edilən məlumatların sadə yığımı kimi nəzərdən keçirmək olmaz.
«Əks halda lap əvvəldən biz paradoksla qarşılaşırıq: keçmiş
artıq yoxdur, gələcək hələ yoxdur, indiki zaman isə hamıya
məlumdur ki, tamamilə yoxdur, o ölçüsü olmayan nöqtə kimi
sonsuz bölünmənin sərhəddidİD>. «Zamanın yeganə mümkün
tədqiqat metodu özünü ikinci dərəcəli strukturlan üzərində
üstünlük təşkil edən və onlara məna verən bütövlük kimi
nəzərdən keçirilməsinə başlamaqdır»."” Sartr belə nəticəyə
gəlir: «...gələcəyin baş verməsi üçün keçmişin qayıtması
lazımdiD>.‘*^ Zaman haqqında elmdə daha çox istifadə olunan
fikirlərdən dördünü göstərmək olar. Bunlar Nyütonun,
termodinamikanın, darvinizmin və məntiqin irəli sürdüyü
fikirlərdir: a) dünyanın Nyüton və onun davamçılan tərəfindən
qurulan modelində zaman əlavə bir şey kimi göstərilir. Zamanın
keçmişdə, indi və gələcəkdə hər hansı momenti (anı) onun hər
hansı başqa mo- mentindən fərqləndirilmir. Nyütonun sistemi
əsasında heç bir dəyişiklik etmədən planetlər Günəş ətrafında
istənilən tərəfə - zaman daxilində həm irəliyə, həm də geriyə
hərəkət edə bilirlər. Elə buna görə də elmi dairələrdə Nyüton
sistemindəki zaman anlayışı «dönən zaman» adı altında
möhkəmlənmişdir; b) XIX əsrdə fiziklərin diqqət mərkəzi
dinamikadan termodi- namikaya yönəldi. Termodinamikanın
ikinci başlanğıcına görə Kainatda enerji ehtiyatı tükənir və
dünya dönmədən özünün «istilik ölümünə» yaxınlaşır. Ona görə
də zamanın heç bir anı özündən əvvəl gələnin eyni ola bilməz.
Kainatda baş verən hadisələri geri döndərmək olmaz. Belə
proqnoz adi insan baxımından çox bədbindir; c) ingilis alimi
C.Darvin XIX əsrin ortalannda deyirdi ki, təbiətdə baş verən
təkamül heç də çeşidli formalann təşkil olunma səviyyəsinin
aşağı düşməsinə və zəifləməsinə gətirib çıxarmır. Əksinə,
təkamül əks istiqamətdə inkişaf edir: sadədən mürəkkəbə,
həyatın aşağı formalanndan yuxanya, qeyri- differensial
strukturlardan differensial strukturlara doğru. İnsanlıq
baxımından belə proqnoz çox nikbindir. Köhnə Kainat getdikcə
daha da təkmilləşir və zaman keçdikcə onun təşkil olunma sə-
Ж.П.Сартр, Бытие и ничто. M., «Республика», 2000, с. 137.
^'Yenə orada, s.505.
46
viyyəsi yüksəlir. Buradan belə nəticə çıxanlır: geri dönmək
xüsusiyyəti qapalı sistemlərə aiddir (söhbət kifayət qədər böyük
zaman kəsiyindən gedirsə), dönməzlik isə Kainatın yerdə qalan
hissəsinə aiddir; d) riyaziyyat təbiət elmlərini zaman problemini
həll etmək aləti ilə silahlandırdığı kimi, eynilə məntiq də
fəlsəfənin köməyinə gəldi. Məşhur məntiq alimi G.H.fon Vriqt
yazır: «Tarixin ən geniş mənada öyrənilməsinin - geoloji
dövrlərin, heyvan növlərinin, insan dillərinin və yaxud fərdlərin
və insan qruplarının hiss və həyacanlannın təkamülünün
öyrənilməsinin hamısı faktlann (hadisələrin) zaman daxilində
öyrənilməsi deməkdir; bu zamanın özünün öyrənilməsi deyil.
Tarix bizim keçmiş haqqında biliyimizi zənginləşdirir dedikdə
keçmişdə baş verənlər haqqmda bizim biliklər nəzərdə tutulur.
