cəhətdən Amerika filosofu və sosioloqu T.Parsonsun dedikləri
diqqətə layiqdir: «Metodologiya elmi müddəa və sistemlərin
doğruluğunun ümumi əsaslarını nəzərdən keçirir. Öz-özlüyündə
metodologiya nə təmiz elmi, nə də təmiz fəlsəfi fənn deyil.
Əlbəttə, o elə sahədir ki, orada elmi sistemlər doğruluq
dərəcəsini əsaslandırmaq üçün fəlsəfi tənqidə məruz qalırlar.
Lakin eyni zamanda bu həm də elə sahədir ki, elmi müddəalann
doğruluğunun lehinə və yaxud əleyhinə irəli sürülən fəlsəfi
dəlillər elə elmin öz məlumatlan işığında tənqid edilir. Əgər
fəlsəfənin elm üçün əhəmiyyəti varsa, ədalət naminə göstərmək
lazımdır ki, elmin də fəlsəfə üçün əhəmiyyəti van>.^^
Filosoflar arasında belə bir fikir də var ki, metodologiya
fəlsəfənin bir momenti, hissəsidir. Digər tərəfdən isə
metodologiya fəlsəfədən ayrılıb və müstəqil inkişaf edibdir.
Lakin metodologiya fəlsəfədən imtina etməyib. Hər bir
görkəmli filosof öz ehtiyacına uyğun olaraq özünün xüsusi
metodologiyasını yaradır. Beləliklə, iki tip metodologiya
mövcuddur: müstəqil intellektual fənnə çevrilən professional
metodologiya və fəlsəfə çərçivəsində yaranmış metodologiya.
Elmi idrakda dialektikanın böyük rolu var. Dialektika
ehkam- çılığa (doqmatizmə) və durğunluğa qarşı çıxır,
təfəkkürün çevikliyini tələb edir. Dialektika elə təlimdir ki, hər
şeyin daim inkişafda və hərəkətdə^lduğunu əsas götürür. Bu
mənada onun ciddi metodoloji əhəmiyyəti var.
Fəlsəfi metodologiyaya adətən aşağıdakı funksiyaları daxil
edirlər:
qnoseoloji-məntiqi
funksiya;
əlaqələndirici
(koordinasiya) və birləşdirici (inteqrasiya) funksiya; evristik
funksiya.
Marksizmə görə qnoseoloji-məntiqi funksiyanın əsas
məqsədi elmi idrakın universal metodunun hazırlanmasıdır.
Lakin müasir dövrün bir çox görkəmli alimləri məsələnin belə
qoyuluşu ilə razılaşmır və göstərirlər ki, elmdə ümumiyyətlə
universal metod ola bilməz.
Biliyin həqiqi olması üçün məntiq qanunlarına əməl
olunmalıdır. Xüsusi elmlər təfəkkürü, onun qanunlarını və
mənti-
Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000,
с.69.
31
qin kateqoriyalannı ayrıca öyrənmirlər. Lakin bununla yanaşı
onlar həmişə məntiqi-qnoseoloji üsulların hazırlanması zərurəti
ilə qarşılaşırlar. Bəzi müəlliflərin fikrincə bu üsullar mütləq
empirik biliyə əsaslanmalıdır. Məsələn, T.Parsons təsdiq edirdi:
«...Mübaliğəsiz olaraq deyə bilərik ki, təxminən Lokkdan
başlayaraq müasir qnoseologiyanın baş problemi məhz empirik
elmin müddəalannın düzgünlüyünün fəlsəfi əsasları haqqmda
məsələ olmuşduD).^*
Əlaqələndirmə (koordinasiya) funksiyasının mahiyyəti elmi
tədqiqatlar prosesində metodların qarşılıqlı münasibətini
tənzimləməkdən ibarətdir. «İnteqrasiya» termini isə ayn-ayn
hissələri bütöv halında birləşdirmək mənasında bir çox elmlərdə
və praktikada işlədilir və fəlsəfi anlayış kimi özünə yer tapır.
Evristik funksiya isə elmi biliklərin formalaşmasına, o
cümlədən elmi kəşflərdə yeni idrak formalannm aşkar
edilməsinə yönəldilmişdir. Proqnozlaşdırma funksiyası da belə
anlamda evristik funksiyanın tərkib hissəsi olur.
