4.14.
Keyfiyyət, xassə, kəmiyyət,
ölçü anlayışları
Əşyaların,
sistemlərin,
hadisələrin,
proseslərin,
münasibətlərin bütövlük baxımından xarakteristikası, onlann
özünəməxsusluğu, bir-birindən fərqi - fəlsəfi kateqoriya olan
keyfiyyət ilə ifadə olunur. Keyfiyyət bu və ya digər obyektin
varlığı ilə eyniyyət təşkil edən elə müəyyənlikdir ki, onun
itirilməsi obyektin əvvəlkindən köklü surətdə fərqli olan nə isə
yeni bir şeyə çevrilməsinə gətirib çıxarır.
«Keyfiyyət» öz fəlsəfi məzmununa görə ən mücərrəd
kateqoriyalardan biridir. Keyfiyyətin itməsi keyfiyyət
müəyyənliyi kimi əşyanın özünün yox olmasıdır. Hegel
demişdir: «Xey- fiyyət ümumiyyətlə varlıq ilə eyni olan
bilavasitə müəyyənlikdir. Bir şey öz keyfiyyəti sayəsində məhz
həmin şeydir, öz keyfi)^ətini itirəndən sonra artıq həmin şey
olmuD)."*’ Bu kateqoriya hələ antik fəlsəfədə formalaşsa da
Hegel tərəfindən kateqoriyalar sistemində müstəqil yer tutması
üçün nəzəri cəhətdən əsaslandınidı.
«Keyfiyyət» termini bir çox hallarda özünün əsas kateqorial
mənasında deyil, «əlamət», «xassə», «cəhət», «tərəf» kimi
göstərilir. Belə münasibətə vaxtı ilə Aristotel də diqqət
yetirmişdir.
Xassələrin cəmi kimi başa düşülən keyfiyyət əşyanın vəhdəti,
bütövlüyü kimi təqdim edilir, onun nisbi sabitliyi, özü ilə
eyniyyət təşkil etdiyi göstərilir. Deməli, «keyfiyyət» anlayışı
«xassə» anlayışı ilə qırılmaz surətdə bağlıdır. Tək keyfiyyət
münasibətinə «xassə» deyilir. Xassə predmetin elə tərəfidir ki,
onun başqa predmetlər ilə fərqini və yaxud oxşarlığını
şərtləndirir və bu tərəf həmin predmetin başqaları ilə qarşılıqlı
təsirində təzahür edir. Məsələn, elastiklik, rəng, elektrik keçirmə
qabiliyyəti və s. Predmetlərin ayrı-ayrı xassələrinin öyrənilməsi
onların əsas keyfiyyətini dərk etmək yolunda irəliyə bir
addımdır. Əşyaların nə olduqlarını, necə təzahür etdiklərini
göstərən xassələrin cəminə «keyfiyyət» deyilir. Deməli, pred-
47
Гегель. Энциклопедия философских наук. T.I, M., 1974, c.228.
64
metin keyfiyyəti xassələrin cəmi kimi çıxış edə bilər. Lakin bəzi
hallarda keyfiyyət bir xassəyə də müncər edilə bilər, məsələn,
texniki almazlar üçün möhkəmlik.
Bütün predmetlər həmçinin kəmiyyət müəyyənliyinə
malikdirlər: böyüklük, say, həcm və s. Predmetlərin yekcins
olması (uyğunluq, oxşarlıq) kəmiyyətin fərqləndirici əlamətidir.
Bir- birinə uyğun olmayan predmetlər arasındakı fərq keyfiyyət,
eyni predmetlər arasındakı fərq - kəmiyyət xarakteri daşıyır.
Keyfiyyətdən fərqli olaraq kəmiyyət predmetin varlığı ilə o
qədər də sıx bağlı deyil.
«Kəmiyyət» kateqoriyasına mükəmməl tərifi ilk dəfə
Aristotel vermişdir. O, yazırdı: «Hər bir kəmiyyət sayıla bilirsə
çoxluqdur, ölçülürsə miqdardiD).'** Bu tərifin mahiyyəti odur
ki, «kəmiyyət» bütövün tərkib hissələrinin say çoxluğu hesab
edilir. Say çoxluğu isə imkan çərçivəsində (potensiyada)
hissələrə
bölünənə
deyilir.
