mir; 2) fəlsəfi nəzəriyyələri təcrübə və eksperiment ilə
yoxlamaq olmaz; 3) fəlsəfi təlimlər elə qurulur ki, onlan prinsip
etibarilə təkzib etmək olmur, elmi müddəalar isə prinsip
etibarilə təkzib edilə bilər.
XX əsrdə fəlsəfənin ən kəskin tənqidçilərindən biri Avstriya
filosofu Lüdviq Vitgenşteyn (1889-1951) olmuşdur. O,
göstərirdi ki, fəlsəfə müstəqil elm deyil, onun əsas vəzifəsi
cavab
verməkdən
daha
çox
sualın
qoyuluşunu
müəyyənləşdirməkdir. Düzgün sual verə bilən adam filosofdur.
Qədim yunan filosofu Sokrat fəlsəfəni insanın özünü
dərketmə prosesi hesab edir və göstərirdi ki, burada məqsəd -
mühakimə yürütməyin, seçmə qabiliyyətinin və fəaliyyət
göstərməyin düzgün prinsiplərinə nail olmaqdır. Sokratm
dediklərinə əsaslanaraq fəlsəfəyə belə tərif vermək olar;
«Fəlsəfə - rəhbər prinsipi ağıl olan və məqsədi özünütənqid yolu
ilə başa düşmək olan fəaliyyətdir»."
Qeyd etmək lazımdır ki, hər bir müstəqil mütəfəkkir özünün
xüsusi fəlsəfi sistemini yaradır.
Ekzistensializm təmsilçilərinin bu barədə fikirləri də
maraqlıdır. Fransız filosofu və yazıçısı A.Kamyü (1913-1960)
hesab edir ki, fəlsəfənin əsas məsələsi - insana yaşamaq
lazımdırmı? - sualına cavab verməkdir. Onun alman həmkan
K.Yaspersin yazdığına görə «elmi idrak ayn-ayn əşyalara doğru
getdiyi halda, fəlsəfədə söhbət varlığın bütövlüyü haqqında
gedİD>.
Müasir marksistlər isə göstərirlər ki, fəlsəfə - ictimai şüurun
xüsusi formasıdır, varlıq və təfəkkürün ümumi prinsipləri
haqqında təlimdir, təbiətin, cəmiyyətin və təfəkkürün ən ümumi
qanunlan haqqında elmdir.
İndiki zamanda bir çoxları belə hesab edirlər ki, fəlsəfə öz
dövrünü başa vurub, ömrünü bitirib. Başqaları isə bu fikirlə
ümumiyyətlə razılaşmaqla bərabər eyni zamanda göstərirlər ki,
fəlsəfənin nə isə başqa bir şeyə - yəni dar mənada başa düşülən,
tamamilə keçmişə yönəlmiş fəlsəfə tarixinə yaxud təfəkkür
haqqında təmiz təlimə (təmiz fikrin hökmranlığına).
" P.n.Bojib^. O (j)n.noco(jnın. M., 1996, c.l2.
19
yaxud din ilə qovuşaraq teosofiyaya, yaxud elm fəlsəfəsinə (elm
özü-özünün fəlsəfəsidir fikrinə) və yaxud, nəhayət, qlobal
ideologiyalaşmadan keçərək siyasətin nökərinə çevrilmək
imkanı var. Bu axırıncı fikir fəlsəfəni aradan götürməyin ən geniş
yayılmış variantıdır.
Həyat isə göstərir ki, fəlsəfənin yaradıcı imkanlan əsla
tükənməyib.
Fəlsəfənin inkan onun mütləq etiraf edilməsi, tanınması ilə
birləşir. Qədim dövrdəki skeptisizmdən başlayaraq bu günə qədər
fəlsəfənin inkarı ideyasının taleyi belə olmuşdur. İş ondadır ki,
fəlsəfənin inkar edilməsinin nəzəri cəhətdən əsaslandırılması bütün
hallarda yeni fəlsəfi nəzəriyyənin təsdiq edilməsinə gətirib çıxanr.
