Ziddiyyət bir-birini inkar edən əksliklərin (tərəflərin,
xassələrin) münasibətidir. Deməli, münasibət əksliklərin
qarşılıqlı təsiri kimi çıxış edir.
Əksliklərin müəyyən mərhələdə birləşməsi, bölünməzliyi
onların vəhdətidir, inkar, biraraya sığmazlıq, qarşıdurma
münasibəti isə onların mübarizəsidir.
Eynilik elə kateqoriyadır ki, predmetlərin, hadisələrin özləri
ilə bərabərliyini, eyni olmasını ifadə edir. Lakin dəyişən real
gerçəklikdə mütləq eynilik yoxdur. Hər bir eynilik fərq ilə
əlaqədədir və nisbidir, əşyaların inkişafı isə mütləqdir.
Əksliklərin eyniliyi özünün daha tam ifadəsini əksliklərin
bir-birinə keçid anında tapır.
Hegel hesab edirdi ki, fərqdən məhrum olan hər hansı eynilik
mücərrəd xarakter daşıyır. Eynilik (ziddiyyətsizlik) qanununu
yaradan Aristoteldən fərqli olaraq o, təsdiq edirdi ki, ziddiyyət
dünyanı
hərəkətə
gətirir,
«ziddiyyətlə
düşünməyin
mümkünsüzlüyünü demək gülməlidir».
Fərq ziddiyyətin hissələrindən birini ifadə edən
kateqoriyadır, bütövün fəaliyyət göstərməsidir. Fərq - bir
obyektdə mövcud olan əlamətlərin başqasında olması əsasında
obyektlərin müqayisəli xarakteristikasıdır. Fərq - eynilik olmasa
mövcud ola bilməz.
Hər bir maddi varlıqda və insanların intellektual
fəaliyyətində dəyişgənlik və sabitliyin, hərəkət və sükunətin,
varlığın fasiləsizliyi və fasiləliyi, sonlu və sonsuzluğun
arasındakı qarşılıqlı əlaqə ziddiyyətin mövcudluğunun ümumi
formasıdır.
Göstərmək lazımdır ki, formal məntiq idrakda ziddiyyətin
olmasını qəbul etmir. Məntiqi ziddiyyətlərin qəbuledilməzliy-
inin səbəbi öz əsasına görə qnoseolojidir, yəni idraka aiddir.
Odur ki, təbii olaraq bu səbəbi yalnız qnoseologiya (idrak
nəzəriyyəsi) aça bilər.
Hegel özünün «Məntiqin elmi» əsərinin ikinci hissəsində
«eynilik», «fərq», «əkslik», «ziddiyyət» kateqoriyalannı araşdı-
nb və bütün şeylərin ziddiyyətli olması ideyasını
əsaslandırmışdır. Fəqət Hegelə görə ziddiyyətlərin geniş
açılması maddi dünyada deyil, mütləq təfəkkürdə, mütləq ruhda
baş verir. Ruh
67
elə qüvvəyə malikdir ki, yalnız o bu ziddiyyətlərə dözə bilir və
sonra onlan həll edir.
Ziddiyyətlərin müxtəlif növlərini göstərirlər: daxili və xarici
ziddiyyətlər; əsas və əsas olmayan ziddiyyətlər; antaqonist
(barışmaz) və antaqonist olmayan ziddiyyətlər.
Ziddiyyətin əksi harmoniya adlanır. Harmoniya (yun. «har-
monia» - əlaqə, uyğunluq, düzgünlük) obyektin müxtəlif
tərəflərinin mütənasibliyi, bu tərəflərin bütöv şəkildə
qovuşmasıdır. Harmonik münasibətdə olan tərəflər əksliklərdə
olduğu kimi bir-birini inkar etmir, əksinə, bir-birini
tamamlayaraq mövcud münasibətin varlığını təmin edirlər.
4.16.
İnkar anlayışı
Hegelin dediyinə görə inkar - yeni yaranan anlayışdır, lakin
özündən əvvəl gələn anlayışdan daha geniş və zəngin olanda
sonrakı inkişafı təmin edir. Yeninin təşəkkül tapması çox
hallarda köhnənin inkar edilməsi ilə bağlı olur.
