Daha bir vacib məsələ üzərində də dayanmaq lazımdır.
Fəlsəfə və metafizikanı eyniləşdirmək filosoflar arasında
mübahisələrə səbəb olur. Metafizika haqqında müxtəlif fikirləri
Aşağıdakı qaydada qruplaşdırmaq olar.
1.
Dar mənada metafizika (yun. fizikadan sonra) deyəndə ya
ontologiya (varlıq haqqında təlim) ya da bütün mövcudatın ilk
səbəbini (Aristotelin «ilk fəlsəfəsi») öyrənən təlim başa düşülür.
Amerika filosofu U.Ceyms (1842-1910) yazır: «Metafizika
termininə dəqiq tərif vermək mümkün deyil və bu sözun
mənasını anlamağın ən yaxşı vasitəsi onun tədqiq etdiyi bir sıra
problemləri sadalamaqdır. Metafizika elm və həyat tərəfindən
qoyulan, lakin həll edilməyən müxtəlif qaranlıq, mücərrəd,
universal suallann müzakirə edilməsidir...»^'. Buna baxmayaraq
o, metafizikaya tərif verir: «Bütün varlığın səbəbini,
mahiyyətini, mənasını və son taleyini axtarmağa - metafizika
demək olar. Və yaxud onu (təcrübi və yaxud təcrübəüstü)
reallığın ən ümumi baş- lanğıclan, onlann bir-biri ilə və bizim
idrak qabiliyyətimiz ilə qarşılıqlı əlaqəsi haqqında elm də
adlandırmaq olan>.“
2.
Metafizika adı altında hissiyyatüstü təcrübəyə söykənən
rasionalist (ağıla əsaslanan) fəlsəfi təlim nəzərdə tutulur. Nəticə
ağılın gücü sayəsində çıxarılır. Metafizika eyni zamanda
rasional kosmologiya, rasional psixologiya, teologiya kimi bilik
sahələrini də əhatə edir. C.Mur (1873-1958) deyir: «Mən hər
şeydən əvvəl «metafizik» elə filosofu adlandırıram ki, hər bir
mövcud olan predmetin «təbii» predmet olmadığını qəbul edir.
Beləliklə, metafiziklərin xidməti ondadır ki, onlar bizim
biliyimizin
toxunmaqla
hiss
etdiyimiz,
gördüyümüz,
duyduğumuz predmetlər ilə məhdudlaşmadığını kəskin şəkildə
qeyd edirlƏD>.^^
3.
Alman klassik fəlsəfəsinin banisi İ.Kantdan başlayaraq
bir çox filosoflar belə hesab edirlər ki, metafizika təcrübəyə
qədər «təmiz ağıl»dan çıxarılan (apriori) biliyin əsasıdır.
■' У.Джеймс. Введение в философию. Б.Расссл. Проблемы философии. М., «Республика». 2000,
с.22.
"Yenə orada, s.23.
Дж.Э.Мур. Природа моральной философии. М.. «Республика». 1999. с. 128.
25
4.
Marksist anlamda metafizika dialektikaya əks olan
təlimdir, yəni şeyləri və onların təzahürlərini bir-birindən təcrid
olunmuş şəkildə götürən və onların mahiyyətcə dəyişməz
olduğunu sübut etməyə çalışan təlimdir.
/ 5. N^ayət, ən geniş mənada metafizika adı altında bütün
varlığın başlanğıcı və mahiyyətinin prinsipləri haqqında təlim
başa düşülür. Başqa sözlə metafizika - fəlsəfənin sinonimidir.
«Metafizika» termini Aristotelin davamçılarından biri olan
Andronik Rodoslu tərəfindən fılosofiın təbiətin dərk edilməsinə
aid olmayan və elmi-təbii axtarışlardan kənara çıxan fikirlərini
ifadə etmək üçün irəli sürülmüşdür.
Materiya və şüurun hansı qarşılıqlı münasibətdə olmaları
sualına verilən cavabdan asılı olaraq fəlsəfədə iki istiqamət
yaranmışdır: materializm və idealizm. Materialistlər hesab
edirlər ki, ilk başlanğıc - maddi varlıq bütün mövcudatın əsasıdır
və insan şüurundan asılı olmayaraq, yəni obyektiv olaraq
yaşayır. İdealistlər isə əks mövqedə dururlar və“belə hesab
edirlər ki, mənəvi amillər (ideya, ruh və s.) bütün mövcudatın
varlığını müəyyən edir. Hərn materialistlər, həm də idealistlər
monizm (yun. «monos» - bir, tək) fikrinə əsaslanırlar. Monizm
bütün varlığın bir başlanğıcı olduğunu təsdiq edən fəlsəfi
təlimdir. Materialistlərdə bu başlanğıc - materiya, idealistlərdə
isə şüur, ruh hesab edilir.
