istənilən məqamda hərəkət vəziyyətini necə təsvir etmək
olar? Bu suala cavab vermək üçün riyaziyyatçılar sonsuz kiçik
kəmiyyət anlayışını irəli sürürlər. Bu halda sonlu dəyişiklik
sonsuz kiçik dəyişikliklərin sonsuz sıralarına bölünür.
Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, hərəkət eyni
vaxtda həm dəyişikliyi, həm də sabitliyi əhatə edir. Hərəkətdə
dəyişikliyin olması aydın məsələdir. Lakin sabitlik də hərəkətdə
mövcuddur. Hərəkət və sükunət əkslik hesab edilir. Də-
yişgənlik və sabitlik nəinki bir-birini inkar edir, eyni zamanda
bir-birini lazımlı edir; onların qarşılıqlı təsir birliyi hərəkətin
əsasıdır. Sükunət dialektik təlimə görə hər bir hərəkətin
məqamıdır; sükunət keçici, müvəqqəti, nisbidir, hərəkət isə
daimi, əbədi, mütləqdir. Mütləq sükunət ola bilməz, çünki
sükunətdə olmaq varlığı itirməkdir. Cisim yalnız şərti olaraq
hərəkətsiz kimi qəbul edilən hesablama sisteminə nisbətən
sükunətdə ola bilər.
F.Engels hərəkət formalannın təsnifatını verməyə cəhd
göstərmişdir. Onun fikrincə beş əsas hərəkət forması var:
mexaniki, fiziki, kimyəvi, bioloji və sosial hərəkətlər. Bu
təsnifat müasir elmin nailiyyətləri sayəsində daha da
zənginləşib. İndiki dövrdə hərəkətin göstərilən formalarının
məzmunu XIX əsrdə hesab edildiyindən daha zəngindir. İndi
biz daha çox müxtəlif hərəkət formalannın olduğunu bilirik və
bu səbəbdən hərəkət formalarının yeni təsnifatını yaratmaq
zərurəti ilə qarşılaşınq. Lakin o hələ yaradılmayıb, odur ki,
hələlik çoxlan Engelsin təsnifatından istifadə edirlər. İnkişaf
prosesində hərəkətin daha mürəkkəb forması özündən əvvəl
gələndən yaranır. Dialektik metoda görə hərəkətin bir
formasından başqasına keçid sıçrayış formasında baş verir,
tədricilik dayanır, yeni keyfiyyət yaranır.
Hərəkətin keyfiyyətcə müxtəlif səviyyələri var: cansız
təbiətdə, canlı təbiətdə və insan cəmiyyətində olan hərəkət. Bir
mərhələnin keyfiyyət fərqlərini başqa mərhələnin keyfiyyət
fərqləri ilə izah etmək olmaz. Məsələn, bioloji orqanizmin
xüsusiyyəti dünyanın fiziki mənzərəsi çərçivəsində izah edilə
bilməz. İnsan cəmiyyəti də yalnız ona məxsus xüsusiyyətlərə
malikdir. Bununla yanaşı biz hərəkətin bütün səviyyələrinə aid
40
olan ümumi qanunauyğunluqlann, həmçinin müxtəlif səviyyələr
arasında əlaqənin, qarşılıqlı təsirin olduğunu da nəzərə
almalıyıq. Bu əlaqə hər şeydən əvvəl özünü orada göstərir ki,
yuxarı səviyyə ilkin genetik şərt kimi aşağını özünə daxil edir.
Xüsusi qeyd etmək lazımdır ki, bir-birindən təcrid olunmuş
ayrı-ayrı fiziki, kimyəvi və yaxud başqa hərəkət formaları
yoxdur, müxtəlif hərəkət formalanmn sistemli birliyi var. Belə
müxtəlif əlaqələr özünü o vaxt göstərir ki, bəzi hərəkət forma-
larındakı dəyişikliklər başqa formalardakı dəyişikliklər ilə eyni
vaxtda baş verir və bu dəyişikliklər bir-birinin səbəbi olurlar.
Konkret elmlər real dünyadakı əşya və hadisələrin məruz
qaldığı dəyişiklikləri öyrənir. Məsələn, fizika elmi məkanda
mövcud olan makrocisimlərin vəziyyətinin dəyişməsini,
müxtəlif sahələrdə baş verən dəyişiklikləri, kvant dəyişmələrini
və s.; kimya bu və ya digər şəraitdə kimyəvi maddələrdə baş
verən dəyişiklikləri; biologiya elmi orqanizmlərin həyati
fəaliyyəti ilə əlaqədə olan maddələrdə baş verənləri təhlil
etməklə orqanizmin fərdi inkişafında gedən əhəmiyyətli
dəyişiklikləri; geologiya dağ süxurlarının yaranması və
dağılması prosesini; dilçilik isə dilin lüğət və səs tərkibini,
sözlərin qrammatik quruluşunun dəyişməsini öyrənirlər.
