Konfusinin fikrincə xeyirxahlığı ancaq səmimi qəlbdən edən
adam uğur qazana bilər. «Nə vaxt ki, həqiqət, xeyirxahlıq,
ədalət prinsiplərini öyrənən insan bütün bunları başdansovdu
deyil, səmimi öyrənməyə meyl göstərir, onda həmin adam
böyüklüyə, müdrikliyə çata bilər. Belə adam imperiyanı
başqalarından yaxşı idarə etməyə qadirdin). ® Çünki
«xeyirxahlıq təbliğ edən hökmdar dan ulduzuna bənzəyir,
bürcdə başqa ulduzlar arasında özünə layiq yer tutun>.^
Konfiısinin aşağıdakı sözləri bizim zaman üçün də çox
aktualdır: «Qulluqda olmayan vaxt dövlət işlərinə qarışmaq
mənasızdır».’
Daosiznt b.e.ə. I minilliyin ikinci yarısında meydana
gəlmişdir. Qədim Çinin dini-fəlsəfi məktəblərindən biri olan
Daosizmin başlanğıc ideyası dao (yol) haqqında təlimdir. Dao -
bütün Kainatın yaranması, inkişafı və məhv olması haqqında
əzəli, daimi və ümumi qanundur. Buradan belə bir nəticə
çıxarılır ki, insanın bütün davranışı mikrokosmosda insan daosu
(təbiəti) ilə, makrokosmosda isə bütün Kainatın daosu ilə
uzlaşmalıdır. Daoya zidd olan bütün hərəkətlər boş yerə qüvvə
itirmək deməkdir.
Daosizm əfsanəvi mütəfəkkir Lao-Tszının ideyalan əsasında
yaranmışdır. Onun fəlsəfəsinə görə dao ümumi vəhdət
deməkdir, onun nə adı, nə də forması var; eşidilmir, görünmür,
dərk edilmir, müəyyənləşdirilmir, lakin mükəmməldir. Dao
həm sükunətdədir, həm də daim hərəkət edir. O özü dəyişməsə
də, bütün dəyişikliklərin səbəbidir. Dao - daim vahid, dəyişməz,
keçici olmayan, həmişə mövcud olandır; o hər şeyin kökü,
bütün şeylərin anasıdır. «İnsan yerdən, yer göydən
(kosmosdan), göy daodan, dao isə özündən asılıdiD).
Adlar məktəbi. Bu təlimin təmsilçiləri göstərirdilər ki, tarixi
dəyişikliklər ilə əlaqədar məlum olmuşdur ki, şeylərin özü ilə
adları arasında uyğunsuzluq var. Odur ki, gerçəkliyin dil
vasitəsilə ifadə edilməsi problemini həll etməyə yönəlmiş yeni
fikir cərəyanı meydana gəlir. Adlar məktəbi - şeylərin müna-
* *
Конфуций. Минск. «Современное слово», 1998, с.376.
* Yeno orada, s.24.
^ Yenə orada, s.67.
76
sibətlərini və bu münasibətlərin özlərinin ifadə olunmasını,
sonra isə şeylər haqqında mühakimə ilə onların adları arasında
uyğunluğu tədqiq edirdi.
Moiztn məktəbi öz yaradıcısı olan filosof Mo Dinin (b.e.ə.
479-400) adını daşıyır. Bu təlimdə əsas diqqət hər şeydən əvvəl
sosial etika problemlərinə yönəldilirdi. Moistlərin təlimi
Konfusiçilik təliminin tam əksi olaraq, həyatın bütün mənasını
ümumi məhəbbət (tszyan ay) və müvəffəqiyyətdə, uğur
qazanmaqda, qarşılıqlı faydaya nail olmaqda görürdü.
Tszou Yan və beş ünsür. Beş ünsür - su, od, ağac, metal,
torpaq - Tszou Yanın fəlsəfi görüşlərinin əsas mövzusudur.
Ünsürlər qüvvə ilə müəyyənləşən xarakterlərinə görə bir-birini
əvəz edirlər, qüvvənin yardımı ilə bir-birini əvəz edirlər,
qüvvənin köməkliyi ilə bir-birinin müqavimətini aradan qaldı-
nrlar.
