dəyişikliyə məruz qaldı. Bu dəyişikliyin xüsusiyyəti ondan
ibarət idi ki, birincisi Hegel faktiki olaraq sadə ilk başlanğıc
kimi «element» anlayışından imtina edir; ikincisi, Hegel kifayət
qədər ardıcıl olaraq bu kateqoriyanı «bütöv» kateqoriyası ilə
qarşılıqlı münasibətdə götürür. Bu isə o deməkdir ki, hər bir ayn
hissənin məna və məzmunu mütləq deyil, nisbi xarakter daşıyır.
Sistemin elementləri arasındakı əlaqələrin müəyyən qaydası
struktur adlanır. Struktur (lat. «struktura» - quruluş, nizam,
əlaqə) obyektin bütövlüyünü təmin edən dayanıqlı əlaqələrin
məcmuudur. Başqa sözlə, struktur - sistemin elementləri
arasında qarşılıqlı əlaqə vasitəsidir, yəni sistemin elementləri
arasındakı münasibətlərin cəmi, həmin elementlərin təşkil
edilməsi, qaydaya salınmasıdır.
«Sistem» anlayışı da «element» kateqoriyası kimi hələ antik
dövrdə fəlsəfi təlimlərdə təlim idi. «Sistem» sözünün yunanca
olan mənası «bütöv» sözünə uyğun gəlir.
Elmin əvvəlki tarixində «sistem» və «bütöv» həmişə sinonim
kimi işlədildiyinə görə bu sözlərin mənşəyini ciddi şəkildə
ayırmaq da çətindir. Bu cəhətdən Leybnisin «Monadologiya»
əsəri maraq doğurur. Burada monadalann bütöv sistem şəklində
qarşılıqlı təsirindən danışılır.
Didronun molekullar haqqındakı təlimində az da olsa
«sistemli münasibət»dən bəhs edilir. Didroya görə molekullann
xassələri bir-birinə münasibətdə faktiki olaraq müstəqildirlər.
Holbaxm «Təbiətin sistemi» əsərində «sistemli münasibət»ə
meyl açıq şəkildə özünü göstərir.
Alman klassik fəlsəfəsində «sistemli münasibət» daha geniş
şərh edilir. Hegelə görə «sistemli münasibət» fəlsəfədə ən əsas
olmasa da əsaslardan biridir.
Qarşılıqlı əlaqədə olan elementlərin məhdud çoxluğu sistemi
yaradır. Yuxarıda göstərildiyi kimi, bir çox müəlliflər indi də
bütövlüyü sistemin əlamətləri sırasına daxil edirlər. Lakin hər
bir sistem bütövdürmü? Belə bir fikir geniş yayılıbdır ki, bütün
birləşmələr, o cümlədən qeyri-mütəşəkkil birləşmələr
(cəmlənmiş bütövlər) - sistemdirlər.
52
Əlbəttə, sistem - hissələrin əlaqəsi, təşkil olunması,
nizamlanması ilə xarakterizə olunan bütöv ilə müqayisə oluna
bilər. Ona görə də hər bir bütöv sistem kimi götürülə bilər.
Lakin bütövü hissələrin qarşılıqlı əlaqəsi kimi tədqiq edərkən
hissələrin spesifikası (xüsusiyyətləri) diqqət mərkəzində
olmalıdır, çünki bu imkan verir ki, hissələrin hər birində
ayrılıqda olmayan inteqrativ xassə ümumidə üzə çıxarılsın.
Obyekti sistem kimi öyrənən tədqiqatçı - element və strukturun
spesifikasından yayınır.
Sistem öz komponentlərinə fəal təsir göstərir, öz təbiətinə
uyğun olaraq onları dəyişdirir. Nəticədə başlanğıc
komponentlər böyük dəyişikliklərə məruz qalır, sistemə daxil
olana qədər malik olduğu bəzi xüsusiyyətlərini itirir, yeni
xassələr qazanır, qalan xassələr də dəyişməyə başlayır. Sistem
yaranan vaxt çox hallarda əvvəllər olmayan yeni komponentlər
yaranır.
Sistem elementlərin əlaqəsi, onlann strukturu olmasa
mövcud olmur. Lakin struktur da elementsiz yaşamır. Bununla
yanaşı struktur və elementlərin qarşılıqlı asılılığı onlann nisbi
müstəqilliyini istisna etmir.'