Cəmiyyətin və onu təşkil edən hissələrin strukturunda baş verən
hər cür inkişaf proseslərini isə insan haqqında olan bir sıra
humanitar elmlər öyrənirlər.
«Hərəkət» kateqoriyası öz həcminə görə «inkişaf»
kateqoriyasından genişdir. Hər bir inkişaf hərəkətdir, lakin hər
hərəkət inkişaf deyil.
Gerçəklikdə həm aşağıdan aliyə, həm alidən aşağıya, həm də
dairəvi hərəkətlər var. Lakin bu meyllər eyni əhəmiyyətli deyil.
Onların arasında aşağıdan aliyə hərəkət meyli apancıdır. Məhz
belə hərəkət inkişaf adlanır. Lakin alidən aşağıya və dairəvi
hərəkət də inkişafa keçə bilər. İnkişaf müvafiq şərait olanda
həyata keçir.
Hərəkətin xüsusi növü kimi inkişaf bir sıra mühüm xassələr
ilə xarakterizə edilir: 1) inkişaf prosesi bir keyfiyyət
vəziyyətindən başqasına, daha mürəkkəb və mükəmməlinə
keçməyi
41
tələb edir; 2) inkişaf sabit dəyişiklikdir; 3) inkişaf prosesinə
dönməzlik xasdır, yəni sistemin (obyektin) tamamilə başlanğıc
vəziyyətinə qayıtması mümkün deyil; 4) inkişafda varisliyin
olması, yəni köhnənin mütləq olaraq inkar edilməsi; 5) inkişaf
istiqamətli xarakter daşıyır, yəni inkişaf həmişə yüksələn xətt ilə
hərəkət, deməli, mütərəqqi istiqamətli hərəkət olur. Biz inkişaf
dedikdə mütləq nə isə yeni bir şeyin yaranmasını nəzərdə
tuturuq. Yeni, köhnəyə münasibətə görə müəyyənləşir. Beləliklə,
yeni ilə köhnənin münasibəti inkişaf probleminin mərkəzində
dayanır.
4.4.
Məkan və zaman anlayışı
Məkan və zaman məsələsi fəlsəfə tarixində müxtəlif
mənalarda izah edilmişdir. Bir çox filosoflar məkan və zamanı
varlığın obyektiv xüsusiyyəti hesab edirlər, başqalan isə onlan
bizim dünyanı qavramağımızı xarakterizə edən sırf subyektiv
anlayışlar kimi göstərirlər. Elə filosoflar da olmuşdur ki,
məkanın obyektivliyini qəbul etməklə yanaşı zamana sırf
subyektiv status verir və yaxud da bunun əksini sübut etməyə
çalışırdılar.
Məkan və zaman anlayışları təbiəti daha mücərrəd formada
izah etdiyi üçün antik dövrdən başlayaraq bu anlayışlar əsasən
riyaziyyatın tədqiqat obyekti olmuşdur.
Məkan və zamanın aşağıdakı tərifi daha çox yayılıb: məkan
maddi qurumların ölçüsü, qarşılıqlı əlaqəsi, birlikdə yerləşməsi
və yaşaması deməkdir. Zaman bir-birinin arxasınca gələn
dəyişiÜiklərin uzunluq müddəti və tempidir.
XX əsrin əvvəllərində Eynşteynin nisbiyyət nəzəriyyəsinin
yaranması ilə alimlər məkan və zaman haqqında ənənəvi
anlayışlara yenidən baxmağa başladılar. Ümumi nisbiyyət
nəzəriyyəsinin mahiyyətini yığcam şəkildə izah edən Eynşteyn
yazırdı ki, mahiyyət belədir: əvvəllər hesab edirdilər ii, əgər hər
hansı möcüzə nəticəsində bütün maddi cisimlər birdən yox
olsaydı məkan və zaman qalardı. Nisbiyyət nəzəriyyəsinə görə
isə cisimlər ilə birlikdə həm məkan, həm də zaman yox olardı. Bu
mühakimə F.Engelsin məkan və zaman haqqında dedikləri ilə
üst-üstə
42
Dostları ilə paylaş: |