Sokrat hesab edirdi ki, insan yalnız ona tabe olan şeylər
haqqında biliyə malikdir. Nə təbiət, nə Kainat ona tabe deyil,
onun tabeçiliyində yalnız bir şey var - ruh. Ona görə də insan
yalnız öz ruhu haqqında həqiqi biliyə malik ola bilər. İdrakın
əsas məqsədi özünü dərk etməkdir: «Özünü dərk et!».
Aristotelin sözlərinə görə Sokrat ilk dəfə olaraq induktiv
sübutlardan istifadə etmiş və anlayışlann ümumi tərifini
vermişdir. Bu da məntiq elminin formalaşması üçün böyük
xidmətdir. Mübahisələr vaxtı Sokrat həm dünyanın, həm də
insanın məqsədə və ağıla uyğun yarandığını sübut etməyə
çalışırdı. O, insanı, onun mahiyyətini, ruhundakı daxili
ziddiyyətləri öz fəlsəfəsinin mərkəzinə gətirməklə bu fəlsəfənin
inkişafında yeni dönüş yaratmışdır. Bunun sayəsində idrak,
«mən bilirəm ki, heç nə bilmirəm» kimi fəlsəfi şübhədən
özünüdərk vasitəsilə həqiqətin yaranmasına keçir.
Sokrat özünün əxlaq fəlsəfəsində xeyirxahlığı bilik ilə
eyniləşdirirdi. Onun etikasında insanın saf və azad iradəsi
həmişə müsbət əxlaqi davranışların mənbəyi kimi çıxış
etmişdir.
10. Platonun fəlsəfəsi
B.e.ə. təxminən 387-ci ildə Sokratm şagirdi Platon (b.e.ə.
427-347) Afinada Akademiya adlanan məktəb yaradır.
Platonun fəlsəfi təlimi çox geniş bilik sahəsini əhatə edirdi:
varlıq, dünya və onun yaranması, ruh və idrak, cəmiyyət və
dövlət, tərbiyə və incəsənət və s.
Platonun təliminə görə hiss üzvləri vasitəsilə qəbul edilən
şeylər dünyası həqiqi mövcud olan dünya deyil. Çünki hissi
əşyalar fasiləsiz olaraq yaranır və məhv olur, dəyişir və hərəkət
edir, onların içərisində daimi möhkəm və həqiqi olan heç nə
yoxdur. Hissi əşyaların əsl mahiyyəti, onlann yaranma səbəbi
ağıl ilə başa düşülən və hiss üzvlərinin qavraya bilməyəcəyi
qeyri-cismani formalardır. Bu səbəblər və yaxud formaları
Platon görünüş, bəzi hallarda ideya adlandırırdı. Qeyri-varlıq -
materiyadır, varlıq isə - qeyri-cismani görünüşdür. Cismin ömrü
- müvəqqəti, onun haqqında ideya isə - əbədidir. İnsan-
88
lar kölgələr dünyasında, xəyali və qeyri real dünyada yaşayır;
başqa həqiqi dünya var ki, insanlar çalışmalıdırlar ki, onu ağılın
gözləri ilə görə bilsinlər.
Platon bir filosof kimi qarşısına adi insan üçün mümkün
olmayan bir vəzifə qoyurdu: doğulan, yaşayan və ölən nə varsa
hamısını müşahidə etmədən daimi mövcud olanı ağılla tədqiq
etmək səviyyəsinə yüksəltmək. İdrak prosesində ağıla həlledici
yer verdiyinə görə Amerika fılosoflı U.Ceyms Platonu ar-
xirasionalist adlandırırdı.
