mövqedə dururdu. O, deyəndə ki, «səbəb və nəticə eynidİD>,
ona əsaslanırdı ki, təsirdə səbəbdə olmayan şeydən başqa heç nə
yoxdur və əksinə, səbəbdə təsirdə olmayan şeydən başqa heç nə
yoxdur.
Alman
filosofu
F,Nitsşe
(1844-1900)
səbəbin
mövcudluğunu ümumiyyətlə inkar edirdi. Onun fikrincə
mifoloji başlanğıc əvvəldən irrasionaldır (ağlasığmazdır) və
düşüncə vasitəsilə əldə edilən ahəngdarlığa ziddir.
Avstriya fiziki və filosofu M.Şlik (1882-1936) hesab edirdi
ki, səbəbiyyət ontoloji (varlıq) kateqoriyası deyil, məntiqi
kateqoriyadır. İngilis filosoflı B.Rassel (1872-1970) deyirdi ki,
əşyalara aid edilən səbəbiyyət asılılığı kerçəklikdə şeylərin
özündə mövcud deyil, bu keçmişin qalığıdır.
Filosoflar arasında artıq xeyli vaxtdır belə bir fikir yaranıb ki,
bir tərəfdən səbəb ilə nəticə, başqa tərəfdən təməl (əsas) ilə
nəticə arasında fərq var. Səbəb və nəticə anlayışı faktual və
empirik, təməl və nəticə isə konseptual və məntiqi hesab edilir.
Marksist fəlsəfəyə görə maddi birləşmələrin meydana
gəlməsi və inkişafının səbəbi onlann öz daxilindədir və onlan
təşkil edən elementlərin qarşılıqlı təsiri nəticəsində yaranır.
Səbəb bir cismin başqa cismə birtərəfli təsiridir. Yalnız o hadisə
(proses) başqa hadisənin səbəbi adlanır ki, birinci ikincini
doğursun.
Bir çox filosoflar, xüsusən materialistlər hesab edirlər ki, hər
bir obyekt (əşya, xassə, münasibət) başqa obyektlərlə determinə
olunurlar, yəni şərtlənirlər. Ona görə də ayn obyektin səbəbi
üçün onun çoxsaylı əlaqələrindən zəruri olaraq təcrid olunmaq
və elə əlaqəni seçmək lazımdır ki, onun bir tərəfi (səbəb) zəruri
olaraq başqa tərəfini doğurur (nəticə və yaxud təsir).
Səbəb potensial olaraq nəticədən əvvəl gəlir, lakin az və ya
çox sürən elə mərhələ olur ki, səbəb və nəticə bir yerdə mövcud
olur və qarşılıqlı təsir göstərir. Fəqət, qarşılıqlı təsir göstərən iki
tərəfin
hansının
səbəb,
hansının
nəticə
olduğunu
müəyyənləşdirmək həmişə mümkün olmur.
Nəticənin meydana gəlməsi müəyyən hadisəni onun səbəbi
edir. Nəticə başlanğıc nöqtəsi olur və idrak buradan başlayaraq
səbəbi müəyyənləşdirməyə doğru hərəkət edir. Məsələn,
xəstəliyin əlamətləri ilə onun səbəbi, elementar hissəciklərin izi
ilə
58
onlann yaranma səbəbləri müəyyən edilir. Təzahür mahiyyət ilə
şərtləndiyi kimi, nəticə də öz səbəbi ilə şərtlənir.
Səbəb-nəticə əlaqəsinin tədqiqi səbəbin daim təsir
göstərdiyini aşkarlayır. Əgər səbəb varsa, deməli müəyyən
nəticə də var. Belə dinamiklik, istisnalann olmaması idrakı
zərurət kateqoriyasına gətirib çıxarır; zərurət isə əvvəlcə
səbəb-nəticə əlaqəsinin ayrılmaz xassəsi kimi başa düşülür.
Səbəb və nəticənin təhlili göstərir ki, onlar arasındakı əlaqə
zəruri və yaxud təsadüfi xarakter daşıya bilər. Səbəb-nəticə
münasibətlərinin zəruriliyini qəbul edən təlimə determinizm
deyilir.
Bir çox determinizm növləri var. Təcrübi-empirik və yaxud
mexaniki determinizm fizika, kimya, biologiya və başqa təbiət
elmləri tərəfindən öyrənilir. Empirik determinizmə görə bütün
əşya və hadisələrin yaranma səbəbi var; səbəb hissi təcrübədən
kənarda mövcud ola bilməz və təbiətin özündə olur; fövqəltəbii
qüvvə yoxdur; imkan, təsadüf, möcüzə, müstəqil iradə (volya)
inkar edilir; ilk səbəb və mütləq başlanğıc qəbul edilmir; səbəb-
nəticə əlaqəsinin obyektiv zərurəti etiraf edilir. Texnoloji
determinizm insanlann sərbəst fəaliyyətini inkar edir və təsdiq
edir ki, insanın bütün fəaliyyəti məlum daxili səbəblərlə
nizamlanır. Heç bir müstəqil və azad başlanğıc yoxdur.