Fəlsəfə tarixində elə filosoflar olmuşdur ki, hər iki başlanğıcı
(maddi və ideal) eyni dərəcədə əhəmiyyətli hesab etmişlər.
Onları dualist (lat. «duo» - iki) adlandınrlar. Elə filosoflar da var
ki, daha çox başlanğıc olduğunu göstərirlər. Onlara plüralist (lat.
- çox) deyirlər.
Fəlsəfədə ən əhəmiyyətli məsələlərdən biri də dünyanın dərk
edilməsi problemidir. Dünyanı, xüsusən onun bir çox tərəflərinin
prinsip etibarilə dərkedilməzliyini irəli sürənlərə fəlsəfədə
aqnostik (yun. «qnosis» - bilik) deyilir.
Fəlsəfədəki idealizm və materializm istiqamətlərinin özləri də
yekcins, bütöv deyil.
'^«Aqnostisizm» sözü clmdo ilk dofə ingilis bioloqu T.N.Heksli (1825-1895) torə- fındən istifado
edilmişdir.
26
idealizmin müxtəlif formalan var. Məsələn, obyektiv
idealizm adlanan cərəyan real aləmin insandan asılı olmayaraq
mövcud olduğunu təsdiq edir və göstərir ki, onun əsasında ağıl,
dünya ruhu durur (Platon, Hegel və b.). Subyektiv idealizm isə
hesab edir ki, maddi dünya insandan asılı olmayaraq mövcud
ola bilməz, bütün əşyalar insanın subyektiv dərketmə
qabiliyyətinin, onun düyğu və qavrayışlarının məhsuludur.
Mövcud olmaq - insanın hiss üzvləri tərəfindən qavranılması
deməkdir.
Fəlsəfi materializm də öz tarixində bir çox mərhələlərdən
keçmişdir: qədimdə olmuş «sadəlövh materializm», mexaniki,
metafizik və nəhayət, dialektik materializm (marksist fəlsəfə).
Marksistlərin fikrinə görə dialektik materializm təbiətin,
cəmiyyətin və təfəkkürün ən ümumi qanunlarını, materiya və
onun mövcud olma formalarını, materiya və şüur arasındakı
qarşılıqlı münasibəti öyrənir.
Marksizmin yaradıcılarından biri olan F.Engelsin fikrincə
fəlsəfənin əsas məsələsi şüurun materiyaya, ruhun təbiətə olan
münasibətidir. Lakin qeyd etmək lazımdır ki, fəlsəfi
problemlərin bütün zənginliyini «fəlsəfənin əsas məsələsi»nə
müncər etmək, hətta ona bağlamaq doğru deyil. Materializm və
idealizm müxalifətinə qarşı neytral problemlər olduqca çoxdur.
Fəlsəfədə həmişə ən əsas problem rasionalizm (ağıla
əsaslanmaq) və onun əksi olan irrasionalizm arasındakı
müxalifət olmuşdur. Yalnız rasiona- lizmdə materializm və
idealizm müxalifətinin mənası var, irra- sionalizmdə belə
müxalifət yoxdur.
3.
Fəlsəfi dünyagörüşü və metodologiya
3.1. Fəlsəfi dünyagörüşü
Dünyanı seyr etməkdən fərqli olaraq dünyagörüşü dünyanı
intuitiv yolla dərk etməyə əsaslana bilməz. Dünyagörüşünün
təbiəti anlamağa, onu anlayışlar vasitəsilə başa düşməyə
ehtiyacı var. Belə ilkin dünyagörüşü anlayışları - «dünya»
(kosmos), «insan» (ruh) və «Allah» mövhumlarıdır. Dünyanı
seyr etməyin əyani obrazlarından fərqli olaraq dünyagörüşünün
anlayışları düşünülmüş məntiqi münasibətlərə əsaslanır.
27
Dostları ilə paylaş: |