Sistemin qarşılıqlı əlaqədə olan elementləri müəyyən
funksiy- alan həyata keçirir. Bu da bütün sistemin fəaliyyət
göstərməsinə gətirib çıxanr. Beləliklə, sistem onun funksiyalan
tərəfindən də izah edilə bilər. Struktur sistemin sabitliyini,
funksiya isə onun dəyişgənliyini ifadə edir. Deməli, sistem -
struktur və funksiyanın ziddiyyətli vəhdətidir. Funksiyada
olmaq elementlərin, onlann daxili əlaqəsi ilə şərtlənir.
4.8.
Mahiyyət və təzahür
«Mahiyyət» kateqoriyası «təzahür» kateqoriyası ilə vəhdətdə
meydana gəlir, formalaşır və inkişaf edir. Bu kateqoriyalar
varlığın müxtəlif mərhələləridir. Mahiyyət deyəndə bu və ya
digər obyektdə (şeydə, sistemdə və s.) daxili, zəruri tərəflərin,
xassələrin və əlaqələrin vəhdəti başa düşülür. Təzahür
mahiyyətin üzə çıxması, aşkar edilməsi formasıdır; şeyin
daxilinin üzdə görünməsidir. Bu proses bir şeyin başqa şeylər
ilə
53
qarşılıqlı təsiri nəticəsində üzə çıxarılan çoxlu təsadüfi xassələr
və əlaqələr vasitəsilə mümkün olur.
Mahiyyət şeylərdə, onlann daxili əlaqələrində olan apancı,
əsas, müəyyənedici amildir. İngilis filosofu B.Rassel demişdir:
«Görünür, şeyin «mahiyyəti» anlayışı onun elə xassələrini
nəzərdə tutur ki, onların dəyişməsi şeyin öz-özlüyündə sıradan
çıxması olardı (şeyin «keyfiyyəti» kimi).
Mahiyyət təzahür ilə üzvi surətdə bağlıdır, özünün
məzmununu yalnız onda, onun vasitəsilə üzə çıxanr. Təzahür də
öz növbəsində mahiyyət ilə qınimaz surətdə bağlıdır, onsuz
mövcud ola bilməz.
Beləliklə, təzahür mahiyyət ilə şərtlənir, təzahür - mahiyyətin
üzdə görünməsi, aşkar olunmasıdır. Təzahürü öyrənərək insan
obyektin mahiyyətinə nüfuz edir.
Xaric və daxili təzahürdən gerçəkliyə keçidin mərhələləri
kimi nəzərdən keçirən Hegel, daxil və xarici mahiyyət və varlıq
ilə eyniləşdirirdi. O, yazırdı ki, «...daxil mahiyyət kimi, xaric isə
varlıq kimi tərif edilir...».'“*
Hadisələrin məzmunu keçici, dəyişgən olursa, mahiyyət
həmin vaxt sabit olur, bütün dəyişmələrdə özünü qoruyub
saxlaya bilir. Məsələn, bu və ya digər əmtəənin qiyməti daim
dəyişir, dəyəri isə müəyyən vaxt dəyişməz qalır.
Mahiyyət təzahürdən fərqli olaraq üzdə olmadığı üçün bir
başa duyğular ilə qavranıla bilməz.
Bəzi filosoflar təsdiq edirlər ki, mahiyyət dərk edilməzdir,
mütləq mənəvi substansiya şəklində şeylərdən kənarda
mövcuddur və yaxud ümumiyyətlə mövcud deyil, elmin vəzifəsi
isə təzahürləri qeydə almaqdan ibarətdir.
Dialektik materializm isə hesab edir ki, mahiyyət obyektiv
aləmdəki əşyalann özündə mövcuddur. Mahiyyət və təzahür
obyektin bir-biri ilə qınimaz əlaqədə olan tərəfləridir. Bu və ya
digər şəkildə mahiyyəti ifadə etməyən «təmiz» təzahür olmadığı
kimi, təzahürdə üzə çıxmayan «təmiz» mahiyyət də yoxdur. Bu
təlimə görə mahi)^ət nə isə mütləq bir şey deyil. Real
Б.Рассел. История западной философии. M., 1959, c.22l. ■**
Гегель. Наука логики. Т.2, М., 1971, с. 166.
54
Dostları ilə paylaş: |