəsi əsas diqqəti psixoloji və fizioloji kateqoriyaların
tədqiqinə və praktiki psixoloji təhsilə yönəldir. Sözün geniş
mənasında «yoqa» termini meditasion praktikanı göstərmək
üçün istifadə edilir.'*
Bütövlükdə yoqa sisteminin əsas elementi psixoloji cəhətdən
istiqamətləndirilmiş məşqlərdir.
Vayşeşika. Bu məktəbin banisi «Vayşeşika sutra» əsərinin
müəllifi Kanada (b.e. I əsri) olmuşdur. Bu təlimin əsas
müddəaları odur ki, dünyada daimi dəyişiklik baş verir, əbədi
və dövrü olaraq yaranma və yoxolma prosesi davam edir. Lakin
bu daimi prosesdə bir sabit element də var - anu (atom).
Vayşeşiklərin fikrincə atomlar heç kim tərəfindən yaradılmır,
onlar əbədi və məhvedilməzdir.
Nyaya. Qotama tərəfindən əsası qoyulmuş bu sistemdə
fəlsəfi məsələlərin məntiqin yardımı ilə tədqiq edilməsi diqqət
Meditasiya (lat. «meditation» sözünün kökü «meditoD> fikirləşirəm, düşünürəm deməkdir) -
insan psixikasını əsaslı şəkildə bir yerə cəmləməyə yönəlmiş əqli fəaliyyətə deyilir.
74
mərkəzində dayanır. Bu təlimə görə idrakın qaynağı hiss etmək
və analogiya vasitəsilə nəticə çıxarmaqdır.
Mimansa. Caymini tərəfindən yaradılan bu təlimə görə
işgəncədən xilas olmağın yeganə yolu ardıcıl olaraq Vedlərin
tələblərini yerinə yetirməkdir. Mimansa təsdiq edir ki, idrakın
gücü ilə şeylərin mahiyyətini düzgün anlamaq olar.
Vedanta dünyanın maddi qüvvələrin qarşılıqlı təsiri
nəticəsində yaranması fikrini inkar edir, Brahmanı qəbul edir,
onu dünyanın mütləq mahiyyəti kimi başa düşür; hiss üzvləri
vasitəsilə qavranılan maddi dünya hadisələrini illüziyanın
(quna) məhsulu hesab edir.
2.
Qədim Çində fəlsəfi fikir
Qədim Çində fəlsəfi fikirlərin formalaşması b.e.ə. VI-V
əsrlərə təsadüf edir.
Konfusiçilik əxlaqi-siyasi təlim olaraq qədim Çinin fikir
tarixində əhəmiyyətli yer tutur. Bu təlimin yaradıcısı böyük
mütəfəkkir Äb«/«s/ (b.e.ə. təxm. 551-479) olmuşdur. O,
ümumiyyətlə Çin mədəniyyətinin inkişafına çox böyük təkan
vermişdir. Konfusi ənənəvi görüşlərə söykənərək belə hesab
edirdi ki, göy (səma) ali ilahi varlıq kimi öz iradəsini insana
qəbul etdirir. Onun fəlsəfəsinin mərkəzində tərbiyə problemləri
dururdu. O, deyirdi ki, «Bütün insanlar öz təbiətlərinə görə
bir-birinə yaxındırlar, lakin onlar tərbiyə gedişində aynlırlar».
Konflısiçiliyə görə cəmiyyət «etika qanunlan» ilə idarə
olunmalıdır, yəni davranış normaları və qaydalanna, əxlaqi
əqidələrə, əxlaqi nümunə qüvvəsinə əsaslanmalıdır.
Bununla belə, bu təlimin çıxış nöqtəsini «göyün (səmanın)
buyuruğu» (əmr, yəni tale) konsepsiyasını hesab etmək olar.
Göy təbiətin bir hissəsi olsa da - ali mənəvi qüvvədir, təbiət və
insanı müəyyənləşdirir.
Konfusiçilik ilə din arasında funksional əlaqənin
mövcudluğu onun buddizm və daosizm ilə dinc yanaşı
yaşamasını mümkün etmişdi.
75
Dostları ilə paylaş: |