Tək və ümumini eyniləşdirən başqa fikir də geniş yayılıb.
Belə halda ümumi həmcins əşyaların birliyi kimi izah edilir.
«Ümumi» və «tək» kateqoriyalan ilə yanaşı «xüsusi» kateqo- M
riyası da işlədilir. Bu kateqoriya adətən tək ilə ümumini birləşdi- ^ rən
həlqə kimi izah edilir. Xüsusinin özü təkə münasibətdə ümumi kimi,
daha çox ümumiyə münasibətdə daha az ümumi kimi çıxış etdiyi üçün
nisbidir.
Məntiqi ggpektd^ «xüsusi» kateqoriyası obyektin əks
tərəflərinin sintezT^ləkvə ümumi haqqında biliyi ifadə edir.
Təki üzə çıxarmaq üçün nəzərdən keçirilən obyekti mütləq
başqalan ilə müqayisə etmək lazımdır. Lakin praktiki olaraq bu
məsələ həlledilməzdir. Çünki ayn-ayn obyektlərin sayı həddən
artıq çoxdur. Odur ki, praktikada adətən bu və ya digər obyekti
yerdə qalanlann hamısı ilə deyil, yalnız bəzi, müəyyən predmet
və hadisələr ilə müqayisə edirlər. Bununla əlaqədar ümumini
təkə və xüsusiyə qarşı qoymaq zərurəti meydana gəlir. Bir
əşyanın başqalan ilə müqayisə edilməsi gedişində onlann
arasındakı oxşarlıq və fərqlər aşkar edilir. Üzə çıxanlan oxşarlıq
ümumi kimi, fərqlər isə xüsusi kimi nəzərdən keçirilir. Deməli,
tək həmişə xüsusi rolunda çıxış edir, əşyanı və onun təzahürünü
müqayisə olunduğu başqalanndan fərqləndirir.
Ümumi təkrar olunan bu və ya digər dərəcədə (həmişə doğru
və tam olmasa da) obyektdə əsas və əhəmiyyətli olanı əks
etdirir, buna görə də tək ümumi ilə nəinki əlaqədədir, həm də
ondan asılıdır. Məsələn, insanın fərdi xassələri bütün insanlar
üçün ümumi olan xassələr (əmək qabiliyyəti, mücərrəd təfəkkür,
aydın nitq) əsasında formalaşır. Odur ki, ümumi müəyyənedici
əhəmiyyət kəsb edir.
Mahiyyət həmişə təzahürlərdə ümumi kimi çıxış edir. Lakin
hər bir ümumi əsas deyil, o ümumi, lakin əsas olmayan, təsadüfi
xassələri ifadə edə bilər. Ona görə də «ümumi» kateqoriyası
«mahiyyət» kateqoriyasından daha genişdir, bəzi hallarda isə
uyğun deyillər. Mahiyyət ümumidə hərtərəfli əhatə olunmur,
çox hallarda isə təhrif olunur (ümumi əsas olmayanda).
49
/
4.6.
Bütöv və hissə
Əşya sistem kimi, qarşılıqlı əlaqədə olan elementlərin
vəhdəti kimi «bütövdür»y onu təşkil edən elementlər isə «hissə»
kimi çıxış edir. Hissə başqa törəməyə daxil və onun məzmunu
və formasının momenti kimi çıxış edən törəmədir. Bütöv isə elə
törəmədir ki, başqa törəmələri özünün qarşılıqlı əlaqədə olan
elementləri kimi birləşdirir və onu təşkil edən hissələrdə
olmayan xassələrə malikdir.
Obyektin bütöv kimi dərk edilməsi bu obyektin xassələrini
tədqiq etməyə əsaslanır. Bu mərhələdə obyektə əsasən canlı
müşahidə ilə qavranıla bilən xarici tərəfdən baxılır. Obyektin
dərinliyinə nüftız edən təfəkkür bütövü hissələrə bölür, onların
hər birini ayrılıqda tədqiq edir və hissələri bütövdə birləşdirərək
obyekti mürəkkəb bütöv kimi yenidən yaradır. Bu da obyektin
tərkibini tədqiq etmək imkanı yaradır. Bütövün hissələrə
bölünməsi və hissələrin yenidən birləşdirilməsi analiz və
sintezin köməkliyi ilə həyata keçirilir. Bütövün hissələrə
bölünməsi və onun hissələrinin aynlıqda tədqiq edilməsi -
obyektin ayrı-ayrı, bir-birindən nisbətən təcrid olunmuş tərəfləri
haqqında biliyi əhatə edən abstraksiyanın (mücərrədliyin)
yaranmasına gətirib çıxarır.
