Dünyagörüşü - dünya, insanın orada yeri, onun həyatının
əsas məqsədi, bu məqsədin həyata keçməsi vasitələri və yolları
haqqında bilik və nəzəri görüşlər sistemidir. Dünyagörüşünü iki
əsas hissəyə ayırmaq olar: dünyanın mənzərəsi və ideologiya.
Dünyanın mənzərəsi dünya və orada insanın yeri haqqında ən
geniş anlayışlar əsasında yaradılır. İdeologiya - insanın məqsəd
və ideallan, öz həyatının mənası haqqında sistemdir. İdeologiya
ayn-ayn sosial-siyasi qrupların mənafeyini ifadə edir və birbaşa
siyasətlə bağlıdır.
Dünyagörüşünün əsası, onun məlumat qaynağı olan bilikdir.
Lakin bilik dünyagörüşünün məzmununu tamamilə əhatə etmir.
Bilik yalnız o vaxt dünyagörüşü mənası kəsb edir ki, insan ona
öz münasibətini müəyyənləşdirir. Biz hadisələrə müəyyən
sosial qrupun, ölkənin mövqeyi və mənafeyi baxımından qiymət
veririk. Bilik o vaxt dünyagörüşünün komponenti olur ki, o
əqidəyə çevrilir. Əqidə həyata keçirilmiş ideyadır, ideya ilə
işıqlandırılan hərəkətdir.
Dünyagörüşü zəruri olaraq dəyərlər haqqında təlim - aksio-
logiya ilə bağlıdır. Aksiologiya (yun. «axia»-dəyər) - də-yər-
lər, onların mənşəyi, funksiyaları, tipləri və növləri haqqında
təlimdir. Ənənəvi olaraq onu həm nəzəri biliyin ümumi
əhəmiyyətini əsaslandırmağın, həm də praktiki davranış
fəaliyyətinə yönəldilən fəlsəfi biliyin bir hissəsi hesab edirlər.
«Lakin bütün humanitar və sosial-elmi idrakın təməl
problemlərindən biri olaraq dəyərlərin analizi aksioloji
komponent kimi yalnız fəlsəfi deyil, həmçinin bir çox
sosial-psixoloji, etnoloji və başqa konsepsiyalara daxildir».^*
Beləliklə, aksiologiya mənanı müəyyənləşdirən elə
prinsipləri öyrənir ki, onların vasitəsilə idrak sahəsindəki
həqiqət ilə yalanı, etika sahəsində xeyir və şəri, estetika
sahəsində gözəllik ilə eybəcərliyi fərqləndirir.
«Dəyən> anlayışı üç mənada işlədilir: a) gündəlik həyatda
predmet və hadisələrin bizə təsir edərək özlərinin faydalı şey
olduqlarını göstərməsi və elə buna görə də insanlann onlan əl-
Культурология. XX век. Словарь. СПб, «Университетская книга». 1997. с.23.
28
də etməyə can atması; b) iqtisadi mənada əşyaların ictimaiyyət
tərəfindən dəyərləndirilməsi sayəsində insanlann onlan əldə
etməyə, istifadə etmək üçün pul ilə almağa və yaxud
dəyişdirməyə çalışması; c) fəlsəfi mənada ən ümumi prinsiplərə
əsaslanaraq insanın mənəvi dünyaya aid bəzi şeyləri əldə etmək
üçün göstərdiyi fəaliyyət. Həqiqət, xeyir, gözəllik kimi dəyərlər,
insanın müvafiq sahələrdə - elmdə, mənəvi-etik sahədə,
incəsənətdə məqsədyönlü fəaliyyəti üçün ən ümumi şərtlərdir.
Ak- siologiya fəlsəfi mənada məhz bu sahələri əhatə edir.
Bilik və aksiologiya ilə yanaşı dünyagörüşünün strukturuna
«ideal» anlayışı da daxildir. İdeal elə şeydir ki, insanın bütün
fikri, hissiyyatı, fəaliyyəti ona doğru yönəldilir. Elmi cəhətdən
əsaslandırılmış idealla yanaşı xəyali və aldadıcı ideal da ola
bilər.
