Əl-Fərabi
hərəkətə
birmənalı
tərif
verməyin
mümkünsüzlüyünü göstərir və dəyişmə anlayışına çox geniş
məna verirdi. O, yazırdı: «Hərəkətin tərifi yoxdur, çünki o
ikimənalı sözlərə aiddir. Hərəkət ilə yerdəyişmə ifadə edildiyi
kimi, həm də təşəkkül tapma və yoxolma vaxtı baş verən
dəyişmə də ifadə edilir; lakin hərəkəti potensialdan aktivə keçid
kimi də ifadə etmək olar».^^
Dialektik materializm hərəkəti materiyanın mövcudluq
forması hesab edir. Mövcud olmaq - hərəkətdə olmaq deməkdir.
Materiyanın ilk səbəbi və hərəkətin ilk mənbəyi eyni
məsələlərdir. Hərəkət də materiya kimi yaradılmır və məhv
olmur, o kənardan gətirilmir, təbiətin özündə var. Hərəkət öz-
özünə hərəkətdir; bu o deməkdir ki, vəziyyətin dəyişməsinə
doğru meyl materiyanın özünə məxsusdur, çünki materiya öz-
özünə səbəbdir.
Öz-özünə hərəkət prinsipi səbəbiyyət problemi ilə bilavasitə
əlaqədardır. Məlumdur ki, mexanistik dünyagörüşündə
hərəkətin səbəbi həmin cisimdən aralı kənar fəal qüvvə kimi
təsəvvür edilir. Bunun əksinə olaraq materialist dialektika,
göstərildiyi kimi, hərəkəti öz-özünə hərəkət kimi ifadə edir; bu
elə prosesdir ki, sistemin öz daxilindəki dəyişikliklər,
ziddiyyətlər ilə şərtlənir.
Əl-Fərabi göstərirdi ki, cisim özbaşına hərəkətə gələ bilməz,
onu hərəkətə gətirən kənar qüvvə olmalıdır. O, yazırdı:
«Hərəkətin zaman daxilində nə əvvəli, nə də sonu ola bilməz.
Beləliklə, bir tərəfdən nə isə hərəkət edən, başqa tərəfdən nə isə
hərəkətetdirən mövcud olmalıdır»; «heç nə öz-özünə hərəkət
etmir».^"* «Özü hərəkət etməyən hərəkətverici tək olmalıdır;
onun ölçüsü yoxdur, maddi deyil, bölünmür, cəm halda
olmuD).’^
XX əsrdə aydın oldu ki, Nyütonun qanunları cisimlərin səsin
sürətinə yaxın böyük sürətlə hərəkəti şəraitində işləyə bilmir.
Yüksək sürətlə tətbiq edilən yeni qanunlar Eynşteyn
Ал-Фараби. Естественно-научные тракта гы, с.407.
'^Yenə orada, s.241.
'^Yeno orada, s.242.
37
tərəfindən formülə edildi. Nyüton qanunlannm nəticələri öz
növbəsində cismin yavaş hərəkəti üçün xüsusi hal kimi fəaliyyət
göstərir. Eynşteynin nisbiyyət nəzəriyyəsi Nyüton qanunlarını
da əhatə edir.
Xüsusi nisbiyyət nəzəriyyəsi müəyyənləşdirdi ki, maddi
obyektlərin vakumda işığın sürətinə yaxın sürətlə hərəkəti
zamanı hərəkətdə olan cismin kütləsi, ölçusu, vaxt axını onun
sükunətdə olduğu vaxtdan hesablanan sayma sisteminə nisbətən
başlanan hərəkət sürətindən əhəmiyyətli dərəcədə asılıdır.
İşığın sürəti artırıla bilməz. Bütün fiziki proseslər üçün işığın
sürəti sonu olmayan sürətdir. Hərəkətdə olan cismə işıq sürəti
vermək üçün sonsuz miqdarda enerji tələb olunardı, bu isə fiziki
cəhətdən mümkün deyil, deməli, cisim heç vaxt bu sürətə çata
bilməz.
Biz hərəkət haqqında danışarkən baş verən hər bir dəyişikliyi
nəzərdə tuturuq. Burada dəyişikliyin daxili, zəruri və əsas
münasibətləri, tərəfləri, əlaqələri açılmır.