Hissə və bütövü əks tərəflər kimi tədqiq edən Hegel yazırdı
ki, hissələr bir-birindən fərqli və müstəqildir. Lakin onlar yalnız
bir-biri ilə eyniyyət münasibətində olarkən hissə olurlar, və
yaxud, başqa sözlə, onlar bir yerdə götürüldüyünə görə bütövlük
təşkil edirlər. Lakin bu bir yerdə əkslik və hissənin inkandır.
Dialektik yanaşma o deməkdir ki, bütöv hissələrin sadəcə
olaraq kəmiyyət birləşməsi ola bilməz, ona görə cəmlənmiş
bütöv (daş yığını, insan kütləsi və s.) adlanan şey, ciddi
yanaşılsa, bütöv deyil. Bu birlik xarici, təsadüfi əlaqələrlə
xarakterizə olunur. Belə bütövün xassəsi onu təşkil edən
hissələrin xassələrinin adicə cəmlənməsidir.
Dialektik təfəkkür hissə və bütövün münasibətini qarşılıqlı
təsir kimi izah edir. Məhz belə təsirin sayəsində bütöv, onu
50
təşkil edən hissələrin hər birində ayrılıqda olmayan xassəyə
malik olur. Elə hissələrin qarşılıqlı təsiri bütövdə yeni,
birləşdirici xassələrin meydana gəlməsinə gətirib çıxarır.
Hissələrin qarşılıqlı təsirinin xarakterindən asılı olaraq
bütövün müxtəlif tipləri var. Daha sadə tip - hissələrin xarici
qarşılıqlı təsiri ilə xarakterizə edilən mexaniki bütöv hesab
edilir. Daha mürəkkəb tip - qeyri-üzvi bütöv sayılır. Belə bütöv
bir-birinin xassəsini qarşılıqlı olaraq dəyişdirən hissələrin
qarşılıqlı daxili təsiri ilə xarakterizə olunur (məsələn, elementar
hissəciklərin qarşılıqlı təsiri). Ən yüksək üzvi bütöv (orqanizm,
bioloji növ, cəmiyyət) hissələrin daxili qarşılıqlı təsiri və
bütövün xarici mühit ilə qarşılıqlı təsiri ilə xarakterizə olunur.
Belə bütöv öz-özünə inkişaf etmək qabiliyyətinə malikdir. Üzvi
təbiətli bütövdə hissələrin fəaliyyəti bütövdən kənarda mümkün
deyil. Hissənin dəyişməsi başqa hissələrin və bütövün
dəyişməsinə gətirir.
4.7.
Sistem, element, struktur
Element nisbətən sabit, keyfiyyətcə müəyyən reallıqdır ki,
nisbətən sabit, keyfiyyətcə müəyyən başqa reallıqlarla qarşılıqlı
əlaqədədir və onlarla birlikdə bütöv sistem təşkil edir.
«Element» ilk dəfə kateqoriyalar sistemində yəqin ki, qədim
yunan fəlsəfəsində özünə yer tapmışdır. Milet filosoflan Fales,
Anaksimen və Anaksimandr «element» dedikdə bütöv dünyanı
təşkil edən ilk başlanğıc, ilk əsas başa düşürdülər. Belə
başlanğıc Fales üçün su idi. Sonralar dünyanın bütün
müxtəlifliklərinin keyfiyyətcə başlanğıc elementlərinin sayı
dördə çatdınimışdır: su, hava, torpaq, od.
Levkipp və Demokritin atomist nəzəriyyəsi yaranandan
sonra elementlər nəzəriyyəsi əhəmiyyətli dəyişikliklərə uğradı.
Bundan sonra materialistlər atomları ilk başlanğıc hesab etdilər.
Yunanların irəli sürdüyü «atom» anlayışı isə kiçik əlavələrlə
hələ XIX əsrin axırlarına qədər qaldı.
«Element» kateqoriyasının məzmunu haqqında fəlsəfi
anlayış hələ Hegelin dialektik konsepsiyasında keyfiyyətcə
ciddi
51
Dostları ilə paylaş: |