«Ali elmin predmeti tək şeylər deyil, onun predmeti mütləq
varlıqdır, çünki o həqiqətən mütləqdir. Onun məşğul olduğu
məsələlərin məzmunu varlığın elə durumudur ki, onun özündən
yaranır və qırılmaz olaraq ona məxsusdur».*^
~Fəlsəfı biliyin əsas tiplərini aşağıdakı kimi qruplaşdırmaq
olar: l) obyektiv idealizm (Platon, Hegel və b.); 2) mistisizm və
irrasionalizm (Platon, əl-Qəzali, əl-Ərəbi, K.Yaspers və b.); 3)
subyektiv idealizm (Yum, Kant və b.). Bu barədə bir qədər
aşağıda daha ətraflı bəhs ediləcək; 4) materializm və onun for-
malan.
Qeyd etmək lazımdır ki, ingilis-amerikan fılosoflannın çoxu
üçün idealizmi subyektiv və obyektiv növlərə bölmək xarakterik
olmayıbdır.
Fəlsəfi bilik xüsusi elmlər kimi konkret bilik sahəsi ilə
məhdudlaşmır.
Fəlsəfi
problemlərin
spesifikliyi
(özünəməxsusluğu) onların xüsusi elmlərin problemləri ilə
əlaqəsini istisna etmir, əksinə, bunu tələb edir. Xüsusi elmlərin
fəlsəfi problemləri elə nəzəri, xüsusi elmi və həlli ehtimal edilən
(fərziyyə, nəzəriyyə) problemlərdir ki, fəlsəfi izaha ehtiyacı var.
Burada filosofların və xüsusi elmlərin təmsilçilərinin birgə
fəaliyyət göstərmələri üçün imkan var. XX əsrin böyük fiziki
A.Eynşteyn demişdir ki, «bizim zamanda fizik, fəlsəfi
problemlər ilə əvvəlki nəsildən olan fızikə nisbətən daha çox
dərəcədə məşğul olmağa məcburdur».
Beləliklə, fəlsəfə xüsusi elmləri əvəz etmir, o fiziki aləm və
yaxud cəmiyyətin sosial həyatı haqqında yeni nəzəriyyələr
yaratmır; elmin yeni məlumatlan əsasında idraki əhəmiyyəti olan
nəticələr çıxarır, onlara istinad edir, konkretləşdirir,
zənginləşdirir, ümumi nəzəriyyəni və idrakın məntiqini inkişaf
etdirir.
Fəlsəfə bütün bilik sahələri ilə əlaqədə olur, hər bir elmdə
tətbiq edilə biləcək ümumi prinsiplər hazırlayır. Deməli, fəlsəfə
və xüsusi elmlər dünyanın dərk edilməsi prosesində bir- birinə
qarşılıqlı təsir göstərir və faydalanırlar. Kant demişdir:
''’Ибн Снна. Избранные филосо(|)скис произведения. М.. «Наука». 1980. с. 105.
22
«Fəlsəfə anlayışlardan yaranan... biliklər sistemidir. Bu elmin
məktəb anlayışı belədir. Dünya anlayışına görə isə o insan
ağlının son məqsədləri haqqında elmdir. Bu yüksək anlayış
fəlsəfəyə İəyaqət, yəni mütləq dəyər gətirir. Həqiqətən də yalnız
onun daxili dəyəri var və ilk dəfə bütün başqa biliklərə dəyər
verir».’’
Xüsusi elmlərin nəticələrinin fəlsəfi təhlili o hallarda
əhəmiyyət kəsb edir ki, əldə edilən biliklərin cəmində yeni
keyfiyyət meydana çıxır, böyük miqdarda alınan nəticələrdən
bir, lakin keyfiyyətcə yeni nəticə çıxır. Fəlsəfənin vəzifəsi bu
yeni keyfiyyətin təzahürünü vaxtında görmək, onun ümumi və
spesifik tərəflərini seçib ayırmaqdan ibarətdir.
Hər hansı bilik praktiki olaraq fəlsəfi biliyin qaynağı ola
bilər, lakin bir şərtlə ki, həmin bilik fəlsəfə üçün dünya
haqqında, insanın dünyaya olan münasibəti haqqında ümumi
təsəvvürləri dərinləşdirmək üçün material rolunu oynaya bilsin.
Bu səpkidə elmin və sosial həyatın hər bir faktı fəlsəfi idraka
münasibətində ilkin empirik material kimi çıxış edir. Fəlsəfə bu
materialı götürür, seçir, nəzərdən keçirir, mənimsəyir. Lakin
filosoflann heç də hamısı bu fikirlə razılaşmır.