Bu
tərifdə
«kəmiyyət»
kateqoriyasının bütün əsas xüsusiyyətləri praktiki olaraq əks
olunur. İndiyə qədər öz əhəmiyyətini saxlayan bu tərifə görə
birincisi, kəmiyyət hissələrin cəmidir; ikincisi, kəmiyyət çoxluq
kimi çıxış edir; üçüncüsü, kəmiyyət göstərilən xüsusiyyətlərin
nəticəsi kimi sayılır, yəni mücərrəd riyazi məzmun kəsb edir.
Hegel kəmiyyətin bu göstərilən xüsusiyyətlərini saxlayır və
həm də tamamlayır. Birincisi, kəmiyyət sadəcə olaraq çoxluq,
böyüklük, say kimi çıxış edir, o hər şeydən öncə dəyişən
çoxluqdur; ikincisi, Hegel fəlsəfəsində kəmiyyət və keyfiyyət
qarşılıqlı əlaqədədirlər.
Çox hadisələri (məsələn, sosial-siyasi münasibətlərdə baş
verən prosesləri) həmişə riyazi kəmiyyətlər ilə ifadə etmək
mümkün deyil. Fəlsəfi kateqoriya kimi «kəmiyyət» riyazi
anlayışlara deyil, fəlsəfənin kateqorial aparatına əsaslanmalıdır.
Keyfiyyət və kəmiyyət öz aralarında qınimaz şəkildə bağlıdır
və elə buna görə də birlikdə ölçü yaradırlar. Hegel ölçünü
keyfiyyət və kəmiyyətin vəhdəti hesab edirdi. Ölçü elə
kəmiyyət sərhəddidir ki, verilən keyfiyyət onun daxilində
mövcud
48
ApHCTOTCJib . CoHHHCHHfl.
B
4
-x
T T
.,
T.I.
C
.
164
.
65
ola bilər. Məsələn, maye halında suyun ölçüsü normal atmosfer
təzyiqi şəraitində 0°C-dən 100°C qədər olur. 0°C-dən aşağı
temperaturda su buza çevrilir, 100°C temperaturda su
buxarlanır. Hər bir metal yalnız müəyyən temperatura qədər
bərk vəziyyətdə qalır. Məlumdur ki, müxtəlif elementlərin
atomlan bir- birindən yalnız onunla fərqlənirlər ki, onlann
atomlannda müxtəlif miqdarda praton var. Nüvədə pratonlann
sayını dəyişmək kifayətdir ki, bir element başqa elementə
çevrilsin.
Ölçünü müəyyənləşdirmək üçün gerçəkliyin riyazi üsullarla
təsvirinə müraciət etmək tələb olunur. Hegel deyirdi: “Təbiətin
riyaziyyatı... öz mahiyyətinə görə ölçü haqqında elm olmalıdır.
Onun fikrincə bu kateqoriya ölçmə prosesi, real əşyalar
arasındakı münasibətləri qurmaq ilə əlaqədardır. Əşya isə yalnız
0 vaxt ölçülə bilər ki, o müəyyən qaydalara, qanunauyğunluğa
tabe edilir. Əgər bu münasibətin iki tərəfi müxtəlif key-
fıyyətlidirsə, onda ölçünün sonrakı inkişaf mərhələsində yeni və
daha konkret ölçü növləri yaranır. Məsələn, məkan və zaman
kimi keyfiyyətlərin qarşılıqlı münasibətindən yeni ölçü - sürət
meydana gəlir; kütlə və həcmdən sıxlıq yaranır. Axırıncını
Hegel əşyanın özünə münasibətdə xarici olan ölçüdən - sürətdən
fərqli olaraq real ölçü adlandırmışdı.
4.15.
Əkslik, ziddiyyət, vəhdət, mübarizə,
eynilik, fərq anlayışları, harmoniya
Əkslik predmetin bir-birinə qarşı duran, mübarizə aparan
tərəflərinə, elementlərinə, tendensiyalarına deyilir. Əksliklər
eyni zamanda müəyyən mərhələdə vəhdətdə olurlar.
Əl-Fərabi hələ X əsrdə əksliklər haqqında demişdi: “Ağın
olması qaranın yoxluğu deyil. Özü-özlüyündə hər bir əkslik
onun əks tərəfinin yoxluğu demək deyildir. Lakin hər bir
əkslikdə başqa tərəfin yoxluğunun əsası qoyulub, çünki cisim
bir əkslikdən başqasına keçir“.^®
Гегель. Наука логики. T.l, M., 1970, c.436.
Ал-Фараби. Естественно-научные трактаты, c.402-403.
66
Dostları ilə paylaş: |