Fəlsəfəni yalnız indi mövcud olan, hal-hazırkı gerçəklik
deyil, eyni zamanda həm keçmiş, həm də gələcək, mümkün olan,
lazım olan da maraqlandırır. Gələcəkdə geniş imkan dairəsini
müəyyənləşdirməyə, inkişafın ən perspektiv tendensiyalarını
üzə çıxarmağa yönəldilmiş evristik-proqnostik funksiyanın
əhəmiyyəti daha da güclənəcək.
Amerika filosofu Y.Adams «Bu gün fəlsəfənin missiyası»
kitabında haqlı olaraq yazır ki, müasir sivilizasiyaya baxışda
fəlsəfənin vəzifəsi təfəkkür mədəniyyətinin səhvlərini tənqidi
analiz etməkdir. Onun fikrincə təfəkkür mədəniyyətində səhvləri
mədəniyyətin dağılmasına, sosial və fərdi patalogiyaya gətirib
çıxara bilər. Təəssüf ki, fəlsəfə indi mədəniyyətin tənqidçisi və
yenidən qurulması missiyasını yerinə yetirmir. Bu onunla izah
edilir ki, elmin müasir sivilizasiyada aparıcı rol oynadığı şəraitdə
bir sıra filosoflar (xüsusən ingilisdilli) elmin qaldırdığı
problemlərə daha çox meyl göstərirlər.
Т.Парсоис. O структуре социального действия. M.. «Академический
Проект», 2000, с.68.
32
4.
Əsas fəlsəfi anlayışlar (kateqoriyalar)
4.1.
Kateqoriya anlayışı
Məlumdur ki, hər bir elmdə ilkin, əsas anlayışların
(kateqoriyaların) birliyi mövcuddur. Bu fəlsəfəyə də aiddir.
Fəlsəfi kateqoriyalar ən ümumi, fundamental anlayışlardır.
Əl-Fərabi demişdir: «Ağılla dərk edilən mahiyyətin hər bir
mənasının şeyləri xarakterizə edən ifadəsinə biz kateqoriya
deyirik».”
Kateqoriya (yun.«kateqoriya» - fikir söyləmək, sübut)
ümumiyyətlə anlayış deməkdir.
Fəlsəfə tarixində Aristotel, Hegel və Marks ən böyük kate-
qorioloq olmuşlar. Bütün dövrlərin filosofları bu və ya digər
dərəcədə həmin məsələyə toxunmuşlar.
Göstərmək lazımdır ki, fəlsəfi anlayışlar plastik (istənilən
şəkilə salma bilən), dinamik və qeyri-sabitdir; onların məzmunu
zaman-zaman müxtəlif fəlsəfi cərəyanlar yarandıqca dəyişir,
fəlsəfədə iz qoyan mütəfəkkirlərin düşüncə tərzindən və
zövqündən asılı olaraq yeniləşir. Lakin bütün bu dəyişgənliyə
baxmayaraq fəlsəfi anlayışlar bəşəriyyətin öz qarşısına qoyduğu
əsas problemləri başa düşmək qabiliyyətini saxlayır.
Elmdən fərqli olaraq fəlsəfədə köhnəlmiş anlayışlar yoxdur,
onlar kənara atılmır və əsrlərcə öz həyati qüvvəsini saxlayır.
Köhnə, ilk baxışda tarixə qovuşan terminlər yenidən fəlsəfəyə
qayıdır.
Marksist filosoflann dediyinə görə fəlsəfi kateqoriyalar
hərəkət formalarının hamısına xas olan tərəfləri, xassələri və
münasibətləri əks etdirir. Kateqoriyalar vasitəsilə insanların
elmi tədqiqat və praktiki fəaliyyət nəticəsində əldə etdikləri
material başa düşülür, izah edilir, obyektin ən ümumi xasiyyəti
aydınlaşdırılır. Kateqoriyalann əksəriyyətində predmet və
proseslərin ayn-ayn tərəfləri və xassələri əks olunur: keyfiyyət,
əkslik, məzmun, forma və s. Bəzi kateqoriyalar çox genişdir:
materiya, hərəkət, inkişaf, məkan, zaman. Varlıq kateqoriyası
isə bu kateqoriyalar ilə müqayisədə daha geniş anlayışdır.
29
Ал-Фараби. Естественно-научные трактаты, с.358.
33
Dostları ilə paylaş: |