II. Antik fəlsəfə
1.
Antik fəlsəfənin meydana gəlməsi
Antik fəlsəfə və yaxud qədim yunan və romalıların fəlsəfəsi
b.e.ə. VI əsrdə Yunanıstanda meydana gəlmiş və b.e. VI əsrinə
qədər davam etmişdir. Ənənəvi olaraq yunan fəlsəfəsinin
inkişafı bütöv bir dövr kimi yaranma (b.e.ə. VI əsr), çiçəklənmə
və yetkinlik, başqa sözlə klassik mərhələdən (b.e.ə. V-IV əsrlər)
keçərək tənəzzülə doğru uzun bir yol keçmişdir. Sönmə vaxtı və
yaxud ellinizm fəlsəfəsi Roma imperiyasında b.e.ə. III-I əsrləri,
tənəzzül isə b.e. I-VI əsrlərini əhatə edir.
Cəmiyyət, əxlaq, qanun haqqında fikirlər «yeddi müdrik-
lər»in (b.e.ə. VII-VI əsrlər) dünyagörüşündə əsas yer tuturdu.
Onların ayrı-ayrı müdrik kəlamları xalq arasında geniş
yayılmışdır. Bir neçə misal göstərək.
1.
Kleobul: «Ölçü hər şeydən yaxşıdır»; «güc ilə heç nə
etmə» «həm cismani, həm də ruhən sağlam ol» və s.
2.
Solon: «Artıq heç nə»; «tabe olmağı öyrənsən idarə
etməyi də öyrənə bilərsən»; «öz vətəndaşlarına ən xoş şeyləri
deyil, ən faydalı şeyləri məsləhət gör» və s.
3.
Xilon: «Özünü tanı»; «yol gedərkən tələsmə»; «qanuna
tabe ol» və s.
4.
Fales: «Qibtə yazıqlıqdan yaxşıdır»; «hakimiyyətdə
olarkən özünü də idarə et» və s.
5.
Pittak: «Yaxınlannda səni hiddətləndirənləri özündə
etmə» və s.
6.
Biant: «İnsanların əksəriyyəti naqisdir»; «işi tələsmədən
başla, başlayanda isə sona çatdın>, «daha çox dinlə»; «sözü
yerində de» və s.
7.
Periandr: «Demokratiya tiraniyadan yaxşıdır»; «vədi
yerinə yetir, onu pozmaq alçaqlıqdır»; «uğursuzluğunu gizlə,
düşmənini sevindirmə» və s.
Antik fəlsəfənin əsas problemlərinin məzmununu mütləq
(absolyut) sayılan hissi-maddi Kosmos və onu məqsədəuyğun
idarə edən kosmik ruh və ağıl təşkil edir.
82
ilk yunan filosofları əvvəlcə Misirdə və qismən Babilistanda
müəyyən təlim keçib Yaxın Şərqin elmi fikrinin nailiyyətlərini
öyrənirdilər. Lakin qabiliyyətli şagirdlər tezliklə öz
müəllimlərini ötüb keçdilər.
Yunan fəlsəfəsi xüsusi fəlsəfi tədqiqatlar sahəsi kimi deyil,
təbii-elmi biliklərlə, siyasi anlayışlann ünsürləri ilə, ilkin şərti
mifologiya olan incəsənət ilə sıx əlaqədə olan bilik sahəsi kimi
meydana gəldi. Yalnız b.e.ə. III əsrdən başlayaraq bir çox
elmlər aynlaraq xüsusi bilik sahəsinə çevrildilər.
Antik fəlsəfənin tənəzzül dövrü onunla xarakterizə olunur ki,
hissi-maddi Kosmos obyekt kimi deyil, iradəsi və hissiyyatı
olan, özü-özünü dərk edən və tarixin yaradıcısı ola biləcək
subyekt kimi öyrənilir.
Qədim Yunan fəlsəfəsini ümumiyyətlə Qərb mədəniyyətinin
başlanğıcı və əsası hesab edənlər çoxdur. XX əsrin məşhur
ingilis filosofu B.Rassel yazmışdır: «Qərb sivilizasiyasının
intellektual əsasında yaxşı nə varsa hamısı düşünən Yunanıstan
ənənələrinə gedib ç ı x ı r ». O , bir qədər ifrata vararaq deyir:
«Bütün Qərb fəlsəfəsi yunan fəlsəfəsidİD>.‘^
2.