Bununla yanaşı elmdə sosial, tarixi, coğrafi, bioloji
determinizmin də olduğu göstərilir.
Təbiət və cəmiyyətdə səbəbiyyətin olmadığını göstərən
təlimə indeterminizm deyilir. Bu təlimə görə səbəb müəyyəne-
dici şərt deyil, hadisələrin özündən əvvəl gələn hadisələr ilə heç
bir əlaqəsi yoxdur.
İslam fəlsəfəsində əl-Qəzalinin səbəb və nəticə arasında heç
bir zəruri əlaqə olmadığı. Yaradanın tək olduğu haqqında fikri
müasir indeterminizmə uyğun gəlir.
Volyuntarizm adlanan təlimə görə insan iradəsi (volya)
həyatın apancı qüvvəsidir və başqa səbəb axtarmaq mənasızdır.
İnsanın hər bir hərəkətinin zəruri olduğunu, öncədən
müəyyən edildiyini qəbul edən təlimə fatalizm deyilir. Fatalizm
daha çox əqidə, determinizm isə elm və təcrübə ilə bağlıdır.
59
4.11.
Zərurət, təsadüf və qaçılmazlıq
Səbəb və nəticə arasındakı münasibət iki formada çıxış edə
bilər: zəruri və təsadüfi. Zərurət mövcud şəraitdə mütləq baş
verəcək şeyə deyilir. Təsadüfi belə xarakterizə etmək olar:
təsadüf o şeydir ki, gerçəklikdə baş verə də bilər, verməyə də
bilər. Zərurətin ali təzahür formasına qaçılmazlıq (labüdlük)
deyilir.
D.Yum göstərirdi ki, oxşar hadisələrin daim birləşməsini
müşahidə edən adamlar, onlann gələcəkdə də birləşməsini
gözləməyə məcburdurlar. Zərurət ideyası elə həmin gözləmə
məcburiyyəti deməkdir. Oxşar hadisələrin oxşar səbəblərdən
sonra gələcəklərini gözləyərək biz fikirləşməyə başlayınq ki,
səbəb müəyyən hadisəni baş verməyə məcbur edir. Lakin Yum
soruşur ki, burada zərurət haqqında danışa bilərikmi? Yox,
danışa bilmərik, çünki biz yalnız bir şeyin başqa şeydən sonra
gəldiyini görürük. Biz gözləyə bilmərik, zərurəti nə görə, nə də
ümumiyyətlə hiss edə bilərik.
Ənənəvi olaraq belə hesab edilirdi ki, bütün zəruri olan
şeylər varlığın, əşyanın, onlann daxili səbəbləri ilə bağlıdır.
Zərurət predmet və hadisələrin daxili tərəfinin bir aspektini
ifadə edir; təsadüf isə, əksinə, müxtəlif varlıq növlərinin xarici
xassə və əlamətlərini ifadə edir.
Lakin müasir tədqiqatçıların çoxu müəyyən ediblər ki,
zərurət yalnız daxili deyil, həm də xarici əlaqələr üçün də
xarakterikdir, təsadüf yalnız xarici deyil, həm də daxili
səbəblərlə şərtlənir. Ona görə ki, xarici - yalnız kənardan
gətirilən şey deyil. Xarici - tədqiq edilən daxilin üzdə olan
tərəfidir.
Əgər hər şey səbəblə şərtlənirsə və səbəb-nəticə əlaqəsi
zəruri xarakter daşıyırsa, buradan belə nəticə çıxarmaq olar ki,
təsadüf üçün ümumiyyətlə yer qalmır. Mexaniki determinizm
məhz belə hesab edir və zərurəti səbəbiyyət ilə eyniləşdirir.
Mexaniki determinizmin tərəfdarlan təsadüfi səbəbi məlum
olmayan hadisə hesab edirlər. Əgər səbəb dərk edilirsə, o
zərurətə çevrilir. Beləliklə, təsadüf təmiz subyektiv kateqoriya
olur; zərurət mütləq mənada başa düşülür və bütün baş
verənlərin öncədən müəyyən edilməsi ideyası - fatalizm ilə
ifadə edilir.
60
Dostları ilə paylaş: |