I BOLMƏ
Fəlsəfə və onun bilik sistemində yeri
1.
Fəlsəfə nədir?
Bütün mövcud sivilizasiyalarda fəlsəfə bilik sahəsi kimi
tarixən eyni vaxtda - bizim eradan əvvəl (b.e.ə.) VII əsrdən V əsrə
qədər olan dövrdə meydana gəlmişdir. ıXX əsrin görkəmli alman
filosofu Kari Yaspersin fikrinə görə isə fəlsəfənin konkret elmlər
kimi xüsusi predmet sahəsi olmadığı üçün o şüurlu insanla eyni
vaxtda yaranıb^ «Fəlsəfə elə üsuldur ki, insan onun vasitəsilə
dünyanın və özünün varlığını dərk edir, bu şüurdan çıxış edərək
ümumiyyətlə yaşayır. Ona görə də fəlsəfə insanın özü qədər
qədimdir».'
«Fəlsəfə» sözü («filo»-sevgi, «sophia» - müdriklik) yunan-
cadan «müdrikliyi sevmək» kimi tərcümə edilir. Bu söz elmə
Pifaqor tərəfindən daxil edilibdir. Lakin belə bir fikir də var ki, bu
sözün müəllifi Heraklitdir. Ümumi fikir isə belədir ki, bu sözü
elmdə saxlayıb əbədiləşdirən qədim yunan filosofu Platon
olmuşdur.
Heraklit müdrikliyə belə tərif vermişdir ki, «Müdriklik
həqiqəti demək, təbiətin səsini eşitmək və buna uyğun hərəkət
etməkdən ibarətdir». Deməli, müdriklik həqiqətə uyğun hərəkət
etməkdir, həqiqət müdrikliyin əsasıdır. Aristotel bu fikri bir qədər
konkretləşdirir: «Müdrikliyə ilkin səbəblər və nəyin idrak üçün
daha layiq olması haqqında elm kimi tərif verildiyi üçün,
müdrikliyin mahiyyət haqqında elm olmasını qəbul etmək
lazımdır».^
Sokrat isə müdrikliyi yalnız əxlaq ilə əlaqələndirirdi. Onun
fikrincə ali müdriklik xeyir və şəri bir-birindən ayırmaq
qabiliyyətidir. Öz müəlliminin fikrini davam etdirən Platon
göstərirdi ki, fəlsəfə müdrikliyi və yaxud ən vacib, ən uca və ən
ümumi şeyləri axtarmaqdır. Belə bilik xeyirxahlıq və
xoşbəxtlikdir. Lakin müdriklik insan üçün əlçatmazdır, və ona
görə də xeyirxahlıq və xoşbəxtlik yanmçıq olur.
' K.Ясперс. Всемирная история фи.'юсофии. СПб, «Наука». 2000. с.67. '
Аристотель. Сочииеиия. В 4-х гг.. Т.1. М.. 1976. с. 102.
13
Müdriklik haqqında müqəddəs kitablarda dəyərli fikirlər var.
Məsələn, Bibliyada Süleyman peyğəmbərin adından deyilir:
«Əsas müdriklikdir: müdrikliyi qazan və nəyin varsa aqil
qazanmağa ver. Onu yüksək qiymətləndir və o səni yüksəldər».
(Bibliya. Süleymanın ibrətli hekayələri, 4-cü fəsil, 7-8-ci
bəndlər). «Şərab və musiqi ürəyi şənləndirir, lakin onlann hər
ikisindən yaxşısı müdrikliyi sevməkdin> (Bibliya. Sirax oğlu
İisusun müdriklik kitabı, 40-cı fəsil, 20-ci bənd). Quranda deyilir:
«Kimə istəsə hikmət verər və hikmət verilmişə bollu xeyir də
vermişdir. Ağıl sahiblərindən başqası öyüd qəbul etməz» (2:269).
Riqvedada deyilir: «İlahi! Bizə müdriklik ver, ata onu oğullarına
bəxş etdiyi kimi» (Riqveda: 7.32-26).^
Göstərmək lazımdır ki, qədim yunan şüurunda «müdrik» sözü
bütün bilikləri deyil, yalnız elə biliyi ifadə edir ki, həqiqət,
xeyirxahlıq və gözəllik kateqoriyaları ilə müəyyən olunsun.
Rus filosofu A.G.Spirkin haqlı olaraq yazır: «Müdrikliyin
mənası, onun məqsədi - həqiqət, doğruluq və xeyirxahlıqdır.
