obyekt mürəkkəb, çoxpilləli struktura, öz təşkilatına malikdir.
Obyekt özündə müxtəlif qəbildən olan mahiyyətləri, üzdə
özlərini müxtəlif şəkildə göstərən dayaz və yaxud daha dərin
mahiyyətləri birləşdirir. Mahiyyətin nisbiliyi nəinki yalnız
obyektin mürəkkəb strukturu, onun xassə və əlaqələrinin
tükənməzliyi ilə, həm də onun fasiləsiz dəyişməsi ilə şərtlənir.
Bu dəyişmə isə obyektin iki əsas tərəfinin - təzahür və
mahiyyətin qarşılıqlı münasibətlərinin dəyişməsinə gətirib
çıxanr.
Bütün böyük filosoflar bu və ya digər dərəcədə mahiyyət və
təzahür kateqoriyaları haqqında yazmışlar. Məsələn, Aristotel
ən yüksək hesab etdiyi on kateqoriya sırasında mahiyyət
kateqoriyasını xüsusi qeyd edirdi. Onun dediyinə görə qalan
doqquz kateqoriya öz dəyərini məhz mahiyyət kateqoriyasından
alır. Aristotel duyğularla qavranan mahiyyəti mücərrəd fikri
mahiyyətdən fərqləndirirdi. Duyğularla qavranan mahiyyəti o,
real mövcud olmaq və yaxud individium (fərd) ad- landınr
(«birinci mahiyyət»), fikri mahiyyəti isə növ və cins adlandırır
və məntiq kimi tədqiq edirdi («ikinci mahiyyət»). «İkinci
mahiyyət» «birinci mahiyyət»ə münasibətdə keyfiyyəti
quraşdırır, yəni mahiyyətin bəzi müəyyənliyini göstərir.
«Birinci mahiyyət» Aristotelə görə varlığın ilk əsası və bu varlıq
haqqında fikirdir. Beləliklə, Aristotelin fikrincə, mahiyyət
əhəmiyyətinə görə daha tutumlu məvhum olaraq keyfiyyəti
hissə, tərəf, bütövün təsviri kimi özünə daxil edir.
Hegel özünün «Məntiq» əsərini «varlığın həqiqəti mahiyyət-
dİD>
sözləri ilə başlayır. Mahiyyət öz inkişafında bir çox başqa
kateqoriyalan yaradır: forma və məzmun, imkan və gerçəklik,
təsadüf və zərurət və b.
4.9.
Məzmun və forma
Şeyin məzmunu onun bütün elementlərinin cəmi, qarşılıqlı
təsiri və dəyişməsidir. Şeyin məzmununa yalnız onun
elementlərinin bir-biri ilə qarşılıqlı təsiri, yəni daxili qarşılıqlı
təsiri deyil, həm də şeyin xarici qarşılıqlı təsiri, yəni onun başqa
obyektlərlə qarşılıqlı əlaqəsi də daxildir. Məsələn, atomun
məzmununa onun nüvəsi, elektronlar, onlann arasındakı
qarşılıqlı təsir, həm də
55
atomun real mövcud olan xarici qarşılıqlı əlaqəsi daxildir.
İncəsənət əsərinin məzmunu onun ideyası və mövzusunun
vəhdətdə götürülmüş cəmidir.
Şeyin forması onun elementləri arasında mövcud olan sabit
əlaqələrin təşkil olunmasıdır. Məsələn, incəsənət əsərinin
forması hər şeydən əvvəl onun kompozisiyası, süjeti və dilidir.
Hər bir sistemin həm məzmunu, həm də forması var.
Dialektik təlimə görə heç vaxt, heç bir şəraitdə və heç bir yerdə
formasız məzmun və məzmunsuz forma olmur. Üzvi əlaqədə
olan məzmun və forma şeyin əks tərəflərini təşkil edir.
Məzmunun müəyyənedici tendensiyası (meyli) dəyişgənlik,
formanınkı isə sabitlikdir. Forma çərçivəsində sanki məzmunun
fəallığı, çevikliyi özünü göstərir. Bununla yanaşı formanın da
fəallığını xüsusi qeyd etmək lazımdır, çünki forma öz tərəfindən
məzmunun inkişafına böyük təsir göstərir.