İnkar haqqında müxtəlif fikirlər var. Məsələn, antik
cəmiyyətdə müəyyən dövrlərdə belə fikir olmuşdur ki, hər bir
yeni - köhnədən pisdir, cəmiyyət, əxlaq, hətta dil pozulur, xarab
olur. İnkar dedikdə burada keçmişə dönüş başa düşülürdü.
Başqa növ inkar köhnəni tamamilə aradan götürməyə, məhv
etməyə çalışır. Belə fikir «inkar» və «məhvetmə» anlayışlarını
eyniləşdirir. Nəhayət, inkarı nə isə yeni bir şeyə prinsipial keçid
kimi başa düşənlərin fikri. Belə halda əksliyə keçid baş verir,
lakin keçmiş ilə əlaqə kəsilmir, köhnənin bütün yaxşı tərəfləri
yenidə saxlanılır. Köhnənin tamamilə ləğv edilməsi deyil, onun
öz dövrünü keçirmiş, sonrakı inkişafa mane olan tərəflərinin
ləğvi elmi inkar üçün xarakter cəhətdir.
Real gerçəklikdə zidd tərəflər mövcuddur: doğum və ölüm,
çiçəklənmə və tənəzzül, tərəqqi və geriləmə. Elmi inkara görə
köhnə sadəcə olaraq atılmır, Hegelin dediyi kimi, yeni
tərəfindən qaldırılır. Köhnə ilə yeni arasında əlaqənin
saxlanmasına varislik əlaqəsi deyilir. Belə əlaqə olmadan hes
bir inkişaf ola bilməz.
68
II
BÖLMƏ
Fəlsəfə tarixi (qısa icmal)
B.e.ə. VII-V əsrlərdən başlayaraq Qədim Hindistan, Çin,
Misir, Mesopotamiya və Yunanıstanda Kosmosun quruluşu,
insan biliyinin həqiqiliyi, xeyir, gözəllik və s. haqqında
məsələləri artıq fəlsəfəyə aid edirdilər. Belə məsələlərlə məşğul
olan adamlar əsl bilik daşıyıcılan olduqları üçün müdriklər
adlanırdılar, konkret predmet haqqında biliklərlə məşğul olanlar
isə mövqelərinə görə filosoflardan aşağıda dururdular. Sözün
geniş mənasında fəlsəfə - inkişaf etmiş mifologiya ilə elmin
rüşeymiərinin məcmusu kimi meydana gəlmişdir.
L Qədim Şərq ölkələrində fəlsəfi fikir
1.
Qədim Hindistanda fəlsəfi fikir
Qədim Hindistanda fəlsəfənin meydana gəlməsi b.e.ə.
təxminən I minilliyin ortalarına təsadüf edir (b.e.ə. Vl-V əsrlər).
Hind yazılı ədəbiyyatının ən qədim abidəsi Vedlər adlanır.
Bu topluda dünya, insan, onun əxlaqı, dünyagörüşü haqqında ilk
məlumatlar verilir. Vedlər dörd hissədən ibarətdir: 1) «Riqve-
da» (himnlər toplusu); 2) «Samaveda» (mahnılar toplusu); 3)
«Yacurveda» (qurban vermə qaydalan); 4) «Atxarvaveda»
(sehrləmə toplusu).
Bu toplulann da hər biri bir neçə qatdan ibarətdir. Bu qatların
ikisi daha mühüm hesab edilir - mantrlar və brahmanlar.
Mantrlar («ruhun alətləri») həm himn, həm qayda, həm də
sehrləmə deməkdir. Brahmanlar isə dini mərasim haqqında
təlimat və mifoloji süjetləri özündə birləşdirən mətnlərdir.
Brahmanlar elə mərasim toplusudur ki, kahinlər mürəkkəb
dini qurban ayinlərini icra edərkən ona əsaslanırdı. Brahman-
larda deyilirdi ki, insanların allahlar, başqa insanlar və
heyvanlar qarşısında da xüsusi borcu və vəzifələri var. Bu
vəzifələr aşağıdakılara münasibətlərə görə qruplaşdırılır: 1)
allahlara; 2) peyğəmbərlərə; 3) sələflərə (ulu babalara); 4)
insanlara; 5) başqa aşağı canlı məxluqlara. Brahmanlara görə öz
borcunu
69
Dostları ilə paylaş: |