Platona görə bilik nəyi isə yada salmaqdır. Ruh bir bədənə
daxil olana qədər göylərdə olmuş və indi də özünün dərin
yaddaşında nə vaxt isə seyr etdiklərini saxlayır. O, demişdi:
«Beləliklə, ruh göydə, yerdə, dənizdə nə varsa hamısını öz
xüsusi hərəkətlərinin köməyi ilə idarə edir: istəyi, rəyi, qayğısı,
məsləhəti, doğru və yalan mülahizələri, sevinc və iztirabı,
cəsarət və qorxusu, məhəbbət və nifrəti ilə. Ruh həm də bu
göstərilənlərə doğma olan ilkin hərəkətlərin köməyi ilə idarə
edir; bu hərəkətlər öz növbəsində cisimlərin ikinci hərəkətini
meydana gətirir və hər şeyi artmağa ya da məhv olmağa,
birləşməyə ya da parçalanmağa və bütün bunları müşayiət edən
istilik və soyuqluğa, ağırlıq və yüngüllüyə, zalımlıq və
mülayimliyə, ağ və qara rəngə, turş və şirinə doğru apanr. Bütün
bunlardan istifadə edən ruh həm də əbədi ilahi ağılı qəbul edir,
hər şeyi himayə edir, həqiqətə və səadətə apanr. Ağılsızlıq ilə
qarşılaşıb onunla birləşəndən sonra ruh hər şeyi əks istiqamətə
apariD>.'^ Beləliklə, Platona görə ruhun ağılla əlaqəsi
pozulanda hər şey əvvəlki müsbət vəziyyətini itirir.
Platonun fəlsəfəsində dövlətlə eyniləşdirilən cəmiyyət və
insan iki simmetrik və bir-birini qarşılıqlı tamamlayan sistemlər
kimi nəzərdən keçirilir. İnsanda onun üç əsas hissəsi (bədən,
ruh, ağıl) fərqləndiyi kimi, cəmiyyət də işçilərə, döyüşçülərə
(gözətçilərə) və idarəçilərə (filosoflara) ayrılır. Platon deyirdi:
«Biz yaxşı təşkil edilmiş dövləti iztirab və sağlamlığı
'■* Платон. Государство. Законы. Политик. M.. «Мысль», 1998. с.644.
89
onun hissələrinin durumundan asılı olan bədənə bənzədirik».'®
Dövlət, onun fikrincə, müxtəlif insan qruplannm həyata keçirdiyi
funksiyaların təbii bölgüsü nəticəsində meydana gəlir. Bəziləri
əmtəə istehsalı və bölgüsü ilə, başqaları dövləti qorumaqla,
üçüncüləri isə yalnız idarəçilik ilə məşğul olurlar.
Platon özünün sosial utopiya sistemini yaratmışdı. Dövlət
quruluşunun yeni modelini o, «Dövlət» əsərində qurmuşdu.
Dövlət ona görə yaranır ki, cəmiyyəti - insanlar arasındakı
münasibəti tənzimləsin. İdarəçilik ehtiyacı isə hökmranlıq
sənətini bilən, yəni ədalət və xeyirxahlıq idealım dərk edən və
onları həyata keçirməyi bacaranların, yəni filosofların vacibliyini
irəli sürür. Onun ideal dövlətində xüsusi mülkiyyət və ailə yalnız
aşağı zümrələrdə olur. Filosof sonralar yazdığı «Qanunlan>
əsərində nisbətən real layihə hazırlayır. O, hesab edirdi ki, siyasi
quruluş aristokratik respublika olmalıdır.
Dövləti filosofun idarə etməsini zəruri hesab edən Platonun
fikrincə filosof ilə kütlə arasında barışmaz ziddiyyət var.
«...Kütləyə filosof olmaq nəsib olmur» və «...kim fəlsəfə ilə
məşğuldursa onun məzəmmətini qazanın).
Xüsusi qeyd etmək lazımdır ki, fəlsəfə tarixinin bütün
dövrlərində Platon daha çox təsir göstərən filosofların önündə
gedir. Amerika filosofu A.N. Uaythed göstərir ki, bütün Avropa
fəlsəfəsi Platona bəzi qeydlər əlavə etməklə məhdudlaşır. Alman
filosofu M.Haydegger bu fikri daha qəti şəkildə ifadə edərək
göstərir ki, «Bütün Qərb fəlsəfəsi neoplatonizmdir». Platon
fəlsəfəsi haqqında belə fikirlər çoxdur.
11. Aristotelin fəlsəfəsi
Fəlsəfənin inkişafında Platonun şagirdi Aristotelin də böyük
rolu olmuşdur. Dahi filosof Aristotelin (b.e.ə. 384-322) maraq
dairəsi çox geniş olmuşdur: məntiq, psixologiya, idrak
nəzəriyyəsi, varlıq haqqında təlim, kosmologiya, fizika,
zoologiya, siyasət, etika, pedaqogika, estetika, ritorika və s.
Платон. Сочинения. В 3-х тт., Т.З, Ч.1, М., 1971, с.263.
Платон. Государство. Законы. Политик, с.247.
90
Dostları ilə paylaş: |