düşür. O, deyirdi ki, məkan və zaman materiyasız bizim beynimizdə
mövcud olan boş, mənasız, mücərrəd anlayışdır.
Məkan adətən belə başa düşülür: mütləq (absolyut) ölçü
(boy, uzunluq, en); bütün cisimləri özündə yerləşdirən və
onlardan asılı olmayan boşluq (Demokrit, Epikur, Nyüton və
b.); materiyanın və efirin ölçüsü (Aristotel, İbn Sina, Dekart,
Spinoza) və yaxud materiyanın varlıq forması (Holbax, Engels);
obyektlərin mövcudluq və qarşılıqlı düzülüş qaydası (Leybnis);
duyğulann və təcrübənin verdiyi məlumatlann kompleksi
(Berkli, Max) və yaxud hissi müşahidənin aprior forması
(Kant).
İndiki dövrdə «kibernetik məkan» deyilən anlayış meydana
gəlib. Belə məkan müasir rabitə (kommunikasiya) vasitələri
əsasında yaranır və virtual reallığı özündə birləşdirir, elektron,
xüsusən kompüter rabitə vasitələri (məsələn, internet)
şəbəkəsinin köklü surətdə genişlənməsi sayəsində hamı üçün
mümkün sahəyə çevrilir.
İnformasion-kompüter texnologiyasının təsiri altında
ümumiyyətlə sosial məkanın strukturu dəyişir. Coğrafi
faktorların sosial münasibətlərə təsiri getdikcə azalır.
İnformasiya mübadiləsi üçün zəruri olan vaxt da azalır,
transaksiyanm həcmi və tezliyi artır. Coğrafi məkanın
əhəmiyyəti azaldıqca milli və beynəlxalq eyniliyin
(identikliyin) quraşdırılmasında informa- sion məkanın rolu
artır.
Peyk rabitə vasitəsinin köməyi ilə mobil telefon, telefaks,
internet ilə Yerin istənilən nöqtəsində olan abonentlə əlaqə
yaratmaq olar. Ən yeni texnologiya milli sərhədlər tanımayan
elə körpülər yaratdı ki, onların vasitəsilə informasiya maneəsiz
olaraq fiziki maneələri və dövlət sərhədlərini keçir. Yeni qlobal,
vahid kibernetik məkan yaranır.
Zaman belə başa düşülür: materiyanın mövcudluq müddəti
və dəyişməsi ölçüsü (Aristotel, İbn Rüşd, Dekart, Holbax) və
yaxud materiyanın varlıq forması, onun dəyişmə müddətini və
ardıcıllığını ifadə edən anlayış (Engels, Lenin); keçici vaxt kimi
mütləq əbədiliyin təzahür forması (Platon, əl-Qəzali, He- gel);
bütün Kainat üçün eyni olan mütləq vaxt (Nyüton); şeylərin
nisbi xassəsi, hadisələrin ardıcıllıq qaydası (Leybnis); duy
43
ğu komplekslərini qaydaya salmaq forması (Berkli, Yum, Max)
və yaxud hissi müşahidələrin aprior forması (Kant); zamanın
geriyə dönməzliyi.
Müxtəlif mədəniyyətlərdə zaman haqqında müxtəlif
təsəvvürlər olmuşdur. Bir çox mədəniyyətlərdə zaman
dövrüdür, yəni tarix hadisələrin zəncirvari sonsuz olaraq
təkrarından ibarətdir. Başqa mədəniyyətlərdə zaman keçmiş ilə
gələcək arasında salınmış elə yoldur ki, bütün xalqlar və
cəmiyyətlər oradan keçəcəklər. Elə mədəniyyətlər də var ki,
orada insan həyatı stasionar (sabit, dəyişməz) hesab edilir: biz
gələcəyə yaxınlaşmırıq, əksinə, gələcək bizə yaxınlaşır. Bəzi
cəmiyyətlər keçmiş ilə yaşayır, bəziləri isə tamamilə gələcək
tərəfindən mənimsənilə bilər.
Klassik elmdə əsas diqqət zamandan asılı olmayan qanunlara
yönəldilirdi. Belə zənn edilirdi ki, sistemin sərbəst seçilmiş ani
vəziyyəti dəqiq ölçülən kimi dönən qanunlar sistemin
gələcəyini əvvəlcədən demək və keçmişini tamamilə bərpa
etmək imkanı verir.
