Dialektik materializmə görə həm zərurət, həm də təsadüf
obyektiv xarakter daşıyır və səbəblə şərtlənirlər. Obyektiv
əlaqələrin bu iki növü səbəbin xarakterinə görə fərqlənirlər.
Zərurət və təsadüf bir-biri ilə qırılmaz bağlarla əlaqədədir və
müəyyən şəraitdə bir-birinə keçirlər - zərurət təsadüfə, təsadüf
zərurətə çevrilir. F.Engels təsadüfi zərurətin təzahür forması
adlandırırdı. Zərurət bilavasitə hissi qavrayışla qəbul edilmir,
çoxlu təsadüfi xassə və əlaqələrdən keçərək özünə yol açır. Elm
yalnız zərurəti açaraq qanunauyğun əlaqə və münasibətləri dərk
etməyə başlayır, uyğun qanunları formalaşdırır. Zərurəti
açmadan təbiət və cəmiyyətdəki qanunauyğunluqları dərk
etmək mümkün deyil.
Marksist fəlsəfəyə görə zərurət kateqoriyası qaçılmaz (labüd)
olaraq başqa cür yox, məhz bu şəkildə baş verməli olan bu və ya
başqa hadisənin mütləq meydana gəlməsini və inkişafını
şərtləndirən əlaqəni əks etdirir. Lakin təsadüf kimi o da təmiz
şəkildə mövcud olmur: təsadüf zərurətin əsasında baş verir. Ona
görə də təmiz şəkildə zərurəti qəbul etmək onu
ideallaşdırmaqdır, bir sıra təsadüfi faktlardan təcrid olunmaqdır.
Belə ideallaşdırma, dinamik qanunauyğunluqlarda (sərt deter-
minasiya qanunauyğunluqlarında) baş verən zərurəti əks etdirən
mexanikada və klassik fizikada asanlıqla həyata keçirilsə də,
yalnız çoxlu təsadüfi hadisələrin ümumiləşdirilməsi əsasında
üzə çıxarıldığı mürəkkəb, xüsusən sosial hadisələrin dərk
edilməsində həyata keçirilə bilməz. Məsələn, demoqrafiya və
miqrasiya proseslərində, hər bir ayrı hadisə bütövə münasibətdə
təsadüf hesab edilir. Lakin bir yerdə götürüləndə bu proseslər
sabit, təkrar olunan zəruri meyllər (tendensiyalar) kimi çıxış
edirlər.
Bəzi filosoflar çox hallarda zərurəti qanun və yaxud
qanunauyğunluq ilə eyniləşdirirlər. Bu halda xarici asılılıq
zərurət sahəsindən kənar edilir, zərurətə yalnız daxili faktor kimi
baxılır; təsadüf isə qanun çərçivəsinə girməyən xarici hadisələr
hesab edilir.
Klassik fizika fundamental prosesləri determinasiya olunan
və dönmək qabiliyyəti olan proseslər kimi tədqiq edirdi. Tə-
61
sadüf və yaxud zərurət ilə əlaqədə olan proseslər ümumi
qaydadan təəssüf doğuran istisna hesab edilirdi. Lakin son
onilliklərdə təbiətşünaslıqda əhəmiyyətli dəyişikliklər baş verdi.
Nəticə etibari ilə biz indi daha dərindən anlayınq ki, elementar
hissəciklərdən başlamış kosmologiyaya qədər bütün səviyyələrdə
təsadüf və zərurət mühüm rol oynayır və bunun əhəmiyyəti
biliklərimiz genişləndikcə daha da artır. Bu kateqoriyalara indi
istisna kimi yox, ümumi qayda kimi baxılır.
4.12.
İmkan və gerçəklik
Keçmişin, indinin və müəyyən şərait olarsa gələcəkdə baş
verəcəklərin
dialektikası
«gerçəklik»
və
«imkan»
kateqoriyalarında əks olunur.
İmkan kateqoriyası hadisənin təşəkkül tapmasının elə
mərhələsini əks etdirir ki, hadisə hələ müəyyən gerçəkliyə aid
olan ilkin şərt və yaxud tendensiya (meyl) şəklində mövcud olur.
Ola biləcək, lakin hələ olmayan imkandan fərqli olaraq, gerçəklik
artıq baş vermiş şeydir, yəni imkanın həyata keçməsi və yeni
imkanlann yaranması üçün əsasdır.
