Fəlsəfənin predmeti ən geniş mənada ümumiyyətlə «dünya-
insan» sistemidir, fəqət hər hansı ümumi yox, elə ümumi ki,
insanın ona münasibətilə bir başa bağlıdır. Beləliklə, fəlsəfə bü-
tövlükdə dünya haqqında və insanın bu dünyaya münasibəti
haqqında bilikdir. Heç bir bilik sahəsində fəlsəfi dünyagörüşündə
olduğu qədər geniş problemlər yoxdur. Deməli, ümumilik
fəlsəfənin ən əsas və müəyyənedici əlamətidir.
Əsrlər boyu fəlsəfə sübut tələb etməyən tam, mübahisəsiz
həqiqəti - aksiomaları müəyyən etməyə can atmışdır. Fəlsəfi
sistemlərin xarakterik xüsusiyyəti bir çox hallarda öz
müstəsnalığını iddia etməsi olmuşdur. Məsələn, elmi idrakda
axınncı söz olduğunu iddia edən Hegelin panlogizmini göstərmək
olar. Fikrin mütləq zirvəsi kimi şərh edilən doqmalaşdınimış (eh-
kamlaşdırılmış) marksizm də öz müstəsnalığını irəli sürürdü.
Lakin, fəlsəfənin sonrakı inkişafı mütləq həqiqətə çatmaq
iddiasından imtina edildiyini göstərir. Diqqət mərkəzində daha
çox insandan yabançılaşan, öz-özlüyündə obyekt (dünya) və
yaxud aynca götürülmüş subyekt (insan) deyil, onlann bir-birinə
nüfuz edən birliyi dayanır.
Fəlsəfəni
maraqlandıran
bütün
problemlər
ümumi
dünyagörüşü, əbədilik baxımından şərh edilir. Biz kimik, haradan
gəlib haraya gedirik?; varlığın başlanğıcı və qeyri varlıq ilə onun
qarşılıqlı münasibəti, zamanın sirri və onun əbədiyyət ilə
qarşılıqlı əlaqəsi; varlığın sonsuzluğu və sonluluğu, onun tərkib
hissələrinin ölümə məhkum olması; həyatın və şüurun meydana
gəlməsi; həyat və ölüm anlayışları və s. Bütün bu problemlər
dünyanın bütövlüyü və orada insanın yeri məsələsində birləşir.
Klassik rasionalizm (lat. «rasionalis» - ağıllı, ağılın gücünə
inarn) fikrin inkişafının başlanğıcı, ilk səbəb kimi müxtəlif
prinsiplər irəli sürürdü. Qədim yunan filosofu Falesə görə belə ilk
əsas «su», alman filosofu Hegelə görə - «mütləq ideya», başqa
alman filosofu Şopenhauerin fikrincə - «iradə» («vol- ya»),
Marksın dediyinə görə isə «materiya» olmuşdur və s.
İnsanın dünyaya münasibəti fəlsəfənin əbədi predmetidir.
Bununla yanaşı fəlsəfənin predmeti tarixən çevik olmuş, insanın
özünün dəyişməsi ilə o da dəyişmişdir.
16
Bununla yanaşı son zamanlar bəzi filosoflar fəlsəfəni
ümumiləşdirən nəzəri bilik hesab etmirlər. Məsələn, Emmanuel
Levinas (1906-1996) bütün fəlsəfəni ağıl dairəsində olan
nəzəriyyə vəziyyətindən çıxarıb yenidən qurmaq istəmişdir.
Fəlsəfədə zorakılığın kökünü o, simasız, şəxssiz ümumiləşmənin
hökmranlığında görürdü. Bu sahədə E.Levinas heç bir avtoritet
ilə hesablaşmırdı, istər Platonun «ideya»sı, istər Hegelin «kon-
sepsiya»sı, istər Haydeggerin fərddən, xüsusidən, konkretdən
yüksəkdə duran «varlığı» olsun - hamısının əleyhinə çıxırdı.
Onun fikrincə hər bir ümumiləşdirmə, hər bir bitərəflik - si-
masızlıq, zorakılıqdır.