Legizm təliminin nümayəndələri sosial-siyasi problemlər ilə
məşğul idilər. Legizmin banisi Şen Buxay (b.e.ə. 400-337)
yazırdı: «Ağıllı adam qanun yaradır, axmaq - qanunla
məhdudlaşır. Qabiliyyətli adam qaydaları dəyişir, qabiliyyəti
olmayan isə qaydalara bağlanın).*
Eklektiklərin təliminin xarakterik xüsusiyyəti müxtəlif
məktəblərə məxsus görüşləri bir sistemdə birləşdirməyə səy
göstərmək olmuşdur. Quan-Tszi və Lyuy Buvey (b.e.ə. III əsr)
bu təlimin əsas nümayəndələri idi.
3.
Qədim Yaponiyada fəlsəfi fikir.
Sintoizm.
Qədim Yaponiyada fəlsəfi fikrin meydana gəlməsi əsas dini
təlim olan sintoizm ilə (yaponca «sintoizm» - allahların yolu,
təlimi) sıx bağlıdır.
Sintoizm tamamilə yapon xalqına xas olan bir dindir,
konfusiçilik və buddizm ilə yanaşı mövcuddur. Bu üç din
birləşərək yapon mədəniyyətini, əxlaqını, həyat və ölümə
münasibətini müəyyənləşdirir. Sintoizmdə «kami» adlanan
çoxlu allahlara
**
** Bax: История философии в кратком изложении. М., 1991, с.58.
77
inanmaq mərkəzi yer tutur. Kami ilahi və yaxud mənəvi varlığı
ifadə edir. Buraya - milləti və bəzi ailələri, xüsusən imperator
ailəsini qoruyan ruhlar, həmçinin sivilizasiyanın yaranmasında
xüsusi xidməti olan milli qəhrəmanların və alimlərin ruhu; təbiət
hadisələri və obyektlərində ifadə olunan ruhlar - yağış, şimşək,
günəş, dağlar, çaylar, ağaclar daxildir. Kamilər arasında başçı
Yaponiyanın ilahi himayəçisi olan Günəş Allahı - Amaterasu
hesab edilir. Kamilər çoxsifətli olsalar da dünyanın rifahı üçün
birgə fəaliyyət göstərirlər. Ona görə də bəzi müəlliflər onları bir
Allah kimi təsvir edirlər. İudaizm, xristianlıq və islamdan fərqli
olaraq sintoizmdə insan, təbiət və Allah arasında ciddi fərq
yoxdur; insan kamilərdən və öz sələflərindən gələn ruh sayəsində
həyat qazanır və axırda özü də kami olur. Kamilərə müxtəlif
formalarda sitayiş etmək olar, lakin ayinlər adətən mənzərəli
yerdə tikilən məbədlərdə icra edilir. Dua edilən vaxt kamilər ilə
birləşmək olar, bu anda insan aydın və işıqlı şüur qazanır.
Sintoizm etikası harmoniya ifadə edən «va» (yuvarlaq) və
səmimiyyəti göstərən «makota» ideyalarına əsaslanır. Rifah
(xeyir) isə təmiz ürəklə, xoş niyyət və əməkdaşlıq üzərində
qurulur. Kinli, hirsli olmaq insanı qara qəlbli, eqoist və nifrətli
edir. Sintoizmə görə belə insanlar həmişə cəmiyyətin
pozulmasına, əhali arasında nifaq başlamasına səbəb olurlar.
Beləliklə, bu etika göstərişlər toplusu ilə məhdudlaşmır,
cəmiyyətdə
daxili,
mənəvi
səmimiyyətin,
harmonik
münasibətlərin yaranmasına xidmət etməyə çalışır.
4.
Qədim Misirdə və Mesopotamiyada
fəlsəfədən öncəki fikir
Qədim Misirdə və Mesopotamiyada fəlsəfi fikrin yaranması
bir tərəfdən ilk addımını atan dünya haqqında elmlər -
astronomiya, kosmologiya, riyaziyyat, o biri tərəfdən mifologiya
ilə sıx əlaqədə olmuşdur. Fəlsəfə hələ şüurun xüsusi forması
kimi müəyyənləşməmişdi. Ümumiyyətlə, babilistanlılann
dünyagörüşü Qədim Şərqin başqa xalqlarınm çoxunda olduğu
kimi, təbiəti anlamağın ilk cəhdi olan mifologiyadan aynlmaz
idi.
78
Dostları ilə paylaş: |