XX əsr Qərb fəlsəfəsində fəlsəfi biliyin xüsusiyyəti haqqında
çoxsaylı fikirləri əsasən iki istiqamətdə qruplaşdırmaq olar: 1)
fəlsəfə və elm prinsipcə iki müxtəlif bilik sistemidir. Əgər
təcrübəyə əsaslanan elm konkretdirsə, fəlsəfə nə yanlış, nə də
həqiqi bilik verməyən sırf abstrakt (mücərrəd) dünyagörüşü
sistemidir; 2) bir sıra filosoflar fəlsəfəni ətraf dünya haqqında
elmi məlumatları yığan və ümumiləşdirən «elmi on- tologiya»'*
ilə eyniləşdirirlər. Fəlsəfə, onların dediyinə görə, elmi
məlumatlardan ayrılmamalı, elm nəzəriyyəsi kimi çıxış
etməlidir.
Marksist filosoflar hesab edirlər ki, marksist fəlsəfə
bəşəriyyətin topladığı bütün bilik sisteminə əsaslanır və xüsusi
elmlərlə sıx əlaqədə olsa da onları əvəz etmir.
” И.Кант. Трактаты и письма. M., 1980, c.33I.
'*‘Ontologiya (yun. «ontos» - mövcudat və «loqos»
ümumiyyətlə varlıq haqqında təlimdir.
təlim, söz deməkdir) -
23
Müəyyən xalqlann öz müstəqil milli fəlsəfəsinin mövcud
olması fəlsəfənin elmdən daha bir fərqini göstərir. Milli (alman,
yapon və s.) riyaziyyat, fizika, biologiya və s. yoxdur və ola da
bilməz.
Fəlsəfi bilik yalnız təmiz nəzəri idrakdan çıxanimır, o həm
də bütün insan həyatının təsiri altında formalaşır. Fəlsəfə ən
geniş mənada bəşəriyyətin bütün idrak təcrübəsini
ümumiləşdirir. Buraya həm elmi, həm də gündəlik adi təcrübə,
incəsənət və əxlaq, dinin təhlili (marksizmdə ateizm) daxildir.
Bu mənada məşhur alman filosofu F.Nitsşenin (1844-1900)
sözləri maraqlıdır. Filosof necə olmalıdır sualına o, belə cavab
verirdi: «...Ola bilsin ki, onun özü həm tənqidçi və skeptik
(şübhə edən), həm ehkamçı (doqmatik), həm tarixçi, bundan
başqa şair və toplayıçı, həm səyahətçi, həm tapmaca açan, həm
əxlaqçı, həm gələcəyi görən, həm «azadfıkirli», insani dəyərlər
və müxtəlif hissi dəyərlər çevrəsindən keçmək üçün nə desən
ondan olmalıdır ki, müxtəlif gözlər və müxtəlif vicdanla
yüksəkdən hansı uzaqlığı, dərinlikdən hansı yüksəkliyi, dar
məkandan hansı genişliyi istəyirsən görmək imkanına malik
olsun. Lakin bunların hamısı onun vəzifəsinin ilkin şərtləridir;
vəzifənin özü isə nəsə başqa bir şey - dəyərlər yaratmağı tələb
edir».”
Başqa alman filosofu A.Şopenhauer (1788-1860) fəlsəfənin
praktiki məsələlərlə məşğul olmasının qəti əleyhinə idi:
«Mənim fikrimcə fəlsəfə həmişə nəzəri xarakter daşıyır, belə ki,
onun bilavasitə tədqiqat predmeti nə olursa olsun, ona göstəriş
vermək deyil, nəzərdən keçirmək və öyrənmək xasdır. Əksinə,
praktiki olmaq, insanların fəaliyyətinə rəhbərlik etmək, onlann
xarakterini dəyişmək köhnə iddialardır; fəlsəfə indi daha yetgin
görüşlərə nail olaraq onlardan gərək imtina edəydi».^®
Fəlsəfənin vəzifəsi hər şeydən əvvəl mədəniyyətin
dərinliyində baş verənləri, onun müxtəlif sahələrində (elmdə,
texnologiyada, siyasətdə, əxlaqda və s.) baş verən qarşılıqlı
münasibətlərin dinamikasını öyrənib ümumiləşdirməkdir.
Ф.Ницше. Сочинения. В 2-х тт., Т.2, М., 1990, с.335.
Хрестоматия по философии.
М..
«Прогресс», 1997, с.20-21.
24
Dostları ilə paylaş: |