Fəlsəfə siyasət ilə də bağlıdır. İndiki çox mürəkkəb və coş-
ğun günlərdə əhalinin böyük hissəsinin siyasətlə maraqlandığı,
sosial-siyasi və iqtisadi islahatlara can atdığı, yaxın keçmişdə
kamillik iddiasında olan siyasi təsisatlar və sosial strukturlann
(«demokratiyanın ən ali forması», «milli münasibətlərin ali
forması», «əxlaqın ali forması», «ən qabaqcıl incəsənət» və s.
və i.) dağıldığı bir dövrdə hər hansı fəlsəfi problemin
müzakirəsi istər-istəməz siyasət ilə müşayiət edilir. Çox
hallarda filosoflar öz ölkələrinin siyasi həyatının konsepsiyasını
hazırlamaq istəyirlər. Bizim günlərdə bir sıra məsələlər cari
siyasət baxımından izah edildiyindən, çox vaxt fəlsəfənin siyasi
ölçüsü xırdalanır. Bu barədə alman filosofu K.Yaspers deyir ki,
əsl filosof Platon və yaxud Marks kimi yalnız böyük siyasət ilə
maraqlanmalıdır, yəni yalnız öz ölkəsinin deyil, həm də bütün
bəşəriyyətin siyasi taleyi onu düşündürməlidir.
3.2. Fəlsəfi metodologiya
Metodlar insanların praktiki fəaliyyətində onların dünyaya
hissi-əməli təsir etməsi üçün ümumiləşmiş vasitə, üsul kimi
meydana gəlir. Elmin inkişafı prosesində bu əsasda insanı
həqiqətə doğru aparan ağılın vasitə və üsullarının cəmi kimi
nəzəri metodlar təşəkkül tapmışdır.
29
Müxtəlif metodlar içərisində elələri var ki, onlar yalnız bir
elmdə istifadə edilir və xüsusi elmi metodlar adlanır. Bir sıra
elmlərdə istifadə olunan metodlara ümumi elmi metodlar
deyilir. Fəlsəfəni isə bir çox filosoflar, marksistlərin isə hamısı
ən ümumi metod hesab edirlər, çünki təfəkkürün, hər hansı
idrakın universal prinsipləri onun predmetidir.
Bununla yanaşı filosoflar arasında tamamilə əks fikirdə
olanlar da var. Onlar hesab edirlər ki, filosoflar da başqa insanlar
kimi həqiqəti axtarmaq üçün istənilən metoddan istifadə
etməkdə azad və sərbəst olmalıdırlar. «Yalnız fəlsəfəyə aid
xüsusi metod yoxduD).^^* Fəlsəfi tədqiqatların xarakterindən
asılı olaraq müxtəlif metodlar işlənib hazırlanır.
Fəlsəfədə metodologiya problemi əhəmiyyətli yer tutur.
Metodologiya - elmi idrakın metodlar sistemi haqqında təlimdir.
Metodologiya haqqında müxtəlif fikirlər var: 1)
metodologiya empirik elmdir; 2) metodologiya elə ali qaydadır
ki, bütün başqa qaydaları müəyyənləşdirmək üçün sanki bir
normadır. Metodoloji qaydalar bir-biri ilə sıx əlaqədədirlər.
Metodologiya elə üsullar birliyidir ki, onun köməkliyi ilə bilik
əldə edilir; 3) metodologiya məntiqdir; 4) metodologiya
metodlar haqqında təlimdir, fəlsəfə isə ümumi metodologiyadır;
5) ümumi metodologiya yoxdur.
Adətən
elmin
metodologiyası
ilə
ümumiyyətlə
metodologiyanı
bir-birindən
fərqləndirirlər.
Elmin
metodologiyası an- layışlann yaranması və tətbiq edilməsi
metodlarını, mühakimələrin formalaşması və onların həqiqi
mənasının müəyyən- ləşdirilməsini, nəzəriyyələrin qurulması və
əsaslandırılmasını,
məsələnin
(problemin)
qoyuluşunu,
fərziyyənin (hipotezanın) irəli sürülməsini və yoxlanılmasını,
izahetmə və irəlicədən müəyyənləşdirmək metodlarını öyrənir.
Elmin metodologiyası əsasən elmi-tədqiqat metodunun
nəzəriyyəsini göstərir. Bu da empirik və xüsusi elmlər üçün
xarakterikdir. Ümumiyyətlə metodologiya isə ümumi, daha
mücərrəd (abstrakt) mövqedən ümumiyyətlə idrak metodunu
şərh edir. Bu
К.Погшср. Логика и рост научного знания. М., 198.^.
с35.
30
Dostları ilə paylaş: |