Başqa sözlə, fəlsəfənin inkarı, onun məzmununun tənqidi təhlili,
tezislərinə qarşı antitezis, dəlillərinə qarşı əks dəlillər gətirilməsi
zəruri olaraq inkarın inkan olur, yəni fəlsəfənin yeni əsas üzərində
dirçəlişi olur. Fəlsəfənin belə inkannın ən parlaq nümunəsi Kantın
öz fəlsəfəsi haqqında dediyi sözlərdir. Onun fikrincə, ona qədər
guya ümumiyyətlə j heç bir fəlsəfə olmayıb. Kantın banşmaz
düşməni Feyerbax qətiyyətlə deyirdi ki, «Heç bir din yoxdur! -
Mənim dinim budur; heç bir fəlsəfə yoxdur! - Mənim fəlsəfəm
budun>. Göründüyü kimi, burada da fəlsəfənin (və dinin) inkarı
onun eyni zamanda qəbul edilməsi ilə paradoksal şəkildə birləşir.
Müasir ispan filosofu X.Orteqa-i-Qasset (1883-1955) hesab
edir ki, fəlsəfə - Universumu və yaxud bütün mövcudatı dərk
etməyə can atır. Universum mahİ3^ətcə bizim bilmədiyimiz
şeydir. «Deməli, filosof başqa alimlərdən fərqli olaraq öz-
özlüyündə məlum olmayan bir işə girişir».'^ «...Başqa elmlərə
onların obyekti verilir, fəlsəfənin obyekti... verilə bilməz; bu
bütöv bizə verilmədiyi üçün, o əsl mənada axtanimalıdır, daim
axtarılmalıdır».'^ Bu barədə hələ qədim Yunanıstanın böyük
filosofu Aristotel demişdir ki, fəlsəfə həmişə özünü axtaran
elmdir.
■ Х.Ортега-
11
-Гассет. Что такое философия? M., 1991, c.78.
’’Yenə orada.
i
20
Fəlsəfəni özlərinin sistemi olan böyük filosoflar meydana
gətirir. Fəlsəfə həmişə subyektiv və şəxsi olmuşdur. Fəlsəfədə
qeyri-məhdud plüralizm mövcuddur (lat. «pluralis» - çoxluq,
cəm deməkdir).
2.
Fəlsəfi biliklərin təbiəti
Yuxanda qeyd edildiyi kimi, fəlsəfə - dünyada son dərəcə
ümumiləşmiş nəzəri baxışdır (hərçənd, bu fikri inkar edənlər də
var), elmi və dini yolla həqiqətə çatmaq üsullanndan fərqlənir.
İFəlsəfə dindən - özünün rasionallığı, elmə əsaslanması ilə,
elmdən isə - bütöv dünyanı və insanın dünyaya münasibəti
məsələlərini ən ümumi anlayışlarla başa düşməsi ilə fərqlənir.
["Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, fəlsəfənin üç
əsas mövzusu var: dünya, insan vəjdüny^a_münasibət Bu üç
əsas mövzulara uyğun olaraq fəlsəfənin üç əsas aspekti
mövcuddur: 1) varlıq (metafizika); 2) fəlsəfi baxışdan insan və
3) idrak. Beləliklə, əsas fəlsəfi fənlər bunlardır: metafizika
(onto- logiya), aksiologiya (dəyər haqqında təlim) və
qnoseologiya (idrak haqqında təlim). Bundan başqa təbiətin
fəlsəfəsini (na- tur fəlsəfə), cəmiyyətin fəlsəfəsini (sosial
fəlsəfə), elmin, texnikanın, dinin, hüququn, mədəniyyətin və s.
fəlsəfəsini də fərqləndirirlər,^
Antik ənənəyə uyğun olaraq orta əsrlərdə də fəlsəfəni nəzəri
və praktiki olaraq iki yerə bölürdülər. Məsələn, əl-Fərabi
yazırdı: «Fəlsəfə nəzəri və praktiki olur. Fikirdə meydana gələn
nəzəri fəlsəfəni insan yaradır, lakin onu tamamilə həyata keçirə
bilmir. Praktiki fəlsəfəni insan dərk edir və həyata keçirə
bilir».'■*
Həmin fikri davam etdirən İbn Sina deyirdi: «Nəzəri elm də
üç növə bölünür. Birinci - ali və yaxud ilkin elm adlanır; onu
həm də təbiətdən kənarda olanlar haqqında elm adlandırırlar.
İkincisi - orta elm riyaziyyatdır.
Üçüncüsü - təbiət haqqında və yaxud aşağı elmdir».‘^
Ajı-fDapaoH. EcTCCTBcmıo-nayMHbie rpaKTarbi. A;iMa-A ra. 1987. c.324.
I
loH
Cmıa.
Ihopamibtc <|)iıaoco(j)CKiıc npoınBeaeiiiiH.
M.. «I
lavKa».
1980. c. 104.
21
Dostları ilə paylaş: |