Milet məktəbinin filosofları
İlk materialist təlimlər b.e.ə. VII-VI əsrlərin qovşağında
Kiçik Asiyadakı yunan şəhəri Miletdə meydana gəlmişdir.
B.e.ə. VII əsrin axırlarından VI əsrin sonuna qədər burada üç
böyük mütəfəkkir yaşayıb yaratmışdır: Fales, Anaksimandr,
Anaksi- men. Onlar Qədim Yunanıstanda ilk dəfə olaraq
astronomiya, riyaziyyat, fizika və biologiya anlayışlannı inkişaf
etdirmiş, ilk elmi cihazlan quraşdırmışlar.
İlk Milet filosofu, Milet məktəbinin yaradıcısı Fales (b.e.ə.
təxm. 625-547) əməli fəaliyyəti təbiətin dərindən öyrənilməsi
ilə əlaqələndirirdi. O, ilk başlanğıc (substansiya) anlayışına
qədər yüksəldi, əks halda o, filosof ola bilməzdi. Fales hesab
edirdi ki, bütün mövcudat hansısa rütubətli ilk maddədən və
yaxud sudan əmələ gəlmişdir.
Б.Рассел. Мудрость Запада. M., «Республика», 1998, с. 187.
Yenə orada, s.26.
83
Fales kimi Anaksimandr (b.e.ə. təxm. 610-547) da yerin
quruluşu, coğrafiya, fizika, həyatın və insanın yaranması
problemləri ilə maraqlanırdı. İlk maddə (yaxud apeyron)
Anaksi- mandra görə qeyri-müəyyən, hüdudsuz bir varlıq kimi
maddələrin bütün növlərini özündə birləşdirir. «Apeyron» sözü
yunanca ölçüsüz, hüdudsuz, sonsuz mənasını daşıyır. Əbədi
apeyron - əbədi hərəkətdir.
Anaksimen Miletli (b.e.ə. 585^25) dünya haqqında yeni
təsəvvürləri inkişaf etdirmişdir. O, hesab edirdi ki, ilk maddə nə
Falesin «su»yu,^nə də Anaksimandrm «hüdudsuz»u ola bilməz.
İlk maddə kimi Anaksimen havanı göstərir. Hava mütəfəkkir
üçün yalnız ilkin ünsür deyil, həm də həyatın və psixi
hadisələrin qaynağıdır. Ruhun özü də «havanın nəfəsidir», yəni
ruh çəkisiz havadır.
3.
Pifaqor və pifaqorçuluq
Hissi obrazlar vasitəsilə əldə edilən bilikdən, anlayışlardan
istifadə e‘dən intellektual biliyə keçidin əsas mərhələlərindən
biri yunanlar üçün pifaqorçuluq təlimi olmuşdur. Bu təlimin
yaradıcısı b.e.ə. VI əsrin ikinci yarısında yaşamış qədim yunan
filosofu Pifaqor idi. O, hesab edirdi ki, ədəd (say) bütün möv-
cudatın başlanğıcıdır. O, hesab sırasında ilk dörd rəqəmi (bir,
iki, üç, dörd) əsas hesab etmişdir, on rəqəmi isə idealdır. Pifaqor
ədədlərin qarşılıqlı münasibətini də tədqiq etmişdir.
Pifaqor ilk dəfə əsaslandırmışdır ki, düzbucaqlı üçbucaqda
hipotenuzun kvadratı katetlərin kvadratlannın cəminə
bərabərdir (Pifaqor teoremi).
Pifaqora görə din və əxlaq - cəmiyyəti nizamlamağın əsas
atributlarıdır.
Pifaqor göstərirdi, ki, bədən öləndən sonra ruh onu tərk edir,
başqa bədənə keçir və yenidən Yerə qayıdır. O, deyirdi ki, ruh
ilk olaraq hədsiz dərəcədə xoşbəxt ölkədə - Ali ruhda yaşayır,
sonra zindana, yəni insanın bədəninə keçir və Yerə enir. Ruhun
bu dünyadakı davranışı onun bədən öləndən sonrakı taleyini
müəyyənləşdirir.
84
Dostları ilə paylaş: |