Antik dövrdə Heraklit ilk dəfə olaraq zamanın ziddiyyətli
təbiətini göstərmişdir. Zamanın dialektikası keçmişin indiki
dövrdə eyni vaxtda həm mövcud olması və həm də olmaması
deməkdir. İndiki hər bir vəziyyət eyni vaxtda keçmişin sonu və
indinin başlanğıcıdır, yəni hansısa fasiləsizlik və bununla yanaşı
keçmiş ilə indi arasında müəyyən sərhəddir. Lakin bu sərhədd
hiss edilməzdir. Hər bir indi mövcud olan meydana gələn kimi
də keçmişdə yox olur və indiki olmur. Gələcək yaxınlaşaraq
indi olur. Lakin indinin yaranması eyni zamanda onun keçmişə
çevrilməsidir. Keçmiş ölüb keçsə də indidə yaşayır.
Zamanın daxilən ziddiyyətli olması haqqında hələ Bibliyada
yazılmışdır: «Hər şeyin öz vaxtı var və hər şeyin vaxtı da göyün
altındadır: doğulma vaxtı, ölmək vaxtı; əkmək vaxtı, əkiləni
yığmaq vaxtı; dağıtmaq vaxtı, qurmaq vaxtı; ağlamaq vaxtı,
gülmək vaxtı; gileylənmək vaxtı, rəqs etmək vaxtı; daş atmaq
vaxtı, daşı yığmaq vaxtı; qucaqlamaq vaxtı, qucaqlamaqdan
imtina etmək vaxtı; axtarmaq vaxtı, itirmək vaxtı; yığıb
saxlamaq vaxtı, atmaq vaxtı; cırmaq vaxtı, tikmək vaxtı;
44
susmaq vaxtı, danışmaq vaxtı; sevmək vaxtı, nifrət vaxtı; müharibə
vaxtı, sülh vaxtı».^’
Aristotelə görə gələcək həmişə indiki zamana təsir göstərir.
Onun fikrincə zaman dəyişgənliyin ölçüsüdür. Aristotel deyirdi
ki, zaman öz-özlüyündə hərəkətin daxilində olan kəmiyyət
müəyyənliyidir, çünki insan harada heç bir dəyişikliyi qəbul
etmirsə, ona elə gəlir ki, orada heç bir zaman olmayıb.
Aristotelin fikrinə görə zaman bir ədəd olaraq hərəkətin hər
hansı bir vəziyyəti və yaxud xassəsidir.
Fəaliyyətə aristotelçi kimi başlayan müsəlman peripatetikləri
yalnız Allahın zaman xaricində olduğunu təsdiq edir, bütün ya-
radılanlann isə əvvəli və axın olduğunu göstərirdilər. Məsələn,
İbn Rüşd deyirdi ki, əgər Allah «dünyadan əvvəl olursa, bu
zaman daxilində deyil, səbəb kimi baş verin>. «...Əgər zaman
əbədidirsə, onda hərəkət də əbədi olmalıdır, çünki zamanı
hərəkətsiz başa düşmək mümkün deyil. Əgər hərəkət
əbədidirsə, onda hərəkət edən də əbədidir, hərəkətə gətirən də
mütləq əbədi olmalıdır. Lakin belə sübut qüsurludur, belə ki.
Böyük Allah zaman daxilində ola bilməz, dünya isə olur; həmin
səbəbə görə Yaradanı dünya ilə müqayisə edərkən demək
düzgün olmaz ki. Yaradan ya dünya ilə eyni vaxtda olub, ya da
zaman etibarilə dünyadan əwəl səbəb kimi mövcud olmuş.
Çünki əbədi olan zamandan kənarda, dünya isə zaman daxilində
möv- cuddur».**“
Bəşəriyyət tarixində elə dövr olmuşdur ki, dünyanın müxtəlif
regionlarında eyni vaxtda böyük mədəniyyətlər yaranmiş- dır.
Belə dövrü K.Yaspers «ox zamanı» («məhvər zamanı»)
adlandırır. Həmin dövr e.ə. 800-200-cü illəri əhatə edir. Çində,
Hindistanda, Babilistanda, Misirdə və Yunanıstanda eyni
vaxtda böyük mədəniyyətlər meydana gəlib.
Bir çox filosoflar ümumiyyətlə indiki zamanın olmadığını
israrla sübut etməyə çalışırlar. Məsələn, J.P.Sartr göstərirdi ki,
zamanın üç əsas «ünsürü»nü - keçmiş, indi və gələcəyi əldə
Библия. Экклезиаст. 3:1-8.
Аверроэс. Опровержение опровержения. Киев-СПб. 1999, с.58.
45
Dostları ilə paylaş: |