Dialektik materializmə görə əgər gerçəkliyi təşkil edən
Əşyalar zəruri olaraq qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq
vəziyyə- tindədirlərsə, onda insan şüurunda ətraf mühitin əks
olunmasını ifadə edən anlayışlar da qarşılıqlı asılılıq
vəziyyətində olurlar, onlar çevik olur, əlverişli şəraitdə
bir-birinə və öz əksliklərinə keçirlər. Çünki məhz bu halda
kateqoriyalar şeylərin əsl vəziyyətini əks etdirə bilirlər. Bir
kateqoriyadan başqasına keçmək bütün bilik sahələrində baş
verir.
Pozitivist (analitik) filosoflar isə tamamilə başqa mövqedə
dururlar. Onlar fəlsəfi kateqoriyalara qarşı çıxaraq onların
ümumi xarakterini inkar edirlər. Pozitivistlərin fikrincə
kateqoriyaların obyektiv məzmunu yoxdur, kateqoriyaları ifadə
edən sözlər heç nəyi göstərmir. Subyektiv təcrübədən kənarda
qalan hər şey yalnız eksperimentlə üzə çıxarıla bilmədiyi üçün
qeyri- elmidir.
Elmi idrak müxtəlif dərəcəli ümumiləşdirməyə əsaslanır.
Tətbiqedilmə sahəsi bir qayda olaraq xüsusi elmlər olan
kateqoriyalar ilə yanaşı demək olar ki, bütün elmlər və yaxud
əksər elmlər tərəfindən istifadə edilən ürhumi elmi
kateqoriyalar da var. Lakin bütün xüsusi elmlər fəlsəfi
kateqoriyalara - ümumiyyətlə fəlsəfəyə müraciət edirlər. Fəlsəfi
kateqoriyalarda varlığın ən ümumi xassəsi və tərəfləri dərk
edilsə də, onlar xüsusi elmi kateqoriyalara əsaslanaraq öz
məzmununu zənginləşdirir. Xüsusi elmlər də fəlsəfi
kateqoriyalara əsaslanaraq nəzəri ümumiləşdirmələr aparır,
elmi kəşflərdən nəticə çıxarır, tədqiqatın istiqamətini
müəyyənləşdirir.
Təfəkkürün kateqorial quruluşu haqqında danışarkən səbəb,
nəticə, zərurət, təsadüf, kəmiyyət, keyfiyyət və başqa
kateqoriyalar nəzərdə tutulur. Bu kateqoriyalar fəlsəfi olsalar da
onlar adi şüurda da fəaliyyət göstərirlər. Fəlsəfə bu
kateqoriyaları üzə çıxarır, kəşf edir, insan praktikası ilə
qarşılıqlı əlaqəsini tədqiq edir, bir sözlə, onların tam
öyrənilməsi ilə məşğul olur. Hegel deyirdi ki, insanlar həyatda
kateqoriyalardan istifadə etmir, lakin onlar qeyri-şüuri olaraq
tətbiq edilir.
Başqa anlayışlar kimi kateqoriyalar da gerçəklikdə mövcud
deyillər, daimi formalar kimi ağılda əvvəldən verilmir. Onlar
34
insan tərəfindən təbiət və cəmiyyət hadisələrinin öyrənilməsi
prosesində yaranır və dünyanın dərk edilməsi prosesində
aparılan ümumiləşdirmənin nəticəsi kimi təsəvvür edilir.
Kateqoriya ilk növbədə qazanılmış bilikdən yeni biliyə keçidi
müəyyənləşdirən formadır. Burada onlar ikili rol oynayır. Hər
şeydən əvvəl, kateqoriyaların əsasında bir bilikdən başqa biliyin
çıxanlmasının məntiqi forması qurulur. Bu onlann analitik
funksiyasıdır. Bununla yanaşı birlikdə (sintezdə) yeni biliyə
gətirən
yeni
anlayış
və
prinsiplərin
yaranmasında
kateqoriyaların böyük rolu var. Kateqoriyalann əsasında yeni
elmi anlayışlar yaranır, təcrübənin məlumatları öyrənilir,
idrakın müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə əldə etdiyi
nəticələr birləşdirilir.
4.2.