Qeyd etmək lazımdır ki, insanın dünyanın ayn-ayn tərəflərinə
münasibəti hər bir dünyagörüşünün əsas məsələsidir. Lakin
fəlsəfə,,Ümumiyyətlə dünya haqqında, varlıq və təfəkkürün
ümumi prinsipləri haqqında elmdir. Başqa sözle^ fəlsəfi insanın
Wdnyanı və bu dünyada özünü dərketmə vasitəsidir,
XX əsr elm fəlsəfəsinin görkəmli nümayəndəsi K.Pop- perin
(1902-1994) fikrinə görə «...Heç olmasa bir əsl fəlsəfi problem
var ki, hər bir insan onunla maraqlanır. Bu kosmologiya
problemidir - dünyanın və bu dünyanın bir hissəsi kimi biz də
(biliyimiz ilə birgə) daxil olmaqla dərk edilməsi problemidir» J
O, pozitivistlərlə mübahisə apararaq yazırdı: «Filosof məhdud
mütəxəssis olmamalıdır. Mənə gəldikdə isə, mən elm və fəlsəfə
ilə ona görə maraqlanıram ki, yaşadığımız dünyanın sirləri, bu
dünya haqqında insan biliyinin sirləri haqqında nə isə bilmək
istəyirəm, Və mən inanıram ki, yalnız, bu sirlərə qarşı marağı
dirçəltməklə elmi və fəlsəfəni dar ixtisaslaşmadan xilas etmək
olar...».*
K.Popper fəlsəfəni mənasız bir məşğələ hesab etmir və
göstərir ki, fəlsəfə elmi biliyin fonnalaşmasmda və inkişafinda
böyük rol oynayır. Elm dəyişgən, bilikdir. Odur ki, elm
fəlsəfəsinin vəzifəsi konkret biliyə əsaslanmaq deyil, bu biliyin
dəyişməsini əsaslandırmaqdır (izah etməkdir).
’ К.Поппер. Логика и рост научного знания. М., 1983, с.35.
**¥600
orada, s.44-45.
17
Alman filosofu Hegelin dediyinə görə «Hər bir ayrı anlayış
öz-özünü doğuran və həyata keçirən ən ümumi anlayışdan və
yaxud məntiqi ideyadan çıxarılır. Ona görə də fəlsəfə ruhu əbədi
ideyanın zəruri inkişafı kimi başa düşməlidir...».’ Hegelin
əqidəsinə görə ən ümumi, zəruri şey fəlsəfənin predmeti kimi
müstəsna olaraq yalnız təmiz təfəkkürdə mövcuddur, ümumi
təmiz fikirdir. Ruhun bütün formalarında - hisslərdə,
müşahidədə, təsəvvürdə təfəkkür əsasdır. «...Əgər başqa
elmlərdə məkan, say və s. təfəkkürün predmetidirsə, fəlsəfə
təfəkkürün özünü təfəkkürün predmeti etməlidir».*® Deməli,
fəlsəfi biliyin dəqiq sərhəddi yoxdur.
Filosofluq etməyin ümumi prinsipləri universaldır. Lakin
fəlsəfənin mövcudluğu və inkişafı bir çox siyasi, ideoloji və
hətta milli amillərdən asılıdır ki, onlar fəlsəfənin şüurda necə əks
olunmasının real mənzərəsini yaradır.
Görkəmli filosofların öz elmlərinin predmeti haqqında olan
daha bir neçə fikrini misal gətirək.
XVIII əsr fransız mütəfəkkiri Volterə görə fəlsəfə müstəqil və
tənqidi təfəkkürdür. Hegelə görə isə «fəlsəfə fikirlərdə tutulub
saxlanmış epoxadır» (tarixi dövrdür). Bu fikir ilə K.Marksın
aşağıdakı sözləri də uyğundur: «.. .Hər bir əsl fəlsəfə öz
zəmanəsinin
mənəvi
kvintessensiyasıdiD)
(cövhəridir).
Həqiqətən də fəlsəfə hər şeydən əvvəl konkret tarixi dövrün və
konkret insanın dünyagörüşüdür, həmçinin insanın tarixən
konkret dünyada ümumi istiqamət götürmə üsuludur.
Pozitivistlərə görə fəlsəfə müstəqil elm deyil. Məsələn,
O.Kont (1798-1857) təsdiq edirdi ki, «fəlsəfə öz dövründəki
elmin yığcam xülasəsidir». L.Vitgenşteyn hesab edirdi ki,
fəlsəfənin predmeti yalnız elmin məntiqi təhlili ola bilər. İngilis
filosofu A.C.Ayer (1910) təsdiq edirdi ki, fəlsəfə ümumiyyətlə
elm deyil. O, bu fikrini sübut etmək üçün aşağıdakıları göstərir:
1) fəlsəfi nəzəriyyələr gələcək hadisələr və yaxud naməlum
olaylar haqqında əvvəlcədən fikir söyləməyə imkan ver-
® Гегель. Энциклопедия философских наук. Т.З. М., 1977, с.11.
'"Yenə orada, s.l02.
18
Dostları ilə paylaş: |