Lakin fizika, fiziologiya və psixologiya elə elmlərdir ki, burada
vaxt daxilində nə baş verməsindən fərqli olaraq vaxtın özü
tədqiqat obyekti
O
I
UD
)."*^ Lakin yuxanda göstərilən elmlərdə
zamanın öyrənilməsi empirik və eksperimental xarakter daşıyır,
bu isə qaçılmaz şəkildə zamanın fəlsəfi təbiətini öyrənmək
məsələsini irəli sürür. Bu cəhətdən Eynşteynin nisbiyyət
nəzəriyyəsinin əhəmiyyəti xüsusi qeyd edilir. Bu nəzəriyyədə
məkan daxilində müxtəlif vəziyyətlərdə olan hadisələrin eyni
vaxta təsadüf etməsinə xüsusi əhəmiyyət verilir. Bununla yanaşı
göstərmək lazımdır ki, nisbiyyət nəzəriyyəsi zamana həndəsi
xarakter verərək onun biristiqamətli və dönməz olmasını nəzərə
almır.
Zamanın klassik nəzəriyyəsinə görə işləyən saat koordinat
vaxtını hesablayır, relyativist (nisbi) nəzəriyyəyə görə isə saat
intervalı (arada olan fasiləni) ölçür. Zaman haqqında bu iki
nəzəriyyə arasındakı fərq yalnız fiziki cəhətdən özünü göstərir.
İşləyən saatın hansı - koordinat və yaxud interval vaxtını
göstərməsini əvvəlcədən müəyyən etmək olmaz. Qnoseoloji
(idrak) cəhətdən hər iki ehtimal mümkündür. Onların hansının
reallığa uyğun olmasını yalnız təcrübə göstərə bilər.
Eynşteynin məşhur saat nəzəriyyəsi (saatın gecikməsi) canlı
orqanizmlərə də şamil edilir. Saatın gecikməsini nümayiş et-
r.X.(j)OH BpHrx.
JIorHKO-{|)H;ıoco(|)CKHe nccjıe;ıoBaHHa.
M.,
1986
, c.
515
.
47
dirmək üçün çox vaxt əkizlər haqqında olan misala müraciət
edirlər. İki yenicə doğulmuş oğlandan biri işığın sürətindən bir
qədər az sürətlə kosmik səyahətə çıxır və kiçik uşaq yaşında geri
qayıdır; ikinci uşaq isə həmin vaxtda qoca kişi olur. Bu nəticəni
çoxlan mənasız bir şey hesab etsə də, bu nisbiyyət nəzəriyyəsi ilə
tamamilə uzlaşır.
4.5.
Tək, xüsusi və ümumi
Keyfiyyətcə və kəmiyyətcə hər bir obyekt öz-özlüyündə
ayndır, başqa ayrılardan fərqli ayrıdır. Lakin bu aynlıq nisbidir.
Hər bir ayrının varlığı başqa ayrılar ilə əlaqədədir. Ona görə də
birinin dərk edilməsi başqası haqqında biliyin qazanılmasını
təmin edir. Hər bir ayn əksliklərin vəhdəti deməkdir, o eyni
vaxtda həm təkdir, həm də ümumidir.
Əl-Fərabi ümumi və tək şeylər haqqında demişdir: «Ümumi
şeylər, yəni universalilər yalnız tək şeylərin mövcudluğu
nəticəsində yaşayırlar, ona görə də onlann mövcudluğu
aksidentaldu*. Ancaq mən belə fikir söyləyəndə nəzərdə tuturam
ki, universali- nin özü aksidensiyadır; buradan isə belə bir
nəticənin çıxanlması qaçılmaz olur ki, substansiyanın ümumi
anlayışlan da aksidensi- yadu*, ona görə də sadəcə olaraq
göstərirəm ki, onlann yalnız həqiqi, əsl varlığı aksidentaldır».“*^
Hər bir əşyanın müəyyənlik kimi tək ona xas olan
təkrarolunmaz əlamətləri və xasiyyətləri var, bir də onu çoxlu
başqa əşyalarla birləşdirən ümumi əlamətləri var. Deməli, «tək»
yalnız bu obyektə xas olan təkrarolunmaz xassələri ifadə edən
kateqoriyadır, «ümumi» isə bəzi obyektlər cəmində təkrar
olunan xassələri ifadə edən kateqoriyadır. Buradan belə nəticə
çıxır ki, tək və ümumi gerçəklikdə xassələri olduqları əşyalardan
ayrı müstəqil mövcud deyil. Müstəqil olaraq yalnız tək və
ümuminin, təkrar olunan və olunmayanın vəhdəti kimi çıxış edən
ayrı (əlahiddə) mövcuddur.
^ Ajı-OapaÖM. EcTCCTBCHHO-HayHHbie TpaKxaTbi. c.,396.
48
Dostları ilə paylaş: |