Strukturu, elementlərin daxili əlaqəsini məzmundan xaric
etsək məzmun parçalana bilər. Məsələn, su yalnız o zaman
məzmun (eyni zamanda forma) qazanır ki, hidrogen və oksigen
müəyyən şəkildə qarşılıqlı əlaqədə olur, struktur cəhətdən təşkil
edilir. Bu isə o deməkdir ki, daxili qarşılıqlı əlaqə, struktur
məzmunun zəruri momentidir, bunsuz məzmun mövcud ola
bilməz.
Platonun sistemində forma ümumi anlayış, ideyadır (yun.
«eydos» - görünüş obraz). Sərbəst, əşyalar dünyasından asılı
olmayaraq mövcud olan ideyalar əbədi və dəyişməz
mahiyyətlərin xüsusi dünyasını təşkil edirlər. Aristotelə görə
forma hər şeyin varlığının əsasıdır, yəni materiyasız
mahiyyətdir. Forma həm də materiyanın səbəbidir, yalnız
formanın sayəsində materiya müəyyənlik qazanır. Aristotel
nəticə çıxarır ki, Allah bütün formaların formasıdır.
Materiyanın dəyişməsi fəallığın ideal daşıyıcısı olan forma ilə
müəyyənləşir. Hegel isə forma və məzmunu eyniləşdirir.
Bir çox hallarda forma dedikdə eyni məzmunun hissəsi, növü
başa düşülür (məsələn, hərəkətin formaları, şüurun formaları və
s.). Başqa halda isə forma məzmunun mövcudluq vasitəsi, onun
ifadəsi hesab edilir.
56
Platon, Aristotel, Hegel göründüyü kimi formanı maddi
olmayan başlanğıc kimi başa düşür, onun müəyyənedici fəal
rolunu qeyd edir və mahiyyət, qanun ilə eyniləşdirirdilər.
Kant isə «forma» dedikdə ilk növbədə təfəkkürün formala-
nnı, daha dəqiq desək, onun strukturunu başa düşür, çünki
söhbət təfəkkürün daxili qanunauyğunluqlarından gedir.
Kateqoriyanın özü isə fikrin təmiz subyektiv, aprior mənşəyi
olan forması (strukturu) kimi çıxış edir.
4.10.
Səbəb və nəticə. Determinizm
Səbəb-nəticə əlaqələri universal əlaqənin bir növüdür. Səbəb
(lat. causa) deyəndə elə hadisə başa düşülür ki, onun fəaliyyəti
başqa bir hadisəni meydana gətirir, dəyişdirir və öz arxasınca
aparır; yaranan yeni hadisə isə nəticədir. Səbəb və nəticə
arasındakı əlaqəni səbəbiyyət və yaxud səbəb-nəticə əlaqəsi
adlandınrlar. Əgər müə)^ən qarşılıqlı təsir varsa, belə halda
uyğun dəyişikliyin olması labüddür. Məsələn, hidrogen oksigen
ilə qarşılıqlı təsirdə olarkən uyğun şərait varsa su yaranır.
Əgər gercəklikdəki şeylər arasında əlaqə nəzərdən keçirilirsə,
başqasını izah edən bir hadisə onun səbəbi və yaxud, əgər idrak
prosesində ideyaların əlaqəsi nəzərdə tutulursa onun əsası
adlana bilər. Bu tamamilə mücərrəd tərif olduğu üçün burada
heç bir problem yaranmır. Səbəb və nəticə, əsas ilə əsaslandın-
lan arasındakı əlaqəni hansı qaydalar ilə müəyyənləşdirmək
məsələsi meydana çıxanda ciddi problemlər yaranır. Bu
əlaqənin müxtəlif mümkün formalarından müxtəlif səbəbiyyət
kon- sepsiyalan ortaya çıxır.
Çox az hallarda nəticə bir səbəbdən asılı olur, çox hallarda
natamam determinizm heç vaxt olduğu kimi yenidən təkrar
olunmayan xüsusi situasiyada müntəzəm olaraq baş verir. Eyni
nəticə müxtəlif səbəblərin təsiri sayəsində yarana bilər. Nəticə
üçün zəruri olan səbəblər əsas səbəblərdir, çünki onlarsız nəticə
ola bilməz.
Fəlsəfə tarixində səbəbiyyət haqqında müxtəlif fikirlər
olmuşdur. Onlardan bir neçəsini göstərək.
İngilis filosofu Devid Yum (1711-1776) yazırdı ki, təsir
səbəbdən köklü surətdə fərqlənir və ondan sonra gəlir; buna
görə də heç vaxt səbəbdə tapıla bilməz. Hegel isə tamamilə əks
57
Dostları ilə paylaş: |