Hegel hərəkət anlayışını daha da dərinləşdirdi, onun ümumi
qanunauyğunluqlannı açdı və bununla da hərəkəti inkişaf prosesi
kimi əsaslandırdı.
Hərəkət özünün nisbi konkret formalannda təzahür edir.
Lakin hərəkət zəruri olaraq öz əksini, yəni sükunəti irəli sürür.
Bir sıra böyük filosoflar sükunəti ümumiyyətlə inkar edirlər.
Məsələn, əl-Fərabi yazırdı: «Göyün heç bir hissəsində mütləq
sükunət yoxdur. Onların hamısı hərəkət edir».^^ «Bəzi göy
cisimlərinin hərəkəti nə isə meydana gətirir, başqalarının
hərəkəti isə buna mane olur; belə halda həm bu, həm də o biri
tərəfin qarşılıqlı təsiri toqquşmaya gətirir və nə isə yeni bir şey
meydana gəlİD>.^^ Əl-Fərabi daha sonra deyirdi: «Hərəkətin
öz-özünə yox olması fikri cəfəngiyatdır, çünki onun yox
edilməsi üçün hansısa (xarici) səbəbin mövcud olması lazımdır.
Deməli, əgər bir hərəkət dayanırsa, onun ardınca başqa hərəkət
meydana gəl ir».
^*Yenə orada, s.297-298.
^’Yenə orada, s.301.
^*Yenə orada, s.304.
38
Sükunət haqqında başqa fikirlər də var. Bəziləri hesab edir
ki, sükunət hərəkətin xüsusi formasıdır; hərəkət və sükunət iki
bir-biri ilə qarşılıqlı əlaqədə olan və qarşılıqlı tamamlanan
əksliklərdir. Əgər sükunət hərəkətin əksidirsə, hərəkət isə
ümumidirsə - deməli sükunət də ümumidir.
Daha bir fikir: sükunət hərəkətin xüsusi halı, məqamıdır;
sükunət və hərəkət əksliklərin vəhdətini yaradırlar; lakin
sükunət nisbi, hərəkət isə mütləqdir.
Başqa bir fikir: hərəkət nisbidir, çünki konkret sistemlərin
konkret dəyişməsi vasitəsi ilə həyata keçirilir, konkret şəraitdə
baş verir, hər hansı konkret bir şeyə nisbətən qeyd edilir. Mütləq
və nisbi anlayışlar yalnız bir-biri ilə qarşılıqlı əlaqədə olarkən
məna kəsb edir.
Q.Qaliley kəşf etdi ki, əgər hərəkət bərabərölçülü və
düzxətlidirsə, onda belə hərəkət vəziyyətinin səbəbini axtarmaq
zərurəti heç də sükunət vəziyyətinin səbəbini axtarmaqdan artıq
deyil. Həm bərabərölçülü düzxətli hərəkət, həm də sükunət öz
sabitliyini o vaxta qədər saxlayır ki, bunu poza bilən nəsə baş
verir. Beləliklə, əsas problem sükunət vəziyyətindən hərəkət
vəziyyətinə keçid və yaxud daha ümumi mənada hər hansı
sürətin dəyişməsi problemidir.
«Fəlsəfənin başlanğıcları» əsərində Dekart inersiya
prinsipini «təbiətin birinci qanunu» kimi qiymətləndirir. Bu
qanunda deyilir ki, «hər bir cisim, heç nə onu dəyişmirsə,
olduğu vəziyyətdə qalır».
İnersiya qanunu, Dekartın müəyyən etdiyi, Nyütonun
dəqiqləşdirdiyi kimi, sükunət və hərəkət arasındakı ontoloji
fərqi aradan götürməyə xidmət edir. Təsadüfi deyil ki, Nyüton
«hərəkətin vəziyyəti» ifadəsini işlədir. O, xüsusi qeyd edir ki,
hərəkət - cismin təbii vəziyyəti olan sükunətin əksi olan dəyiş-
gənlik prosesi deyil. Nyütona görə, həm də Dekarta görə,
hərəkət varlığın elə yaşama üsuludur ki, sükunət kimi o da
özünü saxlamağa cəhd edir və bu işdə inad göstərir. Lakin hər
bir hərəkət deyil, yalnız bərabər və düzxətli hərəkət belə
vəziyyətdə olur.
39
Dostları ilə paylaş: |