Qanun anlayışı
İdrakın inkişafı qanun şəklində idarə edilən hadisələr
arasındakı zəruri əlaqələrin üzə çıxanimasma doğru gedir. Bu
zəruri əlaqələr sabit, təkrar olunan xarakter daşıyır və geniş
sahəni əhatə edir. «Qanun» anlayışı «qanunauyğun» anlayışma
çox yaxındır. Qanunauyğunluq öz məzmununa görə bir-biri ilə
əlaqədə olan qanunlann cəmidir.
K.Marks qanunu hadisələr arasındakı daxili və zəruri əlaqə
kimi xarakterizə edir. Hegel isə qanuna vacib münasibət, əlaqə
kimi tərif verir, onun ümumiliyini, saxlanılan sabitliyini göstərir
və eyni zamanda deyir: «Qanunların hökmranlığı mövcud olan
və təzahür edən dünyanın sakit əks olunmasıdiD>.^® O, deyirdi
ki, qanun «təzahürün o tərəfində deyil, bilavasitə onun özündə
mövcudduD>.^‘ Belə ki, təzahür qanundan zəngindir, lakin
qanun təzahürdən dərindir, təzahürdə olan ən mühüm cəhətdir.
Qanun çox mürəkkəb kateqoriyadır. Qanun haqqında
danışarkən empirik və nəzəri qanunlar arasındakı fərqi
göstərmək lazımdır. Əgər empirik qanunlar idrakın
hissi-empirik (təcrübi) səviyyəsində formalaşır və hadisələri
(təzahürləri) təmsil edirsə, nəzəri qanunlar obyektin
mahiyyətinə nüfuz edən nəzəri
® ferejib. HayKa jıornKH.T.2, M., 1971.
c.l39. '“Yenə orada.
35
səviyyədə fəaliyyət göstərirlər. Nəzəri qanunlar heç vaxt tək- tək
faktların ümumiləşdirilməsi, hətta mövcud empirik qanunların
köməkliyi ilə açıla bilməz, çünki onlar əşya və təzahürlərin hiss
üzvləri vasitəsilə qavranılan xassələri ilə deyil, proseslərin dərin
daxili mexanizmi ilə əlaqədardırlar. Nəzəri və empirik qanunlar
arasındakı nisbətə mahiyyət və təzahür arasındakı nisbətin
ifadəsi kimi baxmaq olar.
Fəlsəfə tərəfindən öyrənilən qanunlar ümumi, nəzəri xarakter
daşıyır. Kateqoriyaların köməkliyi ilə qanunların məzmunu ifadə
edilir və formalaşdırılır. Ona görə də kateqoriya və qanunlar
fəlsəfədə əlaqəli şəkildə öyrənilir. Bu və ya digər qanunu
nəzərdən keçirəndə biz eyni zamanda onu ifadə edən
kateqoriyaların
da
məzmununu
öyrənirik.
Qanunlar
kateqoriyalar arasındakı münasibətləri tənzimləyir.
Qeyd etmək lazımdır ki, fəlsəfə tarixində qanunlann
mövcudluğunu ümumiyyətlə inkar edən filosoflar da az
olmamışdır. Məsələn, Devid Yum hesab edirdi ki, bütün başqa
adətlər kimi bizim qanuna inanmaq adətimiz də tez-tez
təkrarlamanın məhsuludur, yəni bir qəbildən olan əşyalann başqa
qəbildən olan əşyalar ilə birləşməsinin təkrarən müşahidə
edilməsinin məhsuludur.
Qanun haqqında belə fikir də var ki, «universal (fəlsəfi)
qanunlar» əslində heç də universal deyil, hər bir məhdud, dar
sahələrə də tətbiq edilə bilər.
4.3.
Hərəkətin fəlsəfi anlayışı
Hərəkət haqqında təlim fəlsəfə tarixinin bütün mərhələlərində
diqqət mərkəzində olmuşdur. Hərəkətin mahiyyəti, onun qaynağı
və səbəbi fəlsəfənin və elmin ən çətin məsələlərin- dəndir.
Hərəkət dedikdə nəyi başa düşmək lazımdır? F.Engels
yazırdı: «Materiyaya tətbiqdə hərəkət ümumiyyətlə dəyişmək
deməkdir».^' Böyük fizik A.Eynşteyn deyirdi ki, cismin hərəkəti
dedikdə biz onun başqa cisimlərə nisbətən dəyişməsini başa
düşürük.
K.Mapk'c H 0.3HrejibC. CoHimeHHa, T.20,
c.563.
36
Dostları ilə paylaş: |