Gerçəkliyə çox vaxt bizdən kənarda mövcud olan təbiət,
maddi dünya, yəni obyektiv mövcud olan iş kimi tərif verilir.
Lakin bu o qədər də dəqiq tərif deyil, çünki gerçəklik maddilik ilə
məhdudlaşmır. İmkan adətən gerçəkliyin inkişafında yeninin
ilkin şərti (potensiyası və yaxud tendensiyası) kimi başa düşülür.
Başqa sözlə, gerçəklik elə bil ki, özünün daxili potensiyasını
imkandan keçərək üzə çıxarır. İmkanın olması sonrakı inkişaf
yolunun olmasıdır. Bu mənada imkan gələcəyin indiki zamanda
olmasıdır, yəni bu gün mümkün olmayan şey müəyyən şərait
yaranarsa sabah gerçəkləşə bilər.
İmkan və gerçəklik bir-birinin əksi olsa da, dialektik vəhdət
təşkil edirlər. Gerçəklik zəminində yaranaraq və gələcəyi indiki
zamanda təmsil edərək, imkan bu yolla özünün gerçəkliyə əks
olmasının nisbiliyini aşkar edir. Çünki hər bir hadisənin inkişafı
onun meydana gəlməsi üçün lazım olan ilkin şərtin yetişməsin-
62
dən, yəni müəyyən şərait olarsa həyata keçə bilən imkanın
mövcudluğundan başlayır.
Yalnız gerçəkliyin dərindən öyrənilməsi insana kömək edir
ki, imkanlan aşkar etsin, perspektivi düzgün qiymətləndirsin və
özünün əməli fəaliyyətində bu biliyə istinad etsin.
İmkanın aşağıdakı növləri var: real və formal, konkret və
mücərrəd, keyfiyyət və kəmiyyətə görə və s. imkanlar.
4.13.
Əlaqə və münasibətlər anlayışı
Dünyada əşya və proseslər arasında sonsuz dərəcədə
müxtəlif əlaqələr mövcuddur. Konkret əlaqələrin öyrənilməsi
ilə xüsusi elmlər məşğuldur. Fəlsəfə isə bu əlaqələri
ümumiləşdirib şərh etmək üçün konkret elmlərin məlumatına
əsaslanır.
Əşya və hadisələr sadəcə olaraq yan-yana yaşamır, həm də
bir-birinə qarşılıqlı olaraq təsir göstərir. Əgər əşyalar bir-birinə
birbaşa təsir göstərirlərsə, onlar arasındakı əlaqə bilavasitə ola
bilər. Əgər bu qarşılıqlı təsir əlavə tərəflər vasitəsilə yaradılırsa
əlaqə birbaşa olmaya da bilər.
Ən geniş mənada «əlaqə» və «münasibət» anlayışları eynilik
təşkil edirlər. Münasibətlər maddi və ideal, genetik və aktual,
məkan və zaman içərisində və s. ola bilər. Onlar insanın
subyektiv fəaliyyətinin məhsulu da ola bilər və insan şüurunun
yaratdığı obyektlər arasında əlaqə kimi də çıxış edə bilər.
Obyektlərin bir-birinə təsiri nəticəsində yaranan və onlann
qarşılıqlı dəyişməsini təmin edən əlaqəyə adətən qarşılıqlı təsir
deyilir. «Qarşılıqlı əlaqə» və «qarşılıqlı təsir» kateqoriyalan
üzvi surətdə əlaqədə olsalar da onların hər birinin spesifik
məzmunu var. Birinci haqqında danışanda - sabitlik, ikinci
haqqında söhbət gedəndə - dəyişgənlik momenti əsas götürülür.
Əgər «əlaqə» kateqoriyasında əşyalar arasındakı asılılıq
təsdiq edilirsə, «qarşılıqlı təsin> kateqoriyası isə nəinki təkcə
əşyalar arasındakı əlaqəni, həm də onlann bir-birinə qarşılıqlı
təsiri və bu təsirin nəticəsində dəyişmələrini ifadə edir. Məsələn,
cəmiyyət və təbiət, subyekt və obyekt, nəzəriyyə və praktika
sadəcə olaraq qarşılıqlı əlaqədə deyil, onlar həm də qarşılıqlı
təsirdədirlər, bu da həmin tərəflərin dəyişməsinə gətirir.
63
Dostları ilə paylaş: |