Müdriklik fikrə və xeyirxah əməllərə daxili ahəng verir. Fik-
rimizcə müdrikliyə qısaca olaraq belə tərif vermək olar:
müdriklik əxlaqi cəhətdən icazə verilən qeyri-adi ağıldır. Quldur,
oğru ağıllı və hiyləgər ola bilər, lakin onda zərrə qədər də
müdriklik yoxdun>.^
Əsrlərdən bəri fəlsəfə dedikdə ən ali idraka cəhd göstərmək
nəzərdə tutulurdu. Filosoflar həmişə çalışırdılar ki, varlığın
əsasını, idrak fəaliyyətinin üsullarını, və nəinki təbiətin, həm də
insan cəmiyyətinin mahiyyətini başa düşsünlər. Bütün bunlar
insan həyatının mənasını və məqsədini anlamaq üçün zəruri idi.
Fəlsəfi fikir boş yerdə, birdən-birə yarana bilməzdi. O hər
şeydən əvvəl folklor, xüsusən mifologiya, magiya, bir də din
zəminində yaranmışdır.
Mif - dünyanın emosional obrazlı, metaforik modelidir,
təbiətin, həyatın və insan ağlının münaqişə qüvvəsinin poetik
izahı və dramatikləşməsidir, arxaik mədəniyyətin fantaziyası,
dəyərləri və fəaliyyətinin ifadəsidir. Başqa sözlə, mif - inancların.
Bax: Всемирное писание. M.. «Республика». 1995, c.8l.
А.Г.Спиркин. Философия. M.. «Гардарика». 2001. c.405.
14
fantaziyalann, dəyərlərin və insanın dav/anış normalannm
simvolik dünyasını açır. Mif - insan və təbiətin qarşılıqlı təsiri ilə
şərtlənən insan qavrayışı, ilham və təfəkkürünün ölçüsüdür; o
dünyagörüşünün ən sadə formalarından biridir.
Fəlsəfənin yaranmasında magiyanın da müəyyən rolu olub.
«İnsanda yaranan ilk dünyabaxışı animistik,^ deməli psixoloji
olmuşdur. Belə dünyabaxışının elmi çəhətdən əsaslandırılmağa
ehtiyacı olmamışdır, çünki elm yalnız o vaxt başlayır ki, insanlar
dünyanı bilmədiklərini başa düşür və buna görə də dünyanı dərk
etmək yollarını axtarmalı olurlar. Animizm isə primitiv insan
üçün ən təbii və anlaşılan dünyabaxışı idi; o dünyada şeylərin
durumunu özü necə görürdüsə elə də qəbul edirdi». ^
Lakin fəlsəfə daha mükəmməl bilik sistemi kimi elmi
biliklərin rüşeymiəri ilə eyni vaxtda meydana gəlibdir.
Fəlsəfə azad fikir kimi yaranıb. Əsl filosof mənəvi cəhətdən
azad insandır. İnsanın həyatda və fikirdə özünü azad surətdə
şəxsiyyət kimi müəyyənləşdirməsi, öz yolunu seçməsindən əsl
fəlsəfə başlayır.
İlk filosofların fəlsəfəsi hələ naturfəlsəfə (təbiət fəlsəfəsi) idi.
Onları bir məsələ düşündürürdü: bütün mövcudatın əsası və
başlanğıcı nədir? Onların əqidəsinə görə təbiətin dörd
ünsüründən biri (torpaq, hava, su, od) və yaxud ilk peşəsi, hətta
hamısı bir yerdə - ilk başlanğıcdır (substansiyadır).
Qədim yunanlar fəlsəfə dedikdə Kainat haqqında bütün insan
biliklərinin mütəşəkkil sistemini başa düşürdülər. Əlbəttə,
fəlsəfənin daxilində onun hissələri vardı: təbiət fəlsəfəsi, etika,
siyasət, məntiq, təbabət, ruh fəlsəfəsi. Məsələn, dahi filosof
Aristotelin əsərlərinin külli)^atı öz-özlüyündə bir müəllifin
ensiklopediyasıdır. Təbiət fəlsəfəsi sonralar fizika, kimya,
astronomiya və b. siyasi fəlsəfə - sosiologiya, ruh haqqında təlim
isə psixologiya kimi müstəqil elmlər oldular.
^Animizm (lat. «anıma», «animis» ruh deməkdir)
sadə təsəvvürləri ifadə edən termindir.
З.Фрейд. Тотем и табу. M., «Олимп», 1997. c.l 12.
ruh və can haqqında
15